FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə112/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   108   109   110   111   112   113   114   115   ...   179
Vergilər Və Vergitutma

 
4. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 
(sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən) 
 
 Vergiyə cəlb edilməsi məqsədləri üçün fiziki şəxslərin muzdlu işlə 
bağlı  olmayan  fəaliyyətdən  gəlirləri  sahibkarlıq  və  qeyri-sahibkarlıq 
fəaliyyətdən gəlirlərə bölünür. 
Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir: 
-  sahibkarlıq  fəaliyyəti  məqsədləri  üçün  istifadə  olunan  aktivlərin 
təqdim edilməsindən gəlir; 
KitabYurdu.az 
83


Məhsul 
satışından,  işlərin  görülməsindən  və  xidmətlərin 
göstərilməsindən əldə olunan gəlirlər belə gəlirlərə daxildir. 
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin 
bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 
- əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən 
məbləğlər; 
Belə  gəlirlərə  əsas  vəsaitlərin,  o  cümlədən  binaların,  tikililərin, 
qurğuların,  maşınların,  avadanlıqların,  hesablama  texnikasının  və 
sahibkarlıq fəaliyyətində istifadə olunan digər əsas vəsaitlərin, həmçinin 
amortizasiya olunmayan aktivlərin satışı zamanı dəyərlərin artmasından 
gəlirlər daxil edilir. 
-  gəlirdən  çıxılan  kompensasiya  edilən  məbləğlərdən  və  ya 
ehtiyatların azalmasından gəlir. 
Kompensasiya olunan çıxılmalara sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxsin əvvəllər gəlirindən çıxılmış xərclərinin, zərərlərinin və 
şübhəli  borclarının  sonradan  ödənilməsi  aiddir.  Bu  məbləğlər,  onların 
alındığı vergi ilində sahibkarın gəlirləri hesab edilir. 
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aşağıdakılar daxildir: 
-  faiz gəliri; 
-  dividend; 
Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud 
səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və 
ya digər ödəmələr şəklində etdiyi ödənişdir. 
 
Hüquqi  şəxsin  ləğvi  ilə  bağlı  əmlakın  bölüşdürülməsi  nəticəsində 
əldə  edilən  gəlir,  həmçinin  səhmdarların  səhmlərinin  faiz  nisbətini 
dəyişdirməyən 
səhmlərin 
bölüşdürülməsi,  səhmlərin  (hissələrin, 
payların)  nominal  dəyəri  hüdudlarından  geri  alınması  ilə  bağlı  edilən 
ödənişlər dividend sayılmır. 
-  əmlakın icarəyə verilməsindən gəlir; 
-  royalti; 
Royalti - ədəbiyyat, incəsənt, yaxud elm əsərləri, proqram təminatı, 
kinematoqrafik  filmlər  və  digər  qeyri-maddi  aktivlər  üzərində  müəllif 
hüquqlarından  istifadə  olunması,  yaxud  istifadə  hüquqlarının 
verilməsinə  görə,  istənilən  patentə,  ticarət  markasına,  dizayn,  yaxud 
modelə,  plana,  məxfi  düstura,  yaxud  prosesə,  sənaye,  kommersiya, 
yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya 
elmi  avadanlıqlardan  istifadə,  yaxud  istifadə  hüquqlarının  verilməsinə 
görə mükafat şəklində alınan ödənişlərdir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin