FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə119/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   115   116   117   118   119   120   121   122   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
88


sonuna qalıq dəyərinin yuxarıdakı qayda ilə  müəyyən edilən faiz həddi 
ilə məhdudlaşdırılır. 
 
Təmir  işləri  icarəyə  verənin  hesabına  aparıldıqda,  yaxud  icarəyə 
götürənin  hesabına  aparılaraq  icarə  haqqı  ilə  əvəzləşdirildikdə  icarəyə 
götürənin təmir xərclərini gəlirdən çıxmaq hüququ olmur. 
 
Əsas  vəsaitlərin  hər  bir  kateqoriyasının  ilin  sonuna  qalıq  dəyəri 
sıfra  bərabər  oolduqda,  təmir  xərclərinin  faktiki  məbləği  müvafiq 
kateqoriyaya  aid  əsas  vəsaitlərin  qalıq  dəyərinə  aid  edilir  və  onlara 
amortizasiya hesablanır. 
 
Fiziki  şəxslərin  bir  ildən  artıq  müddətə  təsərrüfat  fəaliyyətində 
istifadə  etdikləri  qeyri-maddi  aktivlərə  çəkilən  xərcləri  qeyri-maddi 
aktivlərə aid edilir. 
 
Qeyri-maddi 
aktivlərə 
çəkilən 
xərclər 
müəyyən 
edilən 
amortizasiya  dərəcəsi  ilə  hesablanan  amortizasiya  ayırmaları  şəklində 
gəlirdən çıxılır. 
 
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər 
vergi  ödəyicisinin  vergiyə  cəlb  olunan  gəlirinin  hesablanması  zamanı 
gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi 
aktivlərin dəyərinə aid edilmir. 
 
Fiziki  şəxsin  –  sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  ümumi 
gəlirindən çıxılmasına yol verilən xərclərinin ümumi gəlirdən artıq olan 
hissəsi  digər  gəlirlərdən  çıxıla  bilməz,  lakin  gələcək  dövrlərdə 
sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi 
üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər. 
 
Rezident 
müəssisə 
tərəfindən 
fiziki 
şəxslərə 
ödənilən 
dividendlərdən  ödəmə  mənbəyində  10  faiz  dərəcə  ilə  vergi  tutulur  və 
dividendi alan fiziki şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. 
 
Göstərilən  gəlir  yenidən  dividend  şəklində  verilən  zaman  vergiyə 
cəlb olunmur. 
 
Rezident  tərəfindən  və  ya  qeyri-rezidentin  daimi  nümayəndəliyi 
tərəfindən,  yaxud  bu  cür  nümayəndəliyin  adından  fiziki  şəxslərə 
ödənilən  faizlərdən,  gəlir  əgər  Azərbaycan  mənbəyindən  əldə 
edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur və faiz 
gəliri alan fiziki şəxslərin həmin gəlirdən bar daha vergi tutulmur. 
 
Azərbaycan Respublikasında 01.01.2007-ci il tarixədək banklar və 
digər kredit təşkilatları tərəfindən əhalinin əlmanətləri üzrə ödənilən faiz 
məbləğlərindən, 
habelə 
investisiya 
qiymətli 
kağızları 
üzrə 
dividendlərdən və faizlərdən gəlir vergisi tutulmur. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin