FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


II qrup Hekayədə hansı suala cavab yoxdur: 1. Canavar dovşana nə dedi? 2. Dovşan kirpidən nə soruşdu? 3. Dələ dovşana nə cavab verdi?



Yüklə 0,72 Mb.
səhifə47/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   43   44   45   46   47   48   49   50   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

II qrup Hekayədə hansı suala cavab yoxdur: 1. Canavar dovşana nə dedi? 2. Dovşan kirpidən nə soruşdu? 3. Dələ dovşana nə cavab verdi?

III qrup Mətndə hansı suala cavab var? 1.Necə oldu ki, dovşan adını unutdu? 2. Kirpi nə üçün hirslənmişdi? 3. Necə oldu ki, dələ ağacdan yıxıldı?

IV qrup Dovşan ümumi addır. Aşağıdakı adlardan hansını hekayədəki dovşana xüsusi ad kimi vermək olar?

1. Qoçaq 2. Xallı 3. Qorxaq

Test “Kirpi, ay kirpi bilmirsən mənim atamın adı n ədir?” cümləsində hansı söz mətndə yoxdur. 1. Kirpi 2. Mənim 3. Atamın V qrup Hansı tapmacanın cavabı dovşandır? 1. Yatanda yumru yatar, Ətinə dərman qatar Kim istəsə tutmağa Tikanı ələ batar 2. Gözləri açıq yatar, Güllə tək qaçmağı var Qulaqları yekədir, Hər şeydən qorxmağı var. 3. Özü dəmirdən, Quyruğu kəndirdən Beləliklə bədii sözün gücü ilə uşaqlarda adlar haqqında təsəvvürlər möhkəmləndi

6. Nəticə Evə tapşırıq və nəticə: Ev tapşırığı İnternetdən, ensiklopediyalardan və ya digər kitablardan xoşunuza gələn adam adlarını seçin. Ev heyvanlarına qoyulan xüsusi adları müəyyənləşdirin. Qiymətləndirmə Nəticə: Uşaqlar xüsusi və ümumi adları bir-birindən ayırmağı bacarırlar. Xüsusi adların böyük hərflə yazıldığını bilirlər.

Müasir təhsilin mahiyyətini dərk etməyən “öyrətmək” yox, “öyrənmənin yollarını öyrənmək” anlayışlarını yaxşı başa düşməyən bəzi müəllimlər köhnə t əhsilə daha çox üstünlük verirlər. Çünki həmin sistemdə müəllimin fasiləsiz təhsili anlayışı yoxdur. Müəllim nə zamansa öyrəndiyi faktları öyrətməyə daha çox üstünlük verir. Həmin yol asandır. Lakin məqbul deyil. Çünki uşaq əzbərlədiyini bir neçə gündən sonra unudur və müəllimin zəhməti hədər gedir. Müasir təlim müəllimin də fasiləsiz təhsilinə daimi tədqiqatçı olmağa şərait yaradır. Yeni tipli müəllim daim axtarışda olur, yenilikləri tətbiq edir, köhnə üsullardan asanlıqla imtina edə bilir. Bu proses təkcə şagird intellektini deyil, həm də müəllim düşüncəsini zənginləşdirir. Bu prosesdə “bilik qazanmaq”, “biliyi əldə etmək” deyil, şagird bacarıqlarının yaradılması mühüm bir amildir. Əşyanın adının, onun ümumi və xüsusi keyfiyyətlərinin olmasını, ad bildirən sözlərin hallanmasını müəyyənləşdirmək bacarığını əldə edən uşaq onun elmi adının “isim” olduğunu sonra bilməsinin elə bir qorxusu yoxdur. Əsas məsələ ismə ayrılan keyfiyyətlərin şagird tərəfindən duyulması, onu başqa nitq hissələrindən seçmək bacarığının təmin olunmasındadır. Həmin bacarığın tədris prosesində vərdişə çevrilməsi yaddaşda həmişəlik qalmasını təmin edir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin