- işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin
bağışlanıldığı hallar istisna olmaqla, vergi ödəyicisinə bağışlanmış
borcun məbləği;
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan
aktivlərin
təqdim edilməsindən gəlir;
- işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi,
yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqdim ili ərzində alınan
hədiyyə və mirasların məbləği;
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən
hər hansı digər gəlir (təqdim olunduğu və ya amortizasiya hesablandığı
təqdirdə) - əmək haqqından başqa;
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun
xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Fiziki
şəxslərə
rezident
müəssisə
tərəfindən
ödənilən
dividendlərdən və rezident tərəfindən və ya qeyri-rezidentin daimi
nümayəndəliyi, yaxud bu cür nümayəndəliyin adından ödənilən
faizlərdən ödəniş mənbəyində vergi tutulduğundan, bu divident və
faizlər gəlirdən çıxılır.
Dostları ilə paylaş: