FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə46/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   42   43   44   45   46   47   48   49   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

Səviyyə

Meyarlar

I II III IV

Tədqiqat aparır Əməkdaşlıq edir Təqdim edir Nəticə çıxarır

5. Qruplar üzrə işin metodikası

Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələsində aparılan qiymətləndirmə “+” və “-“ işarəsi ilə göstərilir. Ana dilinin tədrisi prosesində intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi üçün idrak fəaliyyətinin formalaşdırılması əsas istiqamətlərdən biridir. Fəallaşdırma mexanizmininən mühüm amillərindən biri ənənəvi təlim sxeminin dəyişdirilməsidir. Bu prosesdə qarşıda duran əsas məsələ dərsə tədqiqat xarakteri verməkdir. Bunun üçün hər bir dərsdə öyrəniləcək məsələ problem şəklində müzakirəyə çıxarılmalıdır. Həmin prosesdə şagird tədqiqatçı, bilikləri kəşf edən, müəllim qazanılası biliklərin yolunda bələdçi rolunda çıxış edir. 158 saylı məktəbin 2-ci sinfində müəllim G. Xəlilova isim anlayışını şagirdlərə keçərkən motivasiya mərhələsində yazı taxtasında müxtəlif heyvanların təsviri olan bir şəkil asdı. Şəkildə ayı, tülkü, canavar, dovşan və s. vardı. Uşaqlar heyvanların adlarını müəyyənləşdirdikdən sonra müəllimə belə bir fikir söylədi: “Görəsən bu heyvanların adı olmasaydı, onları birbirindən necə ayırardıq? Bəs insanların adı olmasaydı, onlar bir – birini necə çağıra bilərdi?” Bunun ətrafında gedən qızğın mübahisələrin nəticəsi belə oldu ki, uşaqlar yekdil şəkildə qərara gəldilər: insanların hər birinin adının olması əhəmiyyətlidir. Müəllim problemi bir qədər də d ərinləşdirmək məqsədilə uşaqlardan birinə müraciət etdi: - Zəhmət olmasa, o şeyi mənə ver! - Nəyi? – deyə şagird soruşdu. Müəllim hərəkətləri ilə çox böyük çətinliklə başa saldı ki, ana dili dərsliyini istəyir və əlavə etdi: - Mən “Ana dili dərsliyi kitabını istəyirəm” desəydim, daha asan olmazdımı? Beləliklə uşaqlar əşyalarn da hər birinin adının olmasının zəruriliyini dərk etdilər. Şagirdlər müxtəlif misallarla belə bir nəticəyə gəldilər ki, insan, heyvan, dağ, çiçək və s. adlarının olması nitqin vacib elementlərindən biridir. Bu prosesdə müəllim öz nüfuzunu uşaqlara zorla qəbul etdirməmək üçün əsas fikrini daim gizlində saxlayırdı. Bu, şagird və müəllim bərabərliyini təmin edir. Bu bərabərlik həm şagirdləri cəsarətləndirir, onları mübahisələrdə f əal iştirak etməyə ruhlandırır, həm də mübahisə prosesində demokratiyanı t əmin edir. Təhsil müvəffəqiyyətinin əsası düşüncənin demokratikliyidir. Bu prosesdə müəllim özü də öyrənən rolunda görünür. Lakin dərsin əsas qayəsini bir an belə yaddan çıxartmır. Dərs prosesində müzakirələrin istiqamətinə ustalıqla təsir edib ki, uşaqlar məqsəddən uzaq düşməsinlər. Müəllim bələdçilik funksiyasını bir an yaddan çıxarmamalı, elə etməlidir ki, şagird, məsələn, adların nitqdəki əhəmiyyətini bütün təfərrüatı ilə dərk etsin. Bu zaman həmin nitq hissəsinin ümumi və xüsusi hallarını, şəkilçilərini və s. kimi digər elmi tərəflərini ikinci plana keçirmək lazımdır. Əsas cəhət budur ki, uşaq mətnlərdə adların sonuna artırılacaq şəkilçilərin əhəmiyyətini dərk etsin, onun məqamını duya bilsin. Dil faktorlarının elmi terminlərini öyrətməzdən əvvəl, onu duymağa yönəldən bədii mətnlərdən geniş istifadə etmək zəruridir. Şagird elmi müddəalara qədər ismin əsas xüsusiyyətlərini duymalı, onu “kəşf etməli”dir. Bu, tədris prosesinin ən əhəmiyyətli nöqtəsidir. Məhz bu cəhətinə görə fəal təlim texnologiyasından bəhs edən alimlər şagirdlərin “tədqiqatçı olması”nı tələb edirlər. Dərsdə qoyulan problemlə şagirdin “tədqiqatçı” kimi üz-üzə qalması müasir dərs tipajlarının ən mühüm elementidir. Avropanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da bu cür dərs metodlarından istifadə edən yeni tipli müəllimlər çoxdur. Bu təhsil ocaqlarının içərisində XXI əsr məktəbi, Avropa litseyi, 6, 7, 18, 20, 23 saylı məktəblərin bəzi ibtidai sinif müəllimlərinin adlarını ç əkmək olar. Avropa litseyinin müəllimləri dərsdə problem yaratmaqla kifayətlənmirlər. Onlar həmin problemin davamını ev tapşırıqları kimi verirlər. Uşaqlar hər hansı problemlə bağlı internetdən, müxtəlif kitablardan, ensiklopediyalardan əlavə materiallar seçilməsini tapşırırlar. Beləliklə sinifdə başlayan diskussiya evlərə yol açır, valideynlər bu işə qarışır, mövcud məlumat qaynaqları işə düşür. Bu prosesdə bir cəhət də nəzərə alınmalıdır. Şagird nə axtardığını, niyə axtardığını v ə bu axtarışların nəticəsi olacaq tapıntıların əhəmiyyətini dərk etməlidir.

Sonra müəllim belə bir cümləyə diqqəti cəlb etdi: YADDA SAXLAYAQ: Hər şeyin öz adı var. Adlar həm xüsusi, həm də ümumi olur. XÜSUSİ ADLAR: Anar, Zərifə, Bakı, Göygöl ÜMUMİ ADLAR: Heyvan, quş, ağac və s. Adlar kim, nə, hara suallarına cavab verir. Müəllim fikrini bədii sözlə əsaslandırmaq üçün aşağıdakı hekayəni qruplara payladı.

DOVŞANIN ADI Canavar dövşanı necə qovmuşdusa adı yadından çıxmışdı. Onun qabağına bir kirpi çıxdı: - Kirpi, ay kirpi bilmirsən mənim adım nədir? Kirpi dayanıb dərin fikrə getdi. Iynələrini qabardıb dedi: - Sənin adın Yekəqulaqdır. Bilirsənmi, səni niyə belə çağırırlar? Axı, qulaqların hamınınkından böyükdür. Dovşan kirpinin sözlərinə inanmadı. Heç belə d ə ad olar? Yekəqulaq! Birdən dələni gördü. - Səncə mənim adım nədir? – deyə ondan soruşdu. Dələ cavab vermək üçün heç fikirləşmədi də. Dedi: - Çəpgöz! Sənə ona görə belə deyirlər ki, qəşəng gözlərin çəpdi. Dovşan onun da sözlərinə inanmadı.

Birdən kolların dibində söhbət edən iki çaqqalın səsini eşitdi. Çaqqallardan biri o birinə deyirdi: - Sən dovşansan. Lap ondan da qorxaqsan. - Dovşan sənsən-deyə o biri çaqqal cavab verdi. Elə bu zaman dovşanın adı yadına düşdü. - Dovşan! Əlbəttə, mənim adım dovşandır. O, sevinəsevinə yoluna davam etdi.

Qruplara aşağıdakı suallar paylandı. I qrup Bu hekayənin müəllifi sən olsaydın onun sonuna aşağıdakı cümlələrdən hansını artırardın? Niyə? 1. Adı yadına düşəndə qanı qaraldı. Axı dovşan “qorxaq” deməkdir. 2. Adını eşidəndən sonra dovşan fikirləşdi: Adım aslan olsaydı necə də gözəl olardı. 3. O, adını yaddan çıxartmamağa söz verdi. 4. Hər kəsə öz adı əzizdir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin