Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokol tərtib edilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında
protokol surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə
protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə
təsdiqlənir.
Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və
nümunə kimi əşyaları vermədiyi halda, bu barədə Vergilər Nazirliyi
tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt
vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər
(müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya
onun nümayəndəsi tərəfindən imzalanır.
Vergi ödəyicisi nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları
vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi
səyyar vergi yoxlamasının bilavasitə həyata keçirən vergi orqanının
əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata
keçirilir.