Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı. Müəllim öz nümunəsi ilə şagirdlərə özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə dəvət etməlidir. Bunun üçün isə müəllimin özü şeri ifadəli oxumağa ciddi hazırlaşmalı, onun əsas ideyasını, tonunu, sürətini, ritmini müəyyənləşdirməli və məşq etməlidir. Şagirdlərdə bu cəhətlərə şüurlu münasibət yaranarsa, onlar düzgün oxumağa alışırlar. Məhz belə siniflərdə bir çox hallarda bəzi şagirdlər müəllimdən daha ifadəli oxuyurlar.””
Şagirdlər şerin məzmununa uyğun sözlə “şəkil çəkməyi öyrətmək lazımdır. Bütün sinfin iştirakı ilə kollektiv oxudan, həmçinin şeri bənd – bənd paylayıb, oxutmaqdan da istifadə etmək mümkündür.
Şerin epik və lirik xarakter daşıması, şagirdləri nə dərəcədə düşündürməsi nəzərə alınmalıdır. Epik şerlərdə müəyyən əşya təbiətin bir güşəsi, əsasə, həyat hadisələri, təhkiyə yolu ilə verildiyindən onlar üzərində iş bir növ hekayə üzərində işi xatırladır. Bununla belə, şerlər sintaktik quruluşuna görə hekayələrdən fərqləndiyindən onlarda obrazlılıq, lakoniklik daha üstün olduğundan oxunmasına və təhlilinə xüsusi diqqətlə yanaşmaq lazımdır. II sinifdə “ Mənim babam”’’, T. Elçinin “ Yaşar sənət seçir”’’ , III sinifdə Qabilin “Birinci qar”’’ , Ə.Cəmilin “Şaxta babanın nəğməsi’’ ”, X.Rzanın “Anna yurdum”’’ , IV sinifdə Ə.Kərimin “Dənizdə şəhər’’ ” və s. oxunması bunu tələb edir.
Nəql etməyə hazırlaşarkən çox vaxt diqqəti uşaqların özlərinin məzmuna daxil etdikləri ifadələrə, gözəl təsvirlərə yönəldən tapşırıqlar vermək faydalıdır. Nəqletmə prosesində uşaqların obrazlı ifadələrdən istifadə etmələri rəğbətləndirilməlidir. Bəzən əsərdə yerinə işlənmiş bədii obraz mexanikişəkildə uşaqların nitqinə köçürülür. Bu isə nəinki uşaqların nitqini bəzəmir, üstəlik onu daha da nöqsanlı edir.
Bədii əsərlər üzərində iş mürəkkəb və zərif işdir. Hər bir əsər oxunarkən müəllim hansı işin uşaqların gücünə müvafiq olması və onların estetik hisslərinə necə təsir göstərməsini müəyyənləşdirməlidir.