«Vergi maya dəyəri» uçot-vergi göstəricisinin mühasibat uçotu
metodikasından fərqli qaydada təyin edilməsini əks etdirir. Yəni
müəssisənin çəkdiyi xərclər vergitutma məqsədləri üçün müəyyən
edilmiş limit, norma və normativlər nəzərə alınmaqla müəyyən edilir.
Məsələn, müəssisənin təmirlə bağlı çəkdiyi xərclər mühasibat uçotunda
bötövlüklə xərclərin tərkibinə daxil etdiyi halda, vergitutma məqsədləri
üçün bu xərclərin məbləği məhdudlaşdırılır.
Vergitutma bazasının formalaşması üsulunun müəyyən
edilməsi vergi öhdəliyinin yarandığı hər anı düzgün təyin etmək üçün
zəruridir. İki əsas üsul mövcuddur: kassa üsulu və hesablaşma üsulu. Birinci üsul vəsaitlərin alındığı və ödənişlərin həyata keçirdiyi anı
nəzərə alır. Məsələn, vergi ödəyicisinin nağd pul vəsaitinin onun bankda
olan hesabına daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.
İkinci üsuldan istifadə edildikdə isə mülkiyyət hüququnun və
öhdəliklərin yarandığı an nərəzə alınır. Məsələn, gəlir əldə edilməsinin
faktiki vaxtından asılı olmayaraq gəlir almaq hüququnun yarandığı vaxt
gəlirin əldə edildiyi vaxt sayılır.
Vergitutma nəzəriyyəsində vergitutma bazasının həcminin təyin
edilməsinin bir neçə üsulu var. Bunlardan ən əsasları birbaşa və dolayı
üsullardır.
Vergitutma bazasının təyin edilməsinin əsas üsulu birbaşa üsuldur.
Bu zaman vergitutma bazası vergi ödəyicisinin sənədlərlə təsdiq edilmiş
göstəricilərinə əsasən təyin edilir. Məsələn, mənfəət vergisini
hesablayarkən vergi ödəyicisi uçot və vergi-hesabat sənədlərində
müəyyən dövr ərzində əldə etdiyi bütün gəlirlərini əks etdirir, sonra isə
sənədlərlə təsdiq edilmiş xərcləri bu gəlirdən çıxır və beləliklə, vergiyə