FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   2   3   4   5   6   7   8   9   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası


34 

■ y 

malik, daiıfi inkişafda və təkmilləşməkdə olan, həyatı başa düşən, 

təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi fikri, düşüncə tərzi 

olan  insandır.  Ali  məktəb  müəllimi  tərbiyəçi  kimi  fəaliyyət 

göstərərkən bunu nəzərə almalı, tələbəyə təsir vasitələrini seçərkən 

pedaqoji  ustalıq  nümayiş  etdirməlidir.  Tələbəni  sabahkı  həmkarı 

kimi  görməyi  bacarmalı,  onun  şəxsiyyətinə  hörmətlə  yanaşmalı, 

onun  səviyyəsinə  enməyi  bacarmalıdır.  Çünki  tələbə  məktəbli, 

dünənki uşaq deyil, onu «qorxutmaq»la, «hədələmək»lə ələ almaq, 

özünə  tabe  etmək  mümkün  deyil.  Zaçot  və  imtahandan  tələbəyə 

qarşı  vasitə  kimi  istifadə  etmək  düzgün  pedaqoji  takt  hesab  edilə 

bilməz. Müasir tələbə daha sərbəstdir, müstəqildir, özünə inamlıdır. 

Ali  məktəb  müəllimi  bütün  bunları  nəzərə  almalı  və  tələbəyə 

tərbiyəvi  təsir  yollarını  müəyyənləşdirərkən  həssas,  diqqətli  və 

ehtiyatlı olmalıdır. 

Ali  məktəb  pedaqogikasını  ümumi  pedaqogikadan 

fərqləndirərkən  bütün  spesifik  xüsusiyyətlər  onun  tədqiqat 

obyektini və tendensiyalarını müəyyənləşdirir. 

1.4.  ALI MƏKTƏB PEDAQOGİKASININ ƏSAS TƏDQİQAT 



ASPEKTLƏRİ 

Aü məktdb pedaqogikası - tələbə şəxsiyyətinin inkişafının və 

şəxsiyyət-mütəxəssis  kİmi  hazırlığının  nəzəri  və  praktik 

problemlərini  öyrənməklə  məşğul  olur.  Onun  predrhetini  ali 

məktəbdə pedaqoji proses təşkil edir. 

Ali 

məktəb 


pedaqogikasının 

tədqiqat 

aspektləri 

aşağıdakılardır: 

•  ali  təhsil  müəssisəsində  təlim  prosesinin  elmi  surətdə 

təşkili və idarə olunması; 

•  tələbələrin  təlim-idrak  fəaliyyətinin  pedaqoji-psixolo-  ji 

əsaslarının öyrənilməsi; 

•  tələbə  ilə  iş  metodlarının  modernləşdirilməsi  və  onları 

yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək; 

•  ali  məktəbdə  təlim  prosesinin  komponentlərinin 

təkmilləşdirilməsi; 

35 


•  ali  təhsil  müəssisələrində  tədrisin  metodlarımın 

modernləşdirilməsi; 

•  ali məktəbdə tələbə elmi işlərinin təşkili metodikası; 

•  ali təhsil sistemində təlimin ən müasir texniki vasitələrinin 

tətbiqi metodikasının işlənilməsi; 

•  ali məktəb pedaqogikasının yaranması və inkişafı tarixinin 

araşdırılması. 

Bununla  yanaşı,  ali  məktəb  pedaqogikası  mütəxəssis 

hazırlığı  prosesində  səmərəli  pedaqoji  fəaliyyətin  məzmununu 

öyrənir,  istiqamətlərini  və  texnologiyalarını  müəyyənləşdirir.  Bu 

zaman  belə  bir  konseptual  ideya  əsas  götürülür;  ali  təhsilin 

məzmunu  və  mütəxəssisin  hazırlıq  səviyyəsi  elmin  və  texnikanın 

inkişaf proqnozları ilə müəyyənləşdirilməlidir. Bu ideyaya istinad 

edən  ali  məktəb  pedaqogikası  təlim  prosesinin  keyfiyyətini 

yüksəltməyə  imkan  verən  metodlar  aşkarlamağa  və  onları 

tələbələrin fərdi imkanlarının, maraq və meyillərinin, yaradıcılıq və 

təfəkkür qabiliyyətlərinin inkişafı istiqamətinə yönəltməyə çalışır. 

Ali  məktəb  pedaqogikası  pedaqoji  prosesi  obyektiv  və 

subyektivin,  müəyyən  və  qeyri-müəyyənliyin  vəhdətindən  ibarət 

mürəkkəb,  çoxplanlı,  dinamik  bir  sistem  kimi  tədqiq  edir,  bu 

sistemdə  müntəzəm  olaraq  baş  verən  keyfiyyət  və  kəmiyyət 

dəyişmələrinə müvafiq nəticələri ümumiləşdirir. 

Ali  məktəbdə  bütövlükdə  pedaqoji  prosesi,  xüsusən  də 

didaktik  prosesləri  yalnız  təlimin  qanunauyğunluqlarına  müvafiq 

izah  etmək  və  dəyərləndirmək  mümkün  deyil.  Bu  məqsədlə 

didaktik  qanunauyğunluqların  digər  elmlərin  paradiq-  maları 

(yunanca paradiqma - nümunə, misal deməkdir) ilə vəhdəti nəzərə 

alınmalıdır. Yalnız bu halda ali təhsil kimi son dərəcə mürəkkəb və 

dinamik prosesin optimal təşkilinə nail olmaq mümkündür. Digər 

tərəfdən, məhz bu əlaqələrin nəzərə  alınması əsasında ali məktəb 

pedaqogikası  özünün  bir  sıra  spesifik  qanunauyğunluqlarını 

müəyyənləşdirə bilmişdir. Bu qanunauyğunluqlar aşağıdakılardır; 

36 


•  mütəxəssis  hazırlığının  bütöv,  tam  pedaqoji  prosesdən 

(təhsil, tərbiyəedici, inkişafetdici fəaliyyət prosesində) asılılığı; 

•  tələbə şəxsiyyətiıyn təhsili, təlimi, tərbiyəsi və inkişafının 

vəhdətdə götürülməsi; 

•  biliklərin  varisliyi  və  tələbənin  intellektual  inkişafının 

vəhdəti; 

•  ali  məktəbdə  təhsilin  fasiləsizliyi  ilə  diskret  xarakterinin 

vəhdəti; 

•  ali təhsil müəssisəsində təlim prosesinin yüksək səviyyədə 

aparılması  ilə  tələbənin  axtarıcılıq  və  tədqiqatçılıq  imkanları 

arasındakı asılılıq.

 

Bu 



qanunauyğunluqlar 

ali 


təhsilin 

özünəməxsus 

xüsusiyyətlərini, qaydalarını və amillərini doğurur. 

Tələbələrin yaradıcı təfəkkür fəaliyyətinin təşkili və inkişaf 

etdirilməsi  istiqamətində  aparılan  axtarışlar  ali  məktəb 

pedaqogikasının  nəzəri,  praktik  və  tətbiqi  vəzifələrini 

konkretləşdirməyə  imkan  verir.  Ali  məktəb  pedaqogikasının 

vəzifələri aşağıdakılardır: 

•  ixtisasla 

bağlı 


bilik, 

bacarıq 


və 

vərdişlərin 

mənimsənilməsinin ən səmərəli yollarının müəyyənləşdirilməsi; 

•  tələbələrin  təlim-idrak  fəaliyyətinin  psixi  proseslərin 

fəallaşdırılması əsasında təşkili və idarə olunması; 

•  təhsilin məzmununun müasir dövrün tələbləri baxımından 

seçilməsi; 

•  təlim  məqsədlərinin  reallaşdırılmasının  müntəzəm  olaraq 

yoxlanıması və qiymətləndirilməsi; 

•  təlim  metodlarının  təkmilləşdirilməsi  istiqamətlərinin 

psixoloji baxımdan əsaslandırılması; 

•  tələbələrin elmi-tədqiqatçılıq fəaliyyətinin səmərəli təşkili 

yollarının müəyyənləşdirilməsi; 

•  tələbələrə  müxtəlif  pedaqoji  təsirlərin  və  nəticələrinin 

psixoloji  təhlili  (hansı  hallarda  və  nə  üçün  müsbət  nəticə  alınır, 

yaxud uğursuzluq nə ilə bağlıdır və s.). 

37 


Elmi  ümumiləşdirmələr  ali  məktəb  müəllimlərinə  təhsil 

alanların  təlim-idrak  fəaliyyətin?  onların  maraqları,  motivləri 

əsasında  qurmağa  və  idarə  etməyə  Irrikan  verir.  Bu  istiqamətdə 

axtarışlar  zamanı  ali  məktəb  pedaqogikası  belə  bir  ideyanı  əsas 

götürür:  tələbənin  ləlimi,  idrak  maraqları  və  motivləri,  ixtisasla 

bağlı bilik, bacarıq və Vərdişlərin mənimsənilməsi səviyyəsi peşə 

təcrübəsinin formalaşması üçün bazis rolunu oynayır. 

Ali təhsil müəssisəsində təlim prosesinin forma və məzmunu 

-  informasiyalar  axını  və  onun  dinamik  xarakteri  ilə  səciyyələnən 

mürəkkəb  sistemdir.  Ali  məktəb  pedaqogikası  mütəxəssis 

hazırlığını  təmin  edən  elmi-tədqiqatçılıq  işlərinin  təşkili 

vasitələrini, forma və metodlarım bu mürəkkəb sistemlə vəhdətdə 

öyrənir.  Eyni  zamanda  tələbələrin  təlim  və  elmi  fəaliyyətinin 

metodikası  aspektində  araşdırmaları  zamanı  mütəxəssis  hazırlığı 

üçün zəruri olan bilik, bacarıq və vərdişlər sisteminin elmi və tətbiqi 

əhəmiyyətini dəqiqləşdirməyə çalışır. 

Ali  məktəb  pedaqogikasının  bu  aspektdə  axtarışları  ali 

məktəbdə  təlim-idrak  fəaliyyətinin  əsas  metodik  istiqamətlərini 

müəyyənləşdirməyə,  təlim  və  elmi  proseslərin  həllinin  evristik, 

modelləşdirmə,  diferensiasiya,  inteqrasiya  və  digər  müasir 

texnologiyalarını formalaşdırmağa imkan verir. 

Ali  məktəb  pedaqogikası  təhsil  müəssisələrində  pedaqoji 

prosesin  elmi  surətdə  təşkili  və  idarə  olunması  məsələlərini 

öyrənərkən və aşağıdakı ideyalara istinad edir: 

•  təlimin  hər  bir  mərhələsində  öyrənilən  problemin, 

məsələnin,  sualın  mahiyyətinin  dərindən  qavranılması  və  dərk 

edilməsi təmin olunmalıdır; 

•  təlimin 

hər 

bir 


pilləsində 

informasiyanın 

mənimsənilməsinin  əsasını  təşkil  edən  anlama  (əks  əlaqə)  təmin 

olunmalıdır; 

•  təlim  fəaliyyətinin  idarə  oj,6nması  öyrənənlərin  zehni 

əməyinin səmərəliliyini, intensiyliyirif və etibarlılığını artırmalıdır; 

•  idarəetmə  təlim  prosesinin  ümumi  strategiyasını  və 

taktikasını  dəqiqləşdirməyə,  təlimin  hər  bir  aktının  (məqamının) 

ardıcıllığını 

düzgün 


müəyyənləşdirməyə 

əlverişli 

şərait 

yaratmalıdır; 



38 

Ali  məktəb  pedaqogikasının  bu  istiqamətlərdə  apardığı 

araşdırmaların  nəticələri  tqləbə  auditoriyasında  «operativ» 

pedaqoji  təsirləri  reallaşdirnlağa,  'tələbə  auditoriyasını  reflek-  siv 

surətdə  idarə  etməyə,  təlim’informasiyasının  qavranılması-  nın 

psixoloji  mahiyyətini  nəzərə  almağa,  tələbələrin  öyrənmə 

fəaliyyətini dəqiq surətdə idarə etməyə imkan verir.' 

Ali  məktəb  pedaqogikasının  əsas  aspektlərindən  biri  də 

təlimin  ən  müasir  texniki  tələblərinin  gözlənilməsi,  inkişaf 

etdirilməsi və tətbiqi metodikasının işlənməsidir. 

Ali  məktəb  pedaqogikası  ali  təhsilin  nəzəri  problemləri 

istiqamətində 

araşdırmalar 

aparır, 

təhsilin 

məzmununu 

müəyyənləşdirərkən  ali  təhsil  haqqında  dövlət  standartlarına 

istinad  edir  və  bu  əsasda  mütəxəssis  hazırlığını  modelləşdirir. 

Təhsilin  məzmununu  və  məzunun  gələcək  fəaliyyətini 

modelləşdirərkən ali məktəb pedaqogikası ümumi təhsil, ali təhsil, 

diplomdan sonrakı hazırlıq və ixtisasartırmanın varisliyini diqqətlə 

təhlil edir və bu istiqamətdə araşdırmaları ilə vahid təhsil sistemi 

daxilində təlimi daha artıq diferensiallaşdırmaq və fərdiləşdirmək 

imkanlarım aşkarlamağa çalışır. 

Ali  məktəb  pedaqogikasının  tədqiqat  istiqamətlərindən  biri 

də ali təhsilin  spesifik  prinsiplərinin reallaşdırılması Qollarım və 

texnologiyalarını müəyyənləşdirməkdir. 

Ali  məktəb pedaqogikasının uğurlu  axtarışları daha bir sıra 

perspektivlər  doğurur:  təlim  prosesinin  sistemli  və  elmi  surətdə 

idarə  olunması,  informasiyalar  bolluğunun  təmin  edilməsi, 

tələbələrin  konseptual-problemli  fəaliyyətinin  təşkili,  təlimin  və 

elmi fəaliyyətin əlaqələrinin dərinləşdirilməsi, elmlərin və müvafiq 

tədris fənlərinin inteqrasiyası və s. 

Müasir  dövrdə  ali  məktəbin  problemləri  bunlarla 

məhdudlaşmır.  Cəmiyyətin,  elmin,  texnikanın  müasir  inkişafı  ali 

məktəb  pedaqogikasını  yeni  tədqiqatlara  istiqamətləndirir.  Bu 

prioritet istiqamətləri belə ümumiləşdirmək olar: 

•  sivili cəmiyyətdə ali təhsilin rolunun artması; 

•  ali məktəbdə fundamental təhsilin həyata keçirilməsi; 

•  ali  məktəbdə  təhsilin  humanistləşdirilməsi  və  huma- 

nitarlaşdırılması; 

39 


•  ali məktəbdə pedaqoji diaqnostika, proyektləşdirmə və ən 

yeni pedaqoji texnologiyaların tətbiqi; 

•  distant (latınca distantia - məsafə deməkdir) ləlim; 

•  virtual (latınca virtualis - qüvvətli, qabiliyyətli deməkdir. 

Burada mümkün olan mənasında işlədilir) təlim; 

•  tədris fənninin məzmununun modul quruluşu; 

•  pedaqoji prosesin keyfiyyətinin diaqnostikası; 

•  təlim-tərbiyə prosesinin keyfiyyət təminatı; 

•  ali  peşə-ixtisas  təhsili  keyfiyyətinin  idarə  olunması 

texnologiyası və s. 

Qeyd olunan bu prioritet istiqamətlər bir daha sübut edir ki, 

müasir  cəmiyyətdə  təhsil  insan  fəaliyyətinin  ən  geniş  sferasına 

çevrilmişdir. Təhsilin sosial rolu və əhəmiyyəti artmışdır. Bp gün 

bəşəriyyətin  inkişaf  perspektivləri  təhsilin  istiqamətləri'-və 

effektivliyindən  asılıdır.  Təhsil,  xüsusən  də  ali  təhsil  sosial  və 

iqtisadi tərəqqinin əsas və aparıcı qüvvəsinə çevrilmişdir. Təhsilə 

bu  cür  yeni  yanaşma  tərzi  ondan  irəli  gəlir  ki,  müasir  cəmiyyətin 

əsas  kapitalı  və  dəyəri  yeni  biliklərin  mənimsənilməsinə,  elmi 

axtarışlara,  qarşıya  çıxan  problemlərin  qeyri-standart,  orijinal 

yollarla həllinə hazır olan insandır. Hazırda sosial inkişaf - insanın 

nəyə  sahib  olmasından  daha  çox  onun  kim  olması  və  malik 

olduğundan necə istifadə etməsindən asılıdır. 

Bu  gün  bəşəriyyətin  istehsal  qüvvələrinin  görünməmiş 

vüsətlə inkişafının on milyonlarla adamın ən zəruri rifahım təmin 

edə  bilməməsi,  ekoloji  böhran,  planetimsizin  flora  və  faunasına 

insanların  amansız  istismarçı  münasibəti,  yoxsulluq,  uşaq 

ölümünün artması, insan hüquqlarının pozulması kimi problemlərin 

həlli  üçün  uli  təhsil sahəsində  müvafiq  strateji  islahatların  həyata 

keçirilməsi zəruri və vacibdir. 

Artıq  bütün  dünyada  inkişaf  etmiş  ölkələrin  milli  təhsil 

sistemlərində 

dövlət 


səviyyəsində 

müxtəlif 

islahatlar 

keçirilməkdədir.  Çünki  dövlət  başa  düşür  ki,  onun  gələcəyi  ölkə 

daxilində təhsilin, xüsusən də ali təhsilin inkişaf səviyyəsindən çox 

asılıdır. İslahatlar ali məktəblərin sayının və tələbə kontingentinin 

artırılması; ali məktəblərin yeni funksiyalarının 

^0 


müəyyənləşdirilməsi; informasiya bolluğunun lərnin edilməsi; yeni 

informasiya  texnologiyalarının  geniş  tətbiqi;  biliyin  keyfiyyətinin 

idarə edilməsi və digər prestij istiqamətləri əhatə edir. 

Nə  qədər  paradoksal  (yunanca  paradoksal  gözlənilmə/.. 

qəribə deməkdir) olsa da, son 10-15 ildə ali təhsilin elə problemləri 

meydana gəlmişdir ki, onları islahat daxilində, başqa sözlə, mənəvi 

metodoloji yanaşmalar çərçivəsində həll elmək mümkün deyil. 

Mövcud  təhsil  sistemləri  cəmiyyətin  yaradıcı  qüvvələrə 

ehtiyacını  ödəyə  bilmir.  İndii  mətbuatda,  pedaqoji  ədəbiyyatda 

təhsil  «böhranı»  haqqında  mülahizələr  daha  tez-  tez 

səslənməkdədir. Elmi  ədəbiyyatda təhsil  «böhranı» haqqında irəli 

sürülən mülahizələr artıq rəsmi dövlət sənədlərinə keçmişdir. 

ABŞ kimi qüdrətli bir dövlətin maarif xadimləri də belə bir 

nəticəyə gəlmişlər ki,  «hazırda elm və texnika sahəsində savadsız 

amerikalılar nəsli yetişməkdədir». 

Respublikamızda ali təhsil sahəsində dərin və geniş miqyaslı 

islahatlar  aparılsa  da  bəzi  nöqsanları  aradan  qaldırmaq  hələ  də 

mümkün olmayıb. Gənclərimizin bəziləri elm və texnika sahəsində 

«savadsız amerikalılardan» heç də geri qalmır. Ali məktəbdə təhsil 

alan bəzi tələbələr nəinki ümumtədris fənlərinə, hətta peşə-ixtisasla 

bağlı fənlərə də biganə münasibət bəsləyirlər. 

Bütün  dünyada  təhsil  böhranının  əsas  mahiyyətini  təhsil 

sisteminin  keçmiş  təcrübəyə,  bərpaedici  pedaqoji  prosesə, 

reproduktiv  təfəkkürə  əsaslanması,  ən  başlıcası,  gələcəyə 

istiqamətlənmənin olmaması təşkil edir. 

Sivil cəmiyyət yalnız yeni təhsil sistemi əsasında formalaşa 

və  öz  mövcudluğunu  qoruya  bilər.  Bu  məqsədlə,  gələcəyi  inamla 

proyektləşdirməyi  bacaran  və  bunun  üçün  məsuliyyət  hiss  edən 

mütəxəssis  formalaşdıran  yeni  təhsil  sistemi  yaradılmalıdır.  Sivil 

cəmiyyətin ehtiyac hiss etdiyi bu təhsil sistemi təhsili innovasiyalar 

əsasında qurmağa imkan verməlidir. 

41 


 

Pedaqoji ədəbiyyatda təhsil böhranının mahiyyəti və 



dünya təhsil sisteminin inkişaf tepde.nsiyaları sxematik olaraq 

aşağıdakı kimi göstərilir: 

.. ' . 

 

Bütün  dünyada  olduğu  kimi,  respublikamızın  da  təhsil 



sistemində müəyyən çatışmazlıqlar vardır. Bu, bir tərəfdən, qlobal 

təhsil  böhranının  təzahürüdür.  Digər  tərəfdən  sosial-  iqtisadi, 

ictimai-siyasi  həyatın  inkişafı  ilə  bağlı  ziddiyyətlərin  nəticəsidir. 

Üçüncü  səbəb  insanların  şüurunun,  adekvat  davranışının, 

müstəqilliyin  və  demokratiyanın  vüsətli  inkişafından  geri 

qalmasıdır.  Lakin  inkişafla  bağlı  ziddiyyətlərə  baxmayaraq, 

respublikamızda  təhsilin,  xüsusən  də  ali  təhsil  sisteminin 

təkmilləşdirilməsinə  elmi  və  texniki  innovasiyalar  əsasında 

yenidən  qurulmasına  dövlət  səviyyəsində  qayğı  göstərilir  və  bu 

istiqamətdə  ciddi  tədbirlər  həyata  keçirilir.  Ali  təhsil 

müəssisələrinə geniş özünüidarə imkanlarının verilməsi, 

A2 


cJİi məktəbin dövlət təhsil siyasətinin reallaşdıniması pm- sesində 

daha  fəal  İştirakı,  ali  təhsil  müəssisələrinə  fəaliyyətlərinin  bütün 

sferalarında daha geniş hüquqlar verilməsi, müəllim və tələbələrin 

sosial  müdafiəsinin  gücləndirilməsi,  ali  təhsilin  məzmununun 

dəyişdirilməsi,  təhsilin  sürətlə  yeniləşən  müstəqil  və  demokratik 

cəmiyyətimizin  ideologiya  və  maraqlarına  yönəlməsi,  təhsilin 

paradiqmalannm dəyişməsi, təhsilin fəlsəfəsinə, insan və cəmiyyət 

haqqında  elmlərə  diqqətin  artması,  təhsilin  menecment  (inciliscə 



manage  -  idarə  etmək  deməkdir)  sisteminin  inkişaf  etdirilməsi; 

təhsil  sisteminin  sürətlə  dəyişən  sosial  şəraitə  uyğunlaşdırılınası 

respublikamızda ali təhsil  sisteminin inkişaf etdirilməsi  sahəsində 

atılan addımlardır. 

Respublikamızda ali təhsil sisteminin inkişaf etdirilməsində 

«Boloniya  prosesi»nin  rolunu  xüsusi  qeyd  etmək  lazımdır. 

«Boloniya  prosesi»nin  əsas  mahiyyəti  yaxın  illərdə  «Avropa  ali 

təhsil  zonası»  adlanan  və  fundamental  fəaliyyət  prinsiplərinin 

vahidliyinə  əsaslanan  ümumavropa  ali  təhsil  sisteminin 

formalaşdırılması  respublikamızda  ikipilləli  ali  təhsil  və  kredit 

sistemlərinin  tətbiqi,  təhsilin  keyfiyyətinə  nəzarət,  mobilliyinin 

genişləndirilməsi,  dərəcələrin  tanınması,  ali  məktəb  məzunlarının 

işlə  təmin  olunması,  Avropada  təhsil  alacaq  tələbələrin  təminatı, 

fasiləsiz  təhsil  və  digər  problemlərin  uğurla  həlli  üçün  geniş 

imkanlar açır. 

Göründüyü  kimi,  sivili  cəmiyyət  ali  təhsil  qarşısında  çox 

ciddi problemlər qoyur və bununla ali məktəb pedaqogikasını yeni 

aspektlərdə tədqiqatlara cəlb edir. 



1.5.  ALI

 TƏHSIL 

KONSEPSİYASI 

Bütün  dünyada  bazar  iqtisadiyyatının  inkişafı  əhəmiyyətli 

kapital qoyuluşu və yüksək ixtisaslı mütəxəssislərə tələbat doğurur. 

Bu  da  istehsal  proseslərinin  yenidən  qurulmasını,  yeni 

texnologiyalar  yaradılmasını,  ən  başlıcası  isə.  intellektual 

potensialın  artırılmasını  tələb  edir.  Çünki  intellektual  potensial 

olmadan tərəqqi mümkün deyil. 

43 


«Mil]i  intellektual  potensiabnn  yaradılması  müasir  dövrdə 

Azərbaycanda  təhsil  sahəsində  aşağıdakı  islahatların  aparılmasını 

tələb edir: 

•  təhsil sistemində aparılan islahatların daim dövlətin diqqət 

mərkəzində olması və cəmiyyətin sosial tələblərinə cavab verməsi; 

•  təhsil proseslərinin və strukturlarının idarə olunması; 

•  təhsil  alanların  və  təhsil  verənlərin  cəmiyyətdəki 

statusunun  düzgün  müəyyənləşdirilməsi  və  hüquqlarının  müdafiə 

edilməsi; 

•  təhsilin məzmununun təkmilləşdirilməsi; 

•  təlimin metod və vasitələrinin yeniləşdirilməsi, interaktiv 

təlim metodlarına geniş yer verilməsi; 

•  pedaqoji prosesdə innovasiyaların geniş tətbiqi; 

•  yeni təlim texnologiyalaınmn hazırlanması; 

•  təhsil  sferasının  maddi  təminatının  yaxşılaşdırılması  və 

maliyyə ehtiyatlarından səmərəli istifadə olunması; 

•  Azərbaycan  təhsil  sisteminin  dünya  təhsil  sisteminə 

inteqrasiyası; 

•  kompüterlərin,  müasir  informasiya  və  kommunikasiya 

texnologiyalarının təhsil sistemində geniş istifadəsi; 

•  təhsil  müəssisələrinin  inkişaf  rejimində  işləməsi  və 

gələcək fəaliyyətinin dəqiq proqnozlaşdırılması; 

•  təhsil  müəssisələrində  pedaqoji  proses  iştirakçılarının 

fəaliyyətinin  müntəzəm  olaraq  qiymətləndirilməsində  müasir 

modellərinin tətbiqi; 

•  müasir  monitorinq  və  qiymətləndirmə  mexanizmlərinin 

geniş tətbiqi; 

•  təhsilin  keyfiyyətinin  dövlət  standartlarına  müvafiqli- 

yinin təmin edilməsi; 

•  idarəetmənin dövlət-ictimai və ictimai-dövlət xarakterinin 

müəyyənləşdirilməsi; 

•  yeni  sertifikatlaşdırma,  lisenziyalaşdırma,  attestasiya  və 

akkreditasiya sistemlərinin yaradılması; 

44 


•  elmlərin  vüsətli  inkişafı  ilə  onların  insan  tərəfindən 

mənimsənilməsi imkanları arasındakı ziddiyyətlərin rasional həlli; 

•  təhsil  verənlərin  və  təhsil  alanların  Fiziki  və  psixoloji 

sağlamlığının təmin edilməsi. 

•  ətraf mühitin dərk edilməsi və qorunması, cəmiyyətin hər 

bir üzvündə ekoloji mədəniyyətin formalaşdırılması; 

•  baza  təhsilinin  əsas  elementlərini  saxlamaqla  onun 

təkmilləşdirilməsi  və  strategiyasının  inkişaf  prioritetlərinin 

müəyyənləşdirilməsi; 

•  təhsil  sisteminin  hər  bir  insanı  öz  həyatını  düzgün  qura 

bilməsi  üçün  zəruri  olan  biliklər  və  təcrübə  ilə  silahlandırması, 

mədəni inkişafını təmin etməsi. 

Göründüyü kimi, ali təhsil sistemi qarşısında son dərəcə 

ciddi problemlər durur. Lakin təkcə respublikamızda deyil, bütün 

dünyada təhsil sistemi bu qlobal problemləri qısa zaman kəsiyində 

həll etmək imkanlarına malik deyildir. Çünki: si keyfiyyətli təhsil 

almaq istəyən insanların sayı ilə buna imkanı olanların arasında 

böyük fərq var. Nə orta, nə də ali təhsil sistemi təhsilə daim artan 

tələbi ödəyə bilmir; 

peşə-ixtisas təhsili sürətlə dəyişən texnologiyalarla 

ayaqlaşa bilmir, başqa sözlə, təhsil sistemi konservativ 

(latınca konservo - qoruyuram, conservatio - mühafi- 

zəetmə deməkdir) xarakter daşıyır; maddi imkanların 

məhdudluğu təhsil sisteminin yeni tələblər əsasında 

qurulmasına mane olur; 

^ təhsil sistemləri inert xarakter daşıdığından dövrün 

tələblərinə çevik surətdə uyğunlaşa bilmir; 

Ä

S' cəmiyyətin və 



vətəndaşların ətalətli olması təhsildən, təhsilli kadrlardan 

dövlətin milli maraqlarına uyğun olaraq istifadə edilməsinə 

mane olur. 

Müxtəlif ölkələrin milli təhsil sistemləri daim böhrana məruz 

qalır.  Maddi  resursların  məhdudluğu,  müəllimlər  üçün  binaların, 

tədris korpuslarının və vəsaitlərinin çatışmazlığı işin məh- 

 

 

45 



sLildarlığına  mane  olur.  Bütün  dünyada  təhsil  sahəsində  özünü 

göstərən qüsurlar bəşəriyyət üçüm ciddi problemlər yaradır. 

Təhsil siyasətinin inkişafında dövlətin qanunvericiliyinin rolu çox 

böyükdür. 

Müasir  dövrdə  respJüblikamızda  ali  təhsil  sahəsində  keçirilən 

islahatlar aşağıdakı problemləri həll etməyə yönəlməlidir:  ç 

•  təhsilin  fundamental  əsaslarını  inkişaf  etdirmək  və 

keyfiyyətini yüksəltmək; 

•  təhsil  sistemini  «qabaqlama»  prinsipi  üzərində  qurmaq, 

sivilizasiyanın  gələcək  inkişafına  yönəltmək,  insanın  yaradıcılıq 

qabiliyyətlərinin inkişafım təmin etmək; 

•  təhsil 

sistemində 

perspektiv 

informasiya 

və 


telekommunikasiya  texnologiyalarından  istifadə  etməklə  distant 

təlim üçün əlverişli şərait yaratmaq; 

•  təhsilin  keyfiyyətini  yüksəltmək  məqsədilə  informasiya 

texnologiyalarından geniş istifadə etmək; 

təhsil alanları peşə-ixtisas hazırlığı ilə bağlı informasiya 

texnologiyalarından istifadə etmək üçün xüsusi bilik və bacarıqlarla 

silahlandırmaq; 

•  təhsil alanları müasir dövrdə həyat və fəaliyyətin əsasını 

təşkil edən «informasiya cəmiyyəti»ndə yaşamağa hazırlamaq; 

•  təbii-elmi fənlərin hümiınitar təhsilə və buna uyğun olaraq 

humanitar fənlərin təbii-elmi və texniki təhsilə nüfuz etməsinə nail 

olmaq; 


•  fundamental 

təhsilin 

və 

peşə-ixtisas 



təhsilinin 

inteqrasiyası problemini konstruktiv şəkildə həl! etmək; 

•  konkret  fəaliyyət  sahəsində  dar  ixtisäslaşmanı  yeni 

professional  fəaliyyət  sferası  ilə  əvəz  etmək;  təhsil  alanların 

hazırlığını  bazar  iqtisadiyyatının  və  dəyişən  texnologiyaların 

tələblərinə çevik surətdə uyğunlaşmasına istiqamətləndirmək; 

•  mütəxəssis hazırlığının keyfiyyətcə yeni mərhələsinə 

qalxmaq və s. 

° 

46 


ƏSAS MÜDDƏALAR 

Müasir  dövrdə  respublikamızda  ali  ləhsil  sisteminin  elə 

çevik  infrastrukturları  (latınca-m/ra  -  aşağı,  altında,  structura  

struktur,  vəziyyət,  mövqe,  yer  deməkdir)  yaradılmalıdır  ki.  o, 

cəmiyyətin  müasir  .tələblərinə  cavab  verən,  peşə  fəaliyyətinin 

dəyişən  şəraitinə  çevik  adaptasiya  edən  öz  biliklərini  daim 

genişləndirməyə  və  dərinləşdirməyə  qabil  olan  kadrların 

yetişməsini təmin edə bilsin. 

Bu vəzifələri həll etmək üçün ali məktəb pedaqogikası təbiət 

və  humanitar  elmlərin  vəhdətinə  əsaslanmalı,  təhsil  sisteminin 

mərkəzinə  vətəndaş,  şəxsiyyət  prioritetlərini  qoymalıdır.  Müasir 

təhsil  geniş  peşə-ixtisas  hazırlığını  təmin  etməli  və  bu  məqsədlə 

təhsil  alanları  cəmiyyətin  və  təbiətin  problem-,  ləri  ilə  tanış 

etməlidir.  Bu  biliklər  müasir  insana  təbiətlə  öz  ün'--  siyyətini 

ahəngdar şəkildə qurmağa imkan verməlidir. Deməli, təhsil alanlar 

dünyanın  təbii-elmi  mənzərəsini  aydın  təsəvvür  etmək  və  ondan 

«baş  açmaq»  üçün  təbii-elmi  biliklərə  dərindən  yiyələnməlidirlər. 

Lakin  müasir  təhsil  bununla  məhdudlaşa  bilməz.  Müasir  təhsil 

tələbə  şəxsiyyətinin  sosializasi-  yası  prosesini  təmin  etmək 

məqsədilə  təhsil  alanları  tarix,  hüquq,  iqtisadiyyat,  fəlsəfə, 

kulturologiya 

və^igər 


hümanitar 

təmayüllü 

biliklərlə 

silahlandırmalıdır. 

Müasir  insan  informasiyalarla  zəngin  bir  sivilizasiyada 

yaşayır.  Deməli,  ümumən  təhsil,  o  cümlədən  də  ali  təhsil  insanı 

ömrü  boyu  özünütəhsilə  hazırlamalıdır.  Təhsil  alanların 

maraqlarına,  meyil  və  qabiliyyətlərinə  uyğun  olaraq  təhsil 

marşrutlarını 

azad 


surətdə 

müəyyənləşdirməsi 

imkanları 

genişləndirilməli, mütəxəssislərin bazar iqtisadiyyatının tələblərinə 

uyğun hazırlığı təmin olunmalıdır. 

Azərbaycan  təhsil  sistemində  innovasiyalardan  istifadənin 

məqsədi insanın yaradıcı potensialını qorumaq və daha artıq inkişaf 

etdirməkdir.  Təhsil  -  insani  dəyərləri  önə  çəkməli,  insanın  daxili 

azadlığım təmin etməli, habelə sosial məsuliyyətini artırmalı, onda 

tolerantlıq  (latınca  lolenmtia  -  dözüm,  dözümlülük  deməkdir. 

İnsanın həyat çətinliklərinə sinə gərə bilməsi, psixolBji adaptasiya) 

tərbiyə elməlidir. Bunlar dünya sivilizasiyasının əsas'dəyərləridir və 

dünya təhsil məkanının əsas müddəalärıhdandır. 

47 


Bu  gün  hər  bir  şüurlu  insan  müşahidə  və  təhlil  etməyi, 

qərarları  üçün  məsuliyyət  daşımağı,  konflikt  və  ziddiyyətləri  həll 

etməyi bacarmalıdır. Odur ki, təhsil alanlara problemləri qoymaq və 

həll  edə  bilmək  üçün  çoxkriteriyalı  mədəniyyət  aşılanmalıdır. 

Təhsili  alanlar  dərk  etməlidir  ki,  heç  bir  ali  təhsil  ocağı  onları 

gözlənilən  həqiqətlərlə,  universal  və  əbədi  nəzəriyyələrlə 

silahlandıra bilməz. 

Müasir  təhsil  sistemi  gənclərimizdə  geniş  dünyagörüşü, 

problemlərin  çoxkriteriyalı  həlli  mədəniyyəti  və  tolerantlıq 

bacarığım inkişaf etdirməlidir. 



<

2



<3> 



<2

ioal və 


Elm, obyekl, predmet, mövzu anlayışlarını izah et. 

Pedaqogika elminin əsas kateqoriyalarını say və mahiyyətini izah et. 

Pedaqogikada diferensiasiya prosesləri nə deməkdir? 

Pedaqogikada inteqrasiya prosesləri nə deməkdir? 

Ümumi pedaqogika ilə ali məktəb pedaqogikasının fərqləri han- 

sılardır? 

Ali məktəb pedaqogikasının əsas tədqiqat istiqamətləri hansılardır? 

Təlim prosesinin struktur modelinin sxemini çək və izahını ver. 





ea 


fia 

fQ 


fi.5 



Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin