FƏridə Əliyeva



Yüklə 392,19 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü392,19 Kb.
#7312

                                                                                Yeni dövr                                                                              63 

Tarix və onun problemləri, № 1 2013 

 

 

FƏRIDƏ ƏLIYEVA 

T.e.n., BDU Azərbaycan tarixi (humanitar fakültələr üzrə) 

kafedrasının dosentİ 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

1905-1906-CI ILLƏR ERMƏNI-MÜSƏLMAN SAVAŞI 

O DÖVRÜN PUBLISISTIKASINDA 

 

Açar sözlər: Nifaq, savaş, azərbaycanlılar, erməni təcavüzü 

Ключевые слова: раздор, война, азербайджанцы, армянская агрессия 

Key words: discord, war, azerbaijanis, armenian aggression 

 

Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan”  yaratmaq iddiasında olan er-məni-



lər  1905-ci  il  fevralın  6-da  Bakıda,  sonra  isə  bütün  Azərbaycanda  əvvəlcədən  hazır-lanmış 

planla  azərbaycanlılara  qarşı  silahlı  qiyam  qaldırdılar,  təcavüzə  başladılar.  1906-cı  ilin 

payızına qədər davam edən bu qanlı toqquşmalar nəticəsində azərbaycan kəndləri ta-lan edilir, 

yandırılır, 10 minə yaxın insan həlak olmuşdu.(1,180) 

Ermənilərin Azərbaycan xalqına, onun varlığına, onun ərazisinə, ərazi bütövlüyünə qarşı 

başladıqları görünməmiş təcavüzü, törətdikləri vəhşilikləri o dövrün Azərbaycan zi-yalılarını 

son  dərəcə  narahat  etmişdi  və  onlar  erməni  təcavüzünün  səbəbləri  və  məqsəd-ləri  o  dövrün 

mətbuatında  işıqlandırmışdılar.  Bu  ziyalılar  içərisində  Əli  bəy  Hüseynzadə-nin  fəaliyyəti 

xüsusilə  diqqəti  cəlb  edir.  Belə  ki,  böyük  mütəfəkkir  naşiri  olduğu  “Həyat”  (7.VI.1905-

3.IV.1906)  qəzetində  erməni  təcavüzünə  silsilə  məqalələr  həsr  etmişdi.  Əli  bəy  Hüseynzadə 

“Həyat” qəzetində “Türklər kimdir və kimlərdən ibarətdir” adlı iri həcmli elmi-tarixi-publisist 

əsər ilə çıxış edir. Bu əsərdə o türklərin mənşəyi, tarixi və mədəniyyəti haqda yığcam, lakin 

çox  qiymətli  məlumat  verir.  Məhz buna  görə  də  Əli bəy Hüseynzadə  irsinin samballı tədqi-

qatçısı Ofeliya Bayramova mütəfəkkirin “Həyat” qəze-tində çap etdirdiyi məqalələri 1997-ci 

ildə “Türklər kimdir və kimlərdən ibarətdir?” adı altında nəşr edir.(2) 

Yaşar  Qarayev  “Əli  bəy:  irsi  və  varisləri...”  adlı  məqaləsində  Əli  bəy  Hüseynzadə-nin 

ermənilərin  Azərbaycana  qarşı  başladıqları  təcavüzün  əsl  simasını  açmaqda  rolunu  yüksək 

qiymətləndirərək  yazırdı:  Görkəmli  Azərbaycan  mütəfəkkiri  Əli  bəy  Hüseynzadə  öz  siyasi-

fəlsəfi  publisis-tikasında  ermənilərin  rəhbər  tutduğu  və  israrla,  inadla  həyata  keçirdiyi 

konkret-tarixi və milli-siyasi proqramın qlobal motivləri və strateji havadarları, ideya kökləri 

dini,  irqi,  so-  sial  və  qövmi  əsasları,  həm  fiziki,  həm  də  mənəvi  terroru  açıq,  fəal  cəbbəxana 

elan edən ikiüzlü, saxta, məkrli üsul və vasitələri öz yüksək ixtisaslı, predmetli, təfsilatlı elmi 

şər-hini və təhlilini vermişdir. (3,11) 

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 7 iyun 1905-ci ildə çapdan çıxan ilk nömrə- sində 

“Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımez” adlı məqaləsində ermənilərin Azərbaycana 

qarşı başladıqları təcavüzü pərdələməyə çalışdıqlarını, iki millət- azərbay- canlılarla ermənilə-

rin arasındakı nifaqın səbəbini azərbaycanlılarda gördüklərini kəskin tənqid edir: “ermənilərin 

əhli-maarifi, mühərrirləri, ədibləri öhdələrinə tərtib edən vəzife-  yi, iki millət arasında təlifi-

beyn  etmək  xüsusundakı  müqəddəs  vəzifeyi  əsla  ifa  edəm-mədilər...,  onlar  erməniləri  haqlı, 

insaniyyətli, bigünah və əlhasil məsum bir quzu kibi göstərməyə, bizi isə bunun əksi-ovsaf ilə 

tövsif  etməyə  qeyrət  ediyorlar,  qəzetlərlə,  teleq-  rafla  Avropanın  bir  ucundan  o  biri  ucuna, 

bəlkə ta Amerika və Avstraliyaya qədər o yol-da fəryad edirlər” (2, 84-87) Adını çəkdiyimiz 



64                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, № 1 2013

 

 

məqalədə  Ə.Hüseynzadə  ermənilərin  azərbaycanlılara  iftira  atmasını  xüsusilə  qeyd  edirdi  və 



bunun  əsas  səbəbini  göstərirdi:  “Ermənilər  belə  bir  iftira  ilə  çıxış  edirdilər  ki,  guya  ümum 

müsəlmanlar, yəni 300 mil-yondan ibarət olan müsəlmanlar ittifaq və ittihad edib bu günlərdə 

çəgirtgə kimi qanadla- nıb uçaraq və Rusiya və Avropanın üstünə töküləcək və Qərb mədəniy-

yətini,  bəlkə  də  bütün  xristian  aləmini  bağı  ilə,  bağçası,  əkiniylə,  əhalisiylə  yeyib  yetəcək-

lərmiş. Buna  da guya indiyə qədər ermənilər  mane olurmuşlar. Bütün xristianlıq, sivilizasiya 

(!) üçün qorxu, fəlakət-islam, yeganə xilas, nicat, ümid yeri isə ermənilər imiş” (2, 84-85) 

Erməni-Azərbaycan  münasibətləri  məsələsinə  toxunan  Əli  bəy  Hüseynzadəyə  görə  XX 

əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi və mədəni inkişafı erməniləri na-rahat etməyə 

başlamışdı, “müsəlmanların tərəqqi və maariflənməsi” onları təftişə salırdı. (2, 86-87). Əli bəy 

Hüseynzadə ermənilərə müraciətlə yazırdı:... Siz hər nədənsə aləmi-islamın ittihadından deyil, 

xabi-qəflətdən  oyanıb,  təriqi-təməddün  və  maarifə  sülukindən  qorxursunuz!  Sizi  təlaşa  salan 

zənn ediyoram bu cəhətdir.(2, 86-87) 

Əli bəy Hüseynzadə “Gəncə və Tiflis vüqyamına dair əfkarımız” (“Həyat” qəzeti, 1905-

ci  il  11  iyul)  adlı  məqaləsində  erməni-müsəlman  savaşının  3  səbəbini  göstərir,  bu  səbəblər 

bunlardır: 1) ermənilərin azqınlığı, erməni kilsəsinin fəaliyyəti, 2) azərbaycanlı-ların mövcud 

siyasi durumdan bixəbər olmaları, 3) ölkədəki idarə sistemi. “Bu qovğa üç növ siyasətin təhti-

təsirində  hasil  oldu:  birincisi,  bəzi  ermənilərin  azğınlığı  və  zəlaləti  idi  ki,  ermənilər  bir  az 

kəsbi-maarif və sərvət etdiklərindən naşı kəbirləndilər, qürur peyda etdilər. Bu hallarına bir də 

təsirati-kəlisa qarışdı. Sair millətlər, məsələn, fransızlar kə-lisanın əlindən xilas olmağa çalışır-

kən, ermənilər aləmi-islamın ortasında bulunduqları halda, dini islamdan qətiyyən bixəbər qal-

mağa və təəssübi-kəlisalarını son dərəcələrdə vardırmağa cəhd və qeyrət ediyorlar idi! Siya-

sətin ikincisi müsəlmanların qəflətləri, avamlıqları idi... Fəqət bu iki amil özlüyündə nifaq və 

şəqaqə bais olmaz idi! Baisi-həqi-qi köhnə üsuli-idarə idi, daha doğrusu, o üsulun bəzi qərəf-

kirani  idi  ki,  bu  kibi  əhvalda  bir  zəmini-müsaid  bulub  moxmi-nifaqı  əkdilər!..(2,  116)  Gəti-

rilən  ixtibaslardan  görünür  ki,  Əli  bəy  Hüseynzadə  erməni  təcavüzünün  mümkün  olmasında, 

həyata keçirilməsində Rusiya imperiyasının hakim dairələrini müqəssir sayırdı. 

Görkəmli Azərbaycan ziyalısı “Molla Nəsrəddin” jurnalının qeyri-rəsmi ikinci re- dakto-

ru  (1906-1911-ci  illərdə)  Ömər  Faiq  nemanzadə  1906-cı  il  avqustun  6-da  “İrşad”  qəzetində 

“Nə  etməliyik”  adlı  məqalə  çap  etdirmişdi.  Məqalədə  ermənilərin  qırğın  törət-məkdə  əsas 

məqsədləri açıq-aydın  göstərilmişdir: “İndi  lazımdır ki, ermənilərin  niyyət və tədbirlərini kə-

mal  ilə  bilib,  ona  görə  özümüzü  mühafizə  eləyək.  Burasını  heç  vaxt  yaddan  çıxartmayaq  ki, 

ermənilər hər nə cür olsa özləri üçün mütləq bir “Ermənistan” vücudə gətirmək niyyət qəbisin-

dədirlər  və  bu  niyyətlərini  hüsula  gətirmək  üçün  də  mütləq  bizi  İrəvan,  Qarabağ  və  Kars 

səmtlərindən çıxartmaq məcburiyyətindədirlər”.(4,72) Daha sonra mü-əllif çox uzaqgörənliklə 

ermənilərin  gələcək  planlarını  dəqiqliklə  qələmə  ala  bilmişdi:  “Bəli,  ermənilər  indi  ruslar  ilə 

bir olub bizi İrəvan, Qarabağ səmtlərində zəiflətdikdən sonra gələcəkdəki fürsətə ilfizar edib 

Rusiyanın  inqilab  və  zəfini  gözləyəcəklər.  Və  birinci  fürsətdə  Rusiyadan  qabaqca  “avtono-

miya” istəyib yavaş-yavaş özlərinə “Ermənis-tan” hazırlayacaqlar”. (4, 72-73) 

1905-1906-cı illərdə ermənilərin Azərbaycana qarşı təcavüzü Məhəmməd Əmin Rəsulza-

dənin publisistikasında öz əksini tapmışdır. M.Ə.Rəsulzadə bu təcavüzün törətdi-yi fəlakətləri, 

vəhşilikləri  göstərməklə  kifayətlənməyərək  qırğınların  qarşısının  alınma-sında  böyük  rol  oy-

namışdı. Lakin ilk milli sosial-demokrat təşkilatı-“Hümmət”in təsisçi- lərindən biri olan M.Ə. 

Rəsulzadə erməni təcavüzünün əsas səbəbini erməni xalqında, millətində deyil, Rusiya höku-

mətində  görürdü:  O,  19  iyul  1906-cı  ildə  sosial-demokrat  təmayüllü  “Dəvət-Qoç”  qəzetində 

çap etdirdiyi “Mərəzimizin çarəsi” adlı məqaləsində ermənilərin Azərbaycanın şəhər və kənd-


                                                                                Yeni dövr                                                                              65 

Tarix və onun problemləri, № 1 2013 

 

lərində  törətdiyi  dəhşətləri  qeyd  etsə  də,  erməni  təcavüzünün  əsas  səbəbini,  birinci  səbəbini- 



“Cümlə Rusiyanı qanlı bir girdab içinə bu-raxan istibdad və bürokratiyada... iki milləti bir-biri 

ilə vuruşdurub nahaq qanlar içində inqilabı qərq etmək istəyən dövlətdə görürdü. (5, 20) Çox 

qəribə olsa da, M.Ə.Rəsulzadə qırğının ikinci səbəbini “müxtəlif millətlərin burjuaları arasın-

da olan iqtisadi rəqabətdə görürdü: “İki  millətin ağaları və rəisləri,  burjua girvələr, bəylər  və 

xanlar  arasında  olan  rəqabəti-iqtisadiyyə  ilə  hazırlanmış  bir  zəmində  hökumət  dəsti-qədda-

ranəsilə edilən erməni müsəlman hadiseyi-facianəsi” (5, 71) Sözsüz ki, Azərbaycanın iqtisadi 

həyatında fəaliyyət göstərən  müxtəlif  millətlərin burjuaları arasında,  o cümlədən Azərbaycan 

və erməni millətindən olan kapitalistlər arasında rəqabət mövcud idi, amma heç bir rəsmi sə- 

nəddə azərbaycanlıların ermənilərə qarşı kütləvi qırğına hazırlaşdıqları haqda məlumat tapmaq 

olmaz.  M.Ə.Rəsulzadə  erməni  fəhlələrinin  azərbaycanlılara  qarşı  təcavüzdə  iştirakını  qeyd 

edirdi və bunun səbəbini “Daşnaksütyun” partiyası onun fəaliyyəti ilə əlaqələndirirdi. 14 iyul 

1906-cı ildə “İrşad” qəzetində çap etdirdiyi “İki nüktə” adlı məqaləsində M.Ə.Rəsul- zadə bu 

haqda  belə  yazırdı:  “Erməni  fəhlələrini  nə  vadar  elədi  ki,...  dənaətkaranə  işə  iq-dam  etdilər. 

Erməni fəhlələrini bu işə vadar edən “sosialist daşnaksütyun” firqəsidir.(5, 51)  

M.Ə.Rəsulzadə “Hümmət” təşkilatının orqanı olan “Təkamül” qəzetinin 16 dekabr 1906-

cı  il  tarixli  nömrəsində  nəşr  etdirdiyi  “Şeytan  işinin  nəticəsi  adlı  məqaləsində  erməni 

təcavüzünün  səbəbini  “şeytan”  dedikdə  müəllif  Rusiya  dövlətini  nəzərdə  tuturdu.  Belə  ki, 

1907-ci il martın 17-də “Təkamül” qəzetində çap etdirdiyi “Barı, 17 mart” adlı məqalədə M.Ə. 

Rəsulzadə  yazırdı:  “Məlum  olduğu  vəshlə  Rusiya  hökuməti  inqilab  seytanların  qabağını 

saxlamaq zəhabilə hər bir dəni fikirlərə düşüb, hətta iki milləti bir-birinə qırdırmaq dərəcəsinə 

də  vardı.  Rusiyada  ruslar  ilə  cuhudları  saldırıb,  Qafqazda  da  erməni  və  müsəlman  vaqiəji-

dəhşətzasini yaratdı 

Nəriman  Nərimanov  1906-cı  il  iyulun  23-də  “Həyat”  qəzetində  nəşr  etdirdiyi  “Mü-səl-

man-erməni kasıb fəqirlərinə bir neçə söz” adlı məqaləsində erməni-müsəlman savaşı, proble-

minə  toxunmuşdu.  N.Nərimanov  sosial-demokrat  “Hümmət”  təşkilatının  üzvü  idi  və  bu  da 

onun  erməni  təcavüzünə  münasibətində  özünü  göstərir.  Belə  ki,  N.Nərimanov  ermənilər  ilə 

azərbaycanlıları savaşda eyni dərəcədə müqəssir sayır: “Siz iki bədbəxt mil- lət, iki qonşu, nə 

məqsədlə  meydana  çıxırsınınz.  Bir-birinizin  qanını  tökmək  ilə  hansı  bir  əqidəni  yola  verib, 

hankı nüqtəyə çatmaq istəyirsiniz? Ey erməni-müsəlman kasıb fə-qirləri! Əqlinizi uduzub “bir 

para adamların” hiyləsinə aldanmayın”. (6, 121) “Bir para adamlar” dedikdə N.Nərimanov cə-

miyyətin  yuxarı  təbəqəsini-“böyüklərini”  nəzərdə  tu-turdu.(6,  122)  O,  erməni-savaşında  əsas 

müqəssiri, günahkarı “burjuaziyanı” sayır və hər iki millətin kasıb fəqirlərini “burjuaziyanın” 

təsirindən azad olub ittifaqa girib ümumi düşmənə qarşı mübarizəyə çağırırdı. (6, 123)  

Erməni  -  müsəlman  savaşı  dahi  Üzeyir  bəy  Hacıbəylinin  publisistikasında  da  öz  əksini 

tapmışdır. O, 1906-1907-ci illərdə bu problemə bir neçə məqalə həsr etmişdir. Bu məqalələrdə 

əsas  diqqət  savaşın  səbəbləri,  törətdikləri  fəlakətlər,  bunun  qarşısının  alınması  məsələlərinə 

verilmişdir. Üzeyir Hacibəyli azərbaycanlıların erməni-müsəlman savaşında maraqlı olmadıq-

larını 1906-cı il fevralın 4-də “İrşad” qəzetində çap etdirdiyi “Erməni-müsəlman sülh məsələ-

sinə dair” məqaləsində xüsusilə qeyd etmişdir. “Bunu da bilməlidirlər ki, sadəlövh müsəlman-

lar heç bir vaxt və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildirlər. Çünki 

belə nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur” (7, 179). Üzeyir Ha-

cıbəyli  savaşın  səbəbini  ermənilərdə,  “Daşnaksütyun”  partiyasının  fəaliyyətində,  rus  dövlə-

tinin  yeritdiyi  antiazərbaycan  siyasətində,  erməniləri  azərbaycanlılara  qarşı  qızışdırmasında 

görürdü.  O,  “İrşad”  qəzetinin  1906-cı  il  iyunun  14-də  çap  etdirdiyi  “Bir  tədbir  lazımdır  ya 

yox?”  adlı  məqaləsində  yazırdı:  “Mərkur  Şurada  müsəlmanlar  tərəfindən  biməhaba  rast  və 


66                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, № 1 2013

 

 

mərd-mərdanə  danışan  vəkilləri  bu  erməni-müsəlman  iğtişaşına  böyük  səbəb  ermənilərin 



“Daşnakstyun” adlanann ixtilalçı firqəsi olduğunu dəlil və sübutlar ilə hökumət hüzurunda bə-

yan etmişdilər” (7, 232). Məqalədə sonra məhz hökumət dairələrinin, “hökumət qulluqçuları-

nın” erməniləri azərbaycanlılara qarşı savaşa təhrik etdiklərini göstərirdi: “bəs o vaxt ki, ölkə-

nin orasında-burasında müsəlmanlar ölüm-itim və hücuma giriftar olurdular canişin hüzurun-

dakı sülh və səlah komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o vaxt 

ki, hökumət qulluqçuları öz provokatorları ilə və fitnə və fəsadları ilə aranı qızışdırırdılar və 

müsəlmanları  erməni  bədkarlarının  ayağına  verib  erməniləri  müsəlmanların  üstünə  qalxı-

zırdılar (2, 232).  

Ü.Hacıbəyli qatı millətçi “Daşnaksütyun” partiyasının ermənilərin azərbaycanlılara qarşı 

təcavüzdə aparıcı rolunun danılmaz olduğunu xüsusilə qeyd edirdi: “Biz müsəlmanlar dəxi rus 

məmurlarının provokatorluqlarını iqrar vı etiraf edib də, erməni “Daşnaksütyun” ferqəsinin də 

bu iqtişaşın davamına səbəb olduğunu anlayıb, ölkənin sakitlik və rahətliyi xatirəsi üçün tələb 

edirik ki,... “Daşnaksütyun”  firqəsi dəxi dağılıb puç  olsun...amma bu firqə  bu gün özünü  öz 

camaatı arasında elə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox mahaldır” (7,233-

234 

Ermənilərin Azərbaycana qarşı başladıqları savaş məsələsinə “Hümmət” təşkilatının  ya-



radıcılarından biri olan Sultan Məcid Əfəndiyev də toxunmuşdur. O, 30 dekabr 1906-cı ildə 

“Təkamül” qəzetində çap etdirdiyi “İnqilabiyyun firqənin əsası necə olmalıdıdr?” adlı məqalə-

sində Daşnakstyun partiyasını Tiflisdə erməni-müsəlman davasının təşkilatçısı olduğunu qeyd 

etsə də,  milli qırğının törədilməsində Azərbaycan burjuaziyasını da erməni burjuaziyası kimi 

günahkar hesab edir, onlar rolunu eyniləşdirirdi. (8, 44). Bu tezis əlbəttə kökündən səhvdir  

 

ƏDƏBİYYAT 

 

1.

 



Bəxtiyar Nəcəfov. Düşmənin üzü. I hissə, B., 2007 

2.

 



Əli bəy Hüseynzadə. Türklər kimdir və kimlərdən ibarətdir? , B., 1997 

3.

 



Yaşar  Qarayev  Əli  bəy:  irsi  və  varisləri...,  1995.-Əli  bəy  Hüseynzadə.  Qırmızı  qa- 

ranlıqlar içində yaşıl işıqlar. Seçilmiş məqalələr.,B.,1996 

4.

 

Ömər Faiq Nemanzadə-Nə etməliyik. Ş.Hüseynov. Müstəqilliyin çətin yolu..., Reallıqlar, 



düşüncələr.B,2009 

5.

 



Məhəmməd Əmin Rəsulzadə Mərəzimizin çarəsi. M.Ə.Rəsulzadə əsərləri I hissə 1903-

1909,B.,1992 

6.

 

Нариман Нариманов Избранные сочинения, т.1, Б.,1990 



7.

 

Üzeyir bəy Hacıbəyli Seçilmiş əsərləri, II cilddə, I cild,B., 2005 



8.

 

Sultan Məcid Əfəndiyev Əsərləri, B., 1969 



 

ФАРИДА АЛИЕВА 

К.и.н. БГУ, кафедра История Азербайджана 

(для гуманитарных факультов) 

 

ПУБЛИЦИСТИКА АРМЯНО-МУСУЛЬМАНСКОЙ ВОЙНЫ 

ПЕРИОДА 1905-1906 ГГ 

В  статье  дается  оценка  армяно-мусульманской  войны  1905-1906  годов  в  пуб-

лицистике  азербайджанских  общественных  деятелей  того  периода  -  А.Гусейнзаде, 

О.Ф.Нариманзаде, М.А.Расулзаде, Н.Нариманова, С.М.Эфендиева, Ю.Гаджибейли 



                                                                                Yeni dövr                                                                              67 

Tarix və onun problemləri, № 1 2013 

 

 

FARIDA ALIYEVA 



Candidate of Historical Science,  

Associate Professor BSU Department of Newtime  

and modern History of Azerbaijan 

 

THE ARMENIAN-MUSLIN’S FIGHT OF 1905-1906 TH YEARS AT THE 

PUBLICISM OF THAT PERIOD 

 

  The  article  assesses  the  Armenian-Muslim  war  1905-1906  years  in  journalism  Azer-

baijani  public  figures  of  the  period  -  A.Huseynzade  O.F.Narimanzade  A.M.Rasulzade,  H.N. 



Narimanova, S.M.Afendieva, Y.Qadzhibeyli 

 

 

Rəyçilər: t.e.d.L.L.Həsənova, t.e.d.A.C.İsgəndərov 

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin “Azərbaycan tarixi” (humanitar fakül-

tələr  üzrə)  kafedrasının  06.12.2012-ci  il  iclasının  qərarı  ilə  çapa  məsləhət  görülmüşdür 

(pr.№11). 

Yüklə 392,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin