Sənədlərin tələb edilməsi. Səyyar vergi yoxlamasını keçirən vergi
orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi
ödəyicisindən müəyyən edilmiş qaydada tələb edə bilər.
Sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin
sənədləri 5 gün müddətində vergi orqanına təqdim etməlidir.
Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir.
Səyyar vergi yoxlaması keçirdiyi zaman əşyaların nümunə kimi
götürülməsinə yuxarıda müəyyən edilmiş hallarda və məqsədlərlə
yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi
orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir.
Həmin
məlumatda
əşyaların
nümunə
kimi
götürülməsi
əsaslandırılmalıdır.
Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli
şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı