Fənn: Voleybol Valeybolun inkşaf tarixi



Yüklə 25,82 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü25,82 Kb.
#41223
1   2   3   4   5   6   7   8   9
voleybol

Vəliyev Münasib , BT-46

Fənn: Voleybol

  1. Valeybol meydançasının ölçüləri

Voleybol meydançasını 18x9 m ölçülü bir düzbucaqlı qəbul edə bilərik. Belə ki, o, ortadan torla 9 metrlik iki komanda sahəsinə ayrılmışdır. Uzunluğu 18 metr olan meydançanın eni isə 9 metrdir. Torun genişliyi 1 metrə bərabərdirsə, onun hər iki yanında olan antenin uzunluğu 180 santimetrdir. Bu antenlər və onların kənarları meydança xarici sayılır. Belə ki, əgər top antenin kənarından keçərsə topun düşəcəyi yer gözlənilir, (top rəqib meydançasının xal bölgəsinə düşsə belə xal sayılmır) antena dəydikdə isə xal topu antenaya dəydirən komandanın rəqibinə verilir. Antenanın qəbul olunmuş qalınlığı 10 mm-dir. Torun yüksəkliyi isə kişilər üçün 2,43 m, qadınlarüçün 2,24 metrdir. Bu yüsəklik hakimlər tərəfindən meydançının orta xəttindən hər hansı ölçü cihazı ilə ölçülür. Torun bağlandığı dirəklər isə 2.55 yüksəkliyə sahibdir. Onların görünüşü düz və yuvarlaqdır. Dirəklər iki yan xətdən 0,50 m ilə 1 m məsafədə yerləşdirilmişdir. Eyni zamanda dirəkləri yerə tel ilə bağlamaq qaydalara ziddir. Meydançanın içində olan sərbəst oyun boşluğu bütün əngəlləri aşmalıdır. Sərbəst oyun boşluğu meydançanın bütün hissəsi sayılır. Yəni az öncə bəhs etdiyim düzbucaqlı meydançanın kənarları sərbəst oyun boşluğuna daxil deyildir. Oyuna başlanarkən də voleybolçuların bu sahənin içində olmaları mütləqdir. Digər bir tərəfdən isə meydança azarkeş oturacaqlarına yaxın olmamalıdır. Çünki, voleybolda top meydançanı tərk etdikdə belə yerə düşməsi gözlənilir. Yəni, topu tamaşaçıların yanından belə yerə dəymədən, xətasız şəkildə meydanaçaya qaytarırsansa oyun davam edir. Hətta rəqibin kənar bölgəsindən də voleybolçu topu (qaydalar çərçivəsində) geri qaytara bilər.Meydançada hər iki komandanın tərəfində yer alan hücum zonasının uzunluğu 3 metrdir. Bu zona ağxətlə digər zonadan (arxa zona) ayrılmışdır. Bu zonada rəqib servisləri zamanı 3 voleybolçu dayanmalıdır. 3 voleybolçu da arxa zonada öz yerini alır. Voleybolda hücumların əksəriyyəti ön zonadan (hücum zonası) qurulur.


Yüklə 25,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin