Operativ vergi nəzarəti. Operativ vergi nəzarəti sahibkarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün
istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material
ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən
olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna
olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadı
edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və
aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi
orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi
ödəyicilərinin aşkar edilməsi;
- aksiz markaları ilə markalanmalı olan mallar markalanmadan və
ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə
saxlanılması və ya istehsal binasının hüdudlarından kənara
çıxılmasıfaktlarının aşkar edilməsi;
-
əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət
olunması;
- valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və
valyuta sərvətlərinin ticarət, iaşə
və
xidmət
müəssisələrində
qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması
və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi;
- xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə
razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) başlamadan işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;
- xronometraj metodu ilə müşahidə aparılması.
Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar
aşağıdakılardır:
- vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı
aşkar edilmiş faktlar;
- vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri
məlumatlar;
- vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması
hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini Vergi
Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;
Dostları ilə paylaş: