FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə64/116
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#37098
1   ...   60   61   62   63   64   65   66   67   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə-1

Doşan, doşan, a, doşan,

Qaşma dayan, a doşan.

Qaşma səni sevənnən,

Can kimi bəsliyənnən.

(A.Şaiq, «Uşaq və dovşan»)

Bir çox hallarda isə şerlərdə orfoepik normalar şair tərəfindən gözlənilir və bu, şagird üçün nümunə olur.

Quşlar neçin gedirsiz:

Bəlkə də seyr edirsiz?

(A.Səhhət. « Quşlar»)

Bütün bunları nəzərə alaraq müəllim dərsə hazırlaşarkən hər bir sözün tələffüzü üzərində fikirləşməli, oxu prosesində orfoepik normalara əməl etməlidir.

MÖVZU 11: OXUDA İNTONASİYA TƏLƏBLƏRİ

PLAN:
ƏDƏBİYYAT:
Nitqdə, o cümlədən oxu prosesində intonasiyanın rolu böyükdür. İntonasiya sözün mənasını gücləndirməklə, bəzən sözdən daha çox şeyi ifadə edir. Belə ki, bəzən intonasiyanın köməyi ilə sözə onun ifadə etdiyi mənanın əksini vermək olur? Müəllim ev tapşırığını çox səliqəsiz və nöqsanlı yazmış şagirdin dəftərinə baxıb deyir: «Əla!». Ə səsini çox uzatmaqla o, rəğbət deyil, kinayə, tənə bildirir, uşağı töhmətləndirir.

İntonasiya geniş və dar mənada işlənir. Geniş mənada intonasiya dedikdə, səslənən nitqin birgə təsir göstərən komponentlərinin mürəkkəb kompleksi nəzərdə tutulur. Nitqdə o cümlələrdə aşağıdakı komponentlər özünü göstərir: a) vurğuda ifadə olunan və nitqin dinamikasını müəyyən edən qüvvə; b) müxtəlif hündürlükdə səslər üzrə səsin hərəkətində ifadə olunan və nitqin melodikasını müəyyən edən istiqamət; c) uzun səslənmə və fasilələrdə ifadə olunan nitqin tempini və ritmini müəyyən edən sürət; ç) nitqin səslənməsinin xarakterini (emosional rəngini) müəyyən edən temp (çalarlıq).

Səslənən nitqin səs qabığı olan bütün bu komponentlər, həmçinin melodiklik və ritm vəhdətdə ifadəliliyi təmin edir. Bir sözlə, intonasiya mətnin məzmunu ilə müəyyən edilən emosional məna çalarlığının məcmusudur. Bu çalarlıq təsvir olunan faktlara müəllifin münasibətini ( bəyənmək, kinayə, ikrah, valehlik, vəcdə gəlmək, həyəcan və digər emosiyalar) bildirir. Digər bacarıqlarkimi intonasiya da imitasiya yolu ilə mənimsənilir. Nəqli cümlənin axırında intonasiya aşağı düşür, sualın məna mərkəzində yuxarı qalxır.

Fikrin və hisslərin ifadə olunmasında məna məzmun və bizim ona münasibətimizdə müəyyən edilən psixoloji intonasiya mühüm rol oynayır. İntonasiyasız oxunan əsərdə yazıçının duyğuları, obrazlar, qəhrəmanın əhval – ruhiyyəsi və əsərin bədii qiyməti anlaşılmaz.

Şagirdlər yerinə görə yüksək səslə və sakit oxumağı öyrənməlidirlər. II sinifdə A.Səhhətin «Ayı və şir » təmsili keçilərkən:


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin