FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   2   3   4   5   6   7   8   9   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

2.2. 

ELMI DƏRƏCƏ 

 

ELMİ



 

ADLARIN


 

YARANMA


 

TARİXİ 


Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütəxəssisin 

təlim-tərbiyə  prosesində  rolunun,  elmi  kvalifikasiyasınm  rəsmi 

surətdə  müəyyənləşdirilməsi,  elmi  dərəcələrin  və  elmi  adların 

verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad alimin elmi 

kadr  hazırlığında,  tədris  və  elmi  ədəbiyyatın  yazılmasında 

xidmətlərinin  elmi  cəmiyyət  tərəfindən  rəsmi  surətdə  qeyd 

edilməsi, dəyərləndirilməsi deməkdir. 

Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə 

bağlı olmuşdur. 

XII  əsrdə  ilk  «hüquq  doktoru»  dərəcəsi  Boloniya 

universitetində, «ti)babət dokton<» dərəcəsi isə İtaliyadakı Salem 

İnstitutunda 

müəyyənləşdirilmişdir. 

XIII 


əsrdə 

Paris 


Universitetində  ((ilahiyyat  cloktom»  dərəcəsi  müəyyənləşdirildi. 

Meydana  gəldiyi  ilk  dövrlərdə  «doktor»  (latınca  «doktors» 

sözündən götürülüb «mü3llim» deməkdir) biri-birinə yaxın mənada 

işlədilir və biri- birini əvəz edirdi. Doktor dərəcəsini almazdan öncə 

«lisenziat»  (latınca  «\icenciatus»  -  «hüququ  oian»  deməkdir) 

dərəcəsi  alın-  malıydı.  Buna  nail  olmaq  üçün  iddiaçı  imtahan 

verməli  və  yazı  işi  təqdim  etməliydi.  «Magistr»-  «bakalavr» 

(latınca «baccalau- reııs» - (idafna çəbngi» deməkdir) ixtisas üzrə 

imtahandan müvəffəqiyyətlə çıxmış adamlara verilirdi. 

«Magistr»  -  «doktor»  dərəcələrinin  ierarxik  sistemi  XV- 

XVII  əsrlərdə  formalaşdı,  universitetlərin  nizamnaməsində  özünə 

status  qazandı.  «Bakalavr»,  «lisenziat»  aşağı  dərəcələr  hesab 

olunurdu.  Onların  alınma  qaydaları  nisbətən  sadə  idi.  Yüksək 

dərəcələri almaq qaydaları isə daha mürəkkəb idi. 

Bir sıra ölkələrdə magistr dərəcəsi almaq üçün iddiaçı ixtisas 

üzrə  imtahan  verməli  olurdu.  Dərəcələrin  verilməsi  elm  aləminə 

daxil  olmağın  simvolu  olan  çoxlu  təntənələr  və  tədbirlərlə  qeyd 

olunurdu. 

Universitetlərin  korporativ  (latınca  corporatio  -  şirkət 

deməkdir, Bir sözlə, peşəyə mənsub adamların ittifaqı, birləşməsi, 

cəmiyyəti)  təşkili  zamanı  «magistr»  dərəcəsi  ancaq  hər  hansı  bir 

universitet daxilində müəllim vəzifəsini tutmaq hüququ verirdi. 

58 


«Doktor»  dərəcəsi  almış  mütəxəssis isə müstəqil olaraq həm  elmi 

tədqiqatçılıq, həm də müəllimlik fəaliyyəti ilə məşğul ola bilərdi. 

XVI-XVII  əsrlərdə  İtaliya  və  Almaniya  universitetlərində 

dissertantlara elmi rəhbərlik praktikası yarandı. Elmi rəhbər ancaq 

elmlər doktorları ola bilərdi. 

İtaliyada elmi rəhbər - «Paclwne». Almaniyada isə «D(?/<- 



!on>atcT»  adlanırdı.  Elmi  rəhbər  dissertasiyanın  mövzusunu 

müəyyənləşdirir,  onu  elmi  surətdə  dəyərləndirir  və  dissertantı 



(«foktor» kimi təqdim edirdi. 

XVII  ərdə ilk çap olunmuş dissertasiya işləri meydana 

gəldi. 

XVIII əsrdə 



universitetlərin 

dövlət 


müəssisələrinə 

çevrilməsilə  əlaqədar  dissertasiya  müdafiəsinin  Elmi  Şuranın 

kollegial iclasında keçirilməsi praktikasının əsası qoyuldu. 

XIX  əsrdə  elmi  dərəcələrin  verilməsinə  qanunvericiliklə 

dövlət orqanları nəzarət etməyə başladı. 

«Elmbf  doktonı»  ən  yüksək  dərəcədir.  Bir  sıra  xarici 

ölkələrdə  doktor  elmi  dərəcəsi  dəqiq  ixtisaslaşmanı  əks  etdirmir; 



«falsəfh doktorm dərəcəsi humanitar və təbiət elmləri üzrə müvafiq 

mütəxəsisslərə verilir. Böyük Britaniyada və Britaniya sistemindən 

istifadə  edən  bir  sıra  digər  ölkələrin  universitetlərində  «fəlsəfə 

doktoru»  (doktor  of  philosophıı)  dərəcəsi  fəlsəfə  fakültəsi 

tərəfindən  humanitar  sahə  mütəxəssislərinə  verilir.  Təbiət  elmləri 

üzrə mütəxəssislərə isə «elmlər doktoru» (doktor of scien) dərəcəsi 

verilir. 

Fransada və Fransa tipli ali təhsil sisteminə malik ölkələrdə 



«dok(or» dərəcəsi bir neçə səviyyəni  (pilləni) əhatə edir: on aşağı 

səviyyə  -  üçüncü  səviyyəli  doktor  (clocteur  de  troisieme  cycle) 

universitetdə  təhsilin  beşinci  və  altıncı  illərində  verilir.  Buna 

nisbətən  yüksək  səviyyə  -  «universiiet  doktoru»  (dokteur  de 

J'Universitete) 

adlanır. 

Bu 

səviyyə 


1897-ci 

ildə 


müəyyənləşdirilmişdir və dissertasiya müdafiəsindən sonra təqdim 

edilir.  Xarici  vətəndaşlar  da  nisbətən  yüngülləşdirilmiş  tələblərlə 

dissertasiya müdafiəsindən sonra bu elmi səviyyəni qazana bilərlər. 

Ən  yüksək  səviyyə  «dövbt  dokionı»  (dokteur  de  İ'Etai) 

adlanır.  Bu  səviyyəyə  çatmaq  üçün  iki  çap  olunmuş  dissertasiya 

təqdim olunmalıdır. Əsas dissertasiyanın (these prinsipale) möv- 

59 


zLisu  dissertant  tərəfindən  seçilir,  əlavə  dissertasiyanın  (these 

complementaire) mövzusunu işə müvafiq fakültə müəyyənləşdirir. 

1935-ci  ildə  Almaniyada  «elmbr  doktoru»  dərəcəsi  ilə 

yanaşı,  ((universitet  doktoru»  vəzifəsini  tutmağa  imkan  verən 

dərəcə - ((doktor hahilitcıtııs» müəyyənləşdirildi. 

Almaniya  Federativ  Respublikasında  doktor  diplomunda 

doktorluq  imtahanından  alınmış  qiymət  və  müdafiəyə  verilən 

qiymət qeyd olunur. Bu ölkədə, habelə Avstriya və İtaliyada yalnız 

«doktor» dərəcəsi mövcuddur. 

Bir sıra ölkələrdə mütəxəssisin elmi xidmətlərini qeyd etmək 

məqsədilə  fəxri  dərəcə  ((eimbr  doktoru»  (honoris  causa-qısa 

şəkildə - h.s) müəyyənləşdirilmişdir. 

Britaniyanın  müvafiq  təcrübəsinə  əsaslanan  bir  sıra 

ölkələrdə  ((doktor» dərəcəsindən öncə  ((magistr» dərəcəsi verilir. 

Humanitar  ixtisaslar  üzrə  dissertasiya  üçün  (dncttsənət  magistrb 

(master  of  arts);  təbiət  və  texniki  ixtisaslar  üzrə  hazırlanmış 

dissertasiya  üçün  ((eimbr  magistrb  (master  of  scienses)  dərəcəsi 

verilir. 

Yaponiyada  «magistr»  (shusi)  dərəcəsi  bütün  elmlər  üçün 

müəyyənləşdirilmişdir. 

Bolqarıstan,  Rumıniya,  Çexiya  və  Slovakiyada  «magistr» 

dərəcəsi  əllinci  illərdə  müasir  ((eimbr  namtədb  dərəcəsi  ilə 

eyniləşdirildi. 

Fransada,  Polşada,  İsveçrədə,  Danimarkada,  Norveçdə  və 

əksər  Latın  Amerikası  ölkələrində  universiteti  bitirən  məzunlara 

(bu  zaman  xüsusi  dissertasiya  təqdimatına  ehtiyac  olmur)  «ma- 

gistr» adı verilir. 

Finlandiya,  Yunanıstan,  İspaniya,  Portuqaliya,  Meksika  və 

Ekvadorda «magistr» dərəcəsi əvəzinə ((lisenzicıt» dərəcəsi təqdim 

edilir.  Bu  adı  almaq  üçün  imtahan  vermək  və  çap  olunmuş  əsər 

təqdim etmək lazımdır. 

İsveçrədə,  Latın  Amerikası  ölkələrində  elmi  dərəcələr 

sistemi  daha  geniş  diferensiasiyaya  uğramışdır;  ali  təhsili  başa 

vuranlar  «lisenziat»  adını  alır.  Ən  aşağı  elmi  dərəcə  «bakalavr» 

hesab olunur. Bu ad ixtisasa girişlə bağlı tədris fənlərindən imtahan 

verən iddiaçılara verilir. 

60 


Fransada  və  Fransa  tipli  universitetləri  olan  ölkələrdə  - 

kamal attestatı alanlar «bakalavr» adlamr, bu heç bir elmi dərəcəni 

ifadə etmir. 

Rusiyada  elmi  dərəcələr  XIX  əsrdə  təsdiq  edildi.  1803-cü 

ildən  başlayaraq  fəlsəfə  və  hüquq  fakültələrində  üç  pilləli  sistem 

nəzərdə  tutulurdu:  universitet  namizədi,  magistr,  doktor,  tihh 

fakültəsində  isə  təbabət  doktoru.  Elmi  dərəcələr  universitet 

nizamnaməsi əsasında verilirdi. 

1819-cu  ildə  Xalq  Təhsili  Nazirliyi  Rusiyanın  bütün 

universitetləri  üçün  «Elmi  dərəcə  almaq  üçün  Əsasnamə»  qəbul 

etdi.  Bu  Əsasnaməyə  görə,  bütün  əlaçı  məzunlara  «universitet 

kandidatı»  adı  verilirdi.  Digər  məzunlar  isə  bu  adı  almaq  üçün 

müəllimlərin nəzarəti altında inşa yazmalıydılar. Magistr imtahanı 

iki, doktor imtahanı dörd sualdan ibarət olurdu. Onlara yazılı cavab 

verilməliydi.  Doktorluq  dissertasiyaları  latın  dilində  yazılmalıydı. 

«Elm!ər namizədi» və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr 

adı  isə  on  dörd  ixtisas  istiqamətlərindən  biri  əsasında 

müəyyənləşdirilirdi.  «Magistr» və «doktor»  dərəcəsi  Xalq  Təhsili 

Naziri tərəfindən təqdim olunurdu. 

1837-ci  ildə  magistr  və  doktorluq  imtahanlarında  sualların 

sayı azaldıldı. Filologiya və təbabət üzrə dissertasiya yazmaq üçün 

latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış «dokior» dərəcəsi 

yalnız hüquqşünaslar üçün saxlandı. «Hüqucj doktoru», «riyaziyyat 



elmləri  doktoru»,  «ləbiət  elmləri  doktoru»,  mmumi  dilçilik 

doktoru», 

«Şərq 

dilçiliyi 

doktorıo) 

kimi 


elmi 

adlar 


müəyyənləşdirildi. 

1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında Əsasna- 

mə»  ilə  «magistr»  dərəcəsinin  verilməsi  22  ixtisas  üzrə 

müəyyənləşdirildi.  Dissertasiyaların  latın  dilində  yazılması  tələbi 

ləğv olundu. Yalmz təbabət üzrə doktorluq dissertasiyaları 1859-cu 

ilə qədər latınca yazılırdı. 

1863-cü  ildən  başlayaraq  universitet  nizamnaməsi  Elmi 

Şuraya  dissertasiya  müdafiə  etmədən  görkəmli  alimlərə  «fəxri 



doktor»  adı  və  imtahansız  «magistr»  dərəcəsi  vermək  hüququnu 

təsdiqlədi.  Alimin  ixtisasını  müəyyənləşdirən  elmlərin  sayı 

universitetin kafedralarına uyğun olaraq 1864-cü ildən başlayaraq 

artırıldı. 

61 


XIX  əsrin  60-cı  illərində  əlyazması  formasında  olan 

dissertasiyalar  çap  olunmuş  dissertasiyalarla  əvəz  olundu. 

Dissertasiyanın  məzmunu  və  müdafiəyə  təqdim  olunan  əsas  elmi 

müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «E1- nıi 

əsərlər»ində,  sahə  jurnallarında  məqalə  və  tezis  şəklində  çap 

olundu.  Rusiyanın  hər  hansı  bir  universitetində  müdafiəyə  bura- 

.xılmayan  dissertasiya  müdafiə  üçün  başqa  universitetə  təqdim 

oluna bilərdi. 

1884-cü ildə fakültələr xüsusi hallarda magistr dissertasiyası 

üçün «doktor» adı vermək hüququ qazandı. 

1917-ci  il  oktyabr  çevrilişindən  sonra  Rusiyada  elmi 

dərəcələrin verilməsində müəyyən dəyişikliklər edildi. 1934-cü ilin 

yanvarında,  daha  sonra  isə  1937-cü  ildə  wimbr  namiz,ıdi»  və 

«elmbr doktoru» kimi elmi dərəcələrin verilməsinin yeni qaydaları 

müəyyənləşdirildi,  namizədlik  minimumları  və  dissertasiya 

müdafiəsi qaydaları dəyişdirildi. 

1934-cü  ildə  keçmiş  SSRİ  məkanında  Ümumittifaq  Ali 

Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən 

dissertasiyanın müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci 

ildən  dissertasiyanın  mövzusu  üzrə  çap  olunmuş  məqalələrin 

olması  tələbi  qoyuldu.  1973-cü  ildə  dissertasiyanın  həcmi 

dəyişdirildi. 

Keçən  əsrin  70-80-cı  illərində  mütəxəssis  kvalifikasiyası- 

fizika,  riyaziyyat,  kimya,  biologiya,  geologiya-minerologiya, 

coğrafiya,  texnika,  hüquq,  pedaqogika,  psixologiya,  təbabət, 

incəsənət,  arxitektura  ixtisasları  üzrə  müəyyənləşdirilirdi.  Hər  bir 

elm  daxilində  sonrakı  diferensiasiya  nəzərdə  tutuldu  (bütövlükdə 

500 ixtisas üzrə). 

1992-ci  ildən  elmi  dərəcələr  və  elmi  adlar  xüsusi 

ixtisaslaşmış dissertasiya şuralarında verilməyə başlandı. 1994-cü 

ildə  Rusiya  Federasiyası  tərəfindən  yeni  müdafiə  qaydaları 

təsdiqləndi. 

İlk dəfə olaraq ali məktəbdə professor (latınca «profes- sor»- 

müəllim  deməkdir)  statusu  XVI  əsrdə  Oksford  universiteti 

tərəfindən müəyyənləşdirilib. 

62 


Sonralar bir sıra ölkələrdə «orclinar professor» (ştatda) və 

«ekstra ordinar» (ştatdankənar) professor dərəcələri tətbiq olundu. 

Dosent  (latın  sözü  docens,  docentis-öyrədən,  təlim  edən 

deməkdir)  adı  ən  aşağı  elmi  dərəcəsi  olan  şəxslərə  verilirdi.  XIX 

əsrdə  bir  sıra  ölkələrdə  «prmn-dosent»  vəzifəsi  yarandı  (onlara 

tələbələrin təhsil haqqından məvacib verilirdi). 

Britaniya  sistemli  ali  məktəblərdə  «chsent»  adı  mənasında 

((professorun  yokktşı»  (associate  professor)  və  ((professorun 

k(mı/)kçisi» (assistent professor) ifadələri işlədilirdi. 

Fransız  sistemli  ali  məktəblərdə  1808-ci  ildən  başlayaraq 

«aqreje» adlı elmi dərəcə yarandı. Müxtəlif ixtisaslar üzrə bu 

elmi 


dərəcəni daşıyan şəxslər liseylərdə və universitelin bəzi 

fakültələrində dərs 

deyə bilərdilər. 

1755-ci  ildə  Moskva  universiteti  yarandıqdan  sonra 



((professor»  adı  özünə  daha  möhkəm  status  qazandı.  1863-cü  ilə 

qədər  «dosent»  mənasında  <(ad’yunkt-professor»  ifadəsi 

işlədilirdi.  1863-cü  ildə  dosent  ifadəsi,  1884-cü  ildən  isə 

((privai-dosent»  ifadəsi  status  aldı.  ((Privat  dosent»  adını  almaq 

üçün magistr imtahan verməli və fakültə müəllimlərinin iştirakı ilə 

iki sınaq mühazirəsi oxumalı idi. 

SSRİ-də ali məktəb müəllimlərinə və elmi işçilərə dərəcələr 

pedaqoji və elmi fəaliyyətləri əsasında verilirdi. İyirminci illərdən 

ali məktəblərdə «professor», ((dosent» və ((cıssistent» d,voco- bri, 

elmi müəssisələrdə isə «böyük elmi işçi», «kiçik elmi işçi» adları 

özünə  yer  tapdı.  Elmi  adların  atestasiyası  sistemi  dəfələrlə 

dəyişdirildi. 1986-cı  ildə  «baş»,  «aparıcı»,  «böyük»,  «kiçik»  elmi 

işçi adları müəyyənləşdirildi. 

Rusiya  Federasiyasında  1994-cü  ildən  AAK-ın  qərarı  ilə 

ixtisas  üzrə  <(professor»  adı  verilir.  Ali  məktəbin,  elmi 

müəssisənin,  elmi-tədqiqat  institutunun  Elmi  Şurasının  qərarı  ilə 

ixtisas  üzrə  «böyük  elmi  işçi»  adı  verilir.  «Professor»  adının 

verilməsi  üçün  elmlər  doktoru  dərəcəsi  və  beşdən  az  olmayaraq 

elmlər namizədi dərəcəsi almış yetirmələrimin olması vacib hesab 

olunur.  «Böyük  elmi  işçi»  adının  verilməsi  üçün  elmi  dərəcə, 

ixtiralar, yaxud çap edilmiş elmi işlər olmalıdır. 

63 


1995-ci  ildən  başlayaraq  ((kafedranın  proJies'.wrıı»  və 

((kafedranın  dosenti»  elmi  adlan  Rusiya  Federasiyasının  dövləi 

komitəsi  tərəfindən  ali  təhsil  müəssisələrinin  elmi-pedaqoji 

işçilərinə verilir, 

((Kafedranın  pr(fessonı»  elmi  adı-dərəcəsi  olan,  mühazirə 

oxuyan,  tədris-metodik  və  elmi  əsərləri  olan,  aspirant  və  disser- 

uıntlann  elmi  işlərinə  rəhbərlik  edən  və  elmlər  doktoru  dərəcəsi 

olan şəxslərə verilir. 

«Kafedranın  dosenti»  elmi  adı  -  mühazirə  oxuyan,  elmi- 

metodik və elmi əsərləri olan elmlər namizədinə verilir. 

2.4.  AZƏRBAYCANDA ELMİ DƏRƏCƏ VƏ 

ELMİ ADLARIN VERİLMƏSİ 

Azərbaycanda  elmi  dərəcələrin  və  elmi  adların  verilməsi 

sahəsində kifayət qədər zəngin təcrübə qazanılmışdır. 

Azərbaycanda elmi və elmi-pedaqoji kadr hazırlığının ilkin 

mərhələsi  XX  əsrin  20-ci  illərinə  təsadüf  edir.  1926-cı  ilin  may 

ayında  Azərbaycan  KP  MK  Xalq  Maarif  Komissarlığına 

respublikanın ali məktəblərində aspirantura təşkil etməyi tapşırdı. 

Bu  dövrdə  elmi  kadr  hazırlığının  qaydasını,  formalarını  və 

müddətini  qəti  müəyyən  edən  normativ  sənəd  yox  idi.  ((E!mi 



.vıwkdaşıı, «elnn i.^-çi», ((aspirant» kimi anlayışlar arasında dəqiq 

fərq 


qoyulmamışdı. 

Onların 


hüquq 

və 


vəzifələri 

müəyyənləşdirilməmişdi.  Elmi  kadrlar  hazırlamaq  üçün  maliyyə 

vəsaiti  ayrılmamışdı.  İlk  dəfə  ADU-da  və  Azərbaycan  Polilexnix 

İnslitunda  (indiki  Neft  Akademiyasında)  aspirantura  şöbələri 

yaradıldı. 1929-cu ilin may ayının 18-də respublika XMK nəzdində 

Dövlət  Elm  Şurası  elmi  işçilər  hazırlamaq  üçün  «Əsas-  namə» 

təsdiq  etdi.  Bu  əsasnamədə  göstərilirdi  ki,  aspiranturada  təhsil 

müddəti  3  ildir.  Aspirant  həmin  müddət  ərzində  elmi  işini 

hazırlanmalı  və  fakültənin  açıq  iclasında  onu  müdallə  etməlidir. 

Aspirant  elmi  işlə  yanaşı,  təhsil  illərində  rus  dilini,  həm  də 

milliyətindən asılı olmayaraq xarici dillərdən birini öyrənməlidir. 

Milli kadrlar hazırlamaq məqsədilə 1929-cu ildə ADU- da, 

«İrəli çəkilmiş tələbələr institutu» təşkil edildi. Həmin 

6A 


instiUltıın  fəaliyyətini  tənzimləyən  «Əsasnamə»də  yazılırdı: 

«Tələbələrin  proletar  hissəsindən  daha  hazırlıqlı  olanlarını 

əvvəlcədən müəyyən edib irəli çəkmədən və onlara hələ tələbəlik 

skamyalarından başlayaraq tədricən elmi işə hazırimaq üçün faktik 

imkan  yaratmadan,  elmi  işçi  kadrlarının  planlı  surətdə 

komplektləşdirilməsi kifayət  dərəcədə  yaxşı  aparıla bilməz. Məhz 

bu  vəzifəni  yerinə  yetirmək  məqsədilə  ali  məktəblərin  nəzdində 

«İrəli  çəkilmiş  tələbələr  institutu»  yaradılır».  Belə  bir  təşəbbüsün 

həyata  keçirilməsi  bilavasitə  aspirantura  vasitəsilə  Azərbaycanda 

milli elmi-pedaqoji kadr hazırlığına xidmət edirdi. 

SSRİ  AAK-ı  1992-ci  ilə  kimi  Azərbaycanın  ali  məktəb  və 

elmi-tədqiqat  institutları  Elmi  Şuralarının  qərarına  əsasən  alimlik 

dərəcələrini  təsdiq  etmiş,  elmi-pedoqoji  kadrların  attestasiya 

şuralarının  fəaliyyətinə  nəzərət  etmiş,  respublikamızda  yaranan 

şuralara doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmək 

hüququ  vermiş,  onların  tərkibini  təsdiq  etmişdir.  Hazırda  bu  işi 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyası  həyata  keçirir.  Azərbaycanda  elmi  və  elmi-pedaqoji 

kadr  hazırlığında  yaranmış  ənənə  hələ  də  saxlanılır.  Avropa 

ölkələrindən  fərqli  olaraq  yüksək  elmi  ad  almaq  üçün  iki  dəfə 

(namizədlik və doktorluq) dissertasiya müdafiə etmək tələb olunur. 

Respublikamızda ikipilləli ali təhsil sisteminə keçid bäjyük 

miqyaslı və mühüm əhəmiyyətli dəyişkənliyə səbəb oldu. İkipilləli 

mütəxəssis hazırlığının birinci pilləsində məzunlara «baka- lavr» ali 

peşə-ixtisas  dərəcəsi,  ikinci  pillənin  məzunlarına  «ma-  gislr»  ali 

peşə-ixtisas dərəcəsi, pillələrə bölünməyən ixtisaslar üzrə təhsilini 

başa vuran məzunlara isə ali ixtisas dərəcəsi verilir. 

Azərbaycan  Respublikasının  «Təhsil  Qanunu»nun  yeni 

layihəsinə görə, ali məktəb təhsilindən sonrakı təhsil doktoranturada 

həyata keçirilir. Müvafiq  -felmi  dərəcələrin  alınması doktorantura 

yolu ilə həyata keçirilir. 

Azərbaycan  Respublikasında  aşağıdakı  elmi  dərəcələr 

müəyyənləşdirilmişdir: 

-  fəlsəfə doktoru (R.H.D) (elm sahələri göstərilməklə), 

-  elmlər doktoru (Dr. Sc) (elm sahələri göstərilməklə). 

65 


«Doktor» - ixtisaslaşdırılmış Elmi Şura tərəfindən verilən ən 

yüksək elmi dərəcədir. 

Yeni təhsil strukturlarına müvafiq fəaliyyətə başlayan təhsil 

sistemində ilk doktoranturalar açılana qədər «elmlər namizədi» elmi 

dərəcəsi  saxlanır.  Yeni  doktoranturalar  fəaliyyətə  başlayarkən 

elmlər  namizədlərinin  attestasiyası  keçirilir.  Attestasiyanın 

nəticələrinə uyğun olaraq «magistr» və ya «doktor» elmi dərəcəsi 

verilir. 

«Dosent» və «professor» elmi adlarını ali məktəblərin, elmi 

tədqiqat  institutlarının  Elmi  Şuraları  verir  və  müəyyən  olunmuş 

qaydada  təsdiqlənir.  Magistrdən  sonra  birbaşa  doktor  elmi 

dərəcəsinə  keçilməsi  ilə  əlaqədar  olaraq  «dosent»  və  «professor» 

elmi  adlanmn  verilməsinə  tələbkarlığın  artırılması  gözlənilir.  Ali 

məktəb  vəzifələrinə  seçkilərdə  ancaq  doktorların  iştirakı 

məqsədəuyğun hesab olunur. 

2005-2006-cı tədris ili üçün respublikamızda ali məktəblərin 

magistraturasına  yeni  qəbul  qaydaları  müəyyənləşdirilmişdir. 

Azərbaycan  Respublikasının  dövlət  və  qanunvericilikdə  müəyyən 

edilmiş  qaydada  qeydiyyatdan  keçmiş  qeyri-  dövlət  ali 

məktəblərinin  magistraturasına  qəbul  mərkəzləşdirilmiş  şəkildə 

həyata keçirilir. 

Ümumiyyətlə,  müxtəlif  ölkələrin  akademik  və  elmi 

dərəcələrin  verilmə  reqlamentlərində,  strukturu,  sertifikat  və 

diplomların forma və xüsusi çəkisində bir çox oxşar cəhətlər var. 

Lakin  bununla  belə  iki  elə  ölkə  tapmaq  mümkün  deyil  ki,  təhsil 

modelləri, diplomlar və onların əldə olunması üçün verilən tələblər 

və  qoyulan  şərtlər  biri-birinin  eyni  olsun.  Ayn-ayrı  ölkələrdə 

bakalavr,  magistr,  fəlsəfə  doktoru,  elmlər  doktoru,  mütəxəssis, 

lisenziat,  tədqiqatçı  və  digər  dərəcələri  özündə  əks  etdirən  təhsil 

sənədləri  mövcuddur.  Hər  bir  ölkə  bu  sənədlərə  özünəməxsus 

kriteriyalarla yanaşır. 

Azərbaycan  Respublikası  öz  təhsil  sisteminin  inkişaf 

prioritetlərini  Avropa  məkanında  gedən  proseslərə  inteqrasiya 

olunmaqla  müəyyənləşdirir.  Uzun  illər  boyu  elmlər  namizədi  və 

elmlər  doktoru  strukturu  ilə  fəaliyyət  göstərən  Azərbaycanda  bu 

gün fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası əsas 

götürülür. 

66 


2003-  cü  ilin  may  ayında  respublika  hökuməti  «Xarici 

dövlətlərin  ali  təhsil  sahəsində  ixtisasların  tanınması  və  ekviva- 

ientliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq 

etmiş.  Təhsil  Nazirliyində  yaradılan  xüsusi  komissiya  bu 

istiqamətdə real fəaliyyətə başlamışdır. 

ƏSAS MÜDDƏALAR 

XX  yüzilliyin  60-cı  illərindən  başlayaraq  ali  məktəb 

tələbələrinin təhsili və tərbiyəsinin özünəməxsus xüsusiyyətləri, ali 

təhsil  müəssisələrində  pedaqoji  və  elmi  fəaliyyətin  vəhdəti,  ali 

məktəbin  təşkili,  idarə  olunması  və  ona  rəhbərlik  məsələləri  elmi 

tədqiqatların, əsas mövzusuna çevrildi. 

Son illərdə ali məktəb pedaqogikası ilə bağlı dəyərli dərslik 

və  dərs  vəsaitləri  yarandı.  Təlim  prosesinin  reallaşdırılmasının 

innovasiya  texnologiyaları,  distant  təlim  texnologiyaları,  təlimin 

keyfiyyətinin  təkmilləşdirilməsi,  rəqabətə  dözümlü,  kompe- 

lenlliyi,  yüksək professional peşəkarlığı, mədəniyyəti və intellekti 

ilə  seçilən  mütəxəssis  hazırlığı  məsələləri  yeni  kitabların  əsas 

mövzusuna çevrildi. 

B.  Bəşirovun  «Ali  məktəb  pedaqogikası»,  «Ali  məktəb  di- 

daktikası», N.Kazımovun «Ali məktəb pedaqogikası» bu sahədə ilk 

uğurlu addım və sonrakı tədqiqatlar üçün təkan oldu. 

90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar 

üzrə  aspirant  və  dissertantların  ali  məktəb  pedaqogikasından 

minimum  imtahanı  verməsi,  pedaqoji  təmayüllü  universitet  və 

institutların  magistraturasında  ali  məktəb  pedaqogikasının  tədrisi. 

Təhsil  Problemləri  İnstitutunda  ali  məktəb  problemlərini  tədqiq 

edən şöbənin yaradılması ali təhsillə bağlı tədqiqatlara stimul verdi. 

67 


68 

 


III

 FƏSIL


 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİ 

3.1. TƏHSİL SİSTEMİ HAQQINDA ANLAYIŞ 

Təhsil sistemi  - hakimiyyət  orqanlarının  rəhbərliyi  ilə ölkə 

daxilində qarşılıqlı asılılıq və ardıcıllıqla fəaliyyət göstərən 

təhsil-tərbiyə 

müəssisələrinin 

kompleksindən 

ibarət 

mürəkkəb bir təsisatdır. 

Təhsil, 


tərbiyə və inkişaf 

kateqoriyaları bir-birilə 

vəhdətdə təhsil 

sistemi  daxilində  həyata  keçirilir.  Bu  sistem  mürəkkəb  bir  qurum 

təşkil edərək insanın şəxsi və ictimai həyata hazırlığım təmin edir. 

Təhsil sisteminin bir sıra özünəməxsus əlamətləri var. Bunlar 

aşağıdakılardır: 

•  təhsil  sistemi  hər  bir  xalqın  milli  xüsusiyyətləri  nəzərə 

alınmaqla iqtisadi, siyasi, elmi, texniki, mədəni inkişaf səviyyəsinə 

uyğun qurulur, cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir; 

•  təhsil  sistemi  ölkə  daxilində  mövcud  olan  bütün 

təhsil-tərbiyə müəssisələrini əhatə edir və onların qarşılıqlı əlaqə və 

asılılıqda fəaliyyətini təmin edir

•  təhsil  sistemi  idarə  olunan  mürəkkəb  və  dinamik 

qurumdur; 

•  təhsil sistemi Təhsil Qanunu ilə təsdiq olunur; 

•  təhsil sistemi cəmiyyət üzvlərinin milli mənlik şüurunun, 

intellektual və emosional sferalarını inkişaf etdirir, onların əməyə, 

ictimai fəaliyyətə, şəxsi həyata hazırlığını təmin edir; 

•  təhsil  tendensiyalarına  verilən  tələblər  dövlətin  təhsil 

sahəsindəki strategiyası ilə müəyyənləşdirilir

•  təhsil  sistemi  təhsilin  məzmununun  müasir  standartlara 

uyğun modernləşdirilməsini təmin edir; 

69 


• təhsil standartı yaratmaq və tətbiq etməklə dövlət özünün 

təhsil sistemi üzərində rəhbəredici rolunu həyata keçirir. 

Təhsil sistemi üstqurum hadisəsidir. Bu səbəbdən də hər bir 

ölkənin milli kaloriti, iqtisadi və ictimai quruluşuna müvafiq təhsil 

sistemi  vardır  və  dövlət  tərəfindən  müəyyən  edilmiş  prinsiplərə 

əsaslanır.  Buna  görədir  ki,  iqtisadi,  siyasi  və  mədəni  inkişafı 

müxtəlif olan ölkələrin təhsil sistemləri biri-birindən fərqlənir. Bu 

müxtəliflikdən  asılı  olmayaraq,  təhsil  sistemlərinin  hamısına  xas 

olan  ümumi  cəhətləri  vardır.  Hansı  ölkədə  yerləşməsindən  asılı 

olmayaraq,  vətəndaşların  şəxsiyyət  kimi  inkişafını  təmin  etməsi, 

sosial-ictimai 

həyata 


hazırlaması, 

fəal 


həyat 

mövqeyi 


formalaşdırması bütün təhsil sistemlərinə xas olan keyfiyyətdir. 

Azad,  müstəqil,  demokratik  respublikamızda  təhsil 



sisteminin məqsədi - dövlət təhsil standartlarına uyğun biliyə, 

bacarığa,  praktik  hazırlığa,  mütərəqqi  dünyagörüşünə  malik 

olan,  xalqın milli,  mənəvi,  mədəni  dəyərlərinə və ümumbəşəri 

dəyərlərə  dərindən  yiyələnən,  Azərbaycan  xalqının  azadlıq 

amalına,  demokratik  ideyalarına,  insan  hüquqlarına  hörmət 

edən,  ölkəmizin  hərbi  müdafiəsinə  hər  an  hazır  olan,  onun 

inkişaf etmiş dünya ölkələri .sıra.sına çıxması üçün bilik, qüvvə 

və  imlcanlarım  əsirgəməyən,  dünyanın  hansı  yerində 

olmasından  asılı  olmayaraq,  vətən  üçün  yaşayan  və  çalışan, 

müstəqil  və  yaradıcı,  azad,  demokratik  vətəndaşlar  tərbiyə 

etməkdir. 

3.2.  AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİNİN QURULUŞU 

Azərbaycanda  təhsil  sistemi  vahiddir  və  bütün  tədris 

müəssisələri arasında qarşılıqlı əlaqə, vəhdət, ardıcıllıq mövcuddur. 

Bu ardıcıllıq təhsilin müxtəlif pillələri arasında dahıa aydın şəkildə 

təzahür edir və təhsil sistemində fasiləsizliyi təmin edir. 

Fasiləsiz  təhsil  sistemi  bütün  tip  tədris  müəssisələrini, 

ixtisasartırma və ixtisasdəyuşmə təhsilini, özünütəhsili əhatə edir. 

70 


Fasiləsiz təhsil - təhsil sisteminin bir mərhələsindən digərinə 

maneəsiz  keçmək  imkanında  və  hər  bir  vətəndaşın  ömrü  boyu 

təkmilləşməsinin zəruriliyində ifadə olunur. 

Respublikamızda  fasiləsiz  təhsil  sistemi  ailə  tərbiyəsi 

zəminində  qurulur.  Məktəbəqədər  tərbiyə  müəssisələri  -  körpələr 

evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; əqli və fiziki cəhətdən 

qüsurlu  uşaqlar  üçün  məktəbəqədər  tərbiyə  müəssisələri; 

məktəb-uşaq bağçası fasiləsiz təhsil sisteminin ilk pilləsidir. 

Məktəbəqədər  tərbiyə-  müəssisələrində  uşaqların  fiziki  və 

psixi  sağlamlıqları  təmin  edilir,  şəxsiyyətləri  ahəngdar  surətdə 

inkişaf  etdirilir,  normal  həyat  tərzi  üçün  şərait  yaradılır, 

davranışlarında  özünü  göstərən  çatışmayan  cəhətlər,  nöqsanlar 

korreksiya edilir, ümumi təhsilə hazırlanır. 

Ümumi təhsil - icbari olduğundan fasiləsiz təhsil sistemində 

baza mərhələsini təşkil edir. Üç pillədən (I-IV sinifləri əhatə edən - 

ibtidai təhsil, V-IX sinifləri əhatə edən - natamam orta təhsil, X-XI 

(XII) sinifləri əhatə edən - orta təhsil) ibarət olan orta ümumi təhsil 

müəssisələri  şagirdlərin  meyl  və  maraqlarını,  fərdi  psixoloji 

xüsusiyyətlərini  nəzərə  alaraq  onlara  elmlərin  əsaslarını  öyrədir, 

fiziki  və  intellektual  inkişafını  təmin  edir,  şəxsiyyətini 

formalaşdırır, şüurlu surətdə peşə seçməyə istiqamətləndirir. 

Peşə  təhsili  -  ölkə  iqtisadiyyatının  müxtəlif  sahələri  üçün 

ixtisaslı peşə sahibləri hazırlayır. Natamam orta təhsil, yaxud orta 

ümumi təhsil bazasında təşkil olunur. 



Orta  ixtisas  təhsili  -  natamam  orta,  ümumi  orta  təhsil 

bazasında təşkil olunur (liseylər, kolleclər, gimnaziyalar və s.) və 

ölkə  iqtisadiyyatının  müxtəlif  sahələri  üçün  orta  ixtisaslı 

mütəxəssislər yetişdirir. 

Ali təhsil - ümumi orta təhsil, peşə təhsili, yaxud orta ixtisas 

təhsili  bazasında  qurulur.  Ali  təhsil  universitetlərdə,  institutlarda, 

akademiyalarda, konservatoriyalarda, ali hərbi məktəblərdə həyata 

keçirilir.  Ali  məktəblər  dövlət  tərəfindən  və  habelə,  müvafiq 

icazələrlə, özəl qaydada açılır. 

Ali təhsilin əsas məqsədi respublika iqtisadiyyatının, ictimai 

və mədəni həyatının müxtəlif sahələri üçün yüksək ixtisaslı, kamil 

mütəxəssislər hazırlamaqdır. Ali məktəblərdə 

71 


təhsil  əyani,  qiyabi,  eksternat  (latınca  externius  -  xarici,  kənar 

deməkdir.  Təhsil  müəssisəsində  bilavasitə  oxumayan  şəxslərin 

burada keçilən təhsil kursu üzrə imtahan verməsi sistemi) formada 

reallaşdırılır. 

Ali məktəbin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

•  dərin  elmi  biliyə,  mütərəqqi  dünyagörüşünə,  mükəmməl 

ixtisas  hazırlığına,  yüksək  erudisiyaya,  mədəniyyətə  malik 

vətəndaşlar yetişdirmək; 

•  müxtəlif  dərəcələrdən  olan  ali  təhsilli  mütəxəssislər 

hazırlamaq; 

•  gəncləri  elmi  axtarışlara  yönəltmək, onlarda təlim- idrak 

motivlərini formalaşdırmaq; 

•  elmi-metodik  ədəbiyyat,  dərslik  və  tədris  vəsaitləri 

hazırlamaq; 

•  dövlət, müəssisə və ya müvafiq təşkilatların sifarişləri ilə 

kadr hazırlamaq üçün müqavilə bağlamaq; 

•  elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; 

•  ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin 

etmək; 

•  xarici ölkələrin ali məktəbləri ilə əlaqə yaratmaq və s. 



Ali təhsil müəssisələri elmi-pedaqoji potensialı, maddi- 

texniki  imkanları  və  təmayüldən  asılı  olaraq  birpilləli  (bakalavr), 

ikipilləli  (magistratura),  üçpilləli  (doktorantura)  təhsil  verə  bilər. 

Elə ali məktəblər var ki, onlar yalnız bir pillədən ibarətdir və yüksək 

ixtisaslı mütəxəssis kadrlar hazırlayır (məsələn, Azərbaycan Dövlət 

Tibb Universiteti, Ali Hərbi Məktəb və s.). 



Birpilləli  ali  məktəblərdə  müəyyən  peşə  istiqaməti  və  ya 

konkret  ixtisaslar üzrə ali  təhsilli mütəxəssislər hazırlanır. Həmin 

pillənin məzunları ali təhsilli mütəxəssis kimi dövlət orqanlarında, 

digər  idarə,  müəssisə  və  təşkilatlarda  əmək  fəaliyyətinə  başlaya 

bilər,  yaxud  müsabiqə  yolu  ilə  istiqamət  əsasında  ixtisaslaşmalar 

üzrə ali təhsili davam etdirə bilərlər. 

Magistraturada  daha  dərin  ixtisaslaşma  aparılmaqla, 

elmi-tədqiqatçılıq  bacarıqları  formalaşdırılır.  Magistraturanı  başa 

vurduqdan sonra müdavimlər universitet və institutlarda yaradılmış 

Elmi Şuranın qərarı ilə «magistr» dərəcəsi alır. 

72 


Magistr dərəcəli mütəxəssislər ali məktəbin bakalavr pilləsində orta 

ixtisas  məktəblərində  elmi-tədqiqat  mərkəzlərində,  dövlət 

orqanlarında işləyə bilərlər. 

Magistratura  pilləsində  xüsusi  elmi  hazırlıq  səviyyəsi, 

tədqiqatçılıq  bacarıqları  ilə  fərqlənən  məzunlar  f.\ti.\a.sl(t.ş(h- 

nlmı.^-  Elmi  Şuranın  qərarı  ilə  üçüncü  pillədə  -  doktoranturada 

saxlanmağa  məsləhət  bilinir.  Və  müvafiq  imtahanlardan  sonra 

aspiranturaya  (doktoranturaya),  adyunkturaya  qəbul  edilir. 

Doktoranturanı  başa  vurmuş  şəxs  İxtisaslaşdırılmış  Elmi  Şurada 

doktorluq  dissertasiyası  müdafiə  edir.  «Dok-  tor»  elmi  dərəcəsi 

almış  mütəxəssis  ali  məktəbin  «magisira-  tura»  pilləsində, 

elmi-tədqiqat 

mərkəzlərində,  müxtəlif  pilləli  ali  təhsil 

müəssisələrində fəaliyyət göstərə bilər. 

İxtisasartırma  tn/ısili  təkmilləşdirmə  institutlarında  və 

kurslarında, habelə, bəzi ali məktəblərin nəzdində təşkil olunur. 



Sarbəst  təhsil  (öziifiiitəhsil)  insanın  müstəqil  surətdə  öz 

üzərində işləməsi, müxtəlif vasitələrlə (bədii və elmi əsərlər, dövri 

mətbuat, radio, televiziya, kino, teatr, müasir texniki vasitələr və s.) 

öz  mədəni  səviyyəsini  artırması,  görüş  dairəsini  genişləndirməsi 

deməkdir. 

3.3.  AZƏRBAYCAN RESPUBLİKASININ 

TƏHSİL QANUNU 

Azərbaycan  Respublikasının  1992-ci  ildə  qəbul  edilmiş 

Təhsil  Qanunu  respublikada  təhsil  sisteminin  inkişafında  mühüm 

mərhələ  olmuşdur.  Hazırda  Təhsil  Qanununun  yenilə.ş-  dirilməsi 

üzərində  işlər  davam  edir.  Təhsil  Qanununun  yeni  layihəsi  altı 

fəsildən ibarətdir. 

«Ümumi müddəalar» adlanan birinci fəsildə əsas anlayışlar, 

təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, təhsil 

sahəsində dövlət siyasəti, təhsilin əsas məqsədi, təhsildə fəaliyyət 

prinsipləri, vətəndaşların təhsil hüquqları, dövlət təhsil standartları, 

təlim dili və digər məsələlər şərh olunur. 

İkinci  fəsil  təhsil  sisteminin  mahiyyətini  və  məzmununu 

işıqlandırır. 

73 


üçüncü 

fasikh 

təhsil 


sisteminin 

idarə 


olunması 

məsələlərindən danışılır. 



Dördüncü  fəsil  təhsil  prosesinin  iştirakçılarının  hüquq  və 

vəzifələrinə həsr edilmişdir. 



Beşinci fəsildə təhsilin  iqtisadiyyatından,  altıncı  fəsildə  isə 

təhsil sahəsində beynəlxalq əməkdaşlıqdan bəhs edilir. 

3.4.  AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİNİN PRİNSİPLƏRİ 

Azərbaycanda  təhsil  sistemi  dövlətin  təhsil  siyasətinin 

prinsipləri  əsasında  fəaliyyət  göstərir.  Bu  prinsiplər  Təhsil 

Qanununda öz əksini tapmışdır. Azərbaycan Respublikasının təhsil 

sistemi öz işini bu prinsiplər əsasında qurur. 

•  Hüquqi 

baxımdan 

hamının 

dövlət 

standartları 

çərçivəsində təhsil almaq imkanlarına malik olması 

Respublikamızda  təhsil  almaq  sahəsində  heç  bir 

məhdudiyyət  yoxdur  və  hər  bir  vətəndaşın  təhsil  almaq  hüququ 

vardır. Təhsil - dövlət standartlarına uyğun olaraq reallaşdırılır. 

Dini  mənsubiyyətindən,.sosial  vəziyyətindən,  dilindən, 

yaşından asılı olmayaraq hamının təhsil almaq hüququ vardır. Hər 

kəs  təhsil  müəssisəsini,  təhsilin  formasını,  təlim  dilini  seçməkdə 

azaddır. 

•  Təhsilin humanist xarakteri 

Bu  prinsipin  tələbinə  görə,  təhsil  prosesində  öyrənənlərin 

maraq və meyilləri, fərdi imkanları, arzu və istəkləri nəzərə almır, 

onlara şəxsi həyat və sosial fəaliyyətləri üçün zəruri bilik, bacarıq 

və  vərdişlər  verilir,  təhsil  dövlət  hesabına  reallaşdırılır,  fasiləsiz 

təhsil  və  özünütəhsil  üçün  şərait  yaradılır,  təhsilin  iştirakçıları 

arasında  əməkdaşlıq  təmin  olunur,  gənc  nəslə  milli  və  bəşəri 

keyfiyyətlər aşılanır. 

Bir sözlə, təhsilin humanist xarakteri təhsilin məzmunundan 

tutmuş  təşkilinə  qədər  təhsilin  bütün  komponent  və 

altkomponentlərini əhatə edir. 

•  Millif  ümumbəşəri  dəyərlərin,  insan  həyatı  və 



sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması 

Bu prinsip respublikamızda təhsil sisteminin bəşəri dəyərləri 

ümumiləşdirilmiş formada özündə əks etdirməsində. 

74 


gənc  nəslin  sağlam  və  ahəngdar  inkişafı  üçün  hər  cür  şorail 

yaradılmasında,  hər  bir  insanın  öz  istedad  və  qabiliyyətlərini 

istədiyi  istiqamətdə  inkişaf  etdirmək  hüququna  malik  olmasında, 

respublikamızda  məktəbdənkənar  tərbiyə  müəssisələrinin  geniş 

şəbəkəsinin fəaliyyət göstərməsində də təzahür edir. 

•  Tahsilin humaniiarlaşdmlması 

Bu prinsip təhsil müəssisələrində humanitar fənlərə ayrılan 

saatların  artırılmasında,  məktəblərimizdə  Azərbaycan  xalqının 

mənəvi  dəyərlərinin  daha  dərindən  öyrənilməsində,  gənc  nəslin 

estetik  tərbiyəsinə  diqqət  və  qayğının  yüksəlməsində,  öyrədən  və 

öyrənənlərin  həmrəylik  və  əməkdaşlığının  inkişaf  etdirilməsində 

özünü göstərir. 

•  Təhsil sistemində vahidlik və varislik 

Təhsil  sistemində  vahidlik  və  varislik  eyni  tip  tədris 

müəssisələrinin  tədris  planı  və  proqramlarının  vahidliyində  və 

dövlət standartlarına uyğun olmasında, cəmiyyətin bütün üzvlərinin 

təhsili  üçün  eyni  şərait  yaradılmasında,  xalqımızın  mənafeyinə 

xidmət etməsində ifadə olunur. 

Təhsil sistemində varislik prinsipi onun tamlığım təmin edir 

və təhsil sisteminin pillələri arasındakı əlaqədə təzahür edir. Bu, o 

deməkdir ki, təhsil müəssisələrinin hər biri öz fəaliyyətini özündən 

əvvəlkinin  fəaliyyəti  əsasında  qurur.  Varislik,  həmçinin,  hər  bir 

təhsil  alanın  ixtisası  üzrə  təhsilin  sonrakı,  daha  yüksək  pilləsinə 

keçmək imkanının olmasında ifadə olunur. Nəticə etibarilə, təhsil 

sisteminin vahidliyi və tamlığı təmin olunur. 

•  Dövlət təlim-tərhlyə müəssisələrində təhsilin diinyəviUy 

Dünyəvilik prinsipi təhsil alanlara gerçəklik haqqında 

real, obyektiv, düzgün elmi biliklər verilməsinə əsaslanır. 

•  Təhsilin 

demokratikləşdirilməsi 

və 

dövlət-ictimai 

xarakter daşıması 

Bu prinsip cəmiyyətimizin üzvlərinin təlim dilini və təhsilin 

formasını  seçməkdə  sərbəst  olmasında,  təhsil  alanların  arzu  və 

maraqlarına  uyğun  peşə-ixtisas  seçməsində,  öz  istedad  və 

qabiliyyətlərini  təkmilləşdirmək  imkanlarının  olmasında,  təhsilin 

keyfiyyətinin  daim  yüksəldilməsi  istiqamətində  iş  aparılmasında, 

tədris-tərbiyə 

müəssisələrində 

özünüidarə 

orqanlarının 

yaradılmasında, tədris-tərbiyə müəssisələrində 

75 


təlim-tərbiyə  işlərinin  müvafiq  şuralar  tərəfindən  idarə 

olunmasında,  hər  bir  məktəbin  öz  müəllimini  seçmək  hüququna 

malik  olmasında,  tədris-tərbiyə  müəssisələrinin  rəhbərləri, 

müəllimlər  və  təhsil  alanlar  arasında  demokratik  münasibətlərin 

qurulmasında,  öyrənənlərin  pedaqoji  prosesin  mərkəzinə 

qoyulmasında ifadə olunur. Bir sözlə, bu prinsip təhsil sisteminin 

demokratik əsaslar üzərində qurulmasını təmin edir. 

Təhsilin  demokratikləşdirilməsi  dövlətin  təhsillə  bağlı  irəli 

sürdüyü demokratik qanunlara riayət etmək əsasında reallaşdırılır. 

•  Tuhs'ilin fardihşdminmi

 ra 

diferensiallaşdırılması 

Təhsilin diferensiallaşdırılması təhsil alanların fərdi im

kanları 

və  psixoloji  xüsusiyyətləri  əsasında  həyata  keçirilir. 

Diferensiallaşdırma 

təhsilin, demək olar ki, bütün mərhələlərində özünü göstərir. 

•  Tdbsil sisteminin açıqlığı 

Bu o deməkdir ki, Azərbaycanda dövlət orqanları ilə bərabər, 

ictimai  təşkilatlar,  kooperativlər,  ayrı-ayrı  vətəndaşlar  təhsilin 

inkişafına  yaxından  kömək  edir,  onun  yeniləşməsi  və 

təkmilləşdirilməsi 

üçün 


şərait 

yaradır, 

tədris-tərbiyə 

müəssisələrinin  normal  fəaliyyət  göstərməsinə  himayədarlıq  edir. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, təhsil üçün ayrılan maliyyə 

vəsaitinə vergi qoyulmur. 

Hazırda  Azərbaycan  təhsil  sistemində  dünya  standartlarına 

uyğun  istiqamətdə  ciddi  islahatlar  aparılır.  Azərbaycanda  təhsil 

islahatlarının  reallaşdırılmasmda  ümummilli  liderimiz  H.Əliyevin 

böyük  rolu  olmuş,  onun  tərəfindən  verilmiş  «Azərbaycan 

Respublikasının təhsil sahəsində İslahat Proq- ramı» (1999-cu il) isə 

bu  sahədə  bütün  konseptual  göstərişləri  özündə  əks  etdirmişdir. 

Proqramda  respublikamızın  təhsil  sisteminin  dünya  standartlarına 

uyğunlaşdırılması,  ümum-  təhsil  məktəbləri  üçün  dünya 

standartlarına  uyğun  proqram  və  dərsliklərin  hazırlanması,  ali 

məktəblərdə  struktur  və  məzmun  dəyişikliklərinin  edilməsi,  ali 

təhsil müəssisələrində çoxbalh qiymətləndirmə sisteminə keçilməsi, 

təhsilin bütün sahələrində əsaslı islahatlar aparılması, respublikanın 

aparıcı  ali  məktəblərinə  müstəqillik  statusu  verilməsi  və  digər 

fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 

76 


3.5.  DÜNYA

 TƏHSIL 


SİSTEMİNİN

 

İNKİŞAF



 

STRATEGİYASI:

 

İNTEQRASİYA



 

 



UNİFİKASİYA

 

PROBLEMLƏRİ 



Müasir  dünya  təhsil  məkanı  məqsəd  və  vəzi  (ələrinə. 

səviyyəsinə və keyfiyyətinə görə müxtəlif təhsil sistemlərini özündə 

birləşdirir.  Hər  bir  ölkənin  təhsil  sistemi  özünəməxsus 

xüsusiyyətləri qoruyub saxlasa da, dünya təhsil sistemi vahid, tam 

bir sistem təşkil edir və burada qlobal tendensiyalar nəzərə çarpır və 

bu  tendensiyalar  sırasında  ali  təhsil  müəssisələrinin  şəbəkəsinin 

genişləndirilməsi, 

ali 


məktəbin 

tədris 


proqramlarının 

yeniləşdirilməsi  və  korrektə  edilməsi,  ali  təhsilin  mobilliyinin 

artırılması,  dünya  təhsil  sistemlərinin  qarşılıqlı  yaxınlaşması, 

«Avropa eyniliyinin» və «vətəndaşiığı- nın» təmin edilməsi; xarici 

dillərin  öyrənilməsinin  genişləndirilməsi,  təlimin  keyfiyyətinə  və 

kadr  hazırlığına  yüksək  tələblər  verilməsi,  təhsilə  ayrılan  dövlət 

büdcəsinin  artırılması,  yüksək  ixtisas  təhsilinə  keçilməsi,  təhsil 

sahəsində  dövlətlər-  arası  əməkdaşlığın  gücləndirilməsi,  dünya 

təhsilinin  humanitar  tərkibinin  əsaslı  surətdə  artırılması, 

şəxsiyyətyönümUi  təhsilə  üstünlük  verilməsi,  dünya  təhsil 

məkanının polimədən! və sosial yönümlü olması kimi istiqamətləri 

göstərmək olar. Müasir  dövrdə dünya təhsil sisteminə  «bazar»  və 

«salıib-  karlıq»  baxımından  yanaşılması  prioriteti  də  qeyd 

edilməlidir. 

Qlobal  və  regional  xarakteri  ilə  fərqlənən  dünya  təhsil 

sisteminin  əsas  məqsədi  insanı  gələcəkdə  gözləyən  problemlərin 

səmərəli  həlli  yollarına  istiqamətləndirmək,  onda  işgüzarlıq  və 

sahibkarlıq  keyfiyyətləri  aşılamaq,  onu  proqnozlaşdırma, 

modelləşdirmə,  layihələşdirmə  və  yüksək  səviyyəli  peşə  ixtisas 

fəaliyyətinə hazırlamaqdır. 

İnsanlarda irqlərə, dinlərə, sosial quruluşlara, onların mədəni 

ənənələrinə  tolerant  münasibət  tərbiyə  etmək,  böyük  və  kiçik 

etnosların  tolerant  birgəyaşayışını  təmin  etmək,  polimədəni 

tərbiyəyə 

diqqəti 

artırmaq, 

dünya 

təhsil 


sisteminin 

prioritetlərindəndir. 

Müstəqil, demokratik respublikamız dünya təhsil sistemində 

baş  verən  inteqrativ  və  unifikasiya  (uni  +  latınca  facio  -  edirəm 

deməkdir.  Vahid  şəklə,  formaya,  yaxud  sistemə  salma) 

proseslərindən geri qala bilməz. O, millinin 

77 


üzərində  özünün  polimədəni  və  sosial  yönümlü  ləhsil  məkanını 

formalaşdırır. 

Qloballaşdırma  təcrübəsi  dünyanın  digər  regionlarında 

olduğu  kimi  Azərbaycanda  gedən  proseslərə  öz  pozitiv  təsirini 

göstərir. Respublikamızda bu istiqamətdə ciddi iş gedir, islahatlar 

aparılır. Azərbaycan sürətlə müasir dünya təhsil məkanına qoşulur, 

çox  mürəkkəb,  lakin  tam,  bütöv  bir  sistem  olan  dünya  təhsil 

sistemini qoruyub saxlamaq, möhkəmləndirmək, təkmilləşdirmək, 

polietnik tərbiyə mədəniyyətlərinin qarşılıqlı əlaqəsini təmin etmək 

istiqamətində məqsədyönlü fəaliyyət göstərir. 

Respublikamızın  bütün  sosial  ictimai  həyatında  baş  verən 

köklü  dəyişikliklər  milli  təhsil  sistemində  də  öz  əksini  tapır. 

Təhsilin 

hıımanistb^iUrilnwsi, 

humcmitarkı^cimhnast, 

demokrcıtikbşdirilnhxsi,  diferemialla^dınlması  vinteqrasiyası 

kimi prinsiplər milli və bəşəri dəyərlərə əsaslanan təhsil sistemimizi 

yaratmağa,  təhsil  alanların  pedaqoji  prosesin  bərabər  hüquqlu 

subyekti kimi formalaşmasına real şərait yaradır. 

Olduqca mürəkkəb və çoxparametrli sistem olan təhsilimiz 

dünya  təhsil  sisteminə  daha  artıq  dərəcədə  inteqrasiya  edir, 

keyfiyyət  göstəriciləri  dövlət  standartlarına  uyğunlaşdırılır, 

keyfiyyətin  daha  dəqiq,  obyektiv  ölçülməsi  üçün  yeni,  həm  də 

etibarlı  qiymətləndirmə  mexanizmləri  yaradılır,  hüquqi-normativ 

bazanın,  maliyyə  ehtiyatlarının  yaradılması  ön  plana  çəkilir, 

monitorinqlər aparılır, pedaqoji proses daha dəqiq qiymətləndirilir, 

idarəetmənin  dövlət-ictimai  və  ictimai-  dövlət  xarakteri 

müəyyənləşdirilir.  Yeni  sertifikatlatfdırma  (fransızca  certificat, 

latınca sertifiko - təsdiq edirəm deməkdir. Müəyyən bir faktı təsdiq 

edən  sənəd),  lisenziyalaşdırma  (latınca  licentia  -  azadlıq,  hüquq 

demıəkclir), attestasiya (latınca attestatio - şəhadətnamə deməkdir. 

Təhsil alanın, yaxud işçinin bilik səviyyəsinin, ixtisasının müəyyən 

edilməsi)  və  akkreditasiya  (accreditivis  -  vəkalətnamə  deməkdir) 

sistemləri  yaradılır,  təlim-tərbiyə  prosesinin  məzmun  və  formaca 

effektiv  olması  istiqamətində  axtarışlar  aparılır,  tədris 

müəssisələrinin  fəaliyyətinin  proqnozlaşdırılması  məqsədilə 

modellər hazırlanır. 

7S 


Sivilizasiyanın  müasir  inkişaf  səviyyəsində  Azərbaycan 

təhsil  sistemi  dünya  təhsil  sisteminə  intensiv  surətdə  inteqrasiya 

edir  və  bu,  hər  şeydən  əvvəl,  təhsilin  məzmununun  dünya 

standartlarına  uyğunlaşdırılmasmda,  təhsilin  məzmunun  elmin  və 

texnikanın  tərəqqisinə  müvafiq  qurulmasında,  pedaqoji  prosesdə 

müasir  informasiya-kommunikasiya  texnologiyalarından  istifadə 

olunmasında özünü göstərir. Tədris  prosesinə  yaradıcı münasibət, 

yeni  pedaqoji  təfəkkürün  formalaşmasına,  müasir  tələblərə  cavab 

verən mütərəqqi metodların yaradılmasına şərait yaradır. 

Təhsil  sistemi  açıq  bloklar  sisteminə  daxil  olduğundan 

Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf prioritetlərini 

dünyada gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir, 

inteqrasiya  prosesi  -  respublikamızda  aparılan  təhsil  islahatlarının 

ana xəttini təşkil edir. 

2010-cu  ilədək  Azərbaycan  təhsil  sisteminin  Avropa  təhsil 

məkanına  inteqrasiyasının  inkişaf  perspektivləri  aşağıdakı  kimi 

müəyyənləşdirilmişdir: 

•  Avropanın norma və standartlarına uyğun olaraq ali təhsil 

sahəsində  qanunvericilik  sənədlərinin  hazırlanması  və  qəbul 

edilməsi; 

•  «Boloniya  prosesi»nin  şərtlərinə  uyğun  olaraq  ali  təhsil 

sektorunda islahatların aparılması; 

•  Avropa Şurasının təhsil və ali təhsil-tədqiqat komitələrinin 

təşəİ3büsü ilə həyata keçirilən proqramlarda iştirak etmək; 

•  Vahid 

Avropa 


təhsil 

məkanına 

inteqrasiyanı 

sürətləndirmək  məqsədilə  informasiya  və  təcrübə  mübadiləsini 

dəstəkləmək. 

Ümumavropa  ölkələrinin  təhsil  sistemlərinin  beynəlxalq 

müqayisəetmə 

və 


onlar 

arasındakı 

ekvivalentliyi 

müəyyənləşdirmək üçün iki əsas mərhələli sistemə ehtiyac vardır; 

•  dərəcəyə  cjədərki  mərhələ,  başqa  sözlə,  ilk  akademik 

dərəcəyə qədərki təhsil (bakalavriat); 

•  dərəcədən  sonrakı  mərhələ,  başqa  sözlə,  ilk  akademik 

dərəcə alandan sonrakı təhsil (magistratura). 



Dərəcəyəqədərki  mərhələdə  (bakalavriatda)  tələbələrin 

diversifikasiya edilmiş proqramlara çıxmaq imkanları olma- 

79 


İldir,  yəni  təhsil  alanlar  bu  mərhələdə  fənlərarası  məşğələlərdə 

iştirak  etmək,  bir  və  ya  bir  neçə  xarici  dil  öyrənmək,  yeni 

informasiya texnologiyalarından istifadə etmək imkanlarına malik 

olmalıdırlar. 

Birinci  mərhələdə  təhsil  müddəti  3  ildən  az,  4  ildən  çox 

olmamalıdır. 

Dərəcədən  sonrakı  mərhələdə  (magistraturada)  çox  geniş 

seçim  imkanları  olmalıdır.  İkinci  mərhələdə  təhsil  müddəti  1-2  il 

nəzərdə tutulur. Bu mərhələnin  yekununda təhsil alanlara magistr 

dərəcəsi verilir. Doktorluq dərəcəsi almaq üçün təhsilin müddəti 7-8 

il olmalıdır. Təhsilin üçüncü mərhələsinin sonunda təhsil alanlara 

doktor dərəcəsi verilir. 

Həm  dərəcəyəqədərki,  '  həm  də  dərəcədən  sonrakı 

mərhələlərində  tələbələr  müstəqil  təlim-idrak  fəaliyyətinə  və 

tədqiqatçılıq  işlərinə  istiqamətləndirilməlidir.  Hər  iki  mərhələdə 

təhsil  alanların  təhsilin,  heç  olmasa,  bir  semestrini  öz  ölkəsindən 

xaricdə hər hansı  bir  identik (latınca  identijicare  - eyniləşdirmək, 

identicus  -  eynilik  deməkdir)  tədris  müəssisəsində  davam  etdirə 

bilməsi  təmin  olunmalıdır.  Ümumiyyətlə,  təhsilin  müasir  yüksək 

inkişaf  səviyyəsində  öyrədən  və  öyrənənlərin  mobilliyiıw  xüsusi 

diqqət verilməlidir. 

Təhsilin  hər  üç  mərhələsində  (bakalavriat,  magistratura, 

doktorantura) ali təhsil sistemi üçün ixtisasların razılaşdırılmış və 

uyğunlaşdırılmış  strukturlarının  yaradılması  məqsədilə,  tədris 

proseslərinin  səviyyəsi  və  nəticələri,  istiqamətləri,  profil  və 

kompetensiyalar  (insana  müvafiq  fəaliyyəti,  norma  və  qaydaları 

adekvat  surətdə  dərk  etməyə  imkan  verən  bacarıqlar)  və  onların 

vahid  kriteriyaları  yaradılmalıdır.  Bu  əsasda  da  ümumavropa  ali 

təhsil  məkanı  üçün  ümumiləşdirilmiş  ixtisaslar  strukturu  işlənib 

hazırlanmalıdır. 

Azərbaycan  Respublikası  özünün  ali  təhsil  sistemini 

ümumavropa  standartlarına  uyğunlaşdırmaq  üçün  aşağıdakıları 

reallaşdırmağa çalışır: 

• İkipilhli ali tahsil sisteminin tatbiq 

Avropa  ali  təhsil  zonası  üçün  ali  təhsilin  bütün  ölkələrdə 

vahid formalı strukturuna keçid məqsədilə Azərbaycanda artıq neçə 

ildir  ki,  dövlət  tərəfindən  təsdiq  olunmuş  ixtisas  klassifikatoruna 

uyğun olaraq ali təhsilli mütəxəssis hazırlığı 

80 


iki mərhələdə həyata keçirilir: bakalavriat 

-2 il. 


4 il; magistratura 

•  Akademik ra elmi dərac^brin miiayyaiıhşäirilmasi 

Dünyanın bir çox ölkələrinin ali təhsil və ondan sonrakı 

mərhələdə  akademik  və  elmi  dərəcələrinin  strukturu,  sertifikat  və 

diplomların forma və xüsusi çəkisi ilə bağlı mövcud reqlamenthrin 

öyrənilməsi  nəticəsində  belə  bir  qənaətə  gəlinmişdir  ki,  müxtəlif 

ölkələrdə  akademik  və  elmi  dərəcələrin  reqlamentlərində  bir  çox 

oxşar cəhətlər vardır. Bununla belə, elə iki ölkə tapmaq mümkün 

deyil  ki,  onların  təhsil  modellərində  diplomlar  və  onların  əldə 

olunması üçün qoyulan şərtlər üst-üstə düşsün. Ayrı-ayrı ölkələrdə 

7u^i/cr//avr,  magistr,  falsafa  doktoru,  elmlər  doktoru,  mütəxəssis, 

lisenziat,  tədqiqatçı  və  s.  kimi  dərəcələri  özündə  əks  etdirən  və 

müxtəlif  kriteriyalarla  səciyyələnən  təhsil  sənədləri  mövcuddur. 

«Boloniya  prosesi»  iştirakçısı  olan  ölkələr  bu  problemin 

müvəffəqiyyətli həllinə xüsusi diqqət yetirirlər. 

«Boloniya  prosesi»  çərçivəsində  ümumavropa  modelinə 

maneəsiz,  daha  asan,  daha  çevik  keçid  məqsədilə  Azərbaycanda 

uzun  illər  boyu  elmlər  namizədi  və  elmlər  doktoru  strukturu  ilə 

fəaliyyət göstərən elmi-pedaqoji kadr hazırlığı sistemindən fəlsəfə 

doktoru  və  elmlər  doktoru  modelinə  keçid  ideyası  meydana 

gəlmişdir. 

•  Kredit sisteminin tətbiqi 

Bu  müddəaya  əsasən  milli  ali  təhsil  sistemlərində  tədris 

prosesinin  ağırlığı  kreditlərlə  (latınca  creditum  -  borc  deməkdir) 

müəyyənləşdirilir  və  bu  məqsədlə  Kreditlərin  Köçürülməsi  üzrə 

Avropa Sisteminə (ECTS) uyğun sistemin tətbiqi təklif olunur. Bu 

isə «ömrü boyu təhsil» konsepsiyasını reallaşdırmaq və konsepsiya 

çərçivəsində müvafiq model hazırlamaq imkanı yaradır. 

«Kreditlər» modeli təhsil alanlara yönəldilir və onların ömrü 

boyu təhsil prosesində iştirak etmək imkanlarını genişləndirir. Bu 

modeldən istifadə olunduqda «kursda qalma», «xaric olma», «bərpa 

edilmə» və s. kimi ifadələr leksikondan çıxır. Bu isə hər bir tələbəyə 

onun  üçün  sərfəli  olan  vaxtda  müəyyən  standartlar  çərçivəsində 

kredit ballarını toplamaq 

81 


məqsədilə  müvafiq  bilik  və  bacarıq  attestasiyasından  keçməyə 

şərait yaradır. Bütün bunlar üçün vaxt limiti qoyulmur. 

Uzun illər «beş ballı» sistemlə qiymətləndirmə aparılan bir 

ölkədə birbaşa kreditlər sisteminə keçid heç də asan iş deyil. Odur 

ki,  1998-ci  ildən  başlayaraq  Azərbaycanın  ali  təhsil  sistemində 

çoxballı  qiymətləndirmə  mexanizmləri  tətbiq  edilməkdədir. 

Respublikamızın  bir  çox  ali  məktəbləri  qiymətləndirmənin  bu 

təcrübəsini  müvəffəqiyyətlə  həyata  keçirir.  Qiymətləndirmənin 

çoxballı  mexanizmi  ənənəvi  qiymətləndirmə  mexanizmi  ilə 

müqayisədə bir sıra üstünlüklərə malikdir: 

- çoxballı 

sistem 


təhsil 

alanların 

biliyinin 

qiymətləndirilməsinə obyektiv-demokratik yanaşmanı təmin edir; 

- çoxballı 

qiymətləndirmə 

mexanizmində 

«təsadüfı» 

qiymətləndirmə hallarına yol verilmir; 

- tələbə semestr boyu, fəaliyyət göstərərək ballar toplayır; 

- tələbə  tədris  fənnini  mənimsəmə  səviyyəsini  nümayiş 

etdirmək üçün geniş imkanlara malik olur. 

Beləliklə,  məlum  olur  ki,  çoxballı  sistemdə  də  «kreditlər» 

modelində olduğu kimi «toplayıcı model»ə üstünlük verilir. Bütün 

bu  proseslər  Azərbaycanın  ali  təhsil  sistemində  «kreditlər» 

modelinin tətbiqi üçün əlverişli şərait yaradır. 

•  Təhsilin keyfiyyətinə nəzarət 

Müasir dövrdə keyfiyyət göstəriciləri tələbələrin təhsil aldığı 

dövrdə qazandıqları bilik, bacarıq və vərdişlərin inkşaf səviyyəsinə 

uyğun müəyyənləşdirilir. 

Transmilli təhsil standartlarına uyğun olaraq Azərbaycan ali 

təhsil  müəssisələrinin  akkreditasiya  və  attestasiyası  mexanizmləri 

tətbiq  edilir.  2004-cü  ildə  Azərbaycan  hökuməti  tərəfindən  ali  və 

orta  ixtisas  təhsili  müəssisələrinin  attestasiya  və  akkreditasiyası 

haqqında  normativ  hüquqi  sənəd  -  Əsasnamə  təsdiq  olunmuşdur. 

Əsasnamədə  kollegial  qərarçıxarma  modellərinə  üstünlük  verilir. 

Azərbaycanın  ali  təhsil  sistemində  yaradılmış  akkreditasiya 

mexanizmi  strateji  baxımdan  son  dərəcə  əhəmiyyətlidir  və 

Azərbaycanın Ümumavropa məkanına inteqrasiyası üçün real şərait 

yaradır. 

•  Mobilliyin genişləndirilməsi 

82 


Ali  təhsil sistemində  mobütik (latınca  ınohilis -  mütəhərrik 

deməkdir)  deyildikdə,  sərbəst,  çevik  hərəkət  başa  düşülür.  Təhsil 

alanlar və təhsil verənlər (professor-müəllim heyəti), habelə digər 

kadr korpusunun qarşılıqlı əməkdaşlığının və qarşılıqlı öyrənmənin 

dərinləşdirilməsini təmin edilməsi məqsədilə, mobillik, başqa sözlə, 

sərbəst çevik hərəkət genişləndirilməlidir. 

Azərbaycan  Respublikası  öz  müstəqilliyini  bərpa  etdikdən 

sonra  ölkəmizdə  bir  çox  xarici  Ölkələrin  səfirlikləri,  daimi 

nümayəndəlikləri  açılmış,  xarici  Ölkələrdə  isə  respublikamızın 

diplomatik  korpusları  fəaliyyətə  başlamışdır.  Bu  da  Azərbaycan 

vətəndaşlarının  xarici  ölkələrə  getməsi  üçün  xeyli  sadələşdirilmiş 

və  asanlaşdırılmışdır.  Həm  də  xarici  vətəndaşların  da 

respublikamıza  problemsiz  gəlməsi  üçün  real  şərait  yaradılmış, 

sovet dövrünə xas olan «Çin səddi» aradan qaldırılmışdır. 

•  Qanunvericilik bazasının yaradılması 

Respublikamızda ali təhsil sahəsində Avropa məkanının 

norma  və  standartlarına  uyğun  yeni  qanunvericilik  sənədləri 

hazırlanmaqdadır. Transmilli  qanunvericilik  aktları ali təhsildə ən 

müasir,  mütərəqqi  yanaşmalara,  yaradıcı  münasibətlərə,  yeni 

pedaqoji təfəkkürə, müasir modellərə və parametrlərə əsaslanır. 

•  Doracahrin tanınması 

Bu,  o  deməkdir  ki,  ali  təhsil  sistemində  dəqiq  müqayisə- 

edici dərəcələr müəyyənləşdirilməlidir. 

Azərbaycanın  ali  təhsil  sistemində  artıq  bir  neçə  ildir  ki, 

təhsili  başa  çatdıranlara  diploma  əlavə  edilən  xüsusi  sənəd  də 

verilir.  İşə  götürənlər  diploma  standart  formalı  əlavələri  də  qəbul 

etməlidirlər. Əlavə sənəd geniş yayılmış Avropa dillərirıin birində 

yazılmalıdır. 

Ümumavropa  standartları  müəyyənləşdirildikdən  sonra 

«Boloniya prosesi»nə qoşulan bütün ölkələr kimi respublikamızda 

da  ali  təhsilin  məzmununda  «ümumi  standartlara  riayət  olunma» 

tələbi əsas götürüləcəkdir. 

Sosial deformasiyalar, müasir və proqnozlaşdırılan planetar 

təhlükələr,  «həyəcan  təbilləri»  təhsil  nəzəriyyəsində  və 

praktikasında dərin dəyişikliklər etməyi tələb edir. Bunun- 

83 


hı  əlaqədar  yeni  əsrin  təhsil  sistemi  proqnozlaşdırılmalı,  nəzəri 

cəhətdən  əsaslandırılmalı',  təhsil  siyasəti  və  strategiyası 

modernləşdirilməlidir.  Təhsil  sistemində  dəyərli  nə  varsa, 

qorunmalı  və  inkişaf  etdirilməli,  yeniləşdirilməli,  yaxud 

dəyişdirilməlidir.  Təhsilin  inkişaf  qanunauyğunluqlarına  və 

tendensiyalarına  əsaslanaraq  dövlətin  təhsil  siyasəti,  təhsilə  yeni 

yanaşma tərzləri müəyyənləşdirilməlidir. 

Son  dövrlərdə  yenilikçi-pedaqoq  alimlər  tərəfindən  onlarla 

pedaqoji 

sistemlər 

təklif 

olunmuş, 



fəhsilin 

yeni-yeni 

qanunauyğunluqları  müəyyənləşdirilmişdir-*"Bütün  bu  yeniliklər 

aşağıdakı xüsusiyyətləri özündə ehtiva edir: 

•  həmin  yeniliklər  cəmiyyətin  tələblərindən  irəli  gəlmişdir 

və pedaqoji ictimaiyyətin situativ reaksiyasının məhsuludur; 

•  pedaqoji  nəzəriyyənin  kifayət  qədər  mükəmməl  və 

əsaslandırılmış olmamasının təzahürüdür; 

•  pedaqoji  nəzəriyyənin  fəlsəfi-metodoloji  əsaslarının 

kifayət qədər işlənməməsinin nəticəsidir; 

•  vahid  konseptual  sistemin  olmaması  -  situativ,  fraq- 

mentar  nəzəriyyələrin  vəhdətini  təmin  etməyə,  zəngin  pedaqoji 

təcrübəni formalaşdırmağa imkan vermir; 

•  təhsilin biri-birini tamamlayan (biri-birinə zidd olmayan) 

kateqoriyalar, qanunauyğunluqlar toplusunun olmaması. 

Göstərilən nöqsanları aradan qaldırmadan, təhsilin və təhsil 

sisteminin  qanunauyğunluqlarını  dərk  etmədən,  mükəmməl 

doktrina  (elmi,  fəlsəfi,  siyasi  nəzəriyyə)  yaratmadan  təhsil 

sahəsində dövlət siyasətini düzgün formalaşlırmaq mümkün deyil. 

Dövlət, hər şeydən əvvəl, təhsil sahəsində öz strategiyasım 

(yunanca  strateqos,  stratos  -  qoşun,  aqo  -  aparıram  deməkdir.  İki 

mənada  işlənir.  Birinci,  hərb  sənətinin  tərkib  hissəsi,  onun  ən 

mühüm  sahəsi,  ikinci,  ictimai-siyasi  mübarizəyə  düzgün  və 

perspektiv  (uzaq)  proqnozlara  əsaslanan  rəhbərlik  sənəti) 

müəyyənləşdirməlidir. 

Maraqlıdır 

ki, 

insanın 


və.sivilizasiyanın 

inkişafın 

keyfiyyətcə  yeni  mərhələyə  qalxması  ilə  təkcə  proseslər  deyil, 

anlayışlar da qloballaşır. Bu gün strategiya anlayışı təhsilə də aid 

edilir. Təhsilin inkişaf strategiyası tarixin irəli sürdüyü 

8A  


suallara,  planetar  çağırışlara,  dünyanı  bürüyən  təhlükələrə  cavab 

vermək iqtidarında olmalıdır. 

7>/7.y/7 

strategiyası  -  təhsil  fəlsəfəsinin  struktur 

elementidir,  onun  qanunlarına  və  prinsiplərinə  istinad  edir,  gənc 

nəslin  müstəqil  həyata  hazırlığının  nəzəriyyəsi  və  praktikası  ilə 

bağlı  məsələləri  əhatə  edir,  təhsilin  tendensiyalarım  etibarlı, 

uzunmüddətli  proqnozlar  əsasında  layihələşdirir.  Təhsilin 

fəlsəfəsinə, 

onun 

konseptual 



müddəalarına 

və 


ümumi 

qanunauyğunluqlarına  dövlət  səviyyəsində  istinad  etmək  -  təhsil 

siyasətidir. 

Siyasət  təhsil  fəlsəfəsinin  dövlətin  idarəetmə  fəaliyyətində 

əxzidir.  Deməli,  təhsil  fəlsəfəsinin  prinsipləri  eyni  zamanda 

dövlətin təhsil strategiyasının prinsipləridir. 

Təhsil  strategiyası  -  dövlət  siyasətinin  son  dərəcə  mühüm 

sferası  olmaqla  və  bilavasitə  dövlət  siyasətinin  məqsədləri  ilə 

müəyyənləşir. Siyasət, təhsil strategiyası qarşısında vəzifələr qoyur, 

strategiya  isə  onları  reallaşdırmağın  yollarını  müəyyənləşdirir, 

həyata 

keçirilməsi 



mexanizmi 

göstərir. 

Təhsilin 

qanunauyğunluqlarına və tendensiyalarına istinad etməklə dövlətin 

yürütdüyü  .siyasət  onun  inkişafının  əsas  istiqamətlərini,  strateji 

məqsədlərini müəyyən edir. 

Strateji  məqsədlər  -  proqnozlaşdırılmış,  uzunmüddətli 

məqsədlərdir. 

Son  illərdə  dünyada  təhsil  sistemini  təkmilləşdirmək 

məqsədilə milli doktrinalar, proqramlar, təhsilin modernləşdirilməsi 

konsepsiyaları  yaranmış,  yeni  təhsil  standartlarının  yaradılması 

ideyası  irəli  sürülmüşdür.  Təhsilin  standartlaşdırılması  və  təhsil 

standartlarının permanent (fransızca permanent, latınca permaneo - 

qalıram,  davam  edirəm,  fasiləsiz  davam  edən,  daimi  deməkdir) 

modernləşdirilməsi fikri artıq birmənalı şəkildə qəbul edilir. O fikir 

də  mübahisə  doğurmur  ki,  yeni  təhsil  standartları  yalnız  təhsilin 

məzmununun yeniləşdirilməsi əsasında yaradıla bilər. 

Dövlətin  təhsil  strategiyası  reallaşdırılarkən  aşağıdakı 

prinsipial xüsusiyyətlərə (bunu əsas prinsiplər də hesab etmək olar) 

istinad edilməlidir: 

• təhsilin universal və fundamental xarakteri; 

85 


•  təhsil prosesində şəxsiyyətin fərdiləşdirilməsi və 

sosializasiyası (ictimailəşdirilməsi); 

•  təhsilin kompotentliyi (professionallığı və əxlaqiliyi); 

•  humanistləşdirmə və humanitarlaşdırma; 

•  təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti. 

Bu  prinsiplər  biri-birilə  və  təhsil  qanunları  {ümumilik, 



obyektivlik  va  tamlıq,  təhsilin  inkişaf  komponentlərinin  biri- 

birindən  asılılığı)  ilə  vəhdətdə  təhsil  strategiyasının  əsas 

mahiyyətini ifadə edir. 

Təhsil strategiyasının hər bir prinsipi həm ayrılıqda, həm də 

vəhdətdə kompleks həyati problemlərdən, sistemli siyasətin nəticəsi 

kimi özünü göstərir. 

Bütöv, tam, uzunmüddətli sistemə daxil edilən dolayı, 

situativ məqsədlər, imitasiyalar (latınca imitatio - təqlid, 

yamsılama, saxta deməkdir) təhsilə, cəmiyyətə, insani 

münasibətlərə dağıdıcı təsir göstərir. Bu neqativ halın qarşısını 

almaq üçün fəaliyyət prosesində yuxarıda qeyd edilən dövlət təhsil 

strategiyaları (prinsipləri) əsas götürülməlidir. Bu strategiyaların 

qısa şərhini verək. 



Təhsil strategiyasının (təhsilin inkişafının) universallığı və 

fundamentallığı prinsipi.

 

Universallıq və fundamentallıq hər bir 



insanın və bütövlükdə hər bir sivilizasiyanın təhsili kimi, vahid 

prosesin müxtəlif tərəfləridir. Universallıq - təhsili və onun 

strategiyasını miqyas, həcm, məişətə uyğunluq baxımından 

xarakterizə edir. Fundamentallıq - qanunların, proseslərin, 

tendensiyaların qavranılması və dərk edilməsini, məişətə nüfuz 

etməsini nəzərdə tutur. Universal ölçü olmadan fundamentallıq 

təhsildə və tərbiyədə nöqsanlara gətirib çıxarır. 

Elmin öyrəndiyi qanunauyğunluqlar tədris fənlərində qapalı 

tədris materialı kimi təqdim edilir. Öyrənən onu 

(qanunauyğunluğu) dünyanın təbii inkişafının təzahürü kimi qəbul 

edə bilmir. Filosofların təbirincə desək, tədris fənninin öyrənilməsi 

prosesində təhsil alanlar gerçəklik və onun komponentləri haqqında 

fraqmentar biliklər əldə edirlər. Həyatın mahiyyəti isə dərk 

olunmur. Mövcud düşüncə tərzi gerçəkliyin daimi, dərin, ümumi, 

sistemli əlaqələrini anlama- 

86 


ğa mane olur. Qanun yığcam şəkildə ifadə olunmuş sistemtö- rədici 

bilik kimi qavranılmır. 

Bu neqativ halların qarşısını almaq üçün təhsilin məzmunu 

və  təhsil  standartları  müəyyənləşdirilərkən  dialekti-  kanm  üç 

mühüm  qanunu  əsas  götürülməlidir.  Çünki  bu  qanunlar  vəhdətdə 

idrakın əsasını təşkil edən üç suala cavab verir; üçün? Nec^? Hara? 

Bu suallara verilən cavablar təbiət, cəmiyyət və təfəkkürün inkişaf 

strukturunu  -  doktrinasını  əsaslandırmağa,  inkişafın  nxdnbayini, 



mahiyyatini və istiqamdüni müəyyənləşdirməyə imkan verir. 

Obyektiv  gerçəklik  -  fəlsəfə  vasitəsi  ilə  dövlətə  və 

bütövlükdə  cəmiyyətə,  həm  də  pedaqogikaya  dünya  təhsil 

strategiyasının  tamlığı  və  vahidliyinin  təmin  edilməsi  sifarişini 

verir.  Universallıq  və  tamlıq  bu  gün  biri-biri  ilə  kəskin 

ziddiyyətdədir. Gerçəklik haqqında birləşdirilməsi çətin olan, xırda 

«hissəciklər»dən  ibarət  biliklərlə  didaktikanın  tələbləri  arasında 

ziddiyyətlər  mövcuddur.  Fərd  parçalanmış,  biri-birindən  təcrid 

olunmuş  bilikləri  tam  mahiyyəti  ilə  vəhdətdə  qavramaq  imkanına 

malik deyil. Necə deyərlər, «insan ağacların arxasından meşəni görə 

bilmir». 

Təhsilin  vahidliyi  və  tamlığı  strategiyası  konseptual 

biliklərin yaradılması, tədris fənlərinin konsentrik quruluşu, tədris 

bloklarının təbiət, cəmiyyət, insan və təfəkkür haqqında biliklərin 

fəlsəfi ümumiləşdirmələrlə əvəz edilməsi tendensiyalarını doğurur. 

Konseptual  biliklərin  yaradılması  tendensiyaları  müxtəlif 

formalarda  təzahür  edir.  Məsələn,  dövbt  ləhsil  standartlarında 

ümummədəni blokda fəlsəfəyə; təbii-elmi blokda isə təbiətşünaslıq 

konsepsiyasına ayrılan saatlar ciddi surətdə müəyyənləşdirilmişdir. 

Universal-fundamental  strategiya  müasir  tarixi  şəraitdə 

təhsilin  bütün  struktur  elementlərinin  inkişafını,  insanın  fiziki, 

mənəvi  keyfiyyət  və  qabiliyyətlərinin  vəhdətdə  təşəkkülünü  tələb 

edir.  Söhbət  bü  gün  insanın  özü-özü  ilə,  cəmiyyətlə,  gerçəkliklə 

vəhdətdə ahəngdar inkişafından gedir. 

Təhsilin  universallığı  və  fundamentallığı  strategiyası 

(ümumilik,  obyektivlik  və  tamlıq)  prinsiplərindən  ayrılmazdır  və 

dövlətin təhsil siyasətinin əsasıdır. Bu, eyni dərəcədə, təhsilin digər 

strategiyalarına (prinsiplərinə) da aiddir. 

87 


Tahsikh  ş^xsiyy^ftin  fardihşdirilməsi  i’P  sosializasiyası 

prinsipi Şəxsi və sosial priyentasiya (latınca oriens, oriemis ~ şərq, 

fransızca orientation, hərfi mənası Şərqə istiqamətlənmə deməkdir) 

dərin  təhsilə  tələbat  deməkdir.  Təhsil  təbii  və  sosial  yarlıq  olan 

insanın  məişətinin  ayrılmaz  tərkib  hissəsidir.  İnsandan  təcrid 

olunmuş  sosiallaşma  (ictimailəşmə),  eynilə  sosiallaşma  olmadan 

təbii kontekstdən xaricdə fərdiləşmə qeyri-adiliyə, antihumanizmə 

gətirib çıxara bilər. 

Sosial  olanla  (kollektivlə)  fərdiyyətin  (fərdin)  ziddiyyətli 

vəhdəti  ictimai  tərəqqinin  hərəkətverici  başlanğıcıdır.  Təhsilin 

şəxsiyyət  yönümlülüyü,  hər  bir  insanın  ahəngdar,  təbii,  sosial  və 

fərdi inkişafını təmin edir, sonuncu isə cəmiyyətdə tarazlıq yaradır. 

Sosial və fərdi inkişafdakı qeyri-bərabərlik, fərdlə cəmiyyət 

arasında  assimmetriya  və  konfliktlər  doğurur,  obyektiv 

mövcudluğun  prinsip  və  qanunlarını  biri-birindən  təcrid  edir, 

təhsilin  inkişafını  ləngidir.  Məsələn,  pedaqogikada  «fər-  di 

yanaşma» prinsipi mahiyyətcə özünün «fərdi yanaşına» prinsipinin 

əksi  olan  eqosentrizmə  gətirib  çıxarmışdır.  Çünki  bu  halda  fərd 

özünəbənzərlərdən  (digər  fərdlərdən)  təcrid  olunmuş  halda 

götürülür.  Fərdiyyət  mahiyyət  etibarilə  ümuminin,  universatın, 

fundamentalın, obyektivliyin bu və ya di

təzahürüdür,  insan  ümuminin  (cjrupun,  kollektivin,  cəmiyyətin, 

dünyanın) bir hissəsidir, məhz ümumiyə münasibətdə  - o, fərddir. 

Didaktik mərkəzin «fokusu» insandır, fərdiyyət deyil. 

Bəzi təhsil tarixçiləri XVIII-XIX əsrləri cəmiyyət tarixində 

pedaqoji  fəaliyyətin  kütləvi  peşəyə  çevrilməsi  dövrü  kimi 

səciyyələndirirlər.  Bu  gün  zəmanəmizin  sosial  sifarişinə  uyğun 

olaraq müəllimlik fəaliyyətinin strukturu dəyişmişdir: elitar təhsilin, 

intellektual  adamların,  yüksək  ixtisaslı  mütəxəssislərin  yerini 

pedaqoji  texnologiyalar  əsasında  «konveyr  üsulu»  ilə  hazırlanan 

şəxslər  tutmuşdur.  «Öyrənən  -  öyrədən»  sistemi  keyfiyyətcə 

dəyişmişdir.  Müəllim  artıq  təhsil  alanları  təəccübləndirən,  onları 

heyrətləndirən  şəxs  deyil.  Müəllim  -  öyrənənlərin,  bir  vaxtlar 

olduğu kimi, səcdə etdiyi, qarşısında baş əydiyi qibləgah da deyil. 

İndi  müəllim,  sadəcə,  «texniki  mütəxəssis»dir.  Mövcud  biliklərlə 

(bəşəriyyətin tarixi boyu 

8S 


yaratdığı  biliklərlə)  biliksizlik  (Öyrənənlərin  səviyyəsi)  arasında 

əlaqələndirici şəxsdir. İndi tədris fənninin məznuınu ilə müəllimin 

şəxsiyyəti  və  fəaliyyəti  arasında  uçurum  vardır.  Bu,  vahid  təhsil 

prosesinin bir qütbüdür. 

Öyrənənlərin dayandığı qütbdə daha ciddi transformasiyalar 

(latınca 



trcmsfornuıtio 

- 

çevrilmə 

deməkdir. 

Mühüm 


xüsusiyyətlərin, forma və görünüşün dəyişməsi), metamorfo- T.olar 

(yunanca metumorphösis - çevrilmə deməkdir. Dəyişilmə hadisəsi, 

təkamül  prosesində  qazanılmış  uyğunlaşma)  baş  verməkdədir. 

Təlimə  və  müəllimə  biganə  münasibət  yaranmış,  müəllimlərin 

cəmiyyətdə  tutduğu  yüksək  sosial  status  xeyli  aşağı  düşmüşdür. 

İndi  təhsil  alanların  əksəriyyəti  müəllimi  nümunə  kimi  qəbul 

elmirlər,  yüksək  bilik  almağa  da  cəhd  göstərmirlər.  Hər  bir  təhsil 

alana  fərdi  yanaşmam  tələb  edən  təhsil-tərbiyə  öz  əhəmiyyətini 

itirməkdədir. 

TahsUin  kompotentUyi  (professioıuıllığı  va  axhıqiUyi). 

Sokrala və Platona görə, həyatın və təhsilin bütün qaydaları yeganə 

bir prinsipə istinad edir. Bu, peşəkarlıq və əxlaqiliyin vəhdətindən 

ibarət  olan  kompotenllikdir.  Gecə  və  gündüz  kimi  bu  prinsipin 

tərkib  hissələri  olan  peşəkarlıq  və  əxlaqiliyin  də  təcrid  olunmuş 

halda mövcudluğu mümkün deyil. Platona görə, kompetent adam, 



Ixn^qa sözL'), inudlcd

xəHtasindon  ibaroi  1,-ybiİ-sosial  varlıqdır.  O,  ahəngdarlıq  və 

qeyri-aliəngdarlıq,  yüksək  professional  konıpolenllik  və  yar 

arsızlıq,  zəngin  mənəviyyat  və  əxlaqı  naqislik,  rəhmdillik  və 

zülmkarlıq kimi keyfiyyətlərin bəzilərini özündə cəmləşdirir. Əxlaqi 

saflığın,  mənəvi  yetkinliyin,  insana  və  canlı  aləmə  məhəbbətin, 

xeyirxahlığın yoxluğu insanın yaradıcı qabiliyyətlərini buxovlayır. 

Məhz  buna  görə  də  kompotenllik  üzərində  ciddi  ictimai  nəzarət 

hamı üçün vacibdir. Heç bir kəs daşıdığı vəzifə üçün məsuliyyətini 

bir an belə unutmamalı, öz insanlıq və vətəndaşlıq borcunu vicdanla 

yerinə yetirməyə səy göstərməlidir. 

Halbuki bu gün insanlar  «ağına-bozuna baxmadan» təbiətə 

amansızlıqla müdaxilə etməklə onu eybəcərləşdirirlər. Heç bir şeylə 

hesablaşmadan  sivilizasiyanın  ən  yüksək  zirvəsini  fəth  etməyə 

çalışırlar.  Bu  niyyətlə  də  təbiətə  amansızlıqla  müdaxilə  edirlər. 

Hesablanmışdır ki, XX əsrdə 

S9 


bədbəxtliklər törədən kortəbii hadisələr daha dominant deyil. İndi 

dominant  olan:  nəqliyyatda,  atom  enerjisi  sahəsində,  kimya 

sənayesində  baş  verən  qəzalardır,  insanların  qeyri-  kompoienlliyi 

(əxlaqi.  yaxud  professional  kompoienlliyə  malik  olmaması) 

üzündən baş verən faciəli hadisələrdir. Sosial və iqtisadi çətinliklər, 

müharibələr, inqilablar, yenidənqurmalar, islahatlar, düşüncələrin, 

hissiyyatların  korlanması  nəticəsində  yeni-yeni  fəlakət  baş  verir, 

kütləvi qırğınların sayı artır. 

Təhsildə kompotentlik strategiyasının (prinsipinin) nəzərdən 

qaçırılması, heç şübhəsiz, təbiətdə, cəmiyyətdə, təhsildə çox böyük 

nöqsanlar  doğurmaqla  bütün  dünya  sivilizasiyasının  məhvinə 

aparıb çıxara bilər. Baş verə biləcək bu dəhşətlərin qarşısını almaq 

üçün 

təhsildə 



kompotentlik 

strategiyası 

bir 

an 


belə 

unudulmamalıdır. 



Hıımamsll.Jijdirnw və humanitarUışdırma stratef'iya.sı. Bu 

strategiya  professional  və  əxlaqi  kompotentlik  prinsipindən 

ayrılmazdır.  Humanistləşdirmə  və  humanitarlaşdırma  təhsilin 

məzmununun  və  formalarının  insan  təbiətinə,  onun  ruhuna, 

varlığına  uyğun  şəkildə  qurulmasını  tələb  edir.  Bu  isə  insanın 

cəmiyyətdə kompotent davranışı, kompotent yaşayışı deməkdir. 

Humanistləşdirmə  və  humanitarlaşdırma  prinsipi  təhsilin 

ontoloji  (yunanca  on,  ontos  -  mövcud  olan  deməkdir.  Fəlsəfənin 

varlığın 

ümumi 

əsasları, 



prinsipləri, 

strukturu 

və 

qanunauyğunluqlarından  bəhs  edən  sahəsi)  mahiyyətindən,  insanı 



dünyanın,  gerçəkliyin,.cəmiyyətin  üzvi  tərkib  hissəsi  kimi  qəbul 

edən anlamdan irəli gəlir. Belə bir prosesə yalnız, humanist insani 

mühitdə,  təbiətdə,  cəmiyyətdə,  bütün  dünyada  gözəllik  və 

xeyirxahlıq  üzərində  qurulmuş  münasibətlərdə  rast  gəlmək  olar. 

Buradan  çıxış  edərək  belə  bir  hökm  vermək  olar  ki,  hansı  yerdə 

humanizm,  qarşılıqlı  anlaşma  və  məhəbbət,  həssaslıq  və  qayğı 

yoxdur, orada təhsil-tərbiyə və təlimin vəhdəti qeyri-mümkündür. 

Orada  tərbiyəedici  strategiya  da  yoxdur.  Orada  təbiətin  və 

insanlığın ahəngdar inkişafı mümkün deyil. Xeyirxahlığa, insanlığa 

əsaslanmayan  təhsil  insan  orqanizmində  və  qəlbində  «yad 

hüceyrələr» yaradır, cə- 

90 


miyyotdə və büiün gerçək aləmdə xərçəng şişlərinin lörəmə- sinə, 

harmoniyanın pozulmasına səbəb olur. 

Hıımanistləşdirmənin  əks  qütbü,  başqa  sözlə,  professional 

krelinizmin  (ağılsızlığın),  eqoizmin,  qəddarlığın  qarşısını  almağın 

yeganə yolu humanitarlaşdınnadır. 

Humanitar təhsil fəlsəfi, təbii-ehni, siyasi və texniki elmlərin 

dərindən və kompotent öyrənilməsini, elmlərin sirukiur və ontoloji 

baxımdan mahiyyətini anlamağı tələb edir. Ümumilik. obyektivlik, 

vahidlik,  tamlıq  və  inkişaf  qanunlarından  doğan  universallıq  və 

fundamentallıq,  professional  və  əxlaqi  kompotentlik  prinsipləri 

məhz  humanitarlaşdırma  strategiyası  əsasında  reallaşdırıla  bilər. 

Məhz 


humanitarlaşdırma 

strategiyası 

təhsili 

şəxsiyyətə 

istiqamətləndirə  bilər,  təbiətdəki,  dünya  sivilizasiyasındakı 

humanizmi  ahəngdar  surətdə  biri-  biriylə  qovuşdura  bilər, 

dünyanın, cəmiyyətin, insanın qav- ranılmasını və dərk edilməsini 

təmin  edə  bilər.  Yalnız  bu  bloka  daxil  olan  fənlər  təhsil  alanları 

istisnasız olaraq bütün gerçək aləmə xas olan qanunları dərk etməyə 

istiqamətləndirə bilər. 

Təhsil alanlara gözəlliyi görə bilməyi, qyiınətləndirməyi və 

qorumağı,  həyatın  gözəlliklərinə  heyrətlənməyi,  insan  dühasının 

yaratdığı incəsənət əsərlərindən ilham almağı, qeyri-adi istedadlara 

pərəstiş etməyə alışdırmaq lazımdır. Həm öyrədən, həm də öyrənən 

incəsənət  aləminin,  rənglər,  səslər,  ritmiər,  surətlər  dünyasının 

vurğunu deyilsə, bədii əsərlərdən emosional zövq almırsa, riqqətə 

gəlmirsə,  şəxsiyyətin  ahəngdar  inkişafı  mümkün  deyil.  Əgər  bu, 

belədirsə, 

deməli,  təhsildə  humanitarlaşdırma  strategiyası 

unudulmuşdur.  Məhz  humanitarlaşdırma  strategiyası  fəlsəfə, 

təbii-elmi və texniki elmlərin öyrənilməsini təmin etməklə gözəlliyi 

duya  bilən,  gerçəkliyi  «gözəllik  qanunları»  əsasında-qura  bilən 

insanlar formalaşdıra bilər. 

Bütün  texniki,  bio,  sosio,  pedaqoji  texnologiyalar  insanı 

xoşbəxtliyə,  təbiətlə,  gerçək  aləmlə,  özü  və  ətrafında  olanlarla 

ahəngdar  münasibətlər  yaratmaq  məqsədinə  xidmət  etməlidir.  Bu 

texnologiyalar 

hazırlanarkən 

məhsuldarlıqdan 

daha 


çox, 

xeyirxahlıq  kriteriyası  əsas  götürülməlidir.  Xeyirxahlıq  isə 

fəaliyyətin səmərəliliyinə və məhsuldarlığına müsbət təsir 

91 


göstsrir, insanın düşüncələrinə, hərəkətlərinə əxlaqi məzmun verir, 

professional kompotentliyi təmin edir. 

Təhsilin  bütün  qanunlarının  və  prinsiplərinin,  xüsusən 

strategiyasının ilk və son məqsədi gələcəyə nikbin baxışlı xoşbəxt 

insan formalaşdırmaqdır. Hər bir insanın özünəməxsus xoşbəxtliyi 

var. Talesiz insanların bədbəxtliyi və kədərində isə oxşar cəhətlər 

çoxdur. Fiziki və mənəvi sağlamlıq normal ailə həyalı, yaxşı iş və 

sədaqətli  dostlar,  gözəllik  və  firavanlıq,  nikbinlik  və  gümrahlıq, 

ətrafdakılarla  qarşılıqlı  anlaşma  və  hörmət,  qayğılı  və  həssas 

münasibət insanın xoşbəxtlik  göstəriciləridir.  İnsanı xoşbəxt edən 

nə  varsa,  onun  özünü  də,  ətrafmdakıları  da  duyğulandırır,  nəcib 

mühüt  yaradır.  Xeyirxahlıq  və  alicənablıq  həyatı  gözəlləşdirir. 

Bədbəxtlik  və  eqoizm  isə  təkcə  insanın  öz  qəlbinə,  ruhuna  deyil, 

təbiətə də öldürücü təsir göstərir. 

Təhsilin  humanistləşdirilmə  və  humanitarlaşdırma  prinsipi 

üzərində  qurulması  insana  özünü  də,  ətrafmdakıları  da  xoşbəxt 

etməyin yollarını öyrədir, insanda həyatın hər bir zərbəsinə dözmək 

bacarığı formalaşdırır. 



T,ı/ısilda  milli  vd  iimumhs^ari  ıhyarhrin  vnhdsti.  Bu 

strategiya  konkret  ölkədə  və  bütün  dünyada  təhsil  prosesinin 

inkişafetdirici  istiqamətinin  reallaşdırılmasını  təmin  elməyə 

yönəlir. 

Bü gün elmi fikirdə belə bir ideya meydana gəlmişdir: hər bir 

konkret  ölkənin,  xaliqin,  millətin  -  bütün  dünya  mədəniyyətinin 

inkişafında, təhsil sisteminin təkmilləşdirilməsində öz strateji xətti, 

vəzifələri var. Əgər xalq bu vəzifələri müstəqil surətdə həll elmirsə, 

yaxud  başqa  mədəniyyətlərdən  nələrisə  mexaniki  «götürürsə», 

həmin xalq gec-tez dünya arenasında varlığını itirir, başqa xalqlara 

qaynayıb-qarışır, bir millət kimi məhv olur. Onun qalıqları üzərində 

yeni  etnoslar,  yeni  mədəniyyətlər,  yeni  sivilizasiyalar  meydana 

gəlir.  Belə  bir  təhlükəli  vəziyyət  təhsildə  milli  dəyərlərin  nəzərə 

alınması strategiyasının vacibliyini bir daha sübut edir. Deməli, hər 

bir  xalq,  hər  bir  ölkə  özünün  milli  təhsil  sistemini  və  tərbiyə 

məqsədini müəyyənləşdirərkən milli dəyərlərə, milli mədəniyyətə, 

milli intellektual potensiala, milli kadrlara (müəllimlərə. 

92 


zabitlərə,  yazıçı  və  şairlərə,  rəssam  və  bəstəkarlara,  bir  sözlə. 

«özününkiilər»ə) istinad etməlidir 

Digər  tərəfdən,  yalnız  öz  mədəniyyətinə  qapılma  (bu.  heç 

mümkün  də  deyil)  milləti  cılızlaşdırmaqla,  dünya  m.ədə-  niyyəti 

sırasından  çıxarar,  qarşılıqlı  zənginləşmə  yollarına  «Çin  səddi» 

çəkərdi.  Əlbəttə,'  bu.  yeni  ideya  deyil.  Hər  bir  xalq  öz  milli 

mədəniyyətini  inkişaf  etdirməklə  yanaşı,  digər  xalqların  da 

mədəniyyətlərini  öyrənməli,  qarşılıqlı  m.ədəni  münasibətlərdə 

iştirak  etməlidir.  Deməli,  əsas  məsələ  einomədəni  təhsil-tərbiyə 

prosesləri ilə ümumbəşəri başlanğıc arasında ahəngdar uzlaşmanın 

təmin olunmasıdır. 

Belə  çıxır  ki,  müasir  dünyanın  inkişafını  xalqların, 

millətlərin,  dövlətlərin,  milli  təhsil  doktrinaları  və  sistemlərinin 

«konver}rensiyasi'>^ (latınca conyergerc - yaxınlaşmaq, bənzəmək 

deməkdir)  prosesini  -  vahid  insan  sivilizasiyasının  təşəkkülü 

tendensiyası  kimi  qəbul  edən  nəzəriyyəçilər  öz  mülahizələrində 

haqlıdırlar. 

Bu  fakt  nəyi  göstərir?  Hazırda  milli  hüdudları  qorumaq 

qeyri-mümkündür  və  müxtəlif  xalqların  özünəməxsusluğu,  milli 

təhsil  doktrinası  arasındakı  hüdudlar  silinməkdədir.  Bütün  bunlar 

atavizm (latınca atavus - ulu əcdad deməkdir) demək deyilmi? Axı, 

söhbət  xarici  görünüşdən,  geyimdən,  üzün  ifadəsindən,  bir  sözlə, 

milli  xüsusiyyətlərdən  deyil,  mahiyyət  xarakteri  daşıyan  milli 

mentalitetdən, dövlətçilikdən, xalqın mənəviyyatından gedir. Əgər 

«mənəvi  konvergensiya))  baş  verərsə,  bu,  xalqlar  üçün,  insanlıq 

üçün hansı nəticələrə gətirib çıxarar? 

Sistemlər  haqqında  təlimdə  deyilir  ki,  sistemə  məxsus 

elementlərin fərqlərinin nəzərdən qaçırılması sistemin dağılmasına 

gətirib  çıxarır.  Dünyanın  mövcudluğu  mahiyyət  etibarilə  gerçək 

aləmin məkan və zaman daxilində daimi hərəkətindən, canlının və 

cansızın,  yerin  və  kosmik  fəzanın  heyrətamiz  müxtəlifliyindən 

ibarətdir.  Bu  isə  o  deməkdir  ki,  xalqların,  mədəniyyətlərin,  təhsil 

sistemlərinin  qeyri-adi  müx-  təlilİiyi,  min  illərlə  yer 

sivilizasiyasının  mövcudluğu  və  inkişafının  zəruri,  obyektiv 

nəticəsidir. 

Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti prinsipinin 

reallaşdırılması imkanları sosial və noosfer qlobal- 

93 


Icişnıa prosesləri ilə əlaqədar olaraq getdikcə daha artıq genişlənir 

və  dərinləşir.  Bu,  birinci  növbədə,  fasiləsiz  təhsil  «loko-  motivi» 

olan  ali  təhsil  sisteminə  aiddir.  Avropa  təhsil  məkanında  təhsil 

kooperasiyalarının  yaradılması  bir  çox  ölkələrin  reallıqlarına, 

vətəndaşların  tələblərinə  cavab  verir,  intellektual,  mədəni,  sosial, 

elmi-texniki  potensialının  inkişafına  və  möhkəmlənməsinə  təkan 

verir. 

Artıq  təhsildə  ənənəvi  olanlarla  innovasiyaların  vəhdəti 



prinsipi  status  qazanmaqdadır.  Dünya  təhsil  tədqiqatçılarının 

fikrincə,  ənənəvi  olanlarla  innovasiyaların  davamlı,  dinamik 

əlaqəsi  keçmiş  və  gələcək  arasında,  mövcud  olmuş  və  mövcud 

olacaq təhsil sistemləri arasında varislik əlaqəsini yarada biləcək. 

Milli  ənənələrə  və  dünya  təcrübəsinə  əsaslanmayan 

innovasiyalar  öz  mənasını,  əhəmiyyətini  tez  itirir.  Məhz  bu 

əlaqələri nəzərə almaqla təhsilin keyfiyyətini, milli, əxlaqi, mənəvi 

dəyərləri qoruyub saxlamaq mümkündür. 

Vaxtilə  İ.Kant  yazırdı:  iiİnsanda  iki  başlanğıc  vardtv:  biri 

maddi,  digsri  isd  ruhi,  ilahi  başlanğıcdır,  hiitiin  canlıların  qulaq 

asdığı  ilahi  s?sdir.  İnsanda  fıtı\jt

3

iı  xeyirxahlıq  toxunııı  var.  Hur 

sonrakı  ımsil  tnkmilhşımk  yolunda  hökmm  ir^liy^  doğru  uğurlu 

addım atacaqdır, çünki t?rbiy?ds inam t

böyük  sirri  gizhnmişdir.  Tarbiyumin  m.ıqs.ıdi  insanın  özünduki 

insanlıq tubhtini inkişaf etdirnwk vp insanı öz vpzifplprini yeriııp 

yetirmpyp hazırlanuıqdır». 

İnsanın  təbiətə  maddi  baxımdan  yanaşması  eqoist, 

istismarçı,  amansız,  məsuliyyətsiz  münasibətdir.  Onun  təbiətə 

yalnız  yaşayış  mənbəyi  kimi  yanaşması  -  vəhşilikdir  və  insan  bu 

halda yırtıcı rolunda çıxış edir. Təbiət isə bunu heç vaxt bağışlamır. 

İnsan özünü dərk etməyə qadir olan varlıqdır, başqa sözlə, 

özünü idarə edən, özünü reallaşdırmağı bacaran təbiətin hissəsidir. 

İnsanın  mahiyyətindəki  ilahi  başlanğıc  onu  təbiətlə  imnmnent

 

(latınca  immanenüs



 

nəyinsə  daxilində  olan,  nəyə  isə  xas  olan 

qanunauyğunluq deməkdir) əlaqələrini dərk etməyə və buna uyğun 

davranmağa,  təbiətin  bütün  ünsürlərinə  və  təzahürlərinə  qayğılı, 

həssas  münasibət  bəsləməyə  yönəldir.  İnsanın  özünə,  ailəsinə, 

əmək kollektivnə, ölkəsinə, xalqına. 

94 


dövlətinə,  millətinə,  ümumiyyətlə,  insanlığa,  bəşəriyyətə  çjayğılı 

münasibəti nə qədər geniş və dərin olarsa, onda İlahiyə bağlılıq da o 

qədər güclü olar. 

Qırx min il ərzində «şüuıiu insan» çox şeyləri dərk eldi, çox 

sirlərə  sahib  oldu.  Yalnız  son  iki-üç  minillikdə  o.  başa  düşdü  ki, 

insan  təbiət  adlı  vahid,  tam  orqanizmin  yalnız  bircə  hüceyrəsi, 

düşünməyi bacaran «şüurlu hüceyrə»sidir. 

XXI  əsrin  başlıca  vəzifəsi  Ilahinin  insanda  kodlaşdırdığı 

bütün imkanların aktuallaşdırılmasmdan ibarətdir. 

Zəmanəmiz qlobal fəlakətlər, insan əli ilə yaranan böhranlar

cəmiyyətin  deqradasiyası  (latınca  deqradatio  enmə,  keyfiyyətin 

aşağı  düşməsi,  geriləmə,  tədricən  pisləşmə,  tənəzzül, 

düşgünləşmə 

deməkdir) 

dövrüdür. 

Xeyirxahlığa inanmaq 

VƏ hər şeyi onun qələbəsinə 

yönəltmək  bu  gün  in.sanlara.  insanlığa  həmişəkindən  daha  çox 

lazımdır. 

İnsanın ruhi aləmi əxlaq qanunlarının məcmusudur. Əxlaqi 

keyfiyyətlər,  mənəviyyat  qanunları  dini  və  dünyəvi  anlamda 

mahiyyətcə eynidir. Fərq yalnız onun təfsirindədir. 

Bu gün pedaqogika elminin vəzifələrindən biri təhsil alanlara 

dini  və  dünyəvi  olanların  nisbəti,  əlaqəsi  və  asılılığı  haqqında 

obyektiv həqiqəti çatdırmaq, dini dünyagörüşünün ətraf aləmin dərk 

edilməsinin başlanğıc forması olduğunu izah etmək, insanın əxlaqi 

davranış  normalarını,  sosial  münasibətlərini  tənzimləyən 

mənəvi-psixoloji  məzmunlu  anlayışların  və  kateqoriyaların  dini 

dünyagörüşün məhsulu olduğunu başa salmaqdır. 

ƏSAS MÜDDƏALAR 

•  Təhsil sistemi açıq sistemlər blokuna daxil olan mürəkkəb 

bir qurumdur. 

•  Azərbaycan  Respublikası  yeni  iqtisadi  münasibətlər 

kursunu  götürərək  öz  təhsil  sisteminin  inkişaf  prioritetlərini 

dünyada  gedən  proseslərə  inteqrasiya  və  unifıkasiya  olunmaqla 

müəyyənləşdirir. 

•  Dünya təhsil məkanı polimədəni və sosial  yönüm- lüdür. 

O,  beynəlxalq  təhsil  mühitini  formalaşdırmaq  üçün  açıqdır, 

biliklərin xarakterinə, insanın dünya dəyərlərinə yiyələnməsinə görə 

milli dəyərlərin üzərində yüksəlir. 

95 


• Müasir dövrdə dünya təhsilinə «bazar» və «sahibkar- lıq» 

baxımından yanaşılır. 

 

<3> Təh.sil nə deməkdir? 

<2> «Təh.sil sistcmİw anlayışının mahiyyətini izah el. 

 Fasi!ə.<:İ7. təhsil sistemi na deməkdir? 

^

 Azərbayean Respublikasının təhsil sisteminin quruluşunu əks etdirən s.\em 

tərtib el. 

^

 Azərbaycan Respublikasının tohsil sistemi hansı prinsiplərə əsaslanır? 

Dünya təhsil məkanı nə deməkdir? 

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin