FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə111/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   107   108   109   110   111   112   113   114   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
82


 
Bu  zaman  gəlirin  məbləği,  aşağıda  göstərilən  məbləğdən  işçinin 
əldə  etdiyi  gəlirə  görə  ödədiyi  hər  hansı  xərc  çıxıldıqdan  sonra  qalan 
məbləğə bərabərdir: 
-  fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən 
aşağı  faiz  dərəcəsi  ilə  ssuda  verildiyi  halda  –  bu  tipli  ssudalar 
üzrə  banklararası  kredit  hərracında  olan  faiz  dərəcəsinə  uyğun 
faizlə  ödənməli  olan  məbləğlə  aşağı  faiz  dərəcəsinə  uyğun 
ödənməli olan məbləğ arasındakı fərq; 
-  işə  götürənin  öz  işçisinə  malı,  işi  və  ya  xidməti  təqdim  etdiyi, 
yaxud  hədiyyə  verdiyi  halda  –  bu  cür  malların,  işlərin  və 
xidmətlərin bazar qiyməti ilə dəyəri; 
-  işçinin  xərclərini  əvəzi  ödənildiyi  halda  –  ödənən  vəsaitin 
məbləği; 
-  işçinin  işə  götürənə  olan  borcunun  və  ya  öhdəliyinin 
bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyinin məbləği; 
Bu  növ  gəlirə  işçinin  ödənilməmiş  kredit  məbləğlərinin  və  ya 
qaytarılmalı ssudasının, kreditlər və ya ssudalar üzrə faiz məbləğlərinin, 
işçinin maddi xarakterli borclarının silinməsi və s. aid ola bilər. 
-  işə götürən tərəfindən ödənilən sığorta haqları; 
-  hər hansı digər halda – normativ aktlarda başqa qiymətləndirmə 
metodu  göstərilmirsə,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  təsdiq  etdiyi  “Malın  (işin,  xidmətin)  bazar 
qiymətinin  müəyyən  edilməsi  Qaydaları”na  uyğun  olaraq 
müəyyən edilən dəyər. 
Müəyyən  olunmuş  normalar  daxilində  ezamiyyə  xərclərinin  və  ya 
digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.  
İşə  götürən  tərəfindən  əyləncə  və  yemək  xərclərinin,  habelı 
işçilərin  mənzil  və  digər  sosial  xarakterli  xərclərinin  çəkilməsinin 
nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.  

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin