FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
  1   2   3   4   5   6   7   8   9   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası


FƏRRUX RÜSTƏMOV 

TAMİLLA DADAŞOVA 

ALİ MƏKTƏB 

PEDAQOGİKASI 

(Magistratura pilləsi üçün dərslik) 

Azərbaycan  Respublikası  təhsil 

nazirinin  əmri  ilə  dərslik  kimi 

təsdiq edilmişdir. 

BAKI - «NURLAN» - 2007 


Elmi redaktoru: 

Rəyçilər: 

ƏJdər AĞAYEV, 

pedaqoji elmlər doktoru, professor 

İramin İSAYEV, 

pedaqoji elmlər namizədi, dosent 

ƏmruUa PAŞAYEV 

pedaqoji elmlər doktoru, professor 

Ramiz ƏLİYEV 

psixologiya elmləri doktoru, professor 

F.A.Rüstəmov, TY.Dadaşova. Ali məktəb pedaqogikası. 

Magistratura pilləsi üçün dərslik. Bakı, «Nurlan», 2007, 568 səh

 

D

 

ərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Elmi-Metodiki Şurasının «Pedaqogika və psixo- 

logiya» bölməsinin 17 may 2006-cı il tarixli 05 

N°-li protokolu ilə ali təhsilin magistratura pilləsi üçün təsdiq 

olunmuş proqram əsasında hazırlanmışdır. 

Dərslikdə ali məktəb proqramının ümumi əsasları, ali məktəb 

təhsilinin  məzmunu,  təlimin  mahiyyəti,  metodları,  təşkili  formaları, 

pedaqoji  texnologiyalar,  təlim  keyfiyyətinin  diaqnostikası,  tərbiyə 

prosesinin əsasları, ali məktəbə rəhbərlik və idarəetmə məsələləri öz 

əksini tapmışdır. 

Dərslik  magistrantlar,  ali  məktəb  müəllimləri  və  gənc 

tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. 

4702000000 

/V-098-2007 

Qrifli nəşr 

© «Nurlan», 

2007 


© 

«F.Rüstəmov», 

2007 

© 

«T.Dadaşova», 



2007

 


ÖN SÖZ 

^^^zərbaycanda  ali  məktəb  pedaqogikasımn  mühüm 

problemlərinin  araşdırılmasına  XX  \^y/  əsrin  70-ci  illərindən 

başlansa  da,  80-ci  illərdən  bu  sahədə  müyyən  uğurlar  qazaml- 

mışdır.  İlk  vaxtlar  ali  məktəbdə  tədris-tərbiyə  prosesinin  spesifik 

xüsusiyyətlərindən,  müəllim-tələbə  münasibətlərindən,  təlimin 

təşkili  formalanndan  metodiki  xarakterli  əsərlər  yazılırdısa,  80- 

90-cı illərdə problemlə bağlı ciddi araşdınlmalara başlandı. Dərslik 

və  dərs  vəsaitləri  nəşr  olundu.Həmin  kitablar  ilk  təşəbbüs  kimi 

dəyərli olsa da bu gün magistrantların, ali məktəb müəllimlərinin, 

tədqiqatçıların  ehtiyacım  tam  ödəmir.  Belə  ki,  həmin  kitabların 

yazılmasından və nəşrindən xeyli vaxt keçmişdir. Buna görə də bu 

kitablarda 

son 


elmi-pedaqoji 

nailiyyətlər, 

yeni 

təlim 


texnologiyaları,  metodları  və  təşkili  formalan  öz  əksini 

tapmamışdır. 

Diqqətəlayiq  haldır  ki,  “Ali  məktəb  pedaqogikası” 

Azərbaycanda  fəaliyyət  göstərən  ali  məktəblərin  magistratura 

pilləsinin bütün istiqamət və ixtisaslarında tədris olunur. Ali məktəb 

pedaqogikası  kursu  magistrantlan,  aspirant  və  dissertantlan  ali 

məktəb həyatımn mühüm problemləri ilə tanış edir, onlan sonrakı 

pedaqoji ozünütəhsilə və peşəkarlığa istiqamətləndirir. Ona görə də 

müasir  məzmuna,  geniş  mündəricəyə,  pedaqoji  elmin  son 

nailiyyətlərinə əsaslanan yeni dərslik və dərs vəsaitlərinin yazılması 

zəruri və vacibdir. 

Bu  sahədə  yaranmış  ehtiyaa  ödəmək  baxımından  prof. 



F.Rüstəmovun və dos. T.Dadaşovamn birgə qələm məhsulları olan 

“Ali  məktəb  pedaqogikası**  dərsliyi  xüsusi  maraq  doğurur, 

elmi-nəzəri səviyyəsi və praktik yönümlüyü ilə seçilir. 

Dərslik  Azərbaycan  Respubükası  Təhsil  Nazirliyi  Elmi- 

Metodiki  Şurasının  “Pedaqogika  və  psixologiya”  bölməsinin  17 

may  2006-cı  ildə  magistratura  pilləsi  üçün  təsdiq  etdiyi  proqram 

əsasında  hazırlanmış  və  bütün  magstrantlar  üçün  nəzərdə 

tutulmuşdur. Elə buna  görədir ki,  dərsliyin mündəricəsi  və həcmi 

kifayət qədər genişdir. “Maarif’ istiqamətindən fərqli olaraq digər 

istiqamət  və  ixtisaslarda  (iqtisadçı,  texnoloq,  mühəndis,  memar, 

politoloq və s.) təhsil alanlar bu latab vasitəsilə pedaqoji prosesin ən 

zəruri və vacib məsələlərini mənimsəyə biləcəklər. 

Dərslik 4 bölmə və 16 fəsildən ibarətdir. 



Birinci bölmə ''Ali məktəb pedaqogikasının ümumi əsasları" 

adlanır. Burada pedaqogika elminin predmetinə aydınbq gətiririlir, 

əsas"  kateqoriy^an  şərh  olunur,  diferensiasiya  və  inteqrasiya 

proseslərinin  mahiyyətinə  toxunulur,  ali  məktəb  pedaqo^asının 

spesifik  xüsusiyyətləri  açıqlamr.  Rusiyada  və  Azərbaycanda  ali 

məktəb pedaqogikasımn inkişaf xüsusiyyətlərini və tendensiyalanm 

şərh  edən  müəlliflər  elmi  dərəcə  və  elmi  adların  yaranmasına  və 

Azərbaycanda  elmi  dərəcə  və  elmi  adlann  verilmə  proseduruna 

aydınlıq  gətirir.  Azərbaycan  Respublikasında  təhsil  sisteminin 

quruluşu və prinsipləri, dünya təhsil sisteminin inkişaf strategiyası, 

ali  məktəb  müəlliminin  funksiyalan,  onun  pedaqoji  ustalığı, 

tərbiyəçi  kimi  işinin  xüsusiyyətləri,  ozünütəkmılləşdirməsinin 

səmərəli  yolları,  ali  məktəb  müəllimin  attestasiyası  və  digər 

məsələlər birinci bölmə öz geniş elmi-pedaqoji həllini tapmışdır. 

ikinci bölmə “Ali məktəb didaktikasının əsasları’" adlanır.Bu 

bölmədə ali məktəbdə təlimin mahiyyəti, hərəkətverici qüvvələri və 

prinsipləri,  təhsilin  məzmunu  və  onun  təkmilləşdirilməsinin 

pedaqoji  əsaslan  ,təlim  metodları  və  təşkili  formaları  ,pedaqoji 

texnologiyalar,  təlim  keyfiyyətinin  diaqnostikası,  tələbələrin 

pedaqoji  praktikası  və  ümumiyyətlə,  mütəxəssis  hazırlığımn 

pedaqoji-psixoloji məsələləri əhatəli şəkildə şərh edilmişdir. 

“Ali  məktəbdə  tərbiyə  prosesP’  III  bölmədə  əhatə 

olunmuşdur.  Burada  ali  məktəbdə  tərbiyə  prosesinin  mahiyyəti, 

tələbələrin tərbiyəsinin sosial-pedaqoji əsaslan,tələbə kollektivi və 

şəxsiyyətlərarası  münasibətlər  pedaqoji-psixoloji  və  sosioloji 

tədqiqatlann son nailiyyətlərinə əsasən izah edilmişdir. 

Ən  çətin  sənət  idarəetmə  sənətidir.  Dərslikdə  bu  məsələyə 

xüsusi  diqqət  yetirilmiş,  VI  bölmədə  ali  məktəbə  rəhbərlik  və 

idarəetmə  məsələləri  şərh  edilmiş,  ali  məktəb  fəaliyyətinin  əsas 

istiqamətləri təhlil olunmuşdur. 

Dərslikdə diqqəti cəlb edən ən mühüm cəhət müasir ali təhsil 

nəzəriyyəsinin 

yeni 


pedaqoji 

təfəkkür 

baxımından 

araşdınlması,mövcud  təcrübənin  ümumiləşdirilməsi  və  tədrisə 

gətirilməsidir.  Müəlliflərin  Rusiyada  və  Azərbaycanda  bu  sahədə 

apanlan  tədqiqatlarla  dərindən  tanış  olmalan  və  ali  məktəb 

təcrübələri dəyərli bir dərsliyin yaranmasına səbəb olmuşdur. 

ƏJDƏR AĞAYEV 



Pedaqoji elmlər doktoru, professor 



 

 

I  FƏSİL 

ALİ MƏKTƏB PEDAQOGİKASININ PREDMETİ 

VƏ VƏZİFƏLƏRİ 

1.1.  PEDAQOGİKA ELMİNİN PREDMETİ VƏ 

ƏSAS KATEQORİYALARI 

Elm ictimai şüur formalarından biri olub, təbiət, cəmiyyət 

və təfəkkürün obyektiv inkişaf qanunlarım özündə ehtiva edərək 

bəşəriyyətin tarix boyu yaratdığı biliklər sistemindən və həmin 

biliklər  zəminində  yeninin  yaradılması  mahiyyətinin  açılması 

üçün göstərilən fəaliyyətdən ibarətdir. 

Elm yeni nəzəriyyələrin yaradılmasına, üçün yeni biliklərin 

müəyyənləşdirilməsinə 

və 


ümumiləşdirilməsinə 

yönəlmiş 

mürəkkəb idrak fəaliyyətidir. 

Bizi əhatə edən gerçək aləm vahid olduğundan onu öyrənən 

elm də vahiddir, bütövdür. Bu, eyni zamanda, elmin bütün sahələri 

üçün  ümumi  olan  anlayışlarda,  tədqiqat  vasitələrində  və  tədqiqat 

metodlarında  ifadə  olunur.  Lakin  elm,  spesifik  xüsusiyyətləri 

nəzərə  alınmaqla  müxtəlif  sahələrə  bölünür,  başqa  sözlə, 



diferensiasiya 

(ayırma,  fərqləndirmə  dərəcələrinə  ayırma, 

tədəqələşmə)  olunur.  Elmin  diferensiasiyası,  müəyyən  mənada 

şərtidir  və  varlığın  müxtəlif  xüsusi  sahələrini  daha  dərindən 

öyrənməyə imkan verir. 

Elmin 


müxtəlif 

aspektləri 

biri-birindən 

aşağıdakı 

xüsusiyyətlərinə görə fərqlənir: 

•  hər  bir  elm  sahəsi  özünəməxsusluğu  ilə  fərqləndiyindən 



onların tədqiqat obyekti və predmeti var; 

•  hər bir elm sahəsi spesifik terminologiyası olması (leksik 



vasitələr, adlar sistemi, kateqoriyaları) ilə fərqlənir; 

•  hər  bir  elm  sahəsinin  öz  obyektini  və  predmetini 



öyrənməsi üçün xüsusi tədqiqat metodları var. 

Elmin  «obyekt»  və  «predmet»  anlayışları  biri-birilə  sıx 

vəhdətdə olsa da, onları qarışdırmaq olmaz. Çünki: a) «ob- yekt» 

anlayışı  «predmet»  anlayışından  daha  genişdir,  bütün  real 

gerçəklik elmin obyektidir. Predmet (aspekt) anlayışı isə obyektin 

hansı nöqteyi-nəzərdən öyrənilməsi ilə bağlıdır; b) 



obyekt orijinalla, predmet isə orijinalın elmdəki modelinin ayrı-ayrı 

komponentləri ilə əlaqədardır. 

Obyekt sözü latınca «obyektum» sözündən götürülüb, mənası 

predmet  deməkdir.  Obyekt  insandan  kənarda,  onun  şüurundan  və 

iradəsindən asılı olmayaraq mövcud olan xarici aləmdir. Pedaqoji 

gerçəklik  -  bu,  ümumi  obyektin  yalnız  bir  hissəsidir  və  onu 

pedaqogika  elmi  tədqiq  edir.  Azərbaycan  dilində  olan  pedaqoji 

ədəbiyyatda, xüsusən də dərslik və dərs vəsaitlərində «predmet» və 

«mövzu»  anlayışları  eyniləşdirilir,  «pedaqogikanın  predmeti»  ilə 

yanaşı,  «pedaqogikanm  möv-  zusu»  ifadəsi  də  işlədilir.  Bu, 

yanlışdır.  Çünki  «predmet»  və  «mövzu»  eyni  tutumlu  anlayışlar 

deyil. «Predmet» anlayışının daha tutumlu olduğunu nəzərə alaraq 

«pedaqogikamn 

pred- 


meti» 

ifadəsini 

İşlətmək 

daha 


məqsədəuyğundur.  «Mövzu»  isə  predmetin  tematik  struktur 

ayrılığını ifadə edir. 

Hər  bir  elm  kimi  pedaqogika  da  cəmiyyətin  praktik 

tələbatlarından irəli gəlmişdir. Pedaqogika cəmiyyətdə gənc nəslin 

ictimai  istehsal  münasibətlərinə  girişmək  və  onu  inkişaf  etdirmək 

fəaliyyətinə  daha  effektli  hazırlığına  olan  tələbatı  ilə  əlaqədar 

yaranmışdır. Tərbiyə öz varlığı ilə insan cəmiyyətinin yaranması ilə 

şərtləndiyi halda, pedaqogika bir elm kimi çox sonralar, cəmiyyətin 

çoxəsrlik  təcrübəsinin toplamış və ümumiləşdirərək onun  gələcək 

inkişafının tələbatından irəli gələrək böyüməkdə olan nəslin həyata 

daha  məqsədəuyğun  və  planlı  hazırlığını  təmin  etmək  üçün 

təlim-tərbiyə 

müəssisələrinin 

yaradılması 

ilə 

əlaqədar 



formalaşmışdır.  İlk  öncə  fəlsəfənin  tərkibində  formalaşan 

pedaqogika  tədricən  ondan  ayrılmış,  xüsusi  tədqiqat  sahəsi  olan 

müstəqil  bir  elm  kimi  inkişaf  etməyə  başlamış,  hüdudları 

genişlənmiş, mürəkkəb və dinamik bir sistemə çevrilmişdir^ 

Müasir  pedaqogika  təhsilin  müxtəlif  texnologiyalarının 

konstruksiyası  ilə  məşğul  olaraq  real  təlim  mərkəzi  və  bu 

istiqamətdə  axtarışların mərkəzinə  milli  və  ümumbəşəri  dəyərlərə 

yiyələnən şəxsiyyət tərbiyəsini qoyur. Pedaqogika elmi bu məqsədə 

çatmaq  üçün  dövlətin  sosial  -  iqtisadi  inkişafında,  cəmiyyətin 

humanitarlaşdıniması, manistləşdirilməsi və demokratikləşdirilməsi 

prosesində təhsilin prioritet (almanca 


 

 

piiorität, latınca piror - birinci, böyük deməkdir. Hər hansı 

fəaliyyətin həyata keçirilməsində vaxt etibarilə birincilik) 

rolunu əsas götürür. 

Pedaqogtkanın predmeti ilə bağlı müxtəlif fikirlər 

vardır. Bu haqda yayılmış ən geniş fikir belədir; pedaqogika - 



tərbi yan in qcmunmyğunluqlannı, tendensiyalarını, perspekti v 

və prioritetlərini, nəzəriyyə və texnologiyalarım, məzmununu, 

prinsiplərini, forma və metodlarını tədqiq edir. 

Tərbiyə birmənalı anlayış deyil və ən azı dörd mənada 

işlədilir. 

Äf geniş so.sial mənada - bütövlükdə cəmiyyətin, sosial 

mühitin şəxsiyyətə təsiri;

 

geniş pedaqoji mənada - təhsil-tərbiyə sisteminin, 

pedaqoji prosesin şəxsiyyətə məqsədyönlü təsiri; 

dar pedaqoji mənada - şəxsiyyətin istiqamətinin və 

psixi keyfiyyətlərinin formalaşdırılması; 

Ä' daha lokal mənada - konkret tərbiyə vəzifələrinin (əx- 

laqi keyfiyyətlərin, estetik zövqün, mədəni davranışın 

tərbiyəsi) reallaşdırılması. 

Olduqca mürəkkəb sosial proses olan tərbiyə bir çox 

elmlərin kontekstində onlarla qarşılıqlı əlaqədə öyrənilir. Fəl- 

səfə - tərbiyənin ontologiya (yunanca on, ontos - mövcud 

olan, loqos - elm, təlim deməkdir. Fəlsəfədə varlığın ümumi 

əsasları, prinsipləri, strukturu və qanunauyğunluqlarından 

bəhs edən təlim nəzəriyyəsi) və qno,seologiyasını (yunanca 



qnosis - bilik, loqos - elm, təlim, idrak nəzəriyyəsi deməkdir); 

sosiologiya - şəxsiyyətin (sosializasiyası) ictimailəşməsi prose- 

sini; etnoqrafiya (yunanca ethnos - xalq + qrajiye - xalqları 

etnosları, onların məişətini, adətlərini, etnik birliklərin 

yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni 

əlaqələrini öyrənən tarix elmi) tarixi inkişafın müxtəlif 

mərhələlərində dünya xalqlarının tərbiyə fəaliyyətini; iqtisa- 



diyyat elmi-tərbiyə üçün optimal infrastruktur sistemlərin 

yaradılmasını; psixologiya - şəxsiyyətin yaş və fərdi xüsusiy- 

yətlərini və inkişaf qanunauyğunluqlarını öyrənir. 


Tərbiyə  konkret  tarixi  proses  olub,  cəmiyyətin  və  dövlətin 

sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişaf  səviyyəsi  hər  bir 

millətin ınilli xüsusiyyətləri ilə şərtlənir. 

Tərbiyə 


şəxsiyyətin 

məqsədyönlü 

və 

mütəşəkkil 



formalaşması prosesidir. Tərbiyə özünəməxsus xüsusiyyətləri olan 

ictimai  hadisədir.  Tərbiyə  elə  bir  ictimai  hadisədir  ki,  onsuz 

cəmiyyətin  mövcudluğu  və  irəliyə  doğru  inkişafı  mümkün  deyil. 

Hər  bir  yeni  nəsil  özündən  əvvəlkiləri  əvəz  edərkən,  qazanılmış 

maddi  və  mənəvi  sərvətləri  mənimsəyir,  yaşlı  nəslin  təcrübəsinə 

söykənərək  onu  daha  da  zənginləşdirir.  Bu  mürəkkəb  proses 

arasıkəsilmədən  dialektik  surətdə  davam  edərək  cəmiyyətin 

tərəqqisini  təmin  edir.  Deməli,  tərbiyə  ümumi  və  əbədi 

kateqoriyadır. 



İctimai kateqoriya olan tərbiyə dəyişməz qalmır. Cəmiyyətin 

maddi  əsaslarının,  ideologiyasının  inkişafı  ilə  birlikdə  tərbiyənin 

məzmunu,  məqsəd  və  vəzifələri,  forma  və  metodları  da  dəyişir. 

Konkret  tarixi  və  sinfi  məzmun  -  tərbiyənin  son  dərəcə  mühüm 

xarakteristikasıdır. 

Tərbiyənin  mühüm  funksiyası  gənc  nəsli  bəşəriyyətin  tarix 

boyu yaratmış olduğu ictimai təcrübə ilə silahlandırmaqdır. İctimai 

təcrübə deyilərkən, bilik, bacarıq və vərdişlər sistemi, münasibətlər 

sistemi,  yaradıcılıq  təcrübəsi  başa  düşülür.  İctimai  təcrübə  gənc 

nəslə əsasən təhsil vasitəsilə verilir. 

Deməli, pedaqoji prosesin bütün komponentlərinin kəmiyyət 

və  keyfiyyət  göstəricilərini  müəyyənləşdirən,  onun  həyata 

keçirilməsinin məqsədi və nəticəsi olan təhsil pedaqogika elminin 

predmetidir.  Təhsil  həm  dəyər,  həm  proses,  həm  sistem,  həın  də 



nəticədir. 

Təhsil  tərbiyədən  ayrılmazdır.  Orta  əsr  şərq  filosoflarının 

fikrincə,  tərbiyə  verməyən  bilik  odunsuz  ocağa,  bilik  verməyən 

tərbiyə  isə  bədənsiz  ruha  oxşayır.  Xüsusi  təşkil  olunmuş  tədris 

müəssisələri  vahid  təhsil  sistemini  təşkil  edərək,  müəllimlərin 

bəşəri təcrübəni gənc nəslə «ötürməsini» təmin edir. 

Sosial  fenomen  olan  təhsil  iki  mənada  -  geniş  (insanların 

ümumiyyətlə  bilik,  bacarıq  və  vərdişlərə  yaxud  elmi-texniki 

biliklərə  yiyələnməsi)  və  dar  mənada  (təlim  prosesinin  nəticəsi 

kimi 


10 

bu prosesdə qazanılmış bilik, bacarıq və vərdişlər sistemi) işlədilir. 

Təhsil  cdiviyy!)lin  və  dövlətin  mənafeyi  naminə  .şəxsiyyətin 



intellektual  və  emosional  sferalarını  inkişaf  etdirmək,  onu 

həyata  hazırlamaq  məqsədi  ilə  müasir  .standartlara  uyğun 

olaraq 

müəyyənlə.şdirilmi.ş 

məzmunun 

tədris 

müə.s.si.sələrində mənimsənilmə səviyyə.sinin qəhul olunmuş 

meyarlarla  yoxlanılması,  qiymətləndirilmə.si  və  hüquqi 

sənədlərdə tə.sbit olunan nəticə.sidir. 

Təhsilə verilən bu tərifdən məlum olur ki; 

•  təhsil cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir; 

•  təhsilin əsas məqsədi şəxsiyyətin intellektual, emosional 

iradi  sferalarını  inkişaf  etdirmək,  onu  ictimai  və  şəxsi  həyata 

hazırlamaqdır; 

•  təhsilin  məzmunu  müasir  dünya  standartlarına  uyğun 

olaraq müəyyənləşdirilir; 

•  təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən 

pedaqoji prosesdə reallaşdırılır; 

•  mənimsəmənin  səviyyəsi  qəbul  olunmuş  meyarlarla 

yoxlanılır; 

•  təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə ba.şa 

çatır. 


Təhsildə təcrübənin mənimsədilməsi (ötürülməsi, verilməsi) 

və  mənimsənilməsi  (qavranılması,  öyrənilməsi)  kimi  aktlar  ayırd 

edilir.  Bu,  təhsilin  əsası  (nüvəsi)  olan  təlim  prosesi  vasitəsilə 

reallaşdırılır. Təlim pedaqogikanın əsas kateqoriyalarından biridir. 

Təlim - iəhsil verən və təhsil alanların xüsu.si təşkil olunmuş 

məq.sədli  və  idarə  olunan  fəaliyyətidir,  öyrədən  və 

öyrənənlərin  qarşılıqlı  fəaliyyəti  pro.sesində  hilik  və 

bacarıqların veril- mə.si və mənimsənilməsi prose.sidir. Başqa 

sözlə, təlim - təhsil almaqdır. 

Təlim təhsil verməklə yanaşı, lərbiyəedici, inkişafetdirici və 

nəzarətedici imkanlara da malikdir. 



Deməli, təlim iki əsas komponentdən ibarətdir: 

•  öyrdtmə fəaliyyəti (transformasiya) - bilik, bacarıq və 

vərdişlərin, fəaliyyət üsullarının verilməsi (öyrədilməsi); 

•  öyrənmə fəaliyyəti - təcrübənin qavranılması, dərk 

edilməsi, bərpa edilməsi və tətbiqi (istifadə edilməsi). 

Təlim prosesini sxematik olaraq aşağıdakı kimi göstərmək 

olar: 

 

Təlim prosesinin struktur modeli 



Tərbiyə,  təhsil  və  təlim  prosesləri  vəhdətdə  şəxsiyyətin 

inkişafını təmin edir. 

İnkişaf da pedaqogikanın əsas kateqoriyalarından biridir. 

İnkişaf  daxili  və  xarici  ziddiyyətlərin  mübarizəsi 

nəticəsində  şəxsiyyətin  fiziki,  əqli  və  mənəvi  imkanlarının 

kəmiyyət və keyfiyyət dəyişilməsi (irəliləməsi) prosesidir. 

Qeyd  etmək  lazımdır  ki,  ziddiyyətlər  özlüyündə  inkişafı 

ləngidən  amillərdəndir.  İnkişafda  özünü  göstərən  ziddiyyətlər 

yalnız  dəf  edildiyi,  aradan  qaldırıldığı  təqdirdə  hərəkətverici 

qüvvəyə çevrilir. 

12 


Şəxsiyyətin  inkişafı  bioloji,  psixoloji  və  sosial  amillərin 

vəhdətdə təsiri altında baş verən mürəkkəb və obyektiv hadisədir. 

Lakin 

inkişafın 



sürətini 

nizamlamaq, 

istiqamətinin 

məqsədyönlülüyünü təmin etmək mümkündür. 



İnkişaf -mürəkkəb bir proses olub, inscımıı idaro ohman 

vo iciara edilə bilməyən, daxili və xarici, təbii (irsi), .sosial və 

psixoloji  faktorların  təsirilə  formalaşması  və  təşəkkül  tapma 

prosesidir. 

İnkişaf  insanın  həyatı  boyu  bir  şəxsiyyət  kimi  təşəkkülünü 

təmin  edir.  İnsanın  biofiziki  və  psixoloji  varlıq  kimi  inkişafı  - 

iqtisadi,  siyasi,  ideoloji,  psixoloji  və  digər  faktorların  vəhdətdə 

təsiri altında baş verir. Bu mürəkkəb, çoxcəhətli prosesdə inkişafın 

mütəşəkkilliyini  təmin  etmək  baxımından  tərbiyə  əsas 

vasitələrdəndir.  İnsanın  formalaşması  prosesi  mənsub  olduğu 

konkret  tarixi  dövrün,  cəmiyyətin,  ictimai  təbəqənin  dəyər  və 

normalarını,  davranış  qaydalarını  mənimsəməklə  davam  edir. 

Ümumiyyətlə, fərdin cəmiyyətdə şəxsiyyət statusuna yaxınlaşması 

çoxcəhətli  prosesdir.  Şəxsiyyət  ictimai  münasibətlər  sisteminə 

daha  fəal  daxil  olduqca,  onun  ictimai  həyatla  sosial  əlaqələri 

dərinləşir.  O,  müəyyən  təcrübəyə,  adət  və  vərdişlərə  yiyələnir, 

onları  öz  sərvətinə  çevirir.  Beləliklə,  şəxsiyyətin  sosiallaşması 

(ictimailəşməsi) prosesi baş verir. Digər tərəfdən, şəxsiyyət ictimai 

həyatın  müxtəlif  sahələrinə  nüfuz  etdikcə  nisbi  müstəqillik  kəsb 

edir,  başqa  sözlə,  fərdiləşir.  İctimai  inkişaf  prosesində  insan 

şəxsiyyətə  çevrildikcə  onun  təkrarolunmaz  həyat  tərzi,  öz  daxili 

aləmi,  psixikasının  özünəməxsus  xüsusiyyətləri,  təkrarolunmaz 

həyat və fəaliyyət tərzi formalaşır. 

Pedaqogikanın  ənənəvi  kateqoriyaları  sırasına  son  dövrlər 

pedaqoji  proqnozlaşdırma  və  pedaqoji  texnolof'iyalar  da  daxil 

edilir. 


Proqnozlaşdırma  (yunanca  proqnosis  -  uzaqgörənlik, 

əvvəlcədən  xəbər  vermə  deməkdir.  Geniş  mənada  - 

proqnozlaşdırma nəzəriyyəsi və praktikası, dar mənada - proqnoz 

hazırlanması  qanunları  və  üsulları  haqqında  elm)  başqa  sözlə, 

pedaqoji prosesin məzmun və məqsədlərinə sistemli proqnos- 


tik yanaşma mütəxəssislərin peşə və hazırlıq səviyyəsinin düzgün 

müəyyənləşdirilməsinə, 

dəyişdirilməsinə 

(müəyyən 

peşə 

fəaliyyətinin  icrasına  hazırlıq  səviyyəsi)  çevik  və  dərhal 



düzəlişlər  etməyə,  insanın  tərbiyəsi,  təhsili,  inkişafı  və  özünü- 

təhsili  prosesini  düzgün  istiqamətləndirməyə  və  nizamlamağa 

şərait  yaradır.  Çünki  sosial-iqtisadi  tərəqqinin  yeni  peşələrə  və 

ixtisaslara  olan  tələbini  proqnozlaşdırmadan  cəmiyyətin 

inkişafını təmin etmək mümkün deyil. Proqnozlaşdırma olmadan 

ixtisaslaşmanın  optimal  strukturunu  qurmaq,  uyğun  olaraq 

təhsilin  məzmununu  yeniləşdirmək,  kadr  hazırlığını  və  ye- 

nidənhazırlığını təmin etmək mümkün deyil. 

Pedaqoji  proqnozlaşdırma  zamanı  prosesin  mərkəzində 

duran obyekt - insan-tələbə pedaqoji təsirlərin ancaq obyekti deyil, 

həm də öz gerçəkliyində ahəngdar inkişafın subyektidir. Odur ki. ali 

təhsilin məzmununu proqnozlaşdırarkən tələbə şəxsiyyətinin fərdi 

xüsusiyyətləri,  motiv  və  stimulları,  tələb  və  maraqları  əsas 

götürülməlidir.  Əlbəttə,  bu  ali  məqsəd  təhsilin  -  məzmunu 

çərçivəsinə  sığmır.  Onun  reallaşdırılması  yalnız  ali  məktəbdə 

təlim-tərbiyə  prosesində,  tələbənin  təlimdənkənar  həyat  və 

fəaliyyətində, ictimai-faydalı əməkdə, istehsal əməyində. çoxplanlı 

şəxsiyyətlərarası münasibətlərdə mümkündür. 

Ali  məktəb  pedaqogikası  elmi,  texniki,  istehsal sahələrinin 

«proqnozlar  axını»ndan  öz  spesifik  məqsədlərinə  uyğun  olanları 

ardıcıl  və  fasiləsiz  olaraq  seçməli  və  pedaqoji  interpretasiyalar 

(latınca interpretatio - şərhetınə, xüsusi ifadələrin adi, həyati dil ilə 

«tərcüməsi» 

deməkdir) 

etməli, 

mütəxəssisin 



proqnostik 

professional modelini (yaxud fəaliyyət modelini) hazırlamalıdır. Bu 

model  elmin,  texnikanın,  istehsal  prosesinin  elmi  surətdə 

əsaslandırılmış 

inkişaf 


istiqamətlərini, 

müəyyən 


profilli 

mütəxəssisin təkcə müasir istehsal sahəsində deyil, həm də gələcək 

istehsal  prosesində  optimal  iştirakını  təmin  edə  biləcək  şəxsi  və 

professional keyfiyyətlərini özündə əks etdirməlidir. 



Pedaqoji texnologiya (yunanca «texne» - incəsənət, ustalıq, 

bacarıq və «loqos» - təlim, elm, qanun sözlərindən götürülmüşdür, 

mütəxəssisin ustalığı, bacarığı deməkdir) pe- 

14 


daqoji prosesin məqsəd və vəzifələrinin layihələşdirilməsi və həlli 

sistemi  deməkdir.  O,  təlim-tərbiyə  işinin  effektivliyini  artırmağa, 

qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə həll etməyə yönəlir. 

Geniş mmcula pedaqoji texnologiya ləlim və tərbiyənin elmi 

surətdə  əsaslandırılmış  vasitələrini,  metod  və  formalarım 

müəyyənləşdirməli,  şəxsiyyətin  formalaşması  istiqamətində  gənc 

nəsli ümumbəşəri və milli dəyərlərlə silahlandırmalı, öyrənənlər və 

öyrədənlər arasında humanist münasibətləri təmin etməlidir. 

Dar  mmada  pedaqoji  texnologiya  müəllimin  konkret 

fəaliyyəti  ilə  bağlı  ardıcıl  hərəkətlər,  əməliyyatlar  sistemi, 

təlim-tərbiyə  prosesinin  təşkili  qaydalarının  məcmusu  və  qarşıya 

qoyulmuş  məqsədlərə  çatmağa  imkan  verən  alqoritm-  lərdən 

(müəyyən  qrup  məsələlərin  effektiv  həllini  təmin  edən  qaydalar 

məcmusu) ibarət texnoloji zəncirdir. 

Təlim-tərbiyə  prosesinin  məqsəd  və  vəzifələrinin  diaq- 

nostlaşdmlması  (yunanca  diaqnosis  -  müəyyən  etmək  deməkdir), 

perspektivlərin  müəyyənləşdirilməsi,  nəticələrin  əvvəlcədən 

aşkarlanması,  planlaşdırma  və  təşkilatçılıq  işi,  pedaqoji  təhlil 

əsasında  düzəlişlər  etmək  və  sonrakı  fəaliyyətin  proqramının 

hazırlanması, bütöv texnoloji zəncirin həlqələridir. 

Hər  bir  texnologiya  -  hazırlıq,  foaliyyot  prosesi  vo  onun 



tohlili kimi mərhələlərdən ibarətdir. Pedaqoji texnologiyanın hər bir 

mərhələsi tamın bir hissəsi kimi öyrədən və öyrənənlərin müvafiq 

əməliyyatlarım  nəzərdə  tutur.  Ümumiyyətlə,  texnologiyalar 

biri-biri  ilə  bağlı,  ardıcıl,  əlaqəli,  biri-birini  tamamlayan 

mərhələlərdən (əməliyyatlardan, proseduralardan, operasiyalardan) 

ibarət olur. • 

Hər  bir  texnologiyanın  işlənməsi  bu  və  ya  digər  nəzəri 

konsepsiyaya  əsaslanır.  Texnologiyaların  hazırlanması  mürəkkəb 

prosesdir və ardıcıl olaraq aşağıdakı mərhələlərdən keçir: 

15 


v' 

konsepsiya mərhələsi {latınca concepiio - başa düş- 

mə, sistem, müəyyən nöqteyi-nəzər, rəhbər ideya, 

əsas fikir deməkdir); 

metodoloji mərhələ; 

əməliyyat mərhələsi; 

təhlil mərhələsi; 

nəzarətedici-qiymətləndirici mərhələ. 

Hazırda müxtəlif pedaqoji texnologiyalar mövcuddur 

nəticələrin müəyyənləşdirilməsi mərhələsi; 

ümumpedaqoji texnologiyalar; 

təlim texnologiyaları; 

tərbiyəedici texnologiyalar; 

^ inkişafetdirici texnologiyalar; 

kompüter texnologiyaları; 

oyun texnologiyaları; 

yaradıcı kollektiv fəaliyyətin texnologiyaları; 

əməkdaşlıq texnologiyaları və s. 

Pedaqogikanın əsas kateqoriyaları vəhdətdədir, biri- 

digərinə nüfuz etməklə biri-birini tamamlayır. Beləliklə, baş- 

lıca kateqoriyadlarm mahiyyətinin dərk edilməsi pedaqogi- 

kanın bir elm kimi formalaşmasına kömək edir. 

1.2. 


PEDAQOGIKADA DIFERENSIASIYA 

və 


İNTEQRASİYA 

PROSESLƏRİ 

Pedaqogika  elminin  diferensiasiyası  əsasən  iki  istiqamətdə 

gedir: 


yaşa görə; 

təlim-tərbiyə müəssisəsinin tipinə görə. 

Hər  hansı  mürəkkəb  sistem  kimi  pedaqogika  elminin 

müvafiq  sahələri  arasında  ardıcıllıq  və  sıx  əlaqə  var.  Pedaqogika 

elminin  arxitekturasının  özünəməxsusluğu  onun  son  dərəcə 

mürəkkəb varlıq olan insanı, onun təhsili, tərbiyəsi və inkişafının 

formalaşmasım öyrənməsində, qabaqcıl təcrübəni 

16 


ümumiləşdirməsində,  diaqnostik  məlumatlar  və  praktika  üçün 

tövsiyələr işləyib hazırlamasında ifadə olunur. 

Məktəb  pedaqogikası*  baza  elmidir.  O,  təhsil-tərbiyə 

müəssisələrində  pedaqoji  prosesin  metodoloji,  nəzəri  və  tətbiqi 

problemlərini öyrənir. Siır^th diferensiasiya prosesi /?ə- licrxsimb 

nwktab pedaqogikası artıq ümumi pedaqogika statusunu almuşdır. 

Pedaqoji  elmlər  sisteminə  daxil  olan  digər  xüsusi  sahələr 

ümumi pedaqogika əsasında formalaşır. 

Ümumi pedaqogika iki böyük sahəyə ayrılır: 

pedaqogika tarixi; pedaqogikanın 

nəzəriyyəsi. 



Pedaqogika  tarixi  bəşər  cəmiyyəti  mövcud  olduğu 

zamandan  indiyə  qədər  ayrı-ayrı  tarixi  dövrlərdə  tərbiyənin, 

məktəbin və pedaqoji nəzəriyyənin yaranması və inkişaf tarixindən 

bəhs edir. 



Pedaqogikanın 

nəzəriyyəsi 

pedaqoji 

prosesin 

kateqoriyalarını,  qanunauyğunluqlarını,  məqsəd  və  vəzifələrini, 

məzmununu,  prinsip,  vasitə  və  metodlarını,  təşkili  formalarını  və 

digər müvafiq problemləri öyrənir. 

Pedaqogikanın nəzəriyyəsi aşağıdakı sahələri əhatə edir: 

•  Müqayisəli pedaqogika - müxtəlif ölkələrin təhsil-tərbiyə 

sistemlərini  müqayisəli  şəkildə  öyrənərək  ümumi  və  fərqli 

cəhətlərini müəyyən edir. 

•  Ya^  pedaqogikası  -  müxtəlif  yaş  dövrlərində  təlim  və 

tərbiyə  məsələlərini  Öyrənir.  Yaş  xarakteristikalarına  görə 

pedaqogikanın aşağıdakı sahələri müəyyənləşdirilmişdir; 

'Y Məktəbəqədər pedaqogika 

Orta ixtisas məktəbi pedaqogikası 

Məktəb pedaqogikası Ali məktəb 

pedaqogikası 



'Y Androqogika (yaşlılar pedaqogikası) 

•  Xüsusi  didaktikalar  (ümumi  və  xüsusi  metodikalar) 

konkret fənlərin spesifik qanunauyğunluqlarını, optimal me- 

17 


tod 

və 


vasitələrini, 

texnologiyalarını, 

innovasiyalan, 

qiymətləndirmə sistemini öyrənir. 

•  Aih pedaqogikası ailənin demoqrafik inkişafının səciyyəvi 

xüsusiyyətlərini və ailə tərbiyəsinin əsaslarını öyrənir. 

•  Əmak  islah  pedaqogikası  əmək-islah  düşərgələrində 

təlim-tərbiyə işinin təşkilindən bəhs edir. 

•  Peşa  pedaqogikası 

insanın  konkret  peşə-ixtisas 

fəaliyyətinə  hazırlığının,  nəzəri  əsaslarını,  qanunauyğunluqlarını, 

prinsip  və  texnologiyalarını  işləyib  hazırlayır.  Professional 

fəaliyyətdən  asılı  olaraq  peşə  pedaqogikasının  aşağıdakı  sahələri 

mövcuddur: 

İstehsalat pedaqogikası 

Hərbi pedaqogika Tibbi 

pedaqogika Mühəndislik 

pedaqogikası 

•  Sosial  pedaqogika  insanların  bütün  yaş  qruplarının  və 

xüsusi  sosial  kateqoriyalarına  məxsus  təşkilatlarda  sosial  tərbiyə 

məsələlərini öyrənir. 

•  Əlahiddə  pedaqogika  (Defektologiya)  -  fiziki  və  əqli 

inkişafında  ciddi  çatışmazlıqları  olan  insanların  (uşaq  və 

böyüklərin) təhsili və tərbiyəsinin nəzəri əsaslarını, prinsip, forma 

və vasitələrini öyrənir. Defektologiyanın sahələri aşağıdakılardır; 

Surdopedaqogika  (latınca  «surdos»-kar  deməkdir)- 

lal-kar və kar adamların  təhsili  və tərbiyəsi  məsələlərini 

öyrənir. 

Tiflopedaqogika (yunanca «tiflos»-kor deməkdir) kor və 

zəif  görən  adamların  təhsili  və  tərbiyəsi  problemlərinin 

tədqiqi ilə məşğul olur. 

Oliqofrenopedaqogika  («oliqofren»  yunan  sözü  olub, 

oliqo-kəm,  frin-əql  sözlərinin  birləşməsindən  əmələ 

gəlib)  -  ağıldankəm  'adamların  təhsili  və  tərbiyəsi 

sahəsində tədqiqatlarla məşğuldur. 

18 


Loqopediya (yunanca «loqos» - söz, «paideia»-tərbiyə 

sözlərinin birləşməsindən əmələ gəlib) - uşaq və böyüklərdə nitq 

qüsurlarının islahı ilə məşğul olur. Pedaqoji elmlər sistemini 

sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 

 

19 


o* 

Elmin öz problemlərini müvəffəqiyyətlə həll etməsi 

onun digər elmhrh inteqrasiyasından, qarşılıqlı əlaqələrindən 

çox asılıdır. Hazırda qapalı elm sahəsi yoxdur. Pedaqogika 

elmi də belədir. Pedaqogika öz problemlərini həll edərkən 

insan haqqında olan bir sıra elmlərin nailiyyətlərindən 

istifadə edir. Pedaqogikanın başqa elmlərlə inteqrasiyası 

pedaqoji tədqiqatların tam, dolğun, geniş, hərtərəfli və dərin 

olmasını təmin edir. 

Pedaqogika elminin inteqrasiyası bir neçə istiqamətdə 

reallaşdırılır: 

pedaqogika digər elmlərin kateqoriyalarından, 

terminlərindən, baza anlayışlarından istifadə edir; 

pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri 

müddəalarından, ümumiləşdirilmiş nəticələrindən, 

qanunauyğunluqlarından, prinsipial müddəalarından 

və məlumatlarından istifadə edir; 

pedaqogika başqa elmlərin tədqiqat metodlarından 

istifadə edir; 

pedaqogika digər elmlərin apardığı tədqiqatların 

konkret nəticələrindən İstifadə edir; 

pedaqogika - psixologiya, sosiologiya, mərkəzi 

sinir 

sistemi fiziologiyası və insanı bioloji varlıq kimi 



Öyrə- 

nən digər elmlərlə birlikdə kompleks tədqiqatlarda 

iş- 

tirak edir. 



Başqa  elmlərdə  olduğu  kimi,  pedaqogikanın  da 

özünəməxsus sistemi vardır. 

Pedaqogikanın daha sıx əlaqədə olduğu elm psixologiyadır. 

Bu,  ondan  irəli  gəlir  ki,  hər  iki  elmin  tədqiqat  obyekti  insandır. 

Psixologiya  insan  psixikasının  inkişaf  qanunauyğunluqlarını, 

pedaqogika  isə  şəxsiyyətin  inkişaf  prosesinin  idarə  olunması 

qanunauyğunluqlarım tədqiq edir. Biri-birilə üzvi vəhdətdə həyata 

keçirilən tərbiyə, təhsil və təlim insan psixikasının məqsədəuyğun 

inkişafını təmin edir və ya əksinə. 

Pedaqogika  və  psixologiya  elmlərinin  tədqiqat  metodla- 

nndakı  ümumilik  də  onlar  arasındakı  əlaqəni  zəruriləşdirir. 

Psixoloji  araşdırmaların  elmi  instrumentləri  (psixometriya, 

psixoloji testlər, psixoloji anketlər, binar müqayisə və s.) sırf pe- 

20 


o= 

o=

 



daqoji  problemlərin  həllində  müvəffəqiyyətlə  istifadə  olunur. 

Pedaqogika  elminin  psixologiyanın  kateqoriya  və  anlayışlarından 

geniş istifadə etməsi də onlar arasındakı əlaqəni təmin edir. 

Pedaqogika  pedaqoji  faktları  aşkarlamaq,  təsvir  etmək, 

izahını  vermək,  sistemləşdirmək,  ümumiləşdirmək  və  pedaqoji 

prosesin  nəticələrini  öyrənmək  məqsədilə  psixoloji  biliklərdən, 

psixoloji diaqnostikalardan (məsələn, testləşdirmə, anketləşdir- mə, 

reytinq və s.) geniş istifadə edir. 

Pedaqogika fiziologiya elmi (xüsusən də insan fiziologiyası. 

yaş fiziologiyası, ali sinir sistemi fiziologiyası) ilə sıx vəhdətdədir. 

Təhsil  alanların  fiziki  və  psixi  inkişafını,  insan  orqanizminin 

funksional 

sistemini, 

ali 


sinir 

sisteminin 

fəaliyyət 

qanunauyğunluqlarını  bilmədən,  onları  məqsədəuyğun  şəkildə 

istiqamətləndirmək,  yaxud  inkişafetdirici  təlim  texnologiyalarını 

hazırlamaq,  şəxsiyyətin  optimal  inkişafını  təmin  etmək  mümkün 

deyil. 

Sosiologiya elminin məlumatları şəxsiyyətin sosializa- siyası 

problemini dərindən dərk etməyə, tələbənin asudə vaxtının təşkili, 

professional  oriyentasiyası  və  digər  pedaqoji  problemlərin  uğurlu 

həllinə yol açır. Cəmiyyət və onun ayrı- ayrı sistemlərini öyrənən 

sosiologiya  özünün  elmi-nəzəri  və  praktik-tətbiqi  tədqiqatlarını 

həm  də  təhsil  və  tərbiyə  problemlərinə  istiqamətləndirir.  Hazırda 

sosiologiya  elminin  strukturunda  təhsil-tərbiyənin  və  təlimin 

sosiologiyası öz əksini tapmışdır. 



F^ls!)fi  biliklərin  də  pedaqogika  elmi  üçün  əhəmiyyəti  çox 

böyükdür.  Pedaqogikanın  müasir  inkişaf  səviyyəsində  pedaqoji 

prosesin  məqsəd  və  vəzifələrini,  mahiyyətini  fəlsəfi  biliklər 

olmadan  dərk  etmək  mümkün  deyil.  İdrak  nəzəriyyəsi  təlimdə 

idraki  fəaliyyətin  qanunauyğunluqlarını  müəyyənləşdirməyə, 

pedaqoji  prosesin  mexanizmlərini  işləməyə  əsas  verir.  Zərurət  və 

təsadüflər,  ümumi,  xüsusi  və  təkcə,  səbəb  və  nəticə  əlaqələri  və 

asılılıqları, inkişaf və hərəkətverici qüvvələr, ziddiyyətlərin vəhdəti 

və mübarizəsi və s. haqqında fəlsəfi müddəalar pedaqogika elminin 

metodoloji əsasını təşkil edir. 

21 


Kibernetika  elmi  təlim-tərbiyə  proseslərinin  tədqiqi  üçün 

pedaqogika  elmi  qarşısında  yeni  imkanlar  açır.  Kibernetikanın 

nailiyyətlərindən  istifadə  edən  pedaqogika  elmi  təlim  prosesinin 

idarə 


edilməsinin 

qanunauyğunluqlarını, 

yollarını 

və 


mexanizmlərini  müəyyənləşdirir.  Dəyişən  mühitdə  dinamik 

sistemləri Öyrənən kibernetikanın nailiyyətlərindən istifadə edərək 

pedaqogika  elmi  təliin  prosesinin  effektivliyini  və  keyfiyyətini 

yüksəltməyə imkan verən proqramlaşdırılmış təlim mexanizmlərini 

hazırlayır. 

Pedaqogika  elmi  müxtəlif  xalqların  əmək  formalarını,  adət 

və  ənənələrini  öyrənən  etnoqrafiya;  xalq  eposu  abidələrini 

toplamaqla məşğul olan  folklorşünaslıq: əmək prosesində insanın 

funksional  imkanlarım  öyrənən,  işçinin  əmək  məhsuldarlığını  və 

qanunauyğunluqlarım  aşkara  çıxaran,  fəaliyyətdə  olan  insanın 

xüsusiyyətlərini  konkret  iş  şəraitində  və  maşınla  daxili  əlaqədə 

(İSM)  tədqiq  edən  erqonomika  {erq  -  metr,  nomos  -  qanun 

deməkdir); əxlaq nəzəriyyəsini öyrənən etika; gerçəkliyin gözəllik 

qanunları  əsasında  dərk  edilməsindən  bəhs  edən  estetika;  fiziki 

inkişafın qanunauyğunluqlarını, insanın normal və sağlam həyatım 

təmin  edən  səhiyyə  tələblərini  tədqiq  edən  gigiyena;  genlər  və 

irsiyyət 

problemlərini 

öyrənən 

genetika 

elmlərinin 

nailiyyətlərindən  istifadə  etməklə  pedaqoji  problemlərin  həllini 

reallaşdırır. 

Pedaqoji  tədqiqatlarda  riyaziyyat,  informatika,  statistika, 

hüquq, ekologiya, iqtisadiyyat, politologiya, tarix, texniki və digər 

elmlərin də məlumatlarından istifadə olunur. 

Pedaqogikanın başqa elmlərlə sıx əlaqəsi sayəsində bir sıra 

inteqrativ  elmlər  meydana  gəlmişdir.  Bunlara  aşağıdakıları  misal 

göstərmək olar: 

 

pedaqoji psixologiya, 



psixopedaqogika. pedaqoji 

erqonomika. kibernetika 

pedaqogikası, kompüter 

pedaqogikası, məktəb 

gigiyenası, sosial 

pedaqogika. 

22 


riyazi pedaqogika, 

təhsilin iqtisadiyyatı və s. 

Pedaqogika elminin başqa elmlərlə inteqrasiyasını sxematik 

olaraq aşağıdakı kimi göstərmək olar: 

 

23 


1.3.  ALI MƏKTƏB PEDAQOGİKASI ÜMUMİ 

PEDAQOGİKANIN SAHƏSİ KİMİ 

Ümumi pedaqogikanın inkişaf etmiş sahələrindən biri də ali 

məktəb  pedaqogikasıdır.  Ali  məktəb  pedaqogikası  ümumi 

pedaqogikanın 

əsas 


kateqoriyalarından, 

anlayışlarından, 

qanunauyğunluqlarından,  prinsip  və  qaydalarından,  başlıca 

müddəalarından,  tədqiqat  metodlarından  istifadə  edir.  Lakin 

bununla  belə,  ali  məktəb  pedaqogikası  məktəb  pedaqogikası  ilə 

eyni deyil. Ali məktəb pedaqogikasının tədqiqat obyekti, predmeti 

və bir sıra özünəməxsus xüsusiyyətləri onu ümumi pedaqogikadan 

fərqləndirir. 

Ali  məktəb  pedaqogikasının  spesifik  xiisusiyy^thri  onun 

pedaqogikanın müstəqil bir sahəsi kimi inkişafına səbəb oldu. 

Ali  məktəb  pedaqogikasının  araşdırmaları  gəncliyin  ikinci 

və  yaxud  yetkinlik  dövrünü  əhatə  edir.  Məhz  ali  məktəb 

pedaqogikasının  spesifik  xüsusiyyətləri  də  bundan  irəli  gəlir.  Bu 

dövrdə insan artıq əxlaqi, mənəvi dəyərlərin təşəkkülü və dərki ilə 

digərlərindən fərqlənir. 

Tələbə  auditoriyası  müxtəlif  yaşlı,  müxtəlif  səviyyəli, 

işgüzarlığı, intizamı, mənəviyyatı, davranışı, şəxsi keyfiyyətləri ilə 

biri-birindən seçilən gəncləri əhatə edir. Burada əsgəri xidməti başa 

çatdıran oğlanlar, az-çox əmək təcrübəsinə malik gənclərlə yanaşı, 

məktəb partası arxasından birbaşa ali məktəbə gələn məzunlar da 

vardır.  Deməli,  ali  məktəb  pedaqogikasının  tədqiqat  obyekti  - 

17-18-25 yaşlı gənclərdir. Hər yaş dövrünün daxilində də müəyyən 

fərqlər  vardır  (məsələn,  1-ci  və  2-ci,  3-cü  və  4-cü  kurs  tələbələri 

arasında). 

Gəncliyin  ikinci  dövrü  şəxsiyyətin  formalaşmasının,  sosial 

varlıq  kimi  təşəkkülü  prosesinin  müəyyən  həddə  çatması 

mərhələsidir.  Məhz  bu  yaş  dövründə  gəncin  psixoloji,  ideoloji, 

vətəndaşlıq yetkinliyi formalaşır. Gənc sosial cəhətdən inkişaf edir, 

fəal  həyat  mövqeyi  təşəkkül  tapır,  keyfiyyətcə  yeni  maraq  və 

meyilləri,  tipik  xarakter  əlamətləri  yaranır.  Deməli,  ali  məktəbdə 

pedaqoji proses tələbələrin hər 

24 


yaş dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla təşkil 

edilməlidir. 

Ümumtəhsil məktəbində təlimin əsas təşkili forması - dərsdir. 

Dərsdə  yeni  materialın  izahı  zamanı  müəllim’  -  ıwqlctm^-),  .şərh, 



müsahibə,  nəzarət,  qiymətləndirmə  və  digər  metodlardan  istifadə 

edir. Ali məktəbdə isə təlim prosesində əsasən mühazirədən istifadə 

olunur. 

Dərsdəki 

rəngarəngliyi, 

müxtəlifliyi 

mühazirədə 

reallaşdırmaq  mümkün  olmur.  Təcrübə  göstərir  ki,  tələbələr  çox 

zaman  mühazirənin  məzmununu,  daxili  məntiqini  dərk  etmədən, 

mexaniki • surətdə qeydlər aparırlar. Bu isə xüsusən aşağı kurslarda 

tələbənin  tez  yorulmasına  və  iş  qabiliyyətinin  zəinəməsinə  səbəb 

olur. 


Ali 

məktəb 


pedaqogikasının 

fərqləndirici 

xüsusiyyətlərindən  biri  də  ali  təhsil  müəssisələrində  təlimin 

formalaşdırıcı  rolunun  aparıcı  olmasıdır.  Bu,  ali  təhsil 

müəssisələrində 

pedaqoji 

prosesin 

özünəməxsus 

xüsusiyyətlərindən irəli gəlir. 

Ali  məktəbdə  ümumtəhsil  məktəbində  olduğu  kimi,  geniş 

və hərtərəfli tərbiyəvi  iş  planı ilə fəaliyyət  göstərən sinif rəhbəri 

yoxdur. Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş 

miqyasda  tərbiyəvi  tədbirlər  keçirmək  imkanı  da  yoxdur  (vaxt 

məhdudiyyəti, əsas diqqətin təlim prosesinə verilməsi, tələbələrin 

müstəqil işlərə daha çox vaxt  ayrılması  və s.).  Bununla əlaqədar 

olaraq  ali  təhsil  müəssisələrində  tərbiyəvi  tədbirlər  epizodik 

xarakter daşıyır, müəllim-tələbə münasibətləri əsasən təlim prosesi 

çərçivəsində  cərəyan  edir.  Bu,  həm  də  onunla  şərtlənir  ki, 

ümumtəhsil məktəbindən fərqli olaraq ali məktəbdə təhsil-tərbiyə 

prosesini  reallaşdıran  -  interpretator  deyil,  elmin  bu  və  ya  digər 

sahəsində elmi tədqiqatlarla məşğul olan alimdir. 

Orta məktəb şagirdlərə ümumi təhsil verir, gələcəkdə hansı 

sahədə  işləməsindən  asılı  olmayaraq,  onları  təbiət,  cəmiyyət  və 

təfəkkürün inkişaf qanunlarına aid biliklərlə silahlandırır, onlarda 

müvafiq  bacarıq  və  vərdişlər  formalaşdırır.  Ümumtəhsil  məktəbi 

həm  də  politexnik  təhsil  verir.  Politexnik  təhsil  məktəbliləri 

istehsal  prosesinə  aid  olan  ümumi  bilik,  bacarıq  və  vərdişlərlə 

silahlandırır. Ali məktəb isə peşə 

25 


təhsiii verir, yəni gəncləri konkret fəaliyyət sahəsinə - müxtəlif peşə 

və ixtisaslara hazırlayır. Ümumtəhsil məktəblərində gəncin gələcək 

fəaliyyətindən  asılı  olmayaraq  bir  çox  elmlərin  əsasları  öyrədilir. 

Başqa sözlə, orta məktəb insanı əmək fəaliyyətinin hər bir növünə, 

məşğulluğun  hər  bir  formasına,  bazar  iqtisadiyyatının  müxtəlif 

istiqamətlərinə  hazırlayır.  Məktəbli  insanların  əmək  fəaliyyəti 

haqqında  nəzəri  və  praktik  biliklər  qazanır,  əmək  fəaliyyətinin 

müxtəlif növləri arasındakı əlaqələri dərk edir, şəxsi, fiziki və əqli 

əməyin təşkili yolları ilə tanış olur, cəmiyyət həyatına hazırlanır. 

Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisələrində təlim 

prosesi  «monotexmzm»  prinsipi  üzərində  qurulur.  Ali  məktəb 

«ümumiyyətlə  mütəxəssis»  deyil,  konkret  peşə  sahibi,  əməyin 

bütün  növləri  ilə  məşğul  ola  bilən  «universal  işçi»  deyil,  əməyin 

konkret  sahəsi  üçün  mütəxəssis  hazırlayır.  Lakin  bu  mütəxəssis 

fasiləsiz təhsil almalı, özünütəhsillə məşğul olmalı, arzusundan və 

sosial  səbəblərdən  asılı  olaraq  öz  peşəsini,  ixtisasım  dəyişməyə 

hazır olmalıdır. 

Ümumi  pedaqogikadan  fərqli  olaraq,  ali  məktəb 

pedaqogikası öz araşdırmalarını xüsusi təhsil (ixtisas təhsili), peşə 

hazırlığı,  konkret  əmək  fəaliyyəti  üçün  monotexnik  mütəxəssis 

formalaşdırılması problemlərinin həllinə yönəldir. 

Buradan məntiqi olaraq, ali məktəb pedaqogikasını ümumi 

pedaqogikadan fərqləndirən digər bir xüsusiyyət də irəli gəlir. Belə 

ki, məktəb pedaqogikasının iqtisadi nəzəriyyə və bazar iqtisadiyyatı 

ilə  əlaqəsi  dolayı  olsa  da,  ali  məktəb  pedaqogikasının  əlaqəsi 

birbaşa aşkar görünür. Məktəb pedaqogikası yetişməkdə olan nəslin 

tərbiyəsi  nəzəriyyəsini  təkmilləşdirərkən,  şəxsiyyətinin  inkişafı 

problemini  araşdırarkən  fəlsəfə,  tarix,  etika,  estetika  və  digər 

ictimai  elmlərin  aparıcı  müddəalarına  istinad  edir.  Ali  məktəb 

pedaqogikası  elmlərlə  bilavasitə  üzvi  əlaqədədir,  bazar 

iqtisadiyyatının  tələblərinə  uyğun  əqli  əmək  adamlarının 

formalaşdırılması prosesinin fəal və nüfuzlu iştirakçısıdır. 

Bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  işçi  qüvvəsinin 

hazırlanmasının həlledici amili - peşə oriyentasiyasıdır. Mək- 

26 


təb  pedaqogikası  şagirdlərin  peşə  oriyentasiyası  problemini 

mücərrəd və ümumi səviyyədə həll edir: məktəblilərə əməyə, əmək 

adamlarına məhəbbət  və hörmət  hissi  aşılamağa  çalışır, şagirdləri 

psixoloji  cəhətdən  müxtəlif  peşə  və  ixtisaslara  hazırlayır.  Ali 

məktəb  pedaqogikası  isə  ölkə  iqtisadiyyatı  üçün  prioritet  olan  bu 

problemi konkret elmi nəzəriyyə və praktika əsasında həll edir. 

Sivil cəmiyyət əxlaqca saf, mənəviyyatca zəngin, ahəngdar 

inkişaf  etmiş,  çevik,  həyatın  hər  cür  təsadüflərinə  hazır,  rəqabətə 

dözümlü  insanlar  tələb  edir.  Orta  məktəb  bu  ciddi  və  mürəkkəb 

məsələləri  vahid  pedaqoji  proses  çərçivəsində  həll  etməyə  cəhd 

göstərir.  Şagirdlərin  elmlərin  əsaslarına  yiyələnməsini  təmin 

etməklə  təlim  prosesi  ilə  sinifdənxaric  işləri  əlaqələndirib 

məqsədəuyğun  istiqamətə  yönəltməklə  onların  əqli,  əxlaqi,  fiziki, 

mənəvi, estetik inkişafını təmin etməyə çalışır. 

Bu problemi ali məktəb pedaqogikası necə həll edir? 

Müasir  ali  təhsil  müəssisələrində  tələbə  şəxsiyyətinin 

inkişafının biri-birinə zidd iki istiqaməti mövcuddur: bir tərəfdən ali 

məktəbdə  tərbiyə  prosesi,  informasiya  bolluğu,  kollektiv  həyatın 

müxtəlif  formaları,  kommunikasiyaların  zənginliyi  tələbənin 

ahəngdar şəxsiyyət kimi inkişafını istiqamətləndirir. Digər tərəfdən, 

tələbəlik  həyatının  bir  sıra  obyektiv  və  subyektiv  amilləri 

şəxsiyyətin ahəngdar formalaşma tendensiyasına zidd olan birtərəfli 

inkişaf meyilləri doğurur. 

Bu amillər aşağıdakılardır: 

dar ixtisaslaşma; 

tədris  planlarının  utilitar  (fransızca  utUitalre,  latınca 



utiHtas  -  fayda,  mənfəət  deməkdir.  Yalnız  əməli  fayda, 

yaxud xeyir götürməyə uyğunlaşdırılan) xarakteri; 

ali məktəb proqramlarının həcminin durmadan artması və 

vaxt çatışmazlığı; 

ümumi və ictimai fənlərin tədrisinə geniş yer verilməsi və 

s. 


Bütün bunlar tələbəni hədsiz dərəcədə yükləyir. Bu da asudə 

vaxtı  məhdudlaşdırır.  Ona  görə  də  tələbə  asudə  vaxtını  fiziki  və 

intellektual inkişafına, şəxsi maraqlarının təmin 

27 


edilməsinə,  fərdi  imkanlarının  və  qabiliyyətlərinin  ləkmilləş- 

dirilməsinə yönəldə bilmir. Paradoksal vəziyyət yaranır: ali məktəb 

hərtərəfli  yetişmiş  mütəxəssis  əvəzinə  birtərəfli  inkişaf  etmiş 

peşə-sənət sahibi formalaşdırır. 

Deməli,  ali  məktəb  pedaqogikası  bu  ziddiyyəti  həll  etmək 

üçün 


tələbə 

şəxsiyyətinin 

inkişafındakı 

«birlərəniyi». 

«məhdudluğu» aradan qaldırmaq yollarını müəyyənləşdirməlidir. 

Ali məktəb pedaqogikasının mühüm xüsu.siyycythriıubn biri 

də  tədqiqat  predmetinin  və  praktik  fəaliyyətinin  çoxpianlı 

olmasıdır.  Ali  məktəb  pedaqogikasının  predmetinin  çoxpianlı 

olması  ali  təhsil  müəssisələrinin  müxtəlifliyi,  peşə  və  ixtisasların 

geniş  spektri,  hər  bir  ali  təhsil  müəssisəsində  pedaqoji  prosesin 

özünəməxsus  şəkildə  qurulması,  tərbiyə  prosesinin  ali  məktəbin 

profilinə uyğunlaşdırılması və şairədən irəli gəlir. 

Əlbəttə, bu heç də ali məktəb pedaqogikasının peşələr üzrə 

(məsələn, tutaq ki, mühəndis hazırlığı pedaqogikası və s.) sahələrə 

ayrılmasına  gətirib  çıxarmamalıdır.  Ali  məktəb  pedaqogikası, 

sadəcə  olaraq,  ali  təhsilli  mütəxəssis  hazırlığının  səmərəli  yol  və 

vasitələrini  deyil,  ali  təhsil  müəssisələrində  pedaqoji  prosesin 

ümumi qanunauyğunluqlarını aşkarlamah, bu istiqamətdə pedaqoji 

fəaliyyətin müvəffəqiyyətini təmin edən ümumi prinsipləri işləməli, 

səmərəli  fəaliyyət  növləri  müəyyənləşdirməli,  bu  sahədə  qabaqcıl 

təcrübəni öyrənməli və ümumiləşdirməlidir. 

Orta  məktəbdən  fərqli  olaraq,  ali  təhsil  müəssisələrində 

praktikanın, 

xüsusən 


də 

istehsalat 

praktikasının 

rolu 


əvəzedilməzdir.  Ali  təhsil  müəssisələrində  praktika  ümumtəhsil 

məktəbindən  fərqli  olaraq,  çoxcəhətlidir.  Orta  məktəbdə  praktika 

daha  çox  biliklərin  möhkəmləndirilməsinə  yönəldiyi  halda,  ali 

təhsil müəssisələrində praktika mütəxəssis hazırlığının üzvü tərkib 

hissəsidir  və  bu  səbəbdən  də  son  dərəcə  müxtəlif  istiqamətləri 

(müəllim hazırlığı, həkim hazırlığı, mühəndis hazırlığı və s.) əhatə 

edir. 

Ali  təhsil  sistemində  praktikanın  həlledici  mövqeyi  -  ali 



məktəbin  həyatla, cəmiyyət  quruculuğu ilə,  bazar iqtisadiyyatı ilə 

əlaqəsinin təzahürüdür. Bu əlaqə həm də ölkə 

28 


iqtisadiyyatının  ali  təhsil  qarşısında  qoyduğu  qlobal  vəzifələrin 

yerinə yetirilməsinə istiqamətlənir. 

Ciddi  və  məqsədəuyğun  surətdə  təşkil  olunmuş  istehsalat 

praktikası  ali  məktəbin  çoxcəhətli  və  müxtəlif  istiqamətli 

fəaliyyətinin  keyfiyyət  göstəricisidir.  Ali  məktəbin  mütəxəssis 

hazırlığı  sahəsində  qazandığı  uğurlar  istehsalai  praktikcisımn 

təşkilindən  çox  asılıdır:  istehsalat  praktikası,  hər  şeydən  əı»ı>ə/, 

tələbəyə gələcək ixtisası ilə daha dərindən tanış olmağa imkan verir, 



ikincisi,  tələbənin  seçdiyi  peşə-ixtisas  istiqamətində  praktik  bilik, 

bacarıq  və  vərdişlər  qazanması  üçün  əlverişli  şərait  yaradır; 



üçüncüsü,  ali  təhsil  prosesində  qazanılmış  nəzəri  bilikləri 

möhkəmləndirir  və  dərinləşdirir;  dördüncüsü,  tələbədə  seçdiyi 

peşəyə  daha  dərin  maraq  və  məhəbbət  formalaşdırır;  beşincisi, 

tələbə istehsalat prosesinin qanunauyğunluqları və insanlar arasında 

istehsal münasibətləri haqqında aydın təsəvvürlər əldə edir; altıncı, 

istehsalat  praktikasında  tələbə  Öz  qüvvə  və  imkanlarını  sınayır, 

təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edir. 

Adaptasiya  dövründə  təcrübəçi  tələbənin  şəxsiyyətində 

özünəməxsus  «yenidən  qurulma»  prosesi  baş  verir:  o,  əmək 

kollektivinə daxil olur, müvafiq müəssisənin istehsal prosesində öz 

yerini və rolunu müəyyən edir, yen münasibətlər formalaşır, əmək 

kollektivinin  üzvünə  çevrilir.  Əsasən  nəzəri  biliklər  ehtiyatına 

malik  olan  təcrübəçi  tələbə  tədricən  əmək  prosesinin  fəal  üzvünə 

çevrilir,  ali  məktəbdə  qazandığı  bilikləri  tətbiq  etməyi  öyrənir, 

istehsalla bağlı xüsusi bacarıq və vərdişlər qazanır. 

Bütün  bunlar  bir  daha  sübut  edir  ki,  ali  təhsilli  mütəxəssis 

kadrlarının  hazırlığında  təcrübənin  rolu  çox  böyükdür.  Bununla 

əlaqədar olaraq, ali məktəb pedaqogikası ali məktəbdə praktikanın 

növləri,  təşkili  formaları, tələbənin  mütəxəssis kimi formalaşması 

qanunauyğunluqlarını öyrənir, müxtəlif peşələrin professioqramını 

tərtib  edir,  konkret  mütəxəssis  üçün  zəruri  keyfiyyətləri 

müəyyənləşdirir  və  ali  məktəbdə  pedaqoji  prosesin,  xüsusən  də 

praktikanın təşkili zamanı bütün bunları əsas götürür. 

29 


Aydındır  ki,  ali  məktəbə  daxil  olan  gənclər  müxtəlif 

ixtisas-peşə sahələrinə marağı olan, xüsusi qabiliyyətləri ilə seçilən 

adamlardır. Məhz ali 'məktəbdə ixtisasla bağlı qabiliyyətlərin daha 

artıq inkişafının təmin edilməsi məqsədi aparıcıdır. Bu məqsəd isə 

təlim 

prosesinin 



məqsədəuyğun 

və 


effektiv 

surətdə 


fərdiləşdirilməsini,  peşə-ixtisas  hazırlığını  fərdi  plan  və  qrafik 

əsasında qurmağı tələb edir. Ali məktəbdə təlimin fərdiləşdirilməsi 

tələbələri müvafiq kafedraların elmi- tədqiqat işlərinə cəlb edilməsi 

ilə  sıx  bağlıdır.  Bu  da  tələbədə  yaradıcılıq  qabiliyyətlərinin 

təşəkkülünə imkan yaradır. Elmi- tədqiqat işlərinə qoşulan tələbədə 

elmi təfəkkür və tədqiqatçılıq qabiliyyəti formalaşır. 

Ali  məktəbdə  təlimin  fərdiləşdirilməsində  məqsəd  gələcək 

mütəxəssisin  müvafiq  qabiliyyətlərinin  inkişafım  səmərəli, 

məqsədyönlü  təmin  etməkdən  ibarətdir.  Bu,  ictimai  həyatda, 

istehsal  prosesində,  elmi-tədqiqat  işlərində  uğur  qazanmağın  əsas 

yoludur.  Unutmaq  olmaz  ki,  peşə  qabiliyyətlərinin  inkişaf 

səviyyəsinin  ən  etibarlı  kriteriyası  -  seçilmiş  peşə  sahəsində 

səmərəli  fəaliyyətdir.  Bu  isə  hər  bir  tədris  ilində,  bütövlükdə  ali 

məktəbdə təhsil müddətində tələbənin  bütün  fəaliyyətinin  diqqətli 

təhlilini və diferensial qiymətləndirilməsini tələb edir. 

Digər  tərəfdən,  peşə  bacarığının  strukturuna  şəxsiyyətin 

psixoloji  hazırlığından  (tələbələrin  maraq  və  meyliləri, 

dünyagörüşü və s.), bilik, bacarıq və vərdişlərə yiyələnmənin fərdi 

formalarından  tutmuş,  bu  və  ya  digər  fəaliyyətin  icrası  yollarına 

qədər  bir  sıra  keyfiyyətlər  daxildir.  Bunlar  da  tələbənin  peşəyə 

hazırlıq səviyyəsinin komponentləri kimi özünü göstərir. 

Bu  komponentləri  nəzərə  alaraq  tələbənin  bu  və  ya  digər 

praktik  fəaliyyət  növünə  hazırlıq  səviyyəsini  müəyyənləşdirmək 

məqsədilə «sərbəst xarakteristikalar)) metodundan istifadə olunur. 

Bu  halda  tələbənin  fərdi  keyfiyyət  və  xüsusiyyətləri  bir  sıra 

kompetent şəxslər (dekanlar, kafedra müdirləri, aparıcı müəllimlər 

və  s.)  tərəfindən  biri-birindən  asılı  olmayaraq  qiymətləndirilir  və 

sonda ümumiləşdirilir. 



Ali  məktəb  pedaqogikası  məktəb  pedaqogikasından  təlim 

prosesinin təşkili formalarına görə də seçilir. Belə ki. ali məktəbdə 

müstəqil  işlərə  daha  artıq  yer  ayrılır.  Bu,  ali  məktəbin  yüksək 

səviyyədə ixtisaslaşmış mütəxəssis hazırlamaq funksiyasından irəli 

gəlir. 

Tələbə müstəqil işləri təkcə həcminə görə deyil, keyfiyyətinə 



görə də şagird müstəqil işlərindən seçilir. Orta məktəbdə şagirdlər 

bazis  bilikləri  əsasən  dərsdə  müəllimin  rəhbərliyi  altında 

mənimsəyirlər.  Müstəqil  işlər  şagirdin  sinifdə  qazandığı  bilik  və 

bacarıqların möhkəmləndirilməsinə, habelə sinifdə icrası mümkün 

olmayan tapşırıqların yerinə yetirilməsinə həsr olunur. 

Ali 


məktəbdə 

müstəqil 

iş 

formaları 



tələbələrdə 

təşəbbüskarlığın,  şüurluluq  və  fərdi  imkanlarının  inkişafına 

qüvvətli  təkan  verir.  Tələbə  zəruri  bilikləri  müstəqil  surətdə  əldə 

edir,  ixtisasa  uyğun  lazımi  təcrübəni  mənimsəyir  və  bu  yolla 

konkret  peşəyə  yönəlir.  İnformasiyaların,  biliklərin  müstəqil 

axtarışı - təlim fəaliyyətinin səciyyəvi xüsusiyyətidir. Ali məktəbdə 

məqsədyönlü,  planlı  və  mütəşəkkil  təşkil  olunmuş  ləlim  prosesi, 

həm  də  tələbənin  müxtəlif  məzmunlu  müstəqil  işlərinin, 

özünütəhsilin 

vəhdəti 


kamil 

mütəxəssis 

şəxsiyyətinin 

formalaşmasını təmin edir. Müstəqil işləmək bacarığının əsası orta 

məktəbdə  qoyulur,  ali  məktəbdə  isə  tələbənin  özünütəhsil  səyləri 

artır, müstəqil işləmək bacarıqları daha da təkmilləşir. 

Ali məktəb pedaqogikası müstəqil işləri müəyyənləşdirərkən 

tələbənin  hansı  kursda  oxuduğunu  da  nəzərə  almalıdır.  Məsələn, 

birinci  və  ikinci  kurslarda  tələbənin  müstəqil  işi  əsasən  mühazirə 

mətnləri  üzərində  aktiv  işi  əhatə  edir  {mühazirə  materialı 

mənimsəmək,  mövzu  üzrə  əlavə  mənbələri  öyrənmək  və  s.). 

Seminar,  laborator  və  praktik  məşğələlərə  hazırlıq  (məruzə 

hazırlamaq, şifahi çıxış üçün tezislər yazmaq, müxtəlif tapşırıqları 

icra  etmək,  məsələ  həlli,  hesablama-qrallk  işlər,  xarici  dilin 

öyrənilməsi ilə bağlı işlər və s.) aşağı kurslarda geniş istifadə olunan 

müstəqil iş formalarıdır. Kollekvium, zaçot və imtahanlara hazırlıq 

da bu qəbildən olan işlərdir. 

Yuxarı  kurslarda  müstəqil  iş  daha  mürəkkəb,  ən  başlıcası, 

yaradıcı xarakter daşıyır. Ilk mənbələrin dərindən 

31 


öyrənilməsi,  arxiv  materialları  və  sənədlər  üzərində  iş,  kurs 

layihələrinin hazırlanması, buraxılış işlərinin yazılması və s. yuxarı 

kurs tələbələrinin icra etdiyi müstəqil işlərin formalarıdır. 

Tələbə  müstəqil  işi  ali  təhsil  müəssisəsində  pedaqoji 

prosesin  bütün  mərhələlərinə  və  struktur  elementlərinə  nüfuz 

etməlidir.  Birinci  kursdan  başlayaraq  son  kursa  qədər,  istisnasız 

olaraq, bütün tələbələr müstəqil işlərə cəlb olunmalıdır. 

Ali 


məktəb 

pedaqogikasının 

özünəməxsus 

xüsusiyyətlərindən  biri  də  tələbələrin  biliyinin  yoxlanılmasının 



diskret (latınca discreius - fasiləli deməkdir) xarakter daşımasıdır. 

Ümumtəhsil  məktəbində  şagirdlərin  biliklərinə  bütün  tədris  ili 

ərzində müntəzəm surətdə nəzarət edilir. Ali təhsil müəssisəsində 

isə  tələbələrin  bilikləri  dövri  olaraq,  əsasən  ildə  iki  dəfə  imtahan 

sessiyasında yoxlanılır və qiymətləndirilir. 

Ali  təhsil  müəssisəsində  biliklərin  diskret  yoxlanıması 

tələbələrin  ləlim  fəaliyyətinin  qeyri-müntəzəm,  «sıçrayışlı» 

xarakter  almasına  səbəb  olur.  Bütün  semestr  boyu  tələbənin 

fəaliyyəti  passiv-seyrçi  xarakter  daşıyır.  Tələbələrin  gündəlik 

fəallığını,  hazırlığını  təmin  etməyə  çalışan  müəllimlər  tələbələrin 

«müqavimətinə»  təsadüf  edir.  Tələbə  «arxayındır»  -  əsas 

imtahandır.  Sessiya  müddətində  isə  biliklərin  bərpası  və  «hü- 

CLimu» prosesi start götürür. 

Dekanlığın imtahana hazırlıq üçün ayırdığı 4-5 gün ərzində 

mühazirə və seminarlarda ümumi formada qavranılan (bəzən də heç 

dərk edilməyən) biliklər bərpa edilir, dəqiqləşdirilir, əlavələr edilir 

və sistemləşdirilir. Cəmi 4-5 günə! Əlavə izahata ehtiyac yoxdur! 

Biliklərin «hücumu» dövrü, birincilər - müntəzəm nəzarətə 

alışan  dünənki  məktəblilər  üçün  xüsusilə  ağır  olur.  Ali  məktəb 

müəllimlərinin «nəzarətsizliyindən» aldıqları «ləzzə- tin» ömrü çox 

çəkmir. Birinci kurs tələbəsinin ilk imtahan sessiyasının nəticələri 

ürəkaçan olmur. 

Lakin  ali  məktəbdə  diskret  nəzarətin  qüsurları  bununla 

bitmir. İmtahan sessiyaları bir qayda olaraq, tədris ilinin ilk ayının 

itirilməsinə səbəb olur.'Bu müddət ərzində tələbə irəli 

32 


gelmir,  sadəcə  olaraq  yerində  addımlayır.  Bu  da  adaptasiya 

dövrünün hələ başa çatmadığına dəlalət edir. 

Nəhayət, imtahan sessiyası təkcə tələbələrin deyil, həm do 

müəllimlərin Fiziki və əsəbi gərginliyi dövrüdür. 

Beləliklə,  məlum  olur  ki,  imtahan  sessiyası  vasitəsilə 

tələbələrin  biliklərinin  hesaba  alınması  dövrü  (1936-cı  ildən  ali 

məktəbdə imtahan tətbiq edilməyə başlanıb) çoxdan ötüb. Nəzarət 

və  hesablamanın  bu  sistemi  ali  məktəb  qarşısında  duran  yüksək 

ixtisaslı  mütəxəssis  hazırlığı  məqsədini  təmin  edə  bilmir.  Ali 

məktəb pedaqogikası diskret nəzarət formasını daha səmərəli forma 

ilə əvəz etmək istiqamətində axtarışlar aparır. Təhsil mütəxəssisləri 

belə  bir  mülahizə  irəli  sürür  ki,  ənənəvi  qış  və  yay  sessiyaları 

əvəzinə  müntəzəm  «mikroimta-  han»lar  (məsələn,  ayda  bir  dəfə) 

keçirilməsi  daha  məqsədəuyğundur.  Yoxlama  və  nəzarətin  bu 

forması ali təhsil prosesini daha səmərəli idarə etməyə imkan verir, 

tələbələrin  biliklərinin  səviyyəsini  vaxtında  aşkarlamağa  kömək 

edir,  müəllimləri  təlim  prosesində  korreksiya  işi  aparmağa  sövq 

edir, tələbə və müəllimlərin qarşılıqlı əməkdaşlığı və əks əlaqə üçün 

əlverişli  şərait  yaranır,  yoxlama  və  nəzarətin  «mikroimtahan» 

sistemini  tələbədə  gələcək  mütəxəssisə  xas  şəxsi  keyfiyyətlər 

formalaşdırır;  müəllim  öz  yetirmələrinə  yaxından  bələd  olur. 

İmtahan sessiyası sistemində, bir çox hallarda müəllimin tələbə ilə 

ilk tanışlığı imtahan prosesində baş verir. «Mik- roimtahanlar» isə 

biliklərin  müntəzəm  yoxlanılmasına,  tədris  kursunun  hər  bir 

bölməsinin ümumiləşdirilməsinə və yekun nəzarətin keçirilməsinə 

şərait  yaratmaqla  qiymətləndirmə  prosesindəki  təsadüfləri  aradan 

qaldırır. Tələbənin imtahan biletinin suallarına və müəllimin əlavə 

suallarına  verdiyi  cavablarla  onun  tədris  kursunu  tam  bilməsi 

qənaətinə  gəlmək  çox  çətindir.  Tələbənin  biliklərinin  çoxbalh 

sistemlə 

qiymətləndirilməsinin 

öz 


problemləri 

var. 


«Mikroimtahan»!ar  isə  tələbənin  bütün  kurs  üzrə  biliklərini 

müntəzəm  surətdə  yoxlamağa  imkan  verir.  «Mikroimtahan»ın 

üstünlüklərini  sübut  edən  digər  arqumentlər  də  göstərmək 

mümkündür. 

33 


Ali  məktəbin  özünəməxsus  xüsusiyyətlərindən  biri  də 

tələbənin həyal tərzinin və davranışının köklü surətdə dəyişməsi ilə 

bağlıdır. 

Dünənki məktəbli yeni sosial mühitə düşür. O bu yeni şəraitə 

alışmalıdır. Ali məktəbdə təlim-tərbiyə prosesinin orta məktəbdən 

fərqli əlamətləri, habelə məktəb illərindən seçilən yeni yaşayış tərzi 

(yataqxana  həyatı,  kirayə,  yaxud  qohum  evində  qalmaq,  nisbi 

müstəqillik,  özünəxidmət,  valideyn  nəzarətindən  uzaq  düşmək, 

müstəqil olaraq qərarlar qəbul etmək, büdcə imkanlarından düzgün 

istifadə  etmək  və  s.)  yeni  davranış  normalarının  formalaşmasına 

səbəb olur. 

Ali  məktəb  pedaqogikası  tələbəyə  orta  məktəbdə  olduğu 

kimi,  valideynləri  vasitəsilə  təsir  etmək  imkanının  qeyri- 

mümkünlüyünü  nəzərə  alaraq,  auditoriyadankənar  tərbiyə  işinin 

təşkilinə  xüsusi  diqqət  yetirir.  Nəticə  etibarilə,  tələbənin  təlim 

fəaliyyətinə,  psixologiyasına  qüvvətli  sürətdə  təsir  etməklə,  onda 

təlim-idrak  maraqları  və  motivlərin  məqsədyönlü  inkişafına  əsas 

verir. 


Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisəsində təlim 

prosesinə  maddi  maraq  kimi  qüvvətli  amil  təsir  göstərir.  Etiraf 

etməliyik  ki,  tələbəni  təlimin  son  nəticəsi  kimi,  əsasən  təqaüd 

(stipendiya)  maraqlandırır.  Bu  da  özlüyündə  nəticəyə  təsir  edən 

stimul yaradır, tələbənin təlim məsuliyyətini artırır. Təqaüdün təyin 

edilməsi  tələbənin  təlim  müvəffəqiyyətindən  asılıdır.  Əlaçı 

tələbələr  yüksək  təqaüd  alırlar.  Təqaüd  tələbənin  təlim 

müvəffəqiyyətinə qüvvətli surətdə təsir göstərsə də, ali məktəbdə 

yeganə təlim amili deyil. 

Ümumtəhsil  məktəbində  tərbiyə  işi  şagirdin  ümumi 

inkişafının  təmin  edilməsinə  yönəldilir.  Ali  məktəbdə  isə  bundan 

fərqli olaraq, tələbənin əxlaqi-mənəvi tərbiyəsi onun peşə hazırlığı 

ilə  vəhdətdə  həyata  keçirilir.  Ali  məktəb  pedaqogikasını  ümumi 

pedaqogikadan fərqləndirən bir xüsusiyyət də buradan irəli gəlir. 

Tələbə kollektivi  içərisində tərbiyə işi aparmaq ali məktəb 

müəllimindən  zəngin  bilik  ehtiyatı,  yüksək  mədəni-mənəvi 

səviyyə, xüsusi metodiki hazırlıq  tələb  edir. Çünki  tələbə ümumi 

təhsil almış, müəyyən hazırlığa və həyat təcrübəsinə 



Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin