Vəliyev Münasib , BT-46
Fənn: Voleybol
Xalların hesablanma sistemi
5 set üzərindən oynanılan voleybolda əsas məqsəd topu tor üzərindən aşırıb rəqib meydançasına dəqiq göndərmək, yaxud da topu rəqibə dəydirərək meydançanın kənarına düşməsinə şərait yaratmaq və beləliklə də xal qazanmaqdır.Bəzən xal sistemi ralli də adlandırılır. 25 xala çatıb ən azı 2 xal fərqi ilə üstün olan tərəf sonda setin qalibi olur.
Hesab 24–24 heç-heçə olduqda isə komandalardan biri mütləq 2 xal arxa-arxaya qazanmalıdır. Yəni, 25–24 hesabı heç də setin qalibi olmaq demək deyil. Bu minvalla setdəki hesab hətta "50–50" də ola bilər.
Ümumiyyətlə oyunun qalibi olmaq üçün isə 3 setdə qələbə qazanmaq lazımdır. Yəni, setlərdə hesab 3–0 və ya 3–1 olduqda əlavə setlər oynanılmır. Setlər 2–2 olduqda isə beşinci setə keçilir.
Taybrek (yəni həlledici) adlanan bu setdə oyun 25-ə qədər deyil 15-ə qədər oynanılır. Yenə eyni qayda ilə xal fərqi 2-dən aşağı olduqda isə set uzana bilər. Əgər bir komanda matça çıxmazsa oyuna hazır olmadığı elan edilər və cəza olaraq setlərdə 25–0 oyunda da 3–0 hesablı texniki məğlubiyyət alar.
Bir komanda əgər matçın ortasında oyundan çəkilərsə (komandadakı oyunçular əskik olduqda və başqa səbəbli hallarda) həmin oyun dayandırılar və rəqib komandaya seti və matçı qazanmaq üçün neçə xal lazımdırsa, həmin xallar avtomatik olaraq verilər. Matçdan çəkilən komanda isə neçə xal qazanmışsa həmin xallar da hesabından silinər.
Voleybolda dörd cür xal qazanmaq qaydası vardır. Bunlardan birincisi rəqib meydançasına topun təmas etdiyi an, ikincisi top rəqibə dəyərək sərbəst oyun boşluğunun kənarına düşdüyü an, üçüncüsü rəqib yerdəyişmədə, müdafiədə və ya oyun qurmaqda xəta etdikdə, dördüncüsü isə rəqib cərimələndikdədir.
Dostları ilə paylaş: |