2. Şerin müəllim tərəfindən ifadəli oxunması. Müəllim şerri ifadəli oxumağa başlamazdan əvvəl şagirdlərdən diqqətlə qulaq asmağı tələb edirlər. Onlara bildirir ki, səsin tonuna, haralarda fasilə verməsinə , harada səsin uzatmasına, hansı sözləri xüsusi vurğu altında deməsinə, həmçinin şerin məzmununa diqqət yetirsinlər.
Müəllim oxuyarkən şagirdlərin qarşısında dərsliklər olmur və heç bir söz izah olunmur. Bu, tam ifadəli oxu nümunəsi verməyə şərait yaradır.
3. Şeri ideya- məzmununun necə mənimsənildiyinin aşkara çıxarılması. Şerin ideyası və məzmununun necə mənimsənildiyini aşkara çıxarmaq üçün suallar qoyulur?