Səyyar vergi yoxlaması vergi orqanının səlahiyyətli şəxsləri
tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə həyata keçirilir.
Səyyar vergi yoxlaması həm vergi ödəyicisi olan hüququ şəxslərdə, həm
vergi agentlərində, həm də hüququ şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxslərdə aparıla bilər.
Səyyar vergi yoxlamasının hazırlanması və aparılması prosesi
şəkildə göstərən sxem üzrə və ardıcıllıqla həyata keçirilir.
Göstərilən mərhələlərin hər biri Vergi Məcəlləsi ilə tənzimlənən
müəyyən tədbirlər kompleksini əhatə edir.
Səyyar vergi yoxlamalarının aparılması üçün vergi ödəyicilərinin
seçilməsində aşağıdakı üsullardan istifadə olunur: təsadüfi seçmə, xüsusi
seçmə, daxili informasiya əsasında seçmə, kənar informasiya əsasında
seçmə.
Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə ilkin
məlumatların təhlili zamanı aşağıdakı məsələlər həll edilir:
- vergi
ödəyicisinin
maliyyə-təsərrüfat
fəaliyyətinin
xüsusiyyətləri və miqyası nəzərə alınmaqla yoxlamanın həcmi
qiymətləndirilir və yoxlama qrupunun tərkibi müəyyənləşdirilir;
- yoxlamanın
gedişində
aydınlaşdırılacaq
məsələlər
müəyyənləşdirilir və yoxlayıcı qrupun üzvləri arasında vəzifələr
bölüşdürülür;
- yoxlamanın aparılacağı dövr müəyyənləşdirilir.
Vergi ödəyicisinin ərazisində yoxlamanın aparılması
Səyyar vergi yoxlaması aktının tərtib edilməsi
Aktın imzalanması və onun vergi ödəyicisinə təqdim
edilməsi
Səyyar vergi yoxlamasının keçirilməsinə hazırlıq
Yoxlama materiallarının baxılması və qərarın qəbul
edilməsi
Qəbul edilmiş qərarın həyata keçirilməsi
Dostları ilə paylaş: