cəlb edilən mənfəətin məbləğini təyin edir. Dolayı üsul isə vergitutma
bazasının əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə
məlumatlar əsasında hesablanmasını nəzərdə tutur.
Vergi diskontu vergitutma məqsədləri üçün vergi ödəyicisinin
özünün əldə etdiyi gəlirləri artırdığı məbləğdir.
Məsələn, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən
malların təqdim edilməsi əlavə dəyər vergisi məqsədləri üçün vergitutma
obyektidir. Vergi tutulan dövriyyə tətbiq olunan qiymət və tariflər
nəzərə alınmaqla malların dəyəri əsasında müəyyənləşdirilir. Əgər
mallar maya dəyərindən aşağı qiymətlə təqdim edilirsə və həmin mal
alınarkən əvəzləşdirmə hüququ əldə edilmişsə, onda vergi tutulan
dövriyyə malların təqdim edilmə anında təşəkkül tapan bazar qiyməti
ilə, ancaq maya dəyərindən aşağı olmayan qiymətlə müəyyənləşdirilir.
Bu zaman malların faktiki təqdim edilmə qiymət ilə onun mövcud bazar
qiyməti arasında fərq yaranır və bu fərq mühasibat uçotunda öz əksini
tapmır.
Beləliklə, əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan
dövriyyə müəyyənləşdirilərkən malların faktiki təqdim olunma qiyməti
rol oynamır. Xüsusi əlavə hesablama ilə vergi tutulan dövriyyənin
məbləği bazar qiyməti və ya maya dəyərindən aşağı olmayan qiymət
əsasında müəyyənləşdirilir.
Hər bir vergi növü üzrə
vergi dövrünün müəyyən edilməsi
vergitutma bazası üçün prinsipli əhəmiyyət kəsb edir və vergi qanun
pozuntularına görə sanksiyalardan istifadə edilməsi zamanı böyük rol
oynayır.
Dostları ilə paylaş: