Vəliyev Münasib , BT-46
Fənn: Voleybol
Müdafiədə oyun sistemi.
3 müdafiə xətti müəyyən olunub: blokqoyma, blokqoyanların mühafizəsi və
meydançada müdafiə.Müdafiədə komanda səyləri blokqoyma və hücum zərbələrinin götürülməsi zamanı oyunçuların qarşılıqlı oyunu və onların meydançadakı mövqeyi ilə izah olunur. Müəyyən oyun sistemləri mövcuddur və həmin oyun sistemləri aşağıdakı hallarda yaranır.
-Ön xəttin oyunçusu mühafizə edərkən
- Arxa xətin oyunçusu mühafizə edərkən.
-Ön və arxa xətt oyunçuları mühafizə edərkən
Mühafizə sistemi aşağıdakılar tərəfindən yerinə yetirilə bilər.
-Blokda iştirak etməyən oyunçu
-Kənar və mərkəz müdafiəçisi
-İkiqat mühafizə qurmalar.
Bu sistemlərin hər birinin adı mühafizədə yaranan oyunçuların dayanma mövqeyində müəyyən olunur.
Müdafiədə qrup halında taktiki fəaliyyəti – 2,3 və daha çox oyunçunun əlbir fəaliyyəti kimi başa düşülməlidir ki, bu da sədd qoymanın təşkilində, hücum zarbələrinin qəbulunda edərkən və mühafizə vaxtı daha vacibdir.
Komandali taktiki fəaliyyatin əsasını bütün altı oyunçu meydançada hansı vəziyyətdə yerləşməsini təşkil edir. Müdafiədə oyun zaman 2 əsas sistem tətbiq olunur: "bucaqla irəliyə "bucaqla arxa" sistemləri.
Dostları ilə paylaş: |