Yeni dövr 63
Tarix və onun problemləri, № 1 2013
FƏRIDƏ ƏLIYEVA
T.e.n., BDU Azərbaycan tarixi (humanitar fakültələr üzrə)
kafedrasının dosentİ
E-mail: TarixVeOnunProblemleri@gmail.com
1905-1906-CI ILLƏR ERMƏNI-MÜSƏLMAN SAVAŞI
O DÖVRÜN PUBLISISTIKASINDA
Açar sözlər: Nifaq, savaş, azərbaycanlılar, erməni təcavüzü
Ключевые слова: раздор, война, азербайджанцы, армянская агрессия
Key words: discord, war, azerbaijanis, armenian aggression
Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq iddiasında olan er-məni-
lər 1905-ci il fevralın 6-da Bakıda, sonra isə bütün Azərbaycanda əvvəlcədən hazır-lanmış
planla azərbaycanlılara qarşı silahlı qiyam qaldırdılar, təcavüzə başladılar. 1906-cı ilin
payızına qədər davam edən bu qanlı toqquşmalar nəticəsində azərbaycan kəndləri ta-lan edilir,
yandırılır, 10 minə yaxın insan həlak olmuşdu.(1,180)
Ermənilərin Azərbaycan xalqına, onun varlığına, onun ərazisinə, ərazi bütövlüyünə qarşı
başladıqları görünməmiş təcavüzü, törətdikləri vəhşilikləri o dövrün Azərbaycan zi-yalılarını
son dərəcə narahat etmişdi və onlar erməni təcavüzünün səbəbləri və məqsəd-ləri o dövrün
mətbuatında işıqlandırmışdılar. Bu ziyalılar içərisində Əli bəy Hüseynzadə-nin fəaliyyəti
xüsusilə diqqəti cəlb edir. Belə ki, böyük mütəfəkkir naşiri olduğu “Həyat” (7.VI.1905-
3.IV.1906) qəzetində erməni təcavüzünə silsilə məqalələr həsr etmişdi. Əli bəy Hüseynzadə
“Həyat” qəzetində “Türklər kimdir və kimlərdən ibarətdir” adlı iri həcmli elmi-tarixi-publisist
əsər ilə çıxış edir. Bu əsərdə o türklərin mənşəyi, tarixi və mədəniyyəti haqda yığcam, lakin
çox qiymətli məlumat verir. Məhz buna görə də Əli bəy Hüseynzadə irsinin samballı tədqi-
qatçısı Ofeliya Bayramova mütəfəkkirin “Həyat” qəze-tində çap etdirdiyi məqalələri 1997-ci
ildə “Türklər kimdir və kimlərdən ibarətdir?” adı altında nəşr edir.(2)
Yaşar Qarayev “Əli bəy: irsi və varisləri...” adlı məqaləsində Əli bəy Hüseynzadə-nin
ermənilərin Azərbaycana qarşı başladıqları təcavüzün əsl simasını açmaqda rolunu yüksək
qiymətləndirərək yazırdı: Görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə öz siyasi-
fəlsəfi publisis-tikasında ermənilərin rəhbər tutduğu və israrla, inadla həyata keçirdiyi
konkret-tarixi və milli-siyasi proqramın qlobal motivləri və strateji havadarları, ideya kökləri
dini, irqi, so- sial və qövmi əsasları, həm fiziki, həm də mənəvi terroru açıq, fəal cəbbəxana
elan edən ikiüzlü, saxta, məkrli üsul və vasitələri öz yüksək ixtisaslı, predmetli, təfsilatlı elmi
şər-hini və təhlilini vermişdir. (3,11)
Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 7 iyun 1905-ci ildə çapdan çıxan ilk nömrə- sində
“Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımez” adlı məqaləsində ermənilərin Azərbaycana
qarşı başladıqları təcavüzü pərdələməyə çalışdıqlarını, iki millət- azərbay- canlılarla ermənilə-
rin arasındakı nifaqın səbəbini azərbaycanlılarda gördüklərini kəskin tənqid edir: “ermənilərin
əhli-maarifi, mühərrirləri, ədibləri öhdələrinə tərtib edən vəzife- yi, iki millət arasında təlifi-
beyn etmək xüsusundakı müqəddəs vəzifeyi əsla ifa edəm-mədilər..., onlar erməniləri haqlı,
insaniyyətli, bigünah və əlhasil məsum bir quzu kibi göstərməyə, bizi isə bunun əksi-ovsaf ilə
tövsif etməyə qeyrət ediyorlar, qəzetlərlə, teleq- rafla Avropanın bir ucundan o biri ucuna,
bəlkə ta Amerika və Avstraliyaya qədər o yol-da fəryad edirlər” (2, 84-87) Adını çəkdiyimiz
64 Yeni dövr
Tarix və onun problemləri, № 1 2013
məqalədə Ə.Hüseynzadə ermənilərin azərbaycanlılara iftira atmasını xüsusilə qeyd edirdi və
bunun əsas səbəbini göstərirdi: “Ermənilər belə bir iftira ilə çıxış edirdilər ki, guya ümum
müsəlmanlar, yəni 300 mil-yondan ibarət olan müsəlmanlar ittifaq və ittihad edib bu günlərdə
çəgirtgə kimi qanadla- nıb uçaraq və Rusiya və Avropanın üstünə töküləcək və Qərb mədəniy-
yətini, bəlkə də bütün xristian aləmini bağı ilə, bağçası, əkiniylə, əhalisiylə yeyib yetəcək-
lərmiş. Buna da guya indiyə qədər ermənilər mane olurmuşlar. Bütün xristianlıq, sivilizasiya
(!) üçün qorxu, fəlakət-islam, yeganə xilas, nicat, ümid yeri isə ermənilər imiş” (2, 84-85)
Erməni-Azərbaycan münasibətləri məsələsinə toxunan Əli bəy Hüseynzadəyə görə XX
əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi və mədəni inkişafı erməniləri na-rahat etməyə
başlamışdı, “müsəlmanların tərəqqi və maariflənməsi” onları təftişə salırdı. (2, 86-87). Əli bəy
Hüseynzadə ermənilərə müraciətlə yazırdı:... Siz hər nədənsə aləmi-islamın ittihadından deyil,
xabi-qəflətdən oyanıb, təriqi-təməddün və maarifə sülukindən qorxursunuz! Sizi təlaşa salan
zənn ediyoram bu cəhətdir.(2, 86-87)
Əli bəy Hüseynzadə “Gəncə və Tiflis vüqyamına dair əfkarımız” (“Həyat” qəzeti, 1905-
ci il 11 iyul) adlı məqaləsində erməni-müsəlman savaşının 3 səbəbini göstərir, bu səbəblər
bunlardır: 1) ermənilərin azqınlığı, erməni kilsəsinin fəaliyyəti, 2) azərbaycanlı-ların mövcud
siyasi durumdan bixəbər olmaları, 3) ölkədəki idarə sistemi. “Bu qovğa üç növ siyasətin təhti-
təsirində hasil oldu: birincisi, bəzi ermənilərin azğınlığı və zəlaləti idi ki, ermənilər bir az
kəsbi-maarif və sərvət etdiklərindən naşı kəbirləndilər, qürur peyda etdilər. Bu hallarına bir də
təsirati-kəlisa qarışdı. Sair millətlər, məsələn, fransızlar kə-lisanın əlindən xilas olmağa çalışır-
kən, ermənilər aləmi-islamın ortasında bulunduqları halda, dini islamdan qətiyyən bixəbər qal-
mağa və təəssübi-kəlisalarını son dərəcələrdə vardırmağa cəhd və qeyrət ediyorlar idi! Siya-
sətin ikincisi müsəlmanların qəflətləri, avamlıqları idi... Fəqət bu iki amil özlüyündə nifaq və
şəqaqə bais olmaz idi! Baisi-həqi-qi köhnə üsuli-idarə idi, daha doğrusu, o üsulun bəzi qərəf-
kirani idi ki, bu kibi əhvalda bir zəmini-müsaid bulub moxmi-nifaqı əkdilər!..(2, 116) Gəti-
rilən ixtibaslardan görünür ki, Əli bəy Hüseynzadə erməni təcavüzünün mümkün olmasında,
həyata keçirilməsində Rusiya imperiyasının hakim dairələrini müqəssir sayırdı.
Görkəmli Azərbaycan ziyalısı “Molla Nəsrəddin” jurnalının qeyri-rəsmi ikinci re- dakto-
ru (1906-1911-ci illərdə) Ömər Faiq nemanzadə 1906-cı il avqustun 6-da “İrşad” qəzetində
“Nə etməliyik” adlı məqalə çap etdirmişdi. Məqalədə ermənilərin qırğın törət-məkdə əsas
məqsədləri açıq-aydın göstərilmişdir: “İndi lazımdır ki, ermənilərin niyyət və tədbirlərini kə-
mal ilə bilib, ona görə özümüzü mühafizə eləyək. Burasını heç vaxt yaddan çıxartmayaq ki,
ermənilər hər nə cür olsa özləri üçün mütləq bir “Ermənistan” vücudə gətirmək niyyət qəbisin-
dədirlər və bu niyyətlərini hüsula gətirmək üçün də mütləq bizi İrəvan, Qarabağ və Kars
səmtlərindən çıxartmaq məcburiyyətindədirlər”.(4,72) Daha sonra mü-əllif çox uzaqgörənliklə
ermənilərin gələcək planlarını dəqiqliklə qələmə ala bilmişdi: “Bəli, ermənilər indi ruslar ilə
bir olub bizi İrəvan, Qarabağ səmtlərində zəiflətdikdən sonra gələcəkdəki fürsətə ilfizar edib
Rusiyanın inqilab və zəfini gözləyəcəklər. Və birinci fürsətdə Rusiyadan qabaqca “avtono-
miya” istəyib yavaş-yavaş özlərinə “Ermənis-tan” hazırlayacaqlar”. (4, 72-73)
1905-1906-cı illərdə ermənilərin Azərbaycana qarşı təcavüzü Məhəmməd Əmin Rəsulza-
dənin publisistikasında öz əksini tapmışdır. M.Ə.Rəsulzadə bu təcavüzün törətdi-yi fəlakətləri,
vəhşilikləri göstərməklə kifayətlənməyərək qırğınların qarşısının alınma-sında böyük rol oy-
namışdı. Lakin ilk milli sosial-demokrat təşkilatı-“Hümmət”in təsisçi- lərindən biri olan M.Ə.
Rəsulzadə erməni təcavüzünün əsas səbəbini erməni xalqında, millətində deyil, Rusiya höku-
mətində görürdü: O, 19 iyul 1906-cı ildə sosial-demokrat təmayüllü “Dəvət-Qoç” qəzetində
çap etdirdiyi “Mərəzimizin çarəsi” adlı məqaləsində ermənilərin Azərbaycanın şəhər və kənd-
Yeni dövr 65
Tarix və onun problemləri, № 1 2013
lərində törətdiyi dəhşətləri qeyd etsə də, erməni təcavüzünün əsas səbəbini, birinci səbəbini-
“Cümlə Rusiyanı qanlı bir girdab içinə bu-raxan istibdad və bürokratiyada... iki milləti bir-biri
ilə vuruşdurub nahaq qanlar içində inqilabı qərq etmək istəyən dövlətdə görürdü. (5, 20) Çox
qəribə olsa da, M.Ə.Rəsulzadə qırğının ikinci səbəbini “müxtəlif millətlərin burjuaları arasın-
da olan iqtisadi rəqabətdə görürdü: “İki millətin ağaları və rəisləri, burjua girvələr, bəylər və
xanlar arasında olan rəqabəti-iqtisadiyyə ilə hazırlanmış bir zəmində hökumət dəsti-qədda-
ranəsilə edilən erməni müsəlman hadiseyi-facianəsi” (5, 71) Sözsüz ki, Azərbaycanın iqtisadi
həyatında fəaliyyət göstərən müxtəlif millətlərin burjuaları arasında, o cümlədən Azərbaycan
və erməni millətindən olan kapitalistlər arasında rəqabət mövcud idi, amma heç bir rəsmi sə-
nəddə azərbaycanlıların ermənilərə qarşı kütləvi qırğına hazırlaşdıqları haqda məlumat tapmaq
olmaz. M.Ə.Rəsulzadə erməni fəhlələrinin azərbaycanlılara qarşı təcavüzdə iştirakını qeyd
edirdi və bunun səbəbini “Daşnaksütyun” partiyası onun fəaliyyəti ilə əlaqələndirirdi. 14 iyul
1906-cı ildə “İrşad” qəzetində çap etdirdiyi “İki nüktə” adlı məqaləsində M.Ə.Rəsul- zadə bu
haqda belə yazırdı: “Erməni fəhlələrini nə vadar elədi ki,... dənaətkaranə işə iq-dam etdilər.
Erməni fəhlələrini bu işə vadar edən “sosialist daşnaksütyun” firqəsidir.(5, 51)
M.Ə.Rəsulzadə “Hümmət” təşkilatının orqanı olan “Təkamül” qəzetinin 16 dekabr 1906-
cı il tarixli nömrəsində nəşr etdirdiyi “Şeytan işinin nəticəsi adlı məqaləsində erməni
təcavüzünün səbəbini “şeytan” dedikdə müəllif Rusiya dövlətini nəzərdə tuturdu. Belə ki,
1907-ci il martın 17-də “Təkamül” qəzetində çap etdirdiyi “Barı, 17 mart” adlı məqalədə M.Ə.
Rəsulzadə yazırdı: “Məlum olduğu vəshlə Rusiya hökuməti inqilab seytanların qabağını
saxlamaq zəhabilə hər bir dəni fikirlərə düşüb, hətta iki milləti bir-birinə qırdırmaq dərəcəsinə
də vardı. Rusiyada ruslar ilə cuhudları saldırıb, Qafqazda da erməni və müsəlman vaqiəji-
dəhşətzasini yaratdı
Nəriman Nərimanov 1906-cı il iyulun 23-də “Həyat” qəzetində nəşr etdirdiyi “Mü-səl-
man-erməni kasıb fəqirlərinə bir neçə söz” adlı məqaləsində erməni-müsəlman savaşı, proble-
minə toxunmuşdu. N.Nərimanov sosial-demokrat “Hümmət” təşkilatının üzvü idi və bu da
onun erməni təcavüzünə münasibətində özünü göstərir. Belə ki, N.Nərimanov ermənilər ilə
azərbaycanlıları savaşda eyni dərəcədə müqəssir sayır: “Siz iki bədbəxt mil- lət, iki qonşu, nə
məqsədlə meydana çıxırsınınz. Bir-birinizin qanını tökmək ilə hansı bir əqidəni yola verib,
hankı nüqtəyə çatmaq istəyirsiniz? Ey erməni-müsəlman kasıb fə-qirləri! Əqlinizi uduzub “bir
para adamların” hiyləsinə aldanmayın”. (6, 121) “Bir para adamlar” dedikdə N.Nərimanov cə-
miyyətin yuxarı təbəqəsini-“böyüklərini” nəzərdə tu-turdu.(6, 122) O, erməni-savaşında əsas
müqəssiri, günahkarı “burjuaziyanı” sayır və hər iki millətin kasıb fəqirlərini “burjuaziyanın”
təsirindən azad olub ittifaqa girib ümumi düşmənə qarşı mübarizəyə çağırırdı. (6, 123)
Erməni - müsəlman savaşı dahi Üzeyir bəy Hacıbəylinin publisistikasında da öz əksini
tapmışdır. O, 1906-1907-ci illərdə bu problemə bir neçə məqalə həsr etmişdir. Bu məqalələrdə
əsas diqqət savaşın səbəbləri, törətdikləri fəlakətlər, bunun qarşısının alınması məsələlərinə
verilmişdir. Üzeyir Hacibəyli azərbaycanlıların erməni-müsəlman savaşında maraqlı olmadıq-
larını 1906-cı il fevralın 4-də “İrşad” qəzetində çap etdirdiyi “Erməni-müsəlman sülh məsələ-
sinə dair” məqaləsində xüsusilə qeyd etmişdir. “Bunu da bilməlidirlər ki, sadəlövh müsəlman-
lar heç bir vaxt və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildirlər. Çünki
belə nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur” (7, 179). Üzeyir Ha-
cıbəyli savaşın səbəbini ermənilərdə, “Daşnaksütyun” partiyasının fəaliyyətində, rus dövlə-
tinin yeritdiyi antiazərbaycan siyasətində, erməniləri azərbaycanlılara qarşı qızışdırmasında
görürdü. O, “İrşad” qəzetinin 1906-cı il iyunun 14-də çap etdirdiyi “Bir tədbir lazımdır ya
yox?” adlı məqaləsində yazırdı: “Mərkur Şurada müsəlmanlar tərəfindən biməhaba rast və
66 Yeni dövr
Tarix və onun problemləri, № 1 2013
mərd-mərdanə danışan vəkilləri bu erməni-müsəlman iğtişaşına böyük səbəb ermənilərin
“Daşnakstyun” adlanann ixtilalçı firqəsi olduğunu dəlil və sübutlar ilə hökumət hüzurunda bə-
yan etmişdilər” (7, 232). Məqalədə sonra məhz hökumət dairələrinin, “hökumət qulluqçuları-
nın” erməniləri azərbaycanlılara qarşı savaşa təhrik etdiklərini göstərirdi: “bəs o vaxt ki, ölkə-
nin orasında-burasında müsəlmanlar ölüm-itim və hücuma giriftar olurdular canişin hüzurun-
dakı sülh və səlah komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o vaxt
ki, hökumət qulluqçuları öz provokatorları ilə və fitnə və fəsadları ilə aranı qızışdırırdılar və
müsəlmanları erməni bədkarlarının ayağına verib erməniləri müsəlmanların üstünə qalxı-
zırdılar (2, 232).
Ü.Hacıbəyli qatı millətçi “Daşnaksütyun” partiyasının ermənilərin azərbaycanlılara qarşı
təcavüzdə aparıcı rolunun danılmaz olduğunu xüsusilə qeyd edirdi: “Biz müsəlmanlar dəxi rus
məmurlarının provokatorluqlarını iqrar vı etiraf edib də, erməni “Daşnaksütyun” ferqəsinin də
bu iqtişaşın davamına səbəb olduğunu anlayıb, ölkənin sakitlik və rahətliyi xatirəsi üçün tələb
edirik ki,... “Daşnaksütyun” firqəsi dəxi dağılıb puç olsun...amma bu firqə bu gün özünü öz
camaatı arasında elə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox mahaldır” (7,233-
234
Ermənilərin Azərbaycana qarşı başladıqları savaş məsələsinə “Hümmət” təşkilatının ya-
radıcılarından biri olan Sultan Məcid Əfəndiyev də toxunmuşdur. O, 30 dekabr 1906-cı ildə
“Təkamül” qəzetində çap etdirdiyi “İnqilabiyyun firqənin əsası necə olmalıdıdr?” adlı məqalə-
sində Daşnakstyun partiyasını Tiflisdə erməni-müsəlman davasının təşkilatçısı olduğunu qeyd
etsə də, milli qırğının törədilməsində Azərbaycan burjuaziyasını da erməni burjuaziyası kimi
günahkar hesab edir, onlar rolunu eyniləşdirirdi. (8, 44). Bu tezis əlbəttə kökündən səhvdir
ƏDƏBİYYAT
1.
Bəxtiyar Nəcəfov. Düşmənin üzü. I hissə, B., 2007
2.
Əli bəy Hüseynzadə. Türklər kimdir və kimlərdən ibarətdir? , B., 1997
3.
Yaşar Qarayev Əli bəy: irsi və varisləri..., 1995.-Əli bəy Hüseynzadə. Qırmızı qa-
ranlıqlar içində yaşıl işıqlar. Seçilmiş məqalələr.,B.,1996
4.
Ömər Faiq Nemanzadə-Nə etməliyik. Ş.Hüseynov. Müstəqilliyin çətin yolu..., Reallıqlar,
düşüncələr.B,2009
5.
Məhəmməd Əmin Rəsulzadə Mərəzimizin çarəsi. M.Ə.Rəsulzadə əsərləri I hissə 1903-
1909,B.,1992
6.
Нариман Нариманов Избранные сочинения, т.1, Б.,1990
7.
Üzeyir bəy Hacıbəyli Seçilmiş əsərləri, II cilddə, I cild,B., 2005
8.
Sultan Məcid Əfəndiyev Əsərləri, B., 1969
ФАРИДА АЛИЕВА
К.и.н. БГУ, кафедра История Азербайджана
(для гуманитарных факультов)
ПУБЛИЦИСТИКА АРМЯНО-МУСУЛЬМАНСКОЙ ВОЙНЫ
ПЕРИОДА 1905-1906 ГГ
В статье дается оценка армяно-мусульманской войны 1905-1906 годов в пуб-
лицистике азербайджанских общественных деятелей того периода - А.Гусейнзаде,
О.Ф.Нариманзаде, М.А.Расулзаде, Н.Нариманова, С.М.Эфендиева, Ю.Гаджибейли
Yeni dövr 67
Tarix və onun problemləri, № 1 2013
FARIDA ALIYEVA
Candidate of Historical Science,
Associate Professor BSU Department of Newtime
and modern History of Azerbaijan
THE ARMENIAN-MUSLIN’S FIGHT OF 1905-1906 TH YEARS AT THE
PUBLICISM OF THAT PERIOD
The article assesses the Armenian-Muslim war 1905-1906 years in journalism Azer-
baijani public figures of the period - A.Huseynzade O.F.Narimanzade A.M.Rasulzade, H.N.
Narimanova, S.M.Afendieva, Y.Qadzhibeyli
Rəyçilər: t.e.d.L.L.Həsənova, t.e.d.A.C.İsgəndərov
Bakı Dövlət Universitetinin Tarix fakultəsinin “Azərbaycan tarixi” (humanitar fakül-
tələr üzrə) kafedrasının 06.12.2012-ci il iclasının qərarı ilə çapa məsləhət görülmüşdür
(pr.№11).
Dostları ilə paylaş: |