Vəliyev Münasib , BT-46
Fənn: Voleybol
Azərbaycanda Valeybolun inkşaf tarixi
Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilmişdir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. "Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C.Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927-ci ildə isə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı.
Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar. O vaxtdan Bakının yığma kollektivlərinin oyunçuları Azərbaycanda və hətta SSRİ-də kifayət qədər şöhrət qazanmışlar. Bakı voleybolunun ilk nümayəndələrindən bir neçəsi bunlardır: M.Lyoqonki (o Bakıda voleybol üzrə ilk idman ustası olmuşdur), M.Pererva, O.Rusanov, V.Simakov, N.Yurasov, L.Vasilyev, A.Fomina, Q və M. Urbanoviçlər, M.Sluçenkova, V.Savkina, Q.Qaneker.
1928-ci ildə Moskvada SSRİ xalqlarının I spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edildi. 1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirildi. Yarışlarda "Jeldor", "Qornyak", "Kommunalnik", "Dinamo", "Moryak", "AZNİ" komandaları iştirak edirdilər. "Jeldor" komandası uğurla çıxış edərək I yeri tutmuşdur.1934-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları birinciliyi keçirilmişdir. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları bu yarışlarda qalib gələrək Ümumittifaq oyunlarda iştirak etmək hüququ qazanmışlar. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma komanda 2-ci, kişilərdən ibarət komanda isə 4-cü yeri tutmuşdur.
Dostları ilə paylaş: |