Vergi tutulan illik gəlirin məbləği
Vergi məbləği
24000 manatadək
14 faizi
24000 manatdan çox olduqda
3360 manat + 2400 manatdan çox
olan məbləğin 35 faizi
Göründüyü kimi Azərbaycan Respublikasında gəlir vergisinin
maksimal dərəcəsi 35 faiz, minimal dərəcəsi isə 14 faizdir.
Fiziki şəxslərin ümumi gəlirlərindən qanunvericiliyə müvafiq
olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə
əlaqədar bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari
ödənişlər çıxılır.
6. Fiziki şəxslərin gəlirlərindən çəxəlmayan xərclər
Fiziki şəxslərin gəlirlərindən çıxılmayan xərclərə aşağıdakılar
daxildir:
- əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və
kapital xarakterli digər xərclər;
Bu xərclərə əsas vəsaitlərin alınması, gətirilməsi, tikilməsi,
quraşdırılması üçün çəkilən xərclər, habelə vergi ödəyicisinin gəlirdən
çıxmaq hüququna malik olduğu xərclər istisna edilməklə, aktivlərin
dəyərini artıran digər xərclər daxil edilir.
- qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial
xarakterli xərclər;
Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi
ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq
olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.
- fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə
bağlı olan xərcləri.
Faktiki ezamiyyə xərclərinin qanunvericiliyə müvafiq qaydada
müəyyən olunmuş normadan artıq olan hissəsi gəlirdən çıxılmır.
Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin
göstərilməsi ilə əlaqədar gəlir fiziki şəxsin əvvəllər sahibkarlıq
fəaliyyətindən əldə etdiyi ümumi gəlirə daxil edilmişdirsə, onda həmin
fiziki şəxs onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq
hüququna malikdir.
Dostları ilə paylaş: