Fənnin adı: Ümumi ekologiya Mövzu: 11. Biosfer və onun sərhədləri



Yüklə 44,23 Kb.
səhifə2/6
tarix30.04.2023
ölçüsü44,23 Kb.
#105247
növüMühazirə
1   2   3   4   5   6
Mövzu-11. Biosfer və onun sərhədləri

Atmosfer
Hava bütün canlılar üçün ən vacib ekoloji mühitdir. Atmosfer cazibə qüvvəsinin mövcudluğu sayəsində Yer kürəsi ilə bağlıdır, onunla birlikdə daimi hərəkətdədir. Atmosfer yeri xaricdən əhatə edərək onu kosmosdan daxil olan soyuğun təsirindən qoruyur, Günəş şüalanmasını zəiflədir, biosferdə temperaturun kəskin dəyişməsinin qarşısını alır və onu tənzimləyir. Əgər atmosfer olmasaydı, onda gündüz çox isti (100°C-dən yuxarı), gecə isə əksinə - 100°C olardı. Atmosfer yerin işıqlanma və istilik rejimini də tənzimləyir, Günəş enerjisinin səpələnməsini və paylanmasını təmin edir.
Müasir atmosferin qaz tərkibi; N2 – 78%, O2 – 21%, təsirsiz qazlar – 1%, su buxarları, O3, CH4 və tozşəkilli hissəciklər – N2 və CO2 planetin evolyusiya dövründə geokimyəvi proseslərdə və vulkan aktivliyi hesabına, O2 isə fotosintez prosesində əmələ gəlmişdir.
Müxtəlif faktorlardan: uzunluq dairələrindən, mövsümdən, Günəş aktivliyindən asılı olaraq atmosferin sıxlığı dəyişir və Yer səviyyəsində təzyiq 760 mm s. süt., orta temperatur isə 15°C qəbul edilir.
Şaquli istiqamətdə hündürlükdən asılı olaraq temperaturun paylanmasına görə atmosfer 5 təbəqəyə bölünür.

  1. troposfer (yer səthindən 11-16 km qədər)

  2. stratosfer (11-16 km-dən 50-55 km qədər)

  3. mezosfer (50-55 km-dən 80 km qədər)

  4. termosfer (80 km-dən 600-800 km qədər)

  5. ekzosfer (600-800 km-dən yuxarı)

Troposferin yuxarı sərhədinə kimi temperatur hər 1 km yüksəklikdə 6°C azalır, stratosferin aşağı hissəsində (20 km qədər hündürlükdə) sabit qalır; sonradan 1 km yüksəklikdə 1-2°C artır və yuxarı sərhətində 2,5°C bərabər olur. Mezosferdə temperatur azalaraq, yuxarı sərhətində 75°C çatır. Sonrakı yüksəkliklərdə getdikcə temperatur yüksəlir, termosferin sərhətində ~1000°C-dən yuxarı, ekzosferdə isə ~ +2000°C çatır.
Atmosferdə olan oksigen canlıların nəfəsalmasında və üzvi maddələrin oksidləşməsində iştirak edir, yuxarı qatlarda ozona çevrilir. Hündürlükdən asılı olaraq, O2 vahid həcmə düşən miqdarının azalması qanda O2 çatışmamazlığına və ya hipoksiyaya səbəb olur. O2 – iysiz, rəngsiz qazdır.

Yüklə 44,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin