FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

‘J 

haqqında konkret mülahizələr söyləməyi, nəticələr çıxarmağı təklif 

edir. 

V.  Qismən axtarış və ya evristik metod 

Bu halda tələbələrin idraki tapşırıqların həlli üzərində aktiv 

«axtarışları»  təşkil  olunur.  Problem  müəllim  tərəfindən,  yaxud 

evristik  proqram  və  ya  göstərişlərlə  müəyyən  edilir.  Problemi 

tələbənin özü də müstəqil olaraq müəyyənlə.şdirə bilər. Bu aaman 

problem üzərində təfəkkür işi produktiv xarakter daşıyır. Şübhəsiz, 

pedaqoq bu işə tələbəni mərhələ- mərhələ istiqamətləndirir və onun 

icrasına  nəzarət  edir.  Burada  eyni  zamanda,  müvafiq  təlim 

texnologiyalarından istifadə də istisna deyil. Tələbə proqramlardan, 

tədris  vəsaitlərindən  və  kompüterdən  istifadə  etməklə  müstəqil 

surətdə  işini  istiqamətləndirir  və  özünə  nəzarət  edə  bilir.  Evristik 

müsahibənin bir forması olan bu metod seminar və kollekviumlarda 

tələbənin  idrak  maraqlarını  inkişaf  etdirməyə,  onu  fəal  təfəkkür 

əməliyyatları aparmağa imkan verir. 

Müstəqil evristik «axtarışlarda» müəllim obyekt və hadisələr 

haqqında  tələbələrə  «hazır»  biliklər  təqdim  etmir.  Tələbəyə  bu 

məlumatları  «axtarıb  tapmağı»  tapşırır.  Ancaq  tələbə  bu 

axtarışlarda tam müstəqil olmur. Müəllim  «axlarış» prosesini hiss 

edilmədən (köməkçi suallar verməklə, nəyisə deməklə və s) idarə 

edir. Tələbə qarşıya qoyduğu problemin şərtlərini müəyyənləşdirib 

təhlil edir, onun həlli ilə bağlı hipo- tezlər irəli sürür. Onların doğru 

olub-olmaması  haqqında  müəllim  tərəfindən  informasiya  alır. 

Yaxud özü müstəqil surətdə irəli sürdüyü mülahizələrin düz və səhv 

olduğunu aydınlaşdırır. 

Hipotezin,  yaxud  hər  hansı  bir  ideyanın  irəli  sürülməsi 

«axtarışm»  əsas və həlledici komponenti  kimi  özünü göstərir.  Bu 

mərhələdə  müəllim  özünün  idarəetmə  və  nəzarət  fəaliyyətini  elə 

qurur ki, tələbə axtardığına mümkün qədər çox yaxınlaşsın. Axtarış 

real  peşə  fəaliyyətinin  təzahür  etdiyi  şəraiti  yaratmaqla  tədris 

tapşırıqları  üzərində  gedə  bilər.  Didaktik  oyunlar  real  istehsal 

proseslərini müəyyən mənada «təkrar» etməklə tələbəni produktiv 

zehni və əməli fəaliyyətə daha 

204 


artıq yaxınlaşdırır. Didaktiv oyunların tətbiqi və müxtəlif tərzlərdən 

istifadə  edilməsi,  şübhəsiz,  bu  metodun  mahiyyətini  dəyişmir. 

Fərdi, qrup və ya kollektiv halda aparılan «ax- tanş»lar zamanı həm 

də diskussiyadan, fikir mübadiləsindən istifadə oluna bilər. 



VI.  Tədqiqatçılıq metodu 

Tədris materialının  təhlili,  problemlərin  qoyulması  və həlli, 

şifahi  və  ya  yazılı  təlimatların  verilməsindən  sonra  tələbələr 

müstəqil olaraq müvafiq ədəbiyyatı və mənbələri müəyyənləşdirir, 

öyrənir,  müşahidələr  aparır,  axtarış  xarakteri  daşıyan  müxtəlif 

əməliyyatlar icra edirlər. 

Tədqiqatçılıq  fəaliyyəti tələbədə təşəbbüskarlıq,  müstəqillik 

və  yaradıcılıq  qabiliyyətlərinin  inkişafı  üçün  daha  əlverişli  şərait 

yaradır.  Təlim  metodları  tədriclə  elmi  tədqiqat  metodlarına 

yiyələnməyə imkan verir. 



VII.  Tələhənin  tədris  materialı  üzərində  müstəqil

 

/ş 



metodları 

Məlumdur  ki,  tələbə  dərsliyi,  yaxud  mühazirə  mətnini  tam 

mənimsəyənə qədər oxuyur. Yeni materialı bütün dəqiqliyi ilə dərk 

etdikdən  sonra  informasiyanın  bu  blokunda  olan  bilikləri  tətbiq 

edərək,  müxtəlif  tapşırıqları  yerinə  yetirir.  Tapşırıqlar,  təlim 

materialını əhatə edən suallar, yaxud biliklərin tətbiqini tələb edən 

misallar, məsələlər, praktik işlər formasında ola bilər. 

Praktik işlərin icrası zamanı biliklərin tətbiqi mərhələlərlə baş 

verir. Tələbə əvvəlcə tapşırığın icrası zamanı mətnə və ya müəllimə 

müraciət edir, sonra tədriclə hafizəsinə istinad etməyə başlayır. Bu 

yolla müəyyən əməliyyatlar avtomatlaşır. İnformasiyalarm sonrakı 

bloku üzai'ində iş burada davam etdirilir. 

Təlim  materialı  üzərində  tələbənin  iş  metodlarr^ir  sıra 

əlamətlərinə  görə  ayırd  edilir:  ixtiyari  və  qeyri-ixtiyari; 

əməliyyatların  və  formaların  növləri;  işin  bir,  yaxud  '■bir  neçə 

mərhələli olması və s. 

Təlim materialı üzərində tələbənin iş metodları digər müxtəlif 

parametrlərlə də müəyyənləşdirilə bilər. 

205 


Göstərilən xarakteristikalara əsasən təlim materialı üzərində 

tələbənin iş metodlarını belə təsnif etmək olar: 



a) tc->lim  materialını  öyrənə-öyrma  qazanılım.')  hiHkbri 

tətbiq elımk; 

b)  tapşırıqların icra prosesinds tbilim materialı iizərimh iş; 

C) ımrbəbli iş. 

Təlim materialı üzərində tələbələrin müstəqil işləri didaktik 

oyunlarda kollektiv fəaliyyətin modelləşdirilməsi şəraitində həyata 

keçirilə bilər. Belə bir şəraitdə müəyyən rolu icra edən tələbə bu və 

ya digər tapşırığın, məsələnin həlli zamanı necə fəaliyyət göstərmək 

lazım olduğunu yaxşı bilir. Tələbə bu yolla tədriclə gələcək əmək 

fəaliyyətinə  hazırlanır,  onun  mütəxəssis  kimi  formalaşması  təmin 

edilir. 


Müasir  şəraitdə  ali  məktəb  təcrübəsində  istifadə  olunan  bu 

metodları müəyyən edərkən hansım seçmək, yaxud onlardan birini 

seçərkən,  hansı  əlamətinə  görə  ona  istinad  etmək  lazımdır?  Bu 

metodlardan hansının daha optimal təlim imkanları var? 

Təlim  metodlarını  optimal  surətdə  seçmək  üçün 

Y.K.Babanski aşağıdakıları nəzərə almağı vacib bilirdi: 



•  əvvsics,  materialın  müstəqil,  yaxud  miidllimin  rəhbərliyi 

altında  öyrəniləcəyi  nəzərə  alınmalıdır:  əgər,  tələbə  xilsu.si 

gərginlik .sərf etmədən, az vaxt kəsiyində materialı öyrənə bilir- .sə, 

müəllimin  köməyinə  ehtiyac  yoxdur.  Əgər  tələbə  müstəqil  olaraq 

təlim materialını mənimsəyə bilmirsə, yaxud bunun üçün çox vaxt 

və enerji sərf edirsə, onda müəllimin köməyi mütləq lazımdır; 

•  reproduktiv  və  produktiv  metodların  qarşılıqlı  əlaqəsi  və 

nisbəti  nəzərə  alınmalıdır.  Müxtəlif  şərait  və  imkanlar  olduğu 

təqdirdə produktiv metodlara üstünlük verilməlidir: 

•  idrakın induktiv və deduktiv, analitik və .sintetik yollarının 

qarşılıqlı  əlaqə,sini  və  nLsbəitini  düzgün  müəyyənləşdirmək 

lazımdır.  Əgər  tələbə  deduktiv  və  analitik  yolla  bilik  əldə  etmək 

bacarığına  malikdir  sə,  onda  deduktiv  və  sintetik  metodlarla 

işləməkdə çətinlik çəkməyəcəkdir. Deduktiv və sintetik metod- 

206 


tar daha nwhsuldar, daha ciddi. Ihvn də elmi idraka daha ya.xııı 

metodlardır; 

•  lisani,  əyani  və  praktik  metodların  vəhdətdə  istifadə 

edilməsi yaxşı səmərə verir

•  tələbənin  təlim-idrak  fəaliyyətini  daha  çox  stimullaşdıran 

metodlardan geniş istifadə olunmalıdır; 

•  nəzarət  və  özünənəzarət  metodlarının  intervallan  ıv7 

«nöqtə»ləri müəyyənləşdirilməlidir; 

•  təlim  prosesinin  planlaşdırıldığı  istiqamətdə  cərəyan 

etmədiyi hallar üçün «ehtiyat» metodlar tapılmalıdır və s. 

Ümumiyyətlə, bu və  ya digər fənnin,  yaxud bu və  ya digər 

mövzunun  tədrisi  metodunu  müəyyənləşdirərkən  situasiyadan, 

istifadə olunan vasitə və mənbələrdən, kontingentdən, təlimə təsir 

edən  müxtəlif  amillərdən  asılı  olmayaraq,  bütün  təlim-tərbiyə 

metodlarının  öyrədici,  inkişafetdirici,  tərbi-  yəedici,  təhrikedici, 

diaqnostik funksiyaları əsas götürülməlidir. 

Təlim  metodunun  öyrədici  funksiyası  onun  təlim 

məqsədlərini  həll  etməsində,  inkişafetdirici  funksiya.sı  təhsil 

alanların formalaşmasının müxtəlif səviyyələrini və tempini təmin 

etməsində,  tərbiyəedici  funksiyası,  şəxsiyyətin  istiqamətini 

müəyyənləşdirməsində, 



təhrikedici 

funksiya.sı 

təlim-idrak 

motivlərini  inkişaf  etdirməsində,  diaqnostik  funk.siyası  nəzarət  və 

korreksiya  işini  təmin  etməsində  özünü  göstərir.  Buradan  belə 

nəticə çıxır ki, təlim metodlarının «funksional yararlılığı» konkret 

şəraitdə  eyni  dərəcədə  təzahür  edə  bilir.  Digər  tərəfdən,  zamanın 

tələbindən  asılı  olaraq  bu  və  ya  digər  metod  daha  intensiv  tətbiq 

olunur, digərləri isə arxa plana keçir. 

Təlim  metodu seçərkən  onun öz funksiyalarım nə dərəcədə 

səmərəli  yerinə  yetirdiyi,  başqa  sözlə,  «funksional  yarar-  lılığı» 

nəzərə alınmalıdır. 

Təlim  metodunun  «funksional  yararhğı»  təhsil  alanların 

nəzəri biliklərini və dünyagörüşünü, təfəkkür və nitqini, hafizəsini, 

iradəsini və emosiyalarını inkişaf etdirməsində, təlim maraqlarını, 

müstəqillik, fəallılıq və şüurluluğunu, 

207 


laşəbbiiskarlıhğını, biliklərin əldə edilməsi, sistemləşdirilməsi, 

möhkəmləndirilməsi və tətbiqi bacarıqlarını, kollektiv 

produktiv fəaliyyəti, müntəzəm özünüfəhsili təmin edə 

bilməsində təzahür edir. 

Təlim metodları seçilərkən, onun «funksional yararlığı» 

ilə yanaşı, aşağıda qeyd olunan mühüm amilləri də nəzərə 

alınmalıdır: 

^ «ictimai-sifariş» əsasında müəyyən edilən təhsilin ümumi 

məqsəd və vəzifələri; 

təhsil müəssisəsinin qarşısında duran konkret vəzifələr; 

olədris müəssisəsinin şəraiti, maddi-texniki bazası və 

yerləşdiyi region; 

tədris edilən fənnin xüsusiyyətləri

konkçet mövzu ilə bağlı didaktik vəzifələr; 

təlimin prinsigləri; 

təhsil alanlarin yaş və fərdi'xüsusiyyətləri, həyat təcrübəsi; 

qrup kontingentinin xüsusiyyətləri və inkişaf səviyyəsi; 

müəllimin fərdi-psixi xüsusiyyətləri, hazırlıq səviyyəsi, 

pedaqoji ustalığı; 

tədris olunan fənlərin ı^etodikası. 

Təlim metodlarını daha artıq təkmilləşdirmək məqsədilə 

qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təlimin-müasir texniki 

vasitələrindən və texnologiyalarından istifadə etmək, təlim 

metodlarını föçdilgşdirmək, təhsil alanların müstəqilliyini və 

yaradıcılığını daha arftq inkişaf etdirıpək lazımdır. 

 

 



ƏSAS MÜDDƏALAR 

° Ali məktəbdə təlim metodu müxtəlif didaktik vəzifələrin 

həlli məqsədilç, .müəllimin “təlim prosesini idarə etməsi və 

tələbənin təc3ris-idrak fəaliyyətinin düzgün təşkilinin ən 

ümumi yolları Icimi başa düşülür. 

Təlim me&du mahiyyəti və xarakterinə görə çoxsahəli, 

çoxcəhətli, raürəlÖçəb bir sistemdir. Metod layihələşdirilmiş 

məqsədlə son rfe|ticə arasında birləşdirici həlqədir. Məqsəd - 

C'i 

0

 



208 



məzmun  -  yollar  -  formalar  -  təlim  vasitələri  sistemində  metodun 

rolu müəyyənedicidir. 

Təlim metoduna verilən müxtəlif təriflərdən asılı olmayaraq, 

o,  mütləq  müəllimin  öyrədici  fəaliyyəti  və  təhsilalanların  fəal 

təlim-idrak  fəaliyyətinin  təşkili  kimi  iki  əsas  komponenti  özündə 

birləşdirir. 

Tarixi  kateqoriya olan metod 

cəmiyyətin inkişaf 

səviyyəsi,  konkret  tarixi  şəraitdə  hökmran  olan  ictimai 

münasibətlər,  elmin  və  texnikanın  tərəqqisi  ilə  müəyyənləşir. 

Deməli,  sosial-ictimai  amillər  təhsilin  məqsəd  və  vəzifələri  ilə 

yanaşı təlim metodlarına da təsir göstərir. 

Təhsilin humanistləşdirildiyi, 

qloballaşdığı və 

inteqrasiya 

edildiyi müasir dövr 

təlim metodlarını 

«müstəqillik,  şüurluluq  və  fəallıq»,  «fəaliyyət  vasitəsilə 

göstərmək»,  «sərbəst  iş  prosesində  öyrətmək»,  «ünsiyyət  və 

əməkdaşlıq  prosesində öyrənmək», 

«özüm edirəm - 

anlayıram», «fəal axtanş» və digər tələblər əsasında qurmağı özündə 

ehtiva edir. 

Təlim  metodlarının  çoxluğu  onların  qruplaşdıniması  və 

ümumiləşdirilməsini, təşkili prosesini yeni əsaslarla' qurmağı tələb 

edir. Lakin qeyd etmək lazımdır ki, metodların təsnifatında bu günə 

qədər  fikir  vahidliyi  yoxdur  və  bununla  bağlı  olduqca  müxtəlif 

nöqteyi-nəzərlər mövcuddur. 

Doğrudur, təlim metodlarına verilən təsnifatların hər birinin 

özünəməxsus əlamətləri var. Lakin etiraf etmək lazımdır ki, metod 

çox  mürəkkəb  və  obyektiv  mahiyyət  daşıdığından  onun  bütün 

xüsusiyyətlərini,  tərəflərini,  funksiyalarını  əhatə  edən  təsnifat 

vermək çox çətindir, bəlkə də mümkün deyil. 

Bununla belə, inkişafın müasir tələblərinə uyğun olaraq təlim 

prosesini daha səmərəli, intensiv, məhsuldar qurmağa imkan verən 

və  ictimai  həyatla  daha  sıx  bağlanan,  təhsilin  qarşısında  duran 

məqsəd  və  vəzifələri  daha  optimal  yollarla  həll  etməyə  şərait 

yaradan  təsnifatları  uğurlu  hesab  etmək  olar.  Başlıcası  budur  ki, 

müasir ali təhsil sistemində elə təlim metodları seçilməlidir ki, onlar 

öyrədəni indiyə qədər özünü 

209 


doğruldan  «reproduktor»,  «repititor» rolundan çıxmağa, biliklərin 

əldə edilməsi yolunda «bələdçi»lik etməyə kömək etsin. 

Yeni  cəmiyyət  quruculuğuna  rəğmən,  təhsil  sistemində 

aparılan  köklü  islahatlar  zamanın  tələblərinə  uyğun  yeni  təlim 

metodlarına  -  diskussiyalara,  problemli  situasiyalara,  «əqli 

hücumlar», «rollu oyunlar», «dairəvi söhbət», «cütlər və qruplarla 

iş»,  «rəy  mübadiləsi»  və  s.  kimi  daha  effektiv  metodlara  istinad 

etməyi  şərtləndirir.  İndi  ali  təhsil  sistemində  elə  təlim 

metodlarından istifadə olunmalıdır ki, onlar təhsilalanların düşüncə 

səviyyəsinə  uyğun  olsun,  öyrənənlərdə  təlim  motivasiyası, 

müstəqillik  və  təşəbbüskarlıq,  idrak  fəallığı,  yüksək  təfəkkür 

qabiliyyəti,  təlimə  şüurlu,  məsuliyyətli  münasibət  formalaşdırsın, 

yeni  cəmiyyətin  tələblərinə  uyğun  kamil  mütəxəssis  hazırlığını 

təmin etsin. 

 

" TOİtap^ğlgt 



<2> Metod, təiT; (priyom), təlim vasitəsi anlayışlarını və onlar arasındakı 

əlaqəni izah et. 

Pedaqoji  ədəbiyyatda  təlim  metoduna  verilən  müxtəlif  tarifləri  seç, 

onların ümumi və fərqli cəhətlərini müəyyənləşdir. 

 Pedaqoji ədəbiyyatda təlim metoduna verilən təsnifatları qruplaşdır və 

onlara öz münasibətini bildir. 

Aşağıda  təqdim  edilən  cədvəl  əsasında  təlim  metodu  daxilində 

öyrədənlə  öyrənənin  fəaliyyət  formalarını  müqayisə  et  və  hər  bir 

metodun əsas əlamətlərini müəyyənləşdir. 

JV

s



 

Metod


 

Öyrədənin fəaliyyəti

 

Öyrənənin 



fəaliyyəti

 

I



 

İzahlı-illüstrativ 

metod

 

Təlim materialı və onun 



bütün komponentləri 

dəqiq və ardıcıl surətdə 

şərh edilir

 

Malerialın 



qavranılması və dərk 

edilməsi


 

II

 



Reproduktiv metod

 

Biliyin tətbiq edilməsi 



qaydaları göstərilir, 

təlimat verilir, müvafiq 

yollar göstərilir

 

Reproduktiv və 



aiqoritmik fəaliyyət

 

210 



m

 

Problemli şərh 



mdoclu

 

Problem



 

müəyyənləşdirilir, 

konkret vəzifələr və 

həlli yolları RÖstərilir

 

Müstəqil 



mülahizələrin 

söylənməsi, suallara 

aıvab tapılması

 

IV



 

Dcdııktiv metod

 

Biliklər - nəticələr 



çıxannaq yolu ilə 

təqdim edilir

 

Konkret 


mülahiz.əl.ərin irəli 

süıtilməsi, nəticələr 

çıxarılması

 

V



 

Qi.smən - axtaı ış və 

ya evristik metod

 

Problem müəyyən 



edilir. Tələbənin 

axtarıcılıq fəaliyyəti 

dolayısı yollarla idam 

olunur


 

Produktiv xarakterli 

fəaliyyət

 

VI



 

Tədqiqatçılıq metodu

 

Şifahi və ya yazılı 



təlimatlar verilir

 

Müstəqil 



tədqiqatçılıq 

fəaliyyəti

 

VII


 

Tələbənin tədris 

materialı üzərində 

müstəqil iş metodları

 

Nəzarət, 



qiymətləndirmə və 

koıreksiya işi aparılır

 

Tapşırıqların icrası, 



sualların

 

ca vabland ırı Imusı. 



məsələ və misal həlli, 

praktik işlər

 

Ədəbiyyat 

 

iä Paşayev Ə.X., Rüstəmov F.A. 



Pedaqogika. B.:Çaşıoğlu, 2002. 

t

 .U Kazımov N.M., Həşimov Ə.Ş. 

Pedaqogika. B.rMaarif, 19%. 

»-i 


i Kazımov N.M. Ali məktəb 

pedaqogikası. B.:Nicat, 1999. 

llü Bəşirov B. Ali məktəb didaktikası. B.:Maarir, 1992. 

Əhmədov  B.,  Rzayev  A.  Pedaqogikadan  mühazirə  konspektiəri. 

B.ıMaarii; 1983. 

Pedaqogika (elmi rcd.: prof.M.Muradxanov). B., 1964. 

1;Ü Talıbov Y.P., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika. 

B.ıMaarif, 1993. 

03 Abbasov A-, Əlizadə H. Pedaqogika. B.tRenessans, 2000. 

1.Q İsmixanov M. Pedaqogikanın əsaslan. B.:Nafta-Pre.ss, 2002. 

(15 İsmixanov M. Pedaqogika. B.ıBakı Universiteti, 1998. 

Qasımova L., Mahmudov R. Pedaqogika. B.ıÇaşıoğlu, 2003. 

11) Həsənov A., Ağayev Ə. Pedaqogika. B., 2007. 

IJi Hü.seynzadə R. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi. 

Bakı, 1997. 

211 


VIII 

FƏSIL


 

ALI MƏKTƏBDƏ TƏLİMİN TƏŞKİLİ FORMALARI 

8.1.  TƏLİMİN TƏŞKİLİ FORMALARI HAQQINDA ÜMUMİ 

MƏLUMAT 


Təhsil  prosesinin  müvəffəqiyyətli  həlli,  onun  təşkili 

formalarından,  başqa  sözlə,  pedaqoji  prosesin  mütəşəkkilliyini 

təmin  edən  qaydalarla  apanlmasmdan  asılıdır.  Yeni  biliklərin 

mənimsənilməsinə  hazırlıq,  tədris  materialının  təkrarı  və 

möhlcəmləndiril-  məsi,  müvafiq  bacarıq  və  vərdişlərin 

formalaşdırılması,  biliklərin  sistemləşdirilməsi,  nəzarət  və 

korreksiya,  habelə  digər  didaktik  vəzifələr  müxtəlif  fonnalarda 

reallaşdırılır.  Ali  məktəbdə  tədris  prosesi  bir  qayda  olaraq 

auditoriya  və  auditoriyadankənar  formalarda  həyata  keçirilir. 

Auditoriya  və  auditoriyadankənar  məşğələlər  öz  növbəsində 

tələbələrlə frontal, qrup, yanmqnıp fərdi iş formalan şəklində icra 

olunur. 


Son  dövrün  pedaqoji  ədəbiyyatında  təlimin  təşkili 

texnologiyaları iki qrupa bölünür; 



1.  Təlimin təşkilinin ənənəvi texnologiyaları. 

2.  Təlimin təşkilinin innovasiya texnologiyaları. 

Bu  təsnifat  -  pedaqoji  fəaliyyətin  istiqamətləri;  təlimin 

məqsədləri; istifadə olunan texniki vasitələr, başqa sözlə, «texniki 

mühib>; təlim prosesinin təşkili və digər parametrlərə əsaslanır. 

Ali  təhsil  müəssisələrində  istifadə  olunan  təlimin  əsas 

ənənəvi  teşkili  formalan  (tədris  məşğələlərinin  növləri) 

aşağıdakılardır: 

Nəziri məşğələlər

 

Praktik


 

məşğələlər

 

Nəzarət formaları



 

mühazirə seminar məşğələsi 

laborator işləri ekskursiyalar

 

tələbələrin auditoriyada tədris



 

materialı üzərində müstəqil 

işləri

 

tələbələrin auditoriyadankənar



 

müstəqil işləri

 

konfranslar



 

məsləhətlər

 

praktik işlər 



kurs işləri 

buraxılış 

işləri

 

müxtəlif növ 



praktikalar 

didaktik 

oyunlar

 

yoxlama işləri ferdi söhbətlər 



kollekvium məqbul

 

semestr imtahanları kurs və 



buraxılış işlərinin müdafiəsi

 

dövlət (buraxılış) imtahanları 



bctisasla bağlı kompleks 

imtahanlar

 

212 


Göründüyü  kimi,  I  qrup  formalar,  əsasən,  nəzəri  biliklərin 

verilməsinə, II qrup formalar əsasən müvafiq bacarıq və vərdişlərin 

aşılanmasına;  III  qrup  formalar  isə  nəzarət-yoxlama,  bilik  və 

bacarıqları hesaba almanın təmin olunmasına xidmət edir. Təlimin 

təşkilinin  bütün  formaları  kompleks  halda  ali  təhsilli  mütəxəssis 

hazırlığını özündə birləşdirir. 

8.2.  MÜHAZİRƏ 

Miihazirə-leksiya  (lektio)  latın  sözü  olub,  hərfi  mənası 

«oxu» deməkdir. 

Orta  əsr  universitetlərində  mühazirə  disputlarla  yanaşı, 

dinləyicilərə yeni biliklərin çatdırılmasının əsas yolu idi. Çünki bu 

dövrdə  kitablara  nadir  hallarda  təsadüf  olunurdu.  O  dövrdə 

mühazirənin  məzmununu  kilsə  tərəfindən  qəbul  olunmuş  ilk 

mənbələrin geniş şərhi təşkil edirdi. 

XVIII-XIX  əsrlərdə  Rusiya  universitetlərində  mühazirə  - 

kitabın eynilə təkrarı, yaxud dəftərdən hazır mətnin oxunmasından 

başqa  bir  şey  deyildi.  Bununla  belə,  M.V.Lomonosovdan 

başlayaraq,  mütərəqqi  fikirli  pedaqoqlar  ali  məktəbdə  təlim 

prosesində praktik metodlardan istifadə etməyə cəhd göstərirdilər. 

Yalnız XIX əsrin sonları-XX əsrin əvvələrində praktik metodlar ali 

məktəb  təhsilində  əsas  təlim  metodlarından  biri  kimi  «həyata 

vəsiqə» aldı. 

Təsadüfi deyil ki, almanlar mühazirəni latınca «proelek- tio» 

(«izahlı  oxu»)  sözünə  uyğun  olaraq  «vorlesunq»  («başqası 

qarşısında oxunan») adlandırırdılar. 

XVIII əsrdə  Rusiyada  latın,  alman  və  fransız  dilləri  ilə 

yanaşı,  rüs  ədəbi  dilinin  fonnalaşması  zəminində  akademik 

universitetdə,  az  sonra  isə  digər  ali  təhsil  müəssisələrində  təlimin 

mühazirə forması geniş surətdə tətbiq olunmağa başlandı. 

Artıq o dövrdə mühazirəyə və mühazirəçinin nitqinə verilən 

və bu gün də öz əhəmiyyətini saxlayan tələblər formalaşdı. Lakin 

mütərəqqi pedaqoqlar bunu da qeyd edirdilər ki, tədris prosesində 

«söz»  yeganə  vasitə  deyil,  idrak  prosesində  onun  rolunu  lazım 

olduğundan 

yüksək 

qiymətləndirmək'olmaz. 



Mühazirələr 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin