FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


I mərhələ: əsərin məzmununun öyrənilməsi



Yüklə 0,72 Mb.
səhifə85/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   81   82   83   84   85   86   87   88   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

I mərhələ: əsərin məzmununun öyrənilməsi;

II mərhələ: əsərin təhlili üzrə iş.

İbtidai siniflərdəki oxu materialları ədəbi – bədii və tarixi əsərlərdir. Bu əsərlərdəki bəiilik, məzmun və üslub da bilavasitə ədəbi material kimi, uşaqlarda ilk təsəvvürlər yaradır. Şagirdlər, hər şeydən əvvəl, şeir, hekayə, nağıl haqqında ilkin təsəvvür əldə edirlər. Bu, onların gələjək tədris illərində baza rolunu oynayan bir vasitə kimi, ədəbi söz, bədii təsvir, obraz, qəhrəman və s. məsələlər ətrafındakı düşünjə və qavrayışlarını formalaşdırır.

Tədris, hər şeydən əvvəl, şagirdlərin yaradıcılıq fəaliyyətlərini oyadır. Metodiki baxımdan, hər bir dərsin özündə yenilik, yaradıjılıq olmalıdır. Müəllimin şəxsi nümunəsi şagirddə bədii əsərlərə maraq oyadır. Bu zaman şagirdlərdə bir neçə istiqamətli yaradıjılıq meylləri oyanır. Birinjisi odur ki, şagird ədəbiyyat, bədii söz haqqında biliklər əldə edirlər, ikinjisi, bədii əsərin forma və məzmun xüsusiyyətləri haqqında təsəvvürləri formalaşır. Üçünjüsü, hər bir ədəbi – bədii material şagirdlərdə tərbiyəvi vasitəyə çevrilir. Bədii əsərin tərbiyəvi rolu haqqında müəllimin verdiyi şərhlər də xüsusi əhəmiyyət daşıyır.

Bədii əsərlərin tədrisində məzmun və ideya, bədii yaradıcılıq xüsusiyyətləri barədə müəyyən elmi təsəvvürlər əldə edən şagirdlər get – gedə ədəbiyyatın həm nəzəri, həm də praktiki səjiyyə daşıyan elmi biliklərə yiyələnmiş olurlar. Bu xüsusiyyətlər bu günkü tədrisin metodiki baxımdan əsas stimuludur.

Məzmunun öyrədilməsi mexaniki xarakter daşımamalıdır. Hər bir əsər yalnız oxudan sonra bəlli olar.

Oxu metodu üzrə bir sıra prinsiplər vardır. Həmin prinsiplər müəllimin tədris zamanı diqqət mərkəzində saxlayacağı məsələlərdir. Birincisi, mövzunu mənimsətmə prinsipidir. Mənimsətmə isə ilkin tədris əlamətlərinin əsasında nizama salınır. Birinji şərt, sözsüz ki, bədii oxudur. Bədii oxu da əsərin canrından asılıdır. Şeirlərin bədii oxusu onu əzbərləməyə xidmət edir. bu zaman şagird əsərin məzmunu haqqında hələ tam məlumat əldə edə bilmir. Nəsr əsərlərinin, məsələn, nağıl və hekayənin bədii oxusu isə başqa səjiyyə daşıyır. Şagird nağılın məzmunu üzərində düşünür. Bu məzmun maraq və diqqət sayəsində mənimsənilir. Məzmunu hərtərəfli mənimsətmək üçün bir neçə üsuldan istifadə etmək olar: birinjisi odur ki, əsəri hissə – hissə oxumaq olar. İkinji üsul isə oxunmuş hissələri planlaşdırmaqdır. Əsərin plan üzrə öyrənilməsi prinsipi şagirdlərdə məsuliyyət hissini tarırır, bədii məzmunu dolğun və təfsilatı ilə öyrənməyə şərait yaradır.

Əsərin məzmunu üzrə iş başa çatdıqdan sonra təhlili üzrə tələb olunan prinsiplərə əməl edilməlidir. Təhlil zamanı müəllif əsərin mövzusu və ideyası haqqında məlumat verməlidir. Hər bir əsərin özünəməxsus bədii xüsusiyyətləri olur. Bədiilik haqqında ilk məlumatlar əldə edən şagirdlər get – gedə əsəri təhlil etmək vərdişlərinə də yiyələnəjəklər. Bədii əsərin dili və üslubu da təhlil zamanı diqqət mərkəzində dayanmalıdır.

Əsərin nəzəri – estetik baxımdan təhlili üzərində iş tamam olduqdan sonra şagirdlərin sərbəst fikir yürütmə, yaradıjılıq qabiliyyətləri üzrə əldə etdikləri sonrakı illərdə öz müsbət təsirini göstərəək.





Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin