Fənnin adı: Ümumi ekologiya Mövzu: 11. Biosfer və onun sərhədləri


nekton – suyun orta qatlarında sərbəst üzən balıqlar, delfinlər, su iti, morj, tısbağalar) bentos



Yüklə 44,23 Kb.
səhifə5/6
tarix30.04.2023
ölçüsü44,23 Kb.
#105247
növüMühazirə
1   2   3   4   5   6
Mövzu-11. Biosfer və onun sərhədləri

nekton – suyun orta qatlarında sərbəst üzən balıqlar, delfinlər, su iti, morj, tısbağalar)

  • bentossuyun dibində yaşayan ulduzlar, molyuskalar, aktiniyalar. Bentosa aid olan canlıların çox iri gözləri, digərləri kor olur, bəziləri isə özlərindən işıq saçır.

    Son dövrlərdə hidrosferin çirklənməsinə görə bütün dünyada içməli su qıtlığı yaranıb. Su əsasən kimyəvi, bioloji və fiziki çirklənməyə məruz qalır. Kimyəvi çirkləndiricilər (üzvi və mineral) suda həll olaraq, hidrosferin flora və faunasının normal inkişafına mane olur. Suyun fiziki çirklənməsi istiliyin, mexaniki və radioaktiv qarışıqların hesabına olur. Bu zaman suyun temperaturu, şəffavlığı, rəngi və radiaktivliyi normadan xeyli fərqlənir.
    Hidrosferin çirklənməsi nəticəsində suda həll olan O2 miqdarı azalır, bu isə canlıların ölümünə səbəb olur. Ən təhlükəli hallardan biri üzvi maddələrin su səthinə yayılaraq təbəqə əmələ gətirməsi nəticəsinlə O2 suda həll olmasının qarşısının alınmasıdır. Hesablamalara görə 1 t neft su səthinində 12 km2 sahədə təbəqə əmələ gətirir. Suda həll olmuş O2 həm tənəffüs həm də üzvi maddələrin parçalanmasında iştirak edir. Suyun vahid həcmində tullantının parçalanması üçün lazım olan O2 miqdarı oksigenə biokimyəvi tələbat (OBT) adlanır.


    Litosfer
    (Yunanca lito – daş deməkdir) – Yer qabığının üst bərk təbəqəsidir. Yer qabığının qalınlığı kontinentlərdə 60 km-ə, yüksək dağlıq ərazilərdə 80 km-ə çatır. Okean dərinliklərində onun qalınlığı 5 km bərabərdir. Okeanların dibi və kontinentlərin üstü çökmə süxurlarından ibarətdir. Kontinentlərdə çökmə süxurlarının 3 km-lik qatı altında – qranit ondan aşağı isə bazalt qatı yerləşir. Bu təbəqələr qeyri – bərabər yayılmış və bəzi yerlərdə qranit səthə çıxır. Okeanların dibində qranit qatları yoxdur, bazalt qatının qalınlığı 5 km-ə qədər azalır. Kontinentlərdə isə qranit qatı 10-40 km arasında dəyişir.
    Yer qabığı Ayın cazibə qüvvəsinin təsiri altında 12 saat ərzində qabarma və çəkilməyə məruz qalır. Yer səthinin qabarma hündürlüyü qütbələrdən ekvatora doğru artmaqla 0-55 sm arasında dəyişir. Yer qabığında bütün kimyəvi elementlərin birləşmələrinə rast gəlinir. Bunlardan 12 kimyəvi elementin payına 99,29% düşür.
    O2-49%, Si (silisium) – 26%, Al – 7%, Fe – 4, Ca – 3, N – 2, K – 2, Mn – 2,3, H -1, Ti (titan) – 0,6, C – 0,3, xlor – 0,2).
    Litosferdə yaşayan orqanizmlərin əsas kütləsi onun üst tbəqəsində 1 – 7 m dərinliyə qədər yayılır. Bu təbəqə süxurların və canlıların fəaliyyətinin məhsulu olan üzvi maddələrin parçalanmasından torpaq əmələ gəlir.

    Yüklə 44,23 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin