Fənni üzrə TƏDRİs proqrami bakı-2018 proqram baki döVLƏt universitetiNİn pedaqogika kafedrasinda hazirlanmişdir



Yüklə 88,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü88,5 Kb.
#36742
1   2
Korreksion pedaqogika-proqram

Yiyələnməlidirlər:

Fiziki və psixi çatışmazlıqları olan uşaqların müxtəlif yaş dövründə fizioloji və psixoloji inkişafına əsaslanaraq tərbiyə və təlim prossesini həyata keçirilməsi haqqında bilik və bacarıqlara.







Mövzuların adı

Auditor

Müh.

sem



Korreksion pedaqogikanın nəzəri əsasları

Korreksion pedaqogikanın mövzusu, vəzifələri, prinsipləri, əsas kateqoriyaları










Korreksion pedaqogikanın elmi əsasları


ч 4ч





Korreksion pedaqogikanın formalaşması və inkişaf tarixi


2 4ч





İnkişafda norma və anomaliya.

Dizontogenez və onun növləri










Uşaq orqanizminin inkişaf dövrləri

xüsusiyyətləri:






Oliqofrenlər pedaqoqikası.

Uşaqların intellektual inkişafının pozulması





2 2ч





Psixi inkişafında ləngimə olan uşaqlar

(PIL)



2 2ч





Tiflopedaqogika

Görmə əngəlli şəxslərin xüsusi təhsili.




4s.





Surdopedaqogika.

Eşitmə əngəli olan uşaqlar.




4s.





Loqopediya

Nitq pozuqluğu olan uşaqlar




4s.





Nitq prosesinin anatomik fizioloji xüsusiyyətləri


2s.





Nitq artikulyasiyasında yayınmalar və onların səbəbləri təsnifatı

2.s





Dayaq-hərəkət sisteminin funksiyaları pozulmuş uşaqlar

4s.





İnkişafında mürəkkəb pozulmalar olan uşaqların inkişafı və təhsili

2s.





Emosional-iradi və davranış pozulmaları olan uşaqlar

1s.





Mövzu 1. Korreksion pedaqogikanınnəzəri əsasları

Korreksion pedaqogikanın mahiyyəti. Korreksion pedaqogika bir elm sahəsi kimi. Onun vəzifələri və tədqiqat metodları. Məhdud imkanlı uşaqların tərbiyəsinin və təliminin xüsusiyyətləri. Korreksiya – pedaoqji fəaliyyətin ümumi və spesifik prinsipləri.

Korreksion pedaqogikanın tədqiqat obyekti. Xüsusi pedaqogikanın sahələri: surdopedaqogika, tiflopedaqogika, oliqofrenlər pedaqogikası, loqopediya, xüsusi psixologiya.

Müasir korreksion pedaqogikanın yeni tədqiqat istiqamətləri – psixi inkişafın ləngiməsi (PİL), dayaq-hərəkət aparatının pozulması (USİ), davranış pozulmaları (psixopatiya), ilkin uşaq autizmi, mürəkkəb defektlə (kar, kor, lallıq), intellektual pozulma – korluq və s.

Korreksion pedaqogikanın əsas anlayışları – anomal uşaqların tərbiyəsi, təlimi və inkişafı, korreksiya kompensasiya, sosial reabilitasiya, sosial adaptasiya.

Korreksion pedaqogikanın əsas və xüsusi prinsipləri və metodları.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar (anomal) anlayışı. Anomaliyanın səbəblər. Azərbaycan dövlətinin anomal uşaqlıq sahəsinin siyasəti
Mövzu 2. Əqli inkişafında pozuntular olan uşaqlar

Əqli gerilik anlayışı. Oliqofreniyanın mahiyyəti. İdiotiya, imbesillik və debillik. Əqli gerilikdə əqli zəiflikdə fərqlilik.

İntellektuaı pozğunluğu olan uşaqların öyrənilməsi, aşkarlanması, onların təlim-tərbiyədə sosial adaptasiya problemləri.

Oliqofreniyanın mahiyyəti. Oliqofreniyada prednatal, natal və postnatal sistemlərin əmələ gəlməsi.

Ekzogen amillər, Endogen amillər.

Valideyn alkoqolizminin, narkomaniyanın və taksikomaniyasının anomal riskinin artmasında rolu.

Əqli geriliyin dərəcələri: idiotluq, imbesillik, debillik

Məktəbəqədər yaşlı əqli geriliyi olan uşaqların təlim və tərbiyəsi. Yardımçı məktəblər, onların vəzifələri, kontingenti.

Oliqofreniyanın (Q.J.Suxarevaya görə Rusiya 1972) formaları:

1. Endogen – daun xəstəliyi, həqiqi mikrosefaliya, anadangəlmə mübadilələrin pozulmasından şərtlənmiş oliqofreniya, dəri və sümük zədələnmələri oliqofreniyalar.


Mövzu 3. Psixi inkişafın ləngiməsi(PİL)

Psixi inkişafda ləngimələr anlayışı haqqında ümumi anlayış. Əqli inkişafda yubanmaların klassifikasiyası. Müasir diaqnostik materiallar. İnfaktilizm, konsilmasion, somotik, psixogen əqli yubanmalar. Psixi inkişafdan ləngiməsi olan uşaqlar haqqında ümumi məlumat.

Psixi inkişafın ləngiməsi hallarının klassifikasiyası.

Konstitusiya mənşəli psixi inkişafın ləngiməsi

Somotogen mənşəli psixi inkişafın ləngiməsi

Psixogen mənşəli psixi inkişafın ləngiməsi.

Seribral üzvi, psixi inkişafın ləngiməsi.

PİL olan ibtidai sinif şagirdlərinin psixoloji-pedaqoji xüsusiyyətləri. Psixi ləngimənin və oliqofreniyanın defferensial diaqnostikası

Psixi inkişafın ləngiməsi olan uşaqların xüsusi məktəbdə korreksiya tərbiyə prosesinin xüsusiyyətləri.

Mövzu 4. Sensor pozuntuları olan uşaqlar

Sensor pozulmalar haqqında ümumi anlayış. Onların psixopedaqoji klassifikasiyası.

Surdopedaqoqikanın əsasları.Eşitmə qabiliyyətləri pozulmuş uşaqlar.

Eşitmənin quruluşu. Eşitmə əngəlliliyinin xüsusiyyətləri, növləri. Anadangəlmə kar olan uşaqlar. Sonradan karlaşan uşaqlar. Zəif eşidən uşaqlar.

Tiflopedaqoqika.Görmə qüsurlu uşaqlar. Görmə əngəlliyinin xüsusiyyətləri, növləri. Korluluğun müxtəlif dərəcələri. Tam korluq, praktik korluq. Zəif görən uşaqlar. Korluqda kompensasiya. Korreksiya. Sensor qüsurlu uşaqların psixoloji diaqnostikası.


Mövzu 5. Dayaq-hərəkət aparatında pozğuntular olan və kompleks defektli uşaqlar

Dayaq-hərəkət aparatı əngəlli olan uşaqların psixo-fizioloji xüsusisyyətləri, inkişafı və təlimi.

USİ-nin xüsusiyyətləri. Dayaq-hərəkət aparatının pozulmasında motor inkişafın gedişində pozulma. İxtiyari hərəkətlərin əsəb-psixi inkişafında xüsusi əhəmiyyəti.

Beynin hərəkət zonalarının yetişməmiş beyində iflici onun yetişməsi ardıcıllığında mərhələlərinin pozulması.

USİ zamanı hərəkət defektinin strukturu. Giperkizizlərin və nitq əzələlərində ortaya çıxması və nəticələri.

Psevda bulbar dizartriya. Uşaqların hərəkəti üçün ortopedik xarakterli işlərin həyata keçirilməsi. USİ zamanı əzələ tonusu və onun nəticələri və səbəbləri.

Mövzu 6. Loqopediyanın əsasları. Nitq pozğuntularının səbəbləri

Loqopediya haqqında anlayış. Loqopediya xüsusi pedaqogikanın bir qolu kimi.Onun obyekti, predmeti, məqsəd və vəzifələri, metodları. Nitqin nöbəri: sifolu, yazılı və daxili nitq.

Dialoji və monoloji nitq. Monoloji nitqin növləri.

Uşaqların nitq patalogiyasının təhlil (analiz) prinsipləri:

1. İnkişaf; 2. Sistem yanaşma; 3. Əlaqəli nitqdə nitq pozulmalarının psixoloji inkişafın digər tərəfləri ilə əlaqədə baxılması prinsipləri.

Nitq pozulmalarının səbəbləri. Nitq qüsurlarının etiologiyası.

Mövzu 7. Nitq prosesinin anatomik-fizioloji mexanizmi. Nitq prosesinin quruluşu

Nitq aparat haqqında anlayış. Nitq aparatının quruluşu. Nitqin baş verməsi. Dil anlayışı. Nitqin anatomik-fizioloji mexanizmi. Nitq aparatının quruluşu. Mərkəzi nitq aparatı periferik-nitq aparatı, artikulyasiya şöbəsi. Baş beyin qişasının nitq orqanları ilə bağlılığı: mərkəzdən qaçma və mərkəzəqaçma sinirlər, proprioreseptor və bororeseptor sinirlər. Üclu sinir, üz siniri, aran siniri, dil siniri, əlavə sinir, dilaltı sinir.

Periferik nitq aparatının şöbələri. Nəfəs şöbəsi, səs şöbəsi, artikulyasiya şöbəsi.


Mövzu 8. Nitq artikulyasiyasında yayınmalar və onların səbəbləri.

Yayınmaların klassifikasiyası

Nitqin artikulyasiyasında yayınmaların səbəbləri. Yayınmaların klassifikasiyası. Artikulyasiyanın əsas orqanları. Dilmassiv əzələ orqanıdır. Nitq səslərinin yüksəkliyi və dəqiqliyi. Pezonatorlar. Ağız və udlaq boşluğu. Səs vibiratoru – dodaqlar arası, dil və dişlərarası dil və bərk damaq arasındakı, dil və alveol arası və dodaq və diş arası. (Deliklər düzgün nitq üçün vacib sayılır: deşilmə ilə nəzarət, kinestin hissetmə vasitəsi ilə). Dislaliya, rinolaliya, dizartriya, brasiolaliya, disfoniya, kəkələmə. Əks əlaqədə II siqnal sistemi. Əks əlaqələr sistemi: Nitq orqanlarının avtomatik nizamlanması.
Mövzu 9. Dislaliya və onun səbəbləri

Dislaliya anlayışı, onun təbiəti, mahiyyəti. Dislaliya - ən geniş yayılmış nitq qüsuru kimi Dislaliyanın növləri: mexaniki və funksional. Dişləmənin anomaliyası, proqnatiya, proqemiya. Açıq dişləmə. Dişlərin düzgün olmayan düzülüşü.

İkidilliliyin nitqə təsiri. Siqmatizm, rotasizm, xambdosizm, damaq səslərinin defekti, qammatizm, xitizm, iomasizm.


Mövzu 10. Fonemlərin düzəldilməsi

Fonema haqqında anlayış. Azərbaycan dilinin səsləri. Sait və samit səslər. Onların ağız boşluğunda əmələ gəlməsi xüsusiyyətləri. Fonasiya (səs əmələ gətirmə) hadisəsi. Sait səslərin artikulyasiya klassifikasiyası. Düzgün tələffüz üçün aparılan loqopedik iş. Uşaqlarda eşitmə diqqətinin inkişaf etdirilməsi. Səslərin yamsılamasına əsaslanan oyunlar.
Mövzu 11. Dizartriyanın növləri

Dizartriya haqqında anlayıış. Dizartriya – nitqin səsəmələgətirmə tərəfinin pozulması kimi. Dizartriya termini. Dizartriyanın növlərinin xüsusiyyətləri.

Artikulyasiyanın və fonasiyanın pozulması, ilkin və ikinci defektlər. dizartriyanın əmələ gəlmə səbəbləri.

Dizartriyanın klinik formalarının səciyyələndirilməsi. Bulbar dizartriya. Onun yaranma səbəbləri. Udlaq, qartan dil və parezi. Qişaaltı dizartriya beyin dizartriyası. Qısa dizartriya.

Mövzu 12. Rinolaliyanın növləri

Rinolaliya haqqında anlayış. Rinolaliyanın növlərinin xüsusiyyətləri, səsin pozulmasının aradan götürülməsi yolları. Nitqin tembrinin və səsəmələgətirmənin pozulması. Rinolaliya zamanı artikulyasiya fonasiya və səs əmələ gətirmə mexanizmi.

Bağlı rinolaliya. Onun xüsusiyyətləri. Yaranma səbəbləri. Ön bağlı rinolaliya. Funksional bağlı rinolaliya. Orqanik bağlı rinolaliya. Bağlı rinolaliya zamanı korreksiya işləri. Açıq rinolaliya.

Orqanik açıq rinolaliya, funksional açıq rinolaliya. Anadangəlmə açıq rinolaliya, sonradan qazanılan rinolaliya.

Mövzu 13. Nitqin deffektləri

Nitq qüsurlarının mahiyyəti, səbəbləri və yaranması yolları.

Alaliya - ən ağır nitq defektlərindən biri kimi. Onun mahiyyəti.

Alalitik uşaqlar. MSS bu işdə rolu. Baş beynin soyuqdəyməsi və zədələnməsi nəticəsində alaliya.

Raxitlik nəticəsində yaranan alaliya. Motor alaliya. Sensor alaliya. Onların yaranma səbəbləri.

Afaziya – akustik, sensor, akustikonestik, semantik, afferent motor efferento motor, dinamik afaziya. Kəkələmə.


Mövzu 14. Dilin ümumi yayınması

Məktəbəqədər yaşda uşaqların nitqinin inkişaf səviyyəsi. Ümumi dil qüsurları, onların aradan götürülməsi üzrə işlər.

Nitqin inkişafının I səviyyəsinin xarakteristikası.

II inkişafın səviyyəsinin səciyyələndirilməsi.

Nitq inkişafının III səviyyəsinin fonetik formalaşması. Fonematik eşitmənin və qavramanın qeyri-normal inkişafı. Uşağın tələffüz imkanlarının yaxşılaşdırılması. Uşağın nitqinin quruluşunda fonetiko-fonemativ və leksika – qrammatik yayınmaların nəticələri
Mövzu 15. Eşitməsində əngəl olan uşaqların nitqində pozuntular

Zəif eşidən uşaqların nitqinin xüsusiyyətləri. İntellektual inkişaf. Eşitmənin pozulması növləri. Eşitmənin uşaqların intellektual inkişafında rolu. Eşitmənin öz nitqinə nəzarət etmək imkanları. Zəif eşidən uşaqların nitq xüsusiyyətləri. Kor uşaqların nitqə yiyələnməsi.



Normal eşitmə funksiyasının inkişafında yaşa görə dəyişmə mərhələləri: doğuşdan sonra ilk dövrlər, 3 aydan sonra yaranmış bacarıqlar. 10-11 aylıqda sözlərin və frazaların ayırd edə bilmə qabiliyyəti, sonrakı dövrdə nitqin formalaşması (bütün fonemlərin fərqləndirilməsi). Karlıq. Anadangəlmə və sonradan yaranan karlıq. Onların əmələ gəlmə səbəbləri. Zəif eşitmə, onun əmələ gəlmə səbəbləri.

Fənnin tədris-metodik və informasiya təminatı
Əsas ədəbiyyat

  • N.Hüseynova, M.Məlikov Xüsusi pedaqogikanın aktual problemləri, Bakı, 2017

  • L.Rüstəmova. N.T.Hüseynova Xüsusi pedaqogika. B. 2007

  • Выготский Л.С. Основы дефектологии. М. 1983

  • А.И.Дьячкова. Основы обучения и воспитания аномальных детей под. Ред. М. 1965

  • Лапшин Б.П., Пузамов Б.П. Основы дефектологии. М. 1990

  • Л.С.Волкова. Логопедия. М. 1969

  • Беккер К.П. Собак М. Логопедия. М. 1981

  • Титкова Т.В. Настольная книга педагога – дефектолога. Ростов на Дону 2005

  • Т.А.Власовой, В.И.Лубовского, Н.А.Цыкиной. Дети с задержкой психического развития под.ред. М. 1984

  • Королева И.В. Диагностика и коррекция нарушений слуховой функции у детей раннего возраста СПБ. 2005

  • Коррекционно-развивающая среда для детей дошкольного возрос с нарушением опорно-двигательного аррорута. М. 2007

  • Рубенштейн С.Я. Психология умственного отсталого школьника.



Köməkçi ədəbiyyat
  • Qasımova L.N., Mahmudova R.M. Pedaqogika (dərslik) B., 2012

  • Həsənov A., Ağayev Ə. Pedaqogika. B., 2007




İnternet-resurslar:

  • http://www.edu.gov.az/

  • http://www.ped.gov.az

Yüklə 88,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin