Ədəbiyyat
f ^ yj ^ Lü
■.Li
>.1.5
f.,Q
Mərdanov M., Ağanıalıycv R., Mehra-
bov .A., Qardaşov 'I'. Təhsil
sistemində
monitorinq və qiymətləndirmə. Bakı;
Çaşıoğlu. 2003.
Rü,stəmov F. Pedaqogika tari.xi. Bakı:
Nurlan. 2006.
Kazımov N. Ali məktəb pedaqogikası. BakırNicai. 1999.
Əhmədov B., Rzavev A. Pedaqogikadan mühazirə konspekıləri.
BakııMaarit'. 1983. ‘
Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: Çaşıoğlu, 2002.
Qasımova
Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu.
Bakı. Çaşıoğlu. 2003.
Agamalıycv R,, Pirməmmədov İ. Avropada ali təhsil sisteminin inkişaf
tendensiyaları. Boloniya prosesi və Azərbaycan konteksti «Azər-
baycan müəllimi» qəzeti. 24 sentyabr 2004-cü il.
Paşayev Ə. Dünya təhsil məkanı: inteqrasiya və unillkasiya yolla-
rında problemlər. «Azərbaycan müəllimi» qəzeti. 2005-ci il.
96
IV
FƏSIL
PEDAQOJI FƏALIYYƏTIN STRUKTURU
4.1.
PEDAQOJI FƏALIYYƏT
TƏŞKİLATI-İDARƏETMƏ PROSES KİMİ
Pedaqoji fəaliyyət - bir sıra idraki əməliyyatların
vəhdətindən ibarət mürəkkəb prosesdir. Bu mürəkkəb fəaliyyətin
birinci komponenti müəllimin öyrətmə fəaliyyətidir. Sonrakı
komponentlər refleksiv olaraq birincinin üzərində qurulur, başqa
sözlə, öyrətmə fəaliyyətinə xidmət edir.
ikinci komponent ləlim prosesində qazanılmış təcrübənin
ümumiləşdirilməsidir.
Üçüncüsü, tədris fənlərinin özünəməxsus xüsusiyyətlərini
nəzərə almaqla, təlim metodlarının və priyomlarının müəy-
yanləşdirilməsindən ibarət metodoloji və metodik fəaliyyətdir.
Dördüncüsü, proqramlaşdırma fəaliyyətidir, başqa sözlə,
tədris fənlərinin biri-birilə əlaqələndirilməsi və fənn proqramlarının
tərtibidir. Tədris proqramlarının düzgün tərtibi təhsil vəzifələrinin
aydın dərk edilməsindən asılıdır.
Müasir texnoloji cəmiyyət çox intensiv inkişaf edir və bunu
təhsil sistemindən də tələb edir. Yəni ölkə iqtisadiyyatının sifarişinə
uyğun mütəxəssisin operativ surətdə layihə- ləşdirilməsini və
müvafiq məqsədlərin tədris proqramlarının məzmununa daxil
edilməsini tələb edir. Bu cür layihələşdirmə nəticəsində geniş
mənada - insan, dar mənada - mütəxəssis modeli yaranır, dövlətin
mənafeyinə uyğun olaraq şəxsiyyətin intellektual bacarıqları,
bilikləri, qabiliyyətləri və onlar arasındakı əlaqələr aydın surətdə
müəyyənləşdirilir və dəqiqləşdirilir.
Təlim - öyradan rə öyrənmin fəal cjar.yılıqlı fəaliyyətidir,
öyrənənin şəxsi səyi nəticəsində müəyyən hi/ik, bacarıq və
vərdişlərin qazamiması prosesidir.
97
Pedaqoq öyrənmənin təlim-idrak fəallığım təmin etmək
üçün lazımi şərait yaradır, oria (öyrənənə) zəruri informasiyaları və
vasitələri təqdim edir, təlim fəaliyyətini istiqamətləndirir və nəzarət
edir. Təlimin ən ümumi funksiyası cəmiyyət üzvlərinin əmək
qabiliyyətlərini inkişaf etdirməkdir. Təlimin ən sadə variantı
professional fəaliyyətin daşıyıcısı olan müəllimin və öyrənənin
ünsiyyətidir. Təlimin vasitəsiz və vahid bir proses olması da burada
təzahür edir.
Təhsil prosesinin inkişafı, əslində, onun mürəkkəb fəaliyyət
növlərinin daha sadə növlərə parçalanmasından, təlimin isə daha
sadə fəaliyyət növlərinə ayrılmasından ibarətdir. Lakin bu cür
inkişaf mürəkkəb fəaliyyətin dərin təhlilini, onun struktur
elementlərinin müəyyənləşdirilməsini tələb edir. Məqsəd,
mürəkkəb professional fəaliyyət növlərinin sadə, elementar
fəaliyyət növlərinə parçalanması, sonra isə bu sadə əməliyyatların
konstruksiyası nəticəsində mürəkkəb peşəkar fəaliyyət növlərinin
yaradılmasıdır.
Deməli, elementar əməliyyatların müəyyənləşdirilməsi və
onların transiyasiyası pedaqoji fəaliyyətin hiriııd prinsipidir. Lakin
bu, kifayət deyil. Çünki fəaliyyəti sona qədər sadə elementlərə
parçalamaq mümkün deyil. Fəaliyyətdə daha mürəkkəb əlaqə və
münasibətlər təzahür edir. Buradan pedaqoji fəaliyyətin ikinci
prinsipi meydana gəlir: mənimsənilmiş elementlərdən mürəkkəb
fəaliyyət növünü layihələşdirmək məqsədilə rəmzi vasitələrin
müəyyənləşdirilməsi və translya- siyası. Rəmzi vasitələr pedaqoji
fəaliyyətin layihələşdirilmə- sinə xidmət edən ünsürlərdir.
Prosessual (qarşılıqlı münasibətlərin müəyyən olunmuş
qaydası) - texnoloji baxımdan, təlim prosesi - iki ləlim
situasiyasının ardıcıllığından ibarətdir. Bu situasiyalar elə qurulur
ki, əvvəlki situasiyalar sonrakılar üçün vasitə və material rolunu
oynayır. Yəni təhsil sistemi texnoloji proseslər sisteminə daxil
edilir və nəticədə cəmiyyətin tələblərinə uyğun sosial-mədəni
qabiliyyətlərə malik şəxsiyyət formalaşır.
Təlim prosesində idarəetmə dedikdə, təhsil verənin
təhsilalanlara məqsədəyönlü və sistemli təsiri başa düşülür.
98
idarə etmək - öyrənənə təzyiq göstərmək, onu təbiətinə zidd
başqa bir istiqamətə yönəltmək demək deyil, əksinə, prosesin
xarakterini, bütün tərkib ünsürlərini nəzərə alaraq pedaqoji təsirləri
məntiqi olaraq uzlaşdırmaqdır.
Təlim prosesinin idarə olunmasının özün,ım,ıxsus xüsu-
siyy,->tl,vi vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
• .'şttwiu v’ə planlı ıasiv\
• idarə edən sistemaltı ilə (öyrədənlə) idarəetmə obyekti
(Öyrənən) arasında səbəb-nəticə əlaqələrinin mövcudluğu;
• idarə olunan sistemin dinamikliyi;
• etibarlılıq,
yəni idarə olunan sistemin müəyyən şəraitdə
verilmiş funksiyaları həll edə bilməsi;
• davamlılıq, yəni idarə olunan sistemin daxili və xarici
amillərin təsirinə baxmayaraq, müəyyən olunmuş fəaliyyət rejimini
saxlaması.
İdarəetmə - həm fasiləsiz, həm də dövrü prosesdir. Bu, bir
sıra idarəetmə həlqələrinin eyni zamanda və ardıcıllıqla
reallaşdırılması ilə əlaqədardır. İdarəetmə fəaliyyəti məqsədin
qoyulması və vəzifələrin müəyyənləşdirilməsi ilə başlayır, onların
həlli ilə başa çatır. Bundan sonra qarşıya yeni məqsədlər qoyulur və
idarəetmə fəaliyyəti davam edir. Fasiləsiz idarəetmə prosesinin
sxemi belədir:
Təlim və tərbiyə prosesi belə bir sxem əsasında idarə olunur.
Təlim prosesinin effektiv surətdə idarə olunmasını təmin
etmək üçün aşağıdakı tələblərə əməl olunmalıdır:
• təlim məqsədlərinin müəyyənləşdirilməsi;
• idarə olunan prosesin real səviyyəsinin (vəziyyətinin)
müəyyənləşdirilməsi;
• fəaliyyət proqramının hazırlanması;
99
• təlim
prosesinin
vəziyyəti
haqqında
müəyyən
parametrlərə uyğun informasiyanın alınması (əks əlaqə);
• əks əlaqə kanalı ilə alınmış informasiyanın işlənməsi;
• təlim prosesinə korreksiyaların daxil edilməsi.
İdarəetmə prosesində öyrədənin vəzifəsi idarə olunan
prosesin inkişaf strukturunu dəyişmək və onu əvvəlcədən nəzərdə
tutulan səviyyəyə çatdırmaqdır.
Təlimin idarə olunması bu prosesin hər bir iştirakçısının
yerini, vəzifələrini, hüquq və məsuliyyətini dəqiqləşdirməyi,
məqsədə çatmaq üçün əlverişli situasiya yaratmağı tələb edir.
İdarəetmə - informasiyaverici prosesdir, o siqnalların
verilməsinin qapalı zənciridir. Obyektin davranışı üzərində daimi
nəzarətdir. İdarəetmə orqanından (öyrədəndən) idarə olunan
obyektə (öyrənənə) idarəetmə siqnalları verilir. Obyektdən idarə
edənə (öyrədənə) əks-əlaqə siqnalları ötürür. Sonuncular isə
obyektin faktik vəziyyəti haqqında məlumatlardır. Öyrədən aldığı
informasiyanı işləməli, dərk etməli və təlim prosesinə ediləcək
korreksiyaları didaktik ardıcıllıqla müəyyənləşdirməlidir.
Təlim prosesində əks-əläqənin yaradılması iki məqsəd
daşıyır;
• ■ aks-əlaqə məzmununun müəyyənləşdirilməsi - təlim
məqsədlərinə və təlimin qanunauyğunluqlarına uyğun olaraq
nəzarət
olunacaq
xarakteristikalar
məcmusunun
müəyyənləşdirilməsi (bu, tədris proqramlarının tərtibi zamanı baza
kimi götürülür);
•- əks-əlaqənin tezliyinin müəyyənləşdirilməsi.
Təlim prosesinin tənzimlənməsi idarə olunan sistemin
fəaliyyətinin elə təşkili deməkdir ki, bu zaman idarə olunan
sistemin nəzərdə tutulmuş səviyyəyə qalxması təmin olunur.
Öyrənənin bu və ya digər tədris fənnini və yaxud həmin
fənnin hər hansı bölməsini, mövzusunu bilməməsi nəticəsində yol
verdiyi səhvlər fərdi formada özünü göstərir. Öyrənən mövzunu
xatırlaya bilmir, izah edə bilmir, bu və ya digər faktı üzə
çıxarmaqda, qanunauyğunluqları dərk etməkdə
100
çətinlik çəkir. Deməli, öyrədən öyrənənin fəaliyyətinə düzəlişlər
etmək üçün təlim-idrak proseslərinin əsas parametrlərini diqqət
mərkəzində saxlamalıdır.
Təlimin özünəməxsusluğu ondadır ki, bu prosesin idarə
olunması konkret şəxsiyyət - müəllim tərəfindən həyata keçirilir.
Aydındır ki, tədris proqramının tərtibi zamanı müəllimin şəxsiyyəti
ilə bağlı mürəkkəb və çoxçalarlı faktorları nəzərə almaq mümkün
deyil. Ən yaxşı halda, proqram müəyyən təhsil alanlar qrupunun
tipik xüsusiyyətləri sisteminə uyğunlaşdırıla bilər. Konkret qrupda
təlim prosesində elə əlavə xüsusiyyətlər aşkarlana bilər ki, onların
nəzərə alınması qarşıya qoyulmuş məqsədə daha tez çatmağa imkan
verər.
Öyrənən tərəfindən biliklərin mənimsənilməsinin idarə
edilməsi prosesində müəllim onların (öyrənənlərin) real bilik
səviyyəsini nəzərə almaqla faktları müqayisə etmək və
ümumiləşdirmək, nəticələr çıxarmaq, alınmış məlumatları tənqidi
surətdə təhlil etmək bacarıqlarının formalaşmasına xüsusi diqqət
yetirməli,
dərslik
materiallarını
necə
mənimsədiklərinə,
mənimsəməyə nə qədər vaxt sərf etdiklərinə nəzarət etməli,
korreksiya işi aparmalı və təlim-idrak fəaliyyətinin səmərəli'
təşkilinə nail olmalıdır.
Təlim prosesinin effektivliyinin təmin edilməsi öyrənənlərin
idrak fəaliyyətinin formalaşması və onların ümumi təcrübədən fərdi
təcrübəyə keçməsi prosesi kimi başa düşülməlidir.
4. 2.
ALI
MƏKTƏB
MÜƏLLİMİNİN
FUNKSİYALARI
VƏ
ONA
VERILƏN
TƏLƏBLƏR
Ali məktəb müəlliminin fəaliyyəti bir sıra funksiyaların
yerinə yetirilməsi ilə bağlıdır. Bu funksiyalar aşağıdakılardır,-
tf')hsilverici, tərbiyaedici, təşkiledici, tədqiqatçdıq.
Bu funksiyalar biri-birilə sıx vəhdətdədir və biri-digərini
tamamlayır.
Ali məktəb müəllimi üçün daha spesifik olan funksiya -
pedaqoji və elmi tədqiqatçdıq fəaliyyətidir. Tədqiqatçılıq fəa
101
liyyəti ali məktəb müəllimini daxilən zənginləşdirir, onun yaradıcı
potensialını inkişaf etdirir, elmi səviyyəsini yüksəldir. Müəllimin
elmi-tədqiqatçılıq fəaliyyəti onun pedaqoji fəaliyyətin məqsədlərini
daha aydın dərk etməsinə, təlim informasiyaların daha dərindən
ümumiləşdirməsinə və daha məntiqi surətdə sistemləşdirməsinə,
aparıcı ideya və nəticələri daha aydın müəyyənləşdirməsinə kömək
edir.
Əlbəttə, müəllimin tələbələrlə müxtəlif situasiyalarda həll
edəcəyi məsələlərin hamısını qabaqcadan müəyyən elmək mümkün
deyil. Hər yeni situasiyada problemin həllinin özünəməxsus yolları
tapılmalıdır. Ali məktəb müəlliminin pedaqoji ustalığı, işə yaradıcı
yanaşması onun konkret pedaqoji situasiyalardan çıxış edərək
təhsil-tərbiyə vəzifələrini düzgün müəyyənləşdirməsində və onların
optimal həlli yollarını tapmasında özünü göstərir. Deməli, ali
məktəb müəlliminin pedaqoji fəaliyyətinin son dərəcə mühüm
xarakteristikası onun yaradıcı məzmun daşımasıdır.
Ali məktəb müəllimi müəyyən pedaqoji qabiliyyətlərə malik
olmalıdır. Pedaqoji ədəbiyyatda müəllimin əsas peşə qabiliyyətləri
belə qruplaşdırılır:
konstruktiv qabiliyyətlər;
didaktik qabiliyyətlər;
təşkilati qabiliyyətlər;
avtoritar qabiliyyətlər;
kommunikativ qabiliyyətlər;
qnostik qabiliyyətlər;
suqqestiv qabiliyyətlər;
perseptiv qabiliyyətlər.
Konstruktiv qabüiyyathr tələbə şəxsiyyətini layihələşdir-
məyə, öz fəaliyyətinin strategiyasını müəyyənləşdirməyə, təlim-
tərbiyənin taktiki məqsədlərini reallaşdırmağa imkan verir. Diaq-
nostlaşdırma və onunla qırılmaz surətdə əlaqədar olan
proqnozlaşdırma pedaqoji prosesi düzgün istiqamətləndirməyə
şərait yaradır. Əlində dəqiq diaqnozu olan və əlverişli proqnoza
əsaslanan peşəkar pedaqoq təhsil-tərbiyə fəaliyyətini səmərəli və
məhsuldar
102
şəkildə təşkil edir, gələcək fəaliyyətin modelini qura bilir, həm
özünün, həm də tələbələrinin fəaliyyət növlərini layihələşdirir.
Konstruktiv
qabiliyyət
təhsil-tərbiyə
prosesini
modelləşdirməyə, pedaqoji prosesdə bütün potensial imkanlardan
və biliklərdən səmərəli və fəal surətdə istihidə etməyə, pedaqoji
ustalığı artırmağa əlverişli şərait yaradır.
Layihələşdirmə qabiliyyəti həmçinin son məqsədi görməyə,
tələbənin gələcək ixtisaslaşması ilə bağlı aktual vəzifələri
konkretləşdirməyə, tədris etdiyi fənnin elmi-nəzəri və praktik
əhəmiyyətini düzgün müəyyənləşdirməyə imkan verir.
Didaktik qabiliyyətlər
informasiyaların seçilməsində, tədris
materialının hazırlanmasında, mövzunun şəxsiyyətyönümlü
imkanlarının
müəyyənləşdirilməsində,
təlim
metodlarının
seçilməsində. intizamın bərpa edilməsində və işgüzar təlim
şəraitinin yaradılmasında, tələbələrin idrak maraqlarının,
tələbatlarının stimullaşdırılmasında, öyrənənlərdə müstəqillik,
təşəbbüskarlıq və ləlim-idrak fəallığının artırılmasında təzahür edir.
Təifkilati qabiliyyətlər
tələbələrin fəaliyyətinə düzgün
rəhbərlikdə, onları aktiv ləlim-idrak prosesinə cəlb etməkdə, asudə
vaxtlarını günün tələbləri səviyyəsində qurmaq bacarığında, habelə
özünün ali məktəbdə pedaqoji əməyini təşkil etmək məharətində
ifadə olunur. Akademik qruplarda şəxsiyyəllərarası münasibətləri
tənzimləmək, tələbələri ictimai işlərə cəlb etmək və vəzifə bölgüsü
aparmaq, planlaşdırmaq, görülmüş işləri yekunlaşdırmaq və s.
təşkilati qabiliyyətlərlə bağlıdır.
Müəllim təkcə tələbələrin'fəaliyyət və davranışını deyil, öz
fəaliyyətini də real şəraitə uyğun dəyişdirməyi bacarmalıdır.
Pedaqoji prosesin nəticələrinə nəzarət etmək və korreksiya
işi aparmaq təşkilatçılıq qabiliyyəti ilə sıx bağlıdır.
Konvmmikativ (latınca komnnmicetio rabitə, əlaqə
deməkdir) qabiliyyət
münasibətlərin nizama salınması, tələbələrlə,
öz həmkarları və rəhbər işçilərlə məqsədəuyğun pedaqoji ünsiyyətin
yaradılması, tərbiyə işlərinin həyata keçirilməsi, pedaqoji prosesin
gedişinin təhlili, yol verilmiş səhvlərin, yaxud arzuolunmaz
nəticələrin səbəblərinin aşkarlanması və qısa zaman kəsiyində kor-
rektə edilməsilə bağlıdır. Kommunikativ qabiliyyət və ünsiyyətdə
103
komponentlik
(latınca componens, componentis - təşkil edən
deməkdir) müəllimə tələbələri, həmkarları ilə asanlıqla ünsiyyət
yaratmağa və beləliklə, pedaqoji vəzifələri müxtəlif situasiyalarda
səmərəli surətdə həll etməyə əlverişli şərait yaradır. Ünsiyyət
prosesində müəllim tələbəyə, sadəcə olaraq, informasiya çatdırmır,
emosional təsir göstərməklə, onu birgə fəaliyyətə, elmi
əməkdaşlığa təhrik edir.
Snqqestiv qabUiyyot (latınca suqqestio - təlqin, eyham,
Isufə deməkdir).
Bu, təhsil alanlara təlqinedici, iradi-emosional
təsir göstərməkdə ifadə olunur.
Perseptiv
(latınca perceptio - qavrayış, təsəvvür deməkdir)
qabiliyyətlər
təhsilalanlann daxili aləmini görmək bacarığında,
onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə,
psixikasının xüsusiyyətlərini üzə çıxarmaqda təzahür edir.
Snqqestiv və perseptiv qabiliyyətlər kommunikativ qabiliyyətlərlə
vəhdət təşkil edir və onlardan aynimazdır.
Avtoritar qabiliyyət
(latınca auctoritas, almanca autorilat -
hakimiyyət, nüfuz deməkdir) - təhsil alanlara iradi-emosional təsir
göstəıməklə onların nüfuzunu qazanmaqda özünü göstərir
(şübhəsiz, nüfuzu öz fənnini yaxşı bilmək, həssaslıq və pedaqoji
takt əsasında da qazanmaq olar).
Avtoritar qabiliyyət müəllimin bir sıra kompleks
keyfiyyətləri, xüsusən də qətiyyət, təkidlilik, dözüm, tələbkarlıq və
digər iradi keyfiyyətləri, yetirmələrinin təhsil və tərbiyəsi üçün
məsuliyyət hissi, özünə inam kimi şəxsi psixi xüsusiyyətlərilə sıx
vəhdətdədir. Bu qabiliyyət «pedantizm»dən uzaq olmalıdır.
Qnostik qabiliyyət
(yunanca qnosis - bilik, qnostis - idrak
deməkdir) dedikdə, müəllimin ixtisas fəaliyyətinin əsasını təşkil
edən bilik və bacanqlar sisteminə dərindən bələd olması başa
düşülür. Təlim-idrak fəaliyyətinin effektivliyini təmin edən
amillərin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi və
yoxlanması, ziddiyyətlərin aşkarlanması və həll edilməsi, alınan
nəticələrə tənqidi münasibət - qnostik qabiliyyətlərlə bağlıdır.
Qnostik qabiliyyət pedaqoji nəzəriyyəyə dərindən bələd
olmaq və ondan yaradıcı şəkildə istifadə etmək, qabaqcıl təcrübəni
öyrənib ümumiləşdirmək, elmi-tədqiqat fəaliyyəti ilə məşğul
104
4.3. ALI MƏKTƏB MÜƏLLİMİNİN
PEDAQOJİ USTALIĞI
Müəllimin məhsuldar fəaliyyətini təmin edən əsas
amillərdən biri - pedaqoji ustalıqdır. Ustalıq - pedaqoji prosesin
intensivliyini, effektivliyini daim yüksəltmək məharətidir. Ö/, işinin
ustası olan müəllim tədris etdiyi fənni, pedaqogika və
psixologiyam, təlim-tərbiyə texnologiyalarını, pedaqoji inno-
vasiyaları. aksiologiyamn (latınca a.xia - məziyyət, qiymət, ləyaqət
deməkdir. Əxlaqi sərvətlər haqqında nəzəriyyə) əsaslarını dərindən
bilən, yaradıcı fəaliyyət göstərən, elmin müxtəlif sahələrinə və
incəsənətə bələd olan, yüksək mədəniyyətə malik insandır.
Ustalıq və peşəkarlıq müəllimin pedaqoji əməyin
metodlarını yaxşı bilməsində təzahür edir. Belə müəllim təhsil-
tərbiyənin qanunauyğunluqlarını, prinsip və qaydalarını dərindən
bilir, diaqnostlaşdırma, proqnozlaşdırma və layihə- ləşdirmə
məharətinə malik olur. Pedaqoji ustalıq və peşəkarlıq müəllimin
müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə şəxsi keyfiyyətlərinin
ahəngdarlığını özündə birləşdirir.
Ustad müəllim tədris materialının öyrənən tərəfindən
müstəqil, şüurlu və yaradıcı tərzdə mənimsənilməsinə nail olmaqla
yanaşı, həm də onlara gələcək mütəxəssis üçün zəruri olan
keyfiyyətlər aşılayır, onların vətəndaş kimi formalaşmasını və fəal
həyat mövqeyi qazanmasını təmin edir.
Müasir dövrün tələbələri 30, 20, hətta 10 il bundan əvvəlki
tələbələr deyil. Onlar daha cəsarətli, daha müstəqil, daha şüurlu, har
cür elmi-texniki yeniliklərdən xəbərdar olan, müasir texnikadan
«baş çıxaran» gənclərdir. Köhnə metotl- laria işləmək, onlara vaxtı
keçmiş yollarla təsir etmək mümkün deyil. Buna görə də ustad
müəllim müasir sivilizasiyaya və gəncliyə uyğun yeni yanaşma
tərzləri və texnologiyalar hazırlamağı bacarmalı, bilik və praktiki
fəaliyyət baxımından daima tələbələri qabaqlamalıdır.
Ustad müəllim bir sıra keyfiyyətləri ilə fərqlənir. Bu
keyfiyyətlər aşağıdakılardır:
• öz üzərində müntəzəm işləməklə elmi və professional
107
hazırlığını təkmilləşdirir;
• zəngin erudisiyaya, məntiqi təfəkkürə malik olmaqla,
elmin bütün sahələrinə nüfuz etməyi bacarır;
• öz fənnini elmin və texnikanın müasir inkişaf
səviyyəsində bilir;
• təhsil-tərbiyə prosesini rasional surətdə qurmağa İmkan
verən metodik hazırlığa malikdir;
• özünün şəxsi keyfiyyətlərinə əsaslanaraq, tələbələrin
ləlim-idrak fəaliyyətini səmərəli surətdə təşkil etməyi bacarır;
• akademik qrupa, onun hər bir üzvünün maraq və
meyillərinə, qabiliyyətlərinə yaxşı bələddir və öz fəaliyyətini
layiliələşdirərkən bunları nəfərə alır;
• möhkəm əqidəyə malikdir, prinsipial və ədalətlidir, öz
fəaliyyətində cəmiyyətin tələblərini, dövlətin mənafeyini əsas
götürür;
• vəzifə və məsuliyyət hissinə malikdir, həyatda fəal
mövqe tutur, ölkənin daxili və xarici siyasəti ilə maraqlanır, kütləvi
informasiya vasitələrini diqqətlə izləyir;
• təhsil-tərbiyə prosesini humanistləşdirmə, hıımani-
tarlaşdırma, diferensiallaşdırma prinsipləri əsasında qurmağı
bacarır;
• geniş dünyagörüşünə, yüksək mədəniyyətə malikdir;
• tələbələrin şəxsi həyatı ilə maraqlanır, onlara inanır,
etibar və hörmət edir;
• texniki, əmək, bədii, idman və digər ümumi bacarıqlara
malikdir;
• aktyorluq və rejissorluq əlamətlərinə malikdir;
• yetirmələri üçün ən yaxşı nümunə, ən mükəmməl
etalondur;
• nöqsanını etiraf etməyi, mənfi cəhətlərinə qarşı mübarizə
aparmağı bacarır;
• nəfsinə qalib gəlməyi.bacarır.
Pedaqoji ustalığın ən mühüm göstəricilərindən biri də
pedaqoji taktdır.
Pedaqoji takt - dərin psixoloji biliklərə əsas
108
lanır və ustad müəllimin xarakterinin bütövlüyünü, möhkəmliyini
və məharətini nümayiş etdirir.
Pedaqoji takt - müəllimin tələbə kollektivinə rə ayrılıqda
onun hər bir üzvünə dərindən bələd olmasında, hər bir pedaqoji
situasiyada adekvat davranış formasında, səbrli, təmkinli, dözümlü
olmasında, hisslərini idarə edə bilməsində, təhsil-tərbiyənin
imkanlarına nikbin müna.sibətində, ən çətin və mürəkkəb
məqamlarda belə ruhdan düşməməsində, özünə qarşı tələbkar
lığında, davranışını daim nəzarət altında saxlamasında təzahür
edən mürəkkəb sistemdir.
Pedaqoji proses ziddiyyətli, dinamik və dəyişkən sistem
olduğundan şablon sxemlərdən, hazır reseptlərdən istifadə elməklə
müvəffəqiyyət qazanmaq mümkün deyil. Müəllim hər bir konkret
pedaqoji situasiyanın həllinə yaradıcılıqla yanaşmalıdır. Bu,
müəllimin pedaqoji taktınm təzahürüdür.
Müəllimin mənəvi zənginliyi, əxlaqi saflığı, vətənpərvərliyi,
sözü ilə əməlinin üst-üstə düşməsi, müəllim adının müqəddəsliyini
qoruması, hər cür .xırda, təsadüfi, xüdbin, eqoist hisslərdən uzaq
olması və şəxsi kədəri ilə heç kəsi narahat etməməsi və əhvalını
nizamlaya
bilməsi,
yaranmış
vəziyyəti
dərhal
düzgün
qiymətləndirməsi və çevik davranışı ilə situasiyanı düzgün
qiymətləndirməsi, yetirmələrinin mövqe və baxışlarına hörmətlə
yanaşması - pedaqoji taktın struktur elementləridir.
Pedaqoji takta malik müəllim öz yetirmələri qarşısında
tələblər qoymağı, xəbərdarlıq etməyi, səhvlərdən çəkindirməyi
bacarır.
Ustad müəllim həm də pedaqoji texnikaya yaxşı yiyələnmiş
olur. A.S.Makarenko Öz əsərlərində pedaqoji texnika ilə bağlı
kompleks məsələləri geniş işıqlandırmışdır. A.S.Makarenko
zahirən əhəmiyyətsiz görünən, lakin pedaqoji prosesdə həlledici
əhəmiyyəti olan zahiri görkəmə, geyimə, necə dayanmaq, stol
arxasında necə oturmaq və necə qalxmaq, səsi necə idarə etmək,
necə gülümsəmək kimi detallara xüsusi diqqət yetirirdi. O, pedaqoji
fəaliyyətdə səsin və mimikanın idarə edilməsinin əhəmiyyətini
xüsusilə qeyd edir, gələcək
109
müəllimlərə aktyorluq elementlərini, danışıq məharətini öyrətməyin
zəruriliyini qeyd edirdi.
Müəllim yüngül narazılıqdan - qəzəbə qədər müxlolir valarlı
hissləri təzahür etdirməyi, auditoriyada tələbələrlə münasibətdə
nikbin,
gümrah,
yaradıcılıq
əhvali-ruhiyyəsi
yaratmağı
bacarmalıdır. Müəllim nikbin, öz qüvvə və imkanlarına inanan,
enerjili insan olmalıdır ki, bunları öz yetirmələrinə də təlqin edə
bilsin.
Pedaqoji taki və onunla vəhdətdə olan bir çox bacarıqlar
müəllimin pedaqoji ustalığını təmin edir və ona avtoritet (nüfuz)
qazandırır.
Avtoritet təhsil-tərbiyə prosesində formalaşır, müəllimə
yetirmələrinin hörmət və inamını qazandırır, Müallimin av- toriteti
ictimai və pedaqoji fəaliyyəti, pedaqoji ustalığı, laktı və texnikası
hesabına illər boyu tədriclə formalaşır. Lakin avtoritet birdəfəlik və
həmişəlik qazanılmış keyfiyyət deyil. Yüksək iradi səy və
dözümlülük sayəsində müəllim öz avio- riletini qoruyub saxlamağı
və daim təkmilləşdirməyi bacarmalıdır. Ancaq bu, süni
olmamalıdır.
Ustad müəllim olmaq üçün heç də xüsusi istedad vacib deyil.
Sadəcə olaraq, öz işini, yetirmələrini sevmək, əsl vətəndaş olmaq,
möhkəm əqidə və ideyalılıqla seçilmək, fənnini, onun tədrisi
metodikasını və psixologiyanı dərindən bilmək, pedaqoji
məharətini daim inkişaf etdirmək gərəkdir. Bu halda, hər bir
müəllim ustad ola bilər.
4.4. ALİ MƏKTƏB MÜƏLLİMİ TƏRBİYƏÇİ KİMİ
Ali məktəb pedaqogikasının mühüm problemlərindən biri də
tələbələrin milli mənlik, ləyaqət şüuruna məxsus şəxsiyyət kimi
formalaşmasının metodikası və texnologiyasıdır. Bu işdə ali məktəb
müəlliminin rolu çox böyükdür. Ali məktəb müəlliminin tərbiyəçi
kimi rolu onun təlim prosesi ilə yanaşı, tələbə kollektivinin təşkili
və tənzimlənməsi funksiyaları ilə şərtlənir. Müəllimin elmi, nəzəri,
professional hazırlığı, intellektual inkişafı, həyal
110
ləcrübnsi, pedaqoji etikası, geniş erudisiyası lərbiya üçün əlverişli
mühit yaradır.
Ali təhsil müəssisəsində tərbiyə işi iki əsas istiqamətilə
reallaşdırılır:
• talim prosesimh
• kompleks pkild^ həyata keçirilən xäsasi təlimdən- kənar
tər hiyə prosesində.
Ali məktəbdə müəllimin tərbiyəçi kimi fəaliyyətinin bn iki
istiqaməti dialektik vəhdətdədir. Təlimdənkənar tərbiyəvi işlər təlim
prosesində reallaşdırılan tərbiyə prosesinin davamıdır və onlar
biri-birini tamamlayır. Əsas iərq iş metodların- dadır.
Təlim əməyini və tərbiyəvi fəaliyyəti biri-birindən təcrid
etmək olmaz. Bir-birilə üzvi vəhdətdə olan təlim və tərbiyə
prosesində müvəffəqiyyət qazanan o müəllimlərdir ki, onlar hər iki
prosesi əlaqəli şəkildə həyata keçirə bilirlər. Müəllim- tərbiyəçi
tələbənin ən yaxın məsləhətçisi olmalı, həyat yollarında onu düzgün
istiqamətləndirməyi bacarmalıdır.
Mürəkkəb tərbiyə işi müəllimin qarşısında ciddi tələblər
qoyur. Tərbiyə edən müəllim «nəzarətçi» rolunda deyil, qüvvətli
nümunə, «avtoritet» rolunda çıxış etməlidir.
Ali məktəbdə təlimin tələbə şəxsiyyətinə tərbiyələndirici
təsiri çox böyükdür. Bu, ali məktəbdə pedaqoji prosesin
özünəməxsus
xüsusiyyətindən
irəli
gəlir.
Ümumtəhsil
məktəblərində tərbiyə işlərinə geniş yer verildiyi halda, ali məktəbin
bu baxımdan imkanları məhduddur. Hər şeydən əvvəl, ona görə ki,
ali məktəbdə müəllim-tələbə ünsiyyəti epizodik xarakter daşıyır.
Bu, həm də onunla əlaqədardır ki, təhsil-tərbiyə prosesini bilavasitə
reallaşdıran ümumtəhsil məktəbindən fərqli olaraq, ali məktəb
müəllimi interpretator deyil, bu və ya digər elm sahəsində konkret
tədqiqatlar aparan şəxsdir.
Ali məktəbdə professor-müəllim heyətinin tərbiyə işində
iştirakının əsas forması kııratorluqdur (latınca curator - hami,
qəyyum deməkdir. Müəyyən işin yaxud işlərin gedişini izləyən,
icrasına nəzarət edən şəxs). Təcrübə göstərir ki, kurator akademik
qrupda mühazirə oxuyan, yaxud seminar və ya praktik məşğələlər
aparan yüksək pedaqoji etikaya malik
111
müəllimlərdən təyin olunduqda tərbiyəvi işlərin effekti daha yüksək
olur. Bu, müəllimin tələbə qrupunun tərkibinə, onların maraqlarına,
bir-birlərinə münasibətlərinə yaxşı bələd olmasından irəli gəlir.
Müəllim-tərbiyəçi tələbələri yaxşı tanıyarsa, onun üçün tələbələrdə
təlimə maraq oyatmaq, onlarda elmi, siyasi, mədəni dünyagörüşü
formalaşdırmaq, ixtisas bacarıqlarını genişləndirmək o qədər də
çətin olmur. Odur ki, akademik qruplar üçün kuratorlar təyin
olunduqda məhz bu cəhəti nəzərə almaq lazımdır.
Bir sıra ali məktəblərdə akademik qrupların kuratorları
tələbələrdən ibarət «pedaqoji şum» təşkil edir. Bu «pedaqoji şura»
tələbələrin təlimi, tərbiyəsi, asudə vaxtı, məişəti və həyatı ilə bağlı
məsələləri həll etməyə çalışır və imkanları daxilində onlara kömək
göstərir.
Tərbiyə prosesində tələbə-fəal, müstəqil iştirakçıdır,
tərəf-müqabilidir. Müəllim tərbiyə prosesində rəhbər və idarəedən
şəxs
kimi
çıxış
etsə
də,
tələbələrin
müstəqilliyinə,
təşəbbüskarlığına, özfəaliyyətinə geniş meydan açmalı, tərbiyəvi
tədbirlərin seçilməsində onların arzu və istəklərini, fərdi imkan və
qabiliyyətlərini nəzərə almalıdır. İş bu cür təşkil edildikdə tələbədə
sabahkı mütəxəssisə xas olan təşkilatçılıq bacarığı yaranır,
ictimai-siyasi təcrübə formalaşır.
Respublikamızda keçid dövrünün çətinlikləri tərbiyə işində
həlli o qədər də asan olmayan problemlər yaratmışdır. Tələbələr
ermənilərin
zaman-zaman
xalqımızın
başına
gətirdikləri
müsibətlərdən xəbərdar olmalı və bunları gələcək nəslə
çatdırmalıdırlar. Ali məktəblərdə isə dar ixtisas hazırlığına daha çox
diqqət yetirilir, bu məqsədlə fakültativlərə, müxtəlif növ
təlimdənkənar məşğələlərə üstünlük verilir, tərbiyə işi unudulur. Ali
məktəbdə tərbiyə prosesi elə qurulmalıdır ki, orada respublikamızın
təkcə mədəni həyatı deyil, həm də ictimai-siyasi və milli
ideologiyası öz əksini tapmış olsun. Ciddi elmi ictimaiyyət olmadan
əsil elmi tərəqqi mümkün olmadığı kimi, mədəni mühit olmadan da
təhsilin tərəqqisi mümkün deyil. Ali məktəbdə belə mühitin
yaradılması professor-
112
müəllim heyətinin, bütövlükdə ali məktəb kollektivinin qarğısında
duran əsas məqsəd olmalıdır.
Ali məktəbdə tərbiyəvi işin təşkili zamanı ali təhsil
müəssisələrinə xas olan bir sıra xüsusiyyətləri və çətinlikləri
nəzərə almaq lazımdır:
• ümumuniversitet miqyasında ixtisasların çoxluğu və
müxtəlifliyi tərbiyə işində tələbələrin maraqlarını nəzərə almağı
çətinləşdirir;
• tələbə kollektivinin tərbiyə edilməsi işi müəllimdən
dərin nəzəri hazırlıq və ixtisaslarla bağlı bilgilər tələb edir;
• ali məktəb müəllimi unutmamalıdır ki, o, ümum- təhsil
hazırlığı keçmiş, müəyyən həyat təcrübəsi olan, ictimai- siyasi
hadisələri təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi
mülahizələri olan, ən başlıcası isə, daim təkmilləşən insanlarla
işləyir;
• hər bir kursda tərbiyə işinin özünəməxsus istiqamətləri
müəyyənləşdirilməlidir;
• tərbiyə işində tələbələrin yaş xüsusiyyətləri nəzərə
alınmalıdır;
• birinci kurs tələbələrilə aparılan tərbiyəvi işlərə xüsusi
diqqət yetirilməlidir, çünki məhz birinci kursda adaptasiya prosesi
başlanır, tələbənin peşəni düzgün, məqsədəuyğun, yaxud təsadüfi
seçməsi, nəyə qabil olması və səmimi istəkləri aşkarlanır.
Birinci kurs tələbələrinə əqli əmək mədəniyyəti, əqli əmək
gigiyenası, əqli əməyin təşkili, mühazirələrdə qeydlər götürülməsi,
seminar məşğələlərinə, kollokviumlara, məqbul və imtahanlara
hazırlıq haqqında məlumatlar verilməli və onların ali məktəbin
təlim və ictimai həyatına daha tez qovuşması təmin olunmalıdır.
Yuxan kurslarda tərbiyə işinin istiqaməti dəyişir.
İnformasiyaları daha tez və intensiv surətdə mənimsəmək
bacarıqlarının
formalaşdırılması,
peşə
maraqlarının
dərinləşdirilməsi,
ixtisas
hazırlığı,
əmək
fəaliyyətinə
istiqamətlənmə və s. həyata keçirilir.
Vahid təhsil-tərbiyə prosesinin bütün struktur elementləri
(təlim, elmi-tədqiqatçılıq işləri, ideya-siyasi, əmək, estetik, fiziki
tərbiyə və s.) eyni məqsədə - zəngin mənəviyyata, mədə-
113
ni davranışa, möhkəm iradə və bütöv xarakterə malik yüksək
ixtisaslı mütəxəssislər yetişdirməyə xidmət edir. Tələbələrin fərdi
psixi xüsusiyyətlərinin nəzərə alınması bu işin müvəffəqiyyətini
təmin edən mühüm faktorlardandır. Müəllimin hər bir tələbə ilə
fdrdi işi tərbiyə prosesinin əsasım təşkil etməli, hər bir konkret
şərait üçün adekvat məqsədlər müəyyənləşdirilməlidir.
Tələbələrin tərbiyəsi işində aməksevarlik tarbiyasinin rolunu
xüsusi qeyd etmək lazımdır. Tələbənin əmək tərbiyəsi onun
təhsilinin səmərəliliyini təmin edən zəruri bacarıq və vərdişləri
mənimsəməsində, ali məktəbdə ictimai və əmək fəaliyyətinin
müxtəlif növlərinə aktiv surətdə qoşulmasında və bu yolla gələcək
peşə fəaliyyətinə istiqamətləndirilməsində öz əksini tapır. Ali
məktəbə bəzən elə Məzunlar daxil olur ki, onlar təlim əməyini
səmərəli surətdə təşkil edə bilmirlər.
Zəif oxuyan tələbələr, bir qayda olaraq, sistemli işləmək
bacarığı olmayan, təlim vaxtını düzgün bölüşdürə bilməyən və
ətalətli, tənbəl tələbələrdir. Müəllim-tərbiyəçi ilk növbədə ali
məktəbə yeni qədəm qoymuş məzunların bu nöqsanlarını aradan
qaldırmalı, onlara, ilk öncə, təlim əməyi ilə bağlı bacarıq və
vərdişlər aşılamalı və tədriclə ali məktəbin əmək və ictimai həyatına
qovuşdurmalıdır.
Tələbələri məhz əmək prosesində gələcək peşə və ixtisas
fəaliyyətinin çətinliklərini dəf etməyə hazırlamaq mümkündür,
Tədqiqatlarla müəyyən edilmişdir ki, alİ təhsili başa vurub əmək
fəaliyyətinə başlayan məzunların bir qismi seçdikləri peşədən
peşmançılıq və təəssüf hissi keçirirlər. Bir qismi müvafiq peşə
qabiliyyətlərinin olmadığını etiraf edir. Başqa bir qismi əmək
ritminə və əməyin ağırlığına dözmədiklərini bildirir. Elə məzunlar
da var ki, öz fəaliyyətlərini təşkil edə bilmirlər. Bəzilərinin isə
ixtisas hazırlığının kifayət qədər olmadığı məlum olur.
Aydındır ki, qeyd etdilən acı nəticələr ali məktəbdə təhsil
illərində tələbələrin təlim əməyinin, ümumiyyətlə, əmək
tərbiyəsinin düzgün qurulmamasınm nəticəsidir.
Ali məktəb müəlliminin tərbiyəçi kimi fəaliyyətinin
114
mühüm istiqamətlərindən biri də tshbəih peşa etikasmın
fovmala^dmlmasıdıv.
Elm və texnika nə qədər sürətlə tərəqqi etsə
də, heç bir vaxt əxlaqi, mənəvi dəyərləri kölgədə qoya bilməz.
Müəllim ümumi əxlaqi normaları konkret situasiyalara tətbiq
etməklə, tələbələrə peşə etikası aşılamalıdır. Peşə etikası, hər şeydən
əvvəl, mütəxəssisin peşə vəzifəsini yüksək məsuliyyətlə icra
etməsində və vətəndaşlıq mövqeyində təzahür edir. Tələbəni
inandırmaq lazımdır ki, hər peşənin özünəməxsus «əxlaq kodeksi»,
təkrarolunmaz etikası var və bunlara əməl etmədən, peşəkar
mütəxəssis olmaq mümkün deyil. Bu, müəllimin məqsədəuyğun
tərbiyəvi fəaliyyətinin ən çətin sahəsidir.
Ali məktəb həyatına müəyyən ənənələrin, mərasimlərin
(məsələn, tələbəliyə qəbulun təntənəli surətdə qeyd olunması; tələbə
poeziyası günlərinin keçirilməsi, bakalavr, magistr diplomlarının
təntənəli surətdə təqdim edilməsi; Novruz bayramının qeyd
edilməsi; ali məktəbin yubileyinin qeyd edilməsi, şair və yazıçılarla,
məzunlarla görüş və s.) daxil edilməsi gələcək mütəxəssisin
vətəndaş kimi formalaşmasına qüvvətli təsir göstərir. Məhz bu
tədbirlərin keçirilməsində ali məktəb müəlliminin tərbiyəçi kimi
rolu çox böyükdür. Əlbəttə, mərasimlər, ənənələr dəyişməz deyil,
zaman-zaman ənənələlərin bəziləri köhnəlir, yeniləri meydana gəlir
və bunlar əvvəlkilərdən daha faydalı və emosional olur.
Ali məktəbdə tdhhdhvin milli və hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsi
də mühüm məsələlərdəndir. Bu günkü tələbə
vətənin müdafiəçisi kimi formalaşdırılmalı, torpaqlarımıza göz
dikənlərə qarşı amansız olmalıdır. Əlinə silah alıb mənfur
ermənilərin işğal etdikləri torpaqları geri qaytarmağa, Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda özünü fəda etməyə hazır
olmalıdır. Bu işə isə yalnız vətəndaşlıq mövqeyində duran
müəllim-tərbiyəçi qabildir.
Ali məktəbdə tələbələrlə işin əsas istiqamətlərindən biri də
sosial yönümlä işlərdir.
Sosial işlər deyilərkən, tələbələrə ictimai
əhəmiyyət kəsb edən keyfiyyətlərin aşılanması, onlarda sosial
münasibətlər sisteminə, cəmiyyətə, dövlətə, hakimiyyət orqanlarma,
ictimai asayişə və s. münasibətlər sisteminin
115
kompleks halda formalaşdırılması prosesi başa düşülür. Sosial yö-
nümlü işlər tələbələrin tərbiyəsi prosesinin mərkəzində durmalıdır.
Vətəndaşlıq, şüurlu intizam, mərdlik, mütəşəkkillik, diqqətlilik və
həssaslıq, qətiyyət və nəzakətlilik məhz sosial yönümlü işlərin
təsii’i altında inkişaf edən mühüm mənəvi keyfiyyətlərdir.
Respublikamızın müasir inkişaf səviyyəsində cəmiyyətimizə məhz
bu keyfiyyətlərin daşıyıcısı olan mütəxəssislər gərəkdir.
Ali məktəbdə tərbiyə prosesinin mühüm istiqamətlərindən
biri də tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsidir. Müəllim
tələbədə elmi axtarıcılığa maraq oyatmağı və yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirməyi bacarmalıdır.
Tələbələrlə birlikdə elmi ideyaların müzakirəsi, tələbələrin
müvafiq kafedra və laboratoriyaların elmi işlərində iştirak etməsi,
elmi seminarlarda, konfranslarda, müsabiqələrdə iştirakı,
mütəxəssis diskussiyaları, elmi proqnozlar və onların sosial
əhəmiyyəti haqqında söhbətlər tərbiyənin çox qüvvətli amilləridir
və kamil, mənəviyyatca zəngin mütəxəssisin formalaşmasını təmin
edən əsas vasitələrdən biridir.
Ali məktəbdə təhsil - tərbiyə və elmi sferalar biri-birilə
qırılmaz vəhdətdədir və biri digərinə nüfuzedici təsir göstərir.
Ali məktəb müəlliminin oxuduğu mühazirə heç bir şeylə əvəz
edilməyən tərbiyə formasıdır, elmə, incəsənətə, humanist ənənələrə
müraciətdir, həyata, elmə, insanlara məhəbbət hissinin, reallıqlara
nikbin münasibətin tərbiyə edilməsi metodudur.
Mühazirə hansı formada qurulursa-qurulsun, tələbələrin
əqlinə və hisslərinə qüvvətli təsir edərək, fəal qavramanı təmin edir,
yeni biliklərə, axtarışlara, tədqiqatlara maraq oyadan qüvvətli
stimulyator rolunu oynayır.
Ali
məktəb
müəlliminin
tərbiyəvi
fəaliyyətinin
istiqamətlərindən biri də tələbəni özüniitəhsU prosesinə
hazırlamasıdır. Öz yetirmələrinin fərdi psixi xüsusiyyətlərinə,
potensial imkanlarına və qabiliyyətlərinə, maraq və istəklərinə
yaxşı bələd olan müəllim-tərbiyəçi onlara özünütəhsilin sistemini
və texnikasını öyrətməlidir. Bu məqsədlə məsləhət və
kollokviumlar təsadüfi xarakter daşımamalı.; müntəzəm, ən
başlıcası isə, düzgün təşkil olunmalı, mövzular qabaqcadan
müəyyən-
116
ləşdirilməli və bu zaman tələbənin zəif bildiyi, yaxud heç bilmədiyi
problemlərə daha geniş yer verilməlidir.
Müəllim-tərbiyəçi tələbə klublarının, bədii özfəaliyyət
dərnəklərinin, yaradıcı birliklərin, tələbə ictimai təşkilatlarının
fəaliyyətinə aktiv surətdə qoşulmaqla, tələbələrin şəxsiyyət və
mütəxəssis kimi formalaşmasına təsir göstərə bilər.
AH məktəb müəlliminin tərbiyəçi kimi fəaliyyətinin bütün
istiqamətlərini, vasitə və amillərini tam əhatə etmək mümkün deyil.
Həyat tərbiyənin yeni texnologiyalarını doğurur. Müəllimin vəzifəsi
yenilikləri mənimsəmək, olduqca mürəkkəb olan tərbiyə işində
ondan uğurla istifadə etməkdir.
4.5. MÜƏLLİMİN ÖZÜNÜTƏKMİLLƏŞDİRMƏSİNİN
SƏMƏRƏLİ YOLLARI
İnsanın mədəni və intellektual aləminin formalaşmasına bir
sıra amillər təsir göstərir. Bu amillərdən özünütəhsilin rolu xüsusilə
böyükdür. Özınnıldhül - müxtəlif elmi, bixlü kitahla- nn, incas^vwt
haqqında :>S9rbrin, məlumat ədəbiyyatının
mii-
laliəsidir.
Ahəngdar inkişaf baxımından təhsil səviyyəsini hər hansı bir bilik
sahəsinə dərin maraqla vəhdətdə inkişaf etdirmək lazımdır.
Özünütəhsil prosesində hafizənin, təfəkkürün və nitqin inkişaf
etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Özünütəhsil və özünütəkmilləşdirmə texnologiyası aşağıdakı
komponentlərdən ibarətdir:
• İntellektual inkişaf ümumi mədəni inkişafla, estetik, J izik i
və ə.xlaqi özünütəkmilləşdirmə ilə vəhdətdə həyata keçirilməlidir.
• Hər şeydən əvvəl, hafizə inkişaf etdirilməlidir.
Hafizəni inkişaf etdirməyin bir neçə yolu vardır:
• ^tjli fəaliyyətlə sistematik olaraq mə.fğul olmaq;
• hafizəni daim informasiyalarla zənginiə.'idirmək;
• bilikləri praktika ilə əlaqələndirmək:
• yadda saxlamanın məqsədini dəqiqləşdirmək, hu və ya
dipər materialı yadda .saxlamağın zəruriliyini dərk etmək, biliyin
harada istifadə olunacağını aydınlaşdırmaq;
117
• dvvəlcd aydın dərk etmək, anlamaq, yalnız hundan sonra
hafizədə saxlamağa səy göstərmək;
• hafizədə saxlanması tələb olunan materialı seçmək, dərk
etmək, sistemləşdirmək, əvvəlki biliklərlə əlaqələndirmək:
• əsas ideyaları və onların əsaslandırılması yollarını
dərindən mənim.'iəmək (belə olduqda hafizə lazım olan anda bütün
məqamları canlandıra bilir);
• öyrənmə zamanı yaxşı əhval-ruhiyyə yaratmaq;
• adi və yenini, qeyri-adi olanı, maraq doğuran və zəruri
olanı görməyi bacarmaq.
Düşünməyi öyrənmək lazımdır.
Bu məqsədlə aşağıdakılara
əməl olunmalıdır;
• önəmli və həlledici olam görməyi və əsaslandırmağı
bacarmaq;
• əsas təfəkkür əməliyyatlarına (təhlil və tərkib, indıık- siya
və deduksiya, müqayisə, sistemləşdirmə və təsnifat, ümumiləşdirmə
və konkretləşdirmə və,'i.) dərindən yiyələnmək:
• hadisələrə özünəməxsus yanaşma tərzinə yiyələnmək;
• tənqidi təfəkkürü, ağlın çevikliyini, təşəbbüskarlıq,
axtarıcılıq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək)
Natiqlik qabiliyyətinə yiyələnmək lazımdır.
Bu, insandan öz
üzərində yorulmadan işləməyi, daim məşq etməyi tələb edir. Bu
məqsədlə aşağıdakılara əməl olunmalıdır:
• hər bir elmi söhbətə, çıxışa, diskussiyaya maraqla,
maksimum həvəs və enerji ilə qoşulmaq;
• izah etməyə, əsaslandırmağa, inandırmağa cəhd
göstərmək;
• sözün təsiredici qüvvəsindən istifadə etməyi öyrənmək;
• inanmadığın və ya bilmədiyin haqqında danışmamaq;
• sadə, təbii və zövqlə danışmağı öyrənmək, mürəkkəb,
yaxud loru dildə danışmamaq;
• nitqin texnikasına xüsusi diqqət yetirmək (səs təbii olmalı,
mənasına görə tədricən yüksəlməli, ifadəli və obrazlı olmalı, lazım
gəldikdə tədricən enməli, yumşalmalı, ürəkdən gəlməlidir, nə çox
yavaş, nə də çox bərkdən danışmaq olmaz);
118
• nitcj qabiliyyətini inkişaf etdirmək məqsədilə hər }'iin
ijadəti oxu ilə məşğul olmaq.
Öz psixi vəziyyətini idarə etmək məharətinə yiyələnmək
zəruridir.
Bu məqsədlə aşağıdakıları nəzərə almaq lazımdır;
üzünüləlqin;
öz-özünə tələblər vermək;
aydın durum (ustanovka) - görüləcək işə optimist münasibət;
müvəffəqiyyətə inam və qələbə hissini başqalarına da sirayət
etdirmək;
fəaliyyət
prosesində
nailiyyət,
müvəffəqiyyət,
uğur
situasiyasını yaratmaq;
sonrakı özünütərbiyə fəaliyyətini proqnozlaşdırmaq; nəzəri,
yaxud praktik, peşə-ixtisas fəaliyyəti ilə müntəzəm məşğul
olmaq;
özünütəhsillə müntəzəm məşğul
olmaq; xüsusi məşqlər, treninqlər və s.
Qeyd etmək lazımdır ki, şəxsiyyətin hər hansı keyfiyyətinin
dəyişməsi onun psixi aləminin digər cəhətlərinin də dəyişməsinə
səbəb olur. Məsələn, mədəni-intellektual sahədə özü-
nüləkmilləşdirmə - mədəni davranışın formalaşmasıria, öz psixi
vəziyyətini idarə etmək cəhdinin güclənməsinə səbəb olur. Savadlı
və mədəni insan öz fəaliyyətini optimal şəkildə qurmağı, vaxt
büdcəsindən səmərəli istifadə etməyi, öz hisslərini idarə etməyi və
lazım gəldikdə, cilovlamağı bacarır. Bütün bunlar isə şəxsin iradi
sferasında müsbət dəyişikliklərlə nəticələnir. Özündə baş verən
müsbət dəyişikliklərin dərk edilməsi özünütəkmilləşdirmə
tələbatının
formalaşmasına
müsbət
təsir
göstərir.
Özünütəkmilləşdirmə fəaliyyətinin nəticələri yüksək olduqca
sonrakı özünütərbiyəyə də meyl artır.
Müəllimin özünütərbiyə proqramı özünütəkmilləşdirmə
prosesinin mühüm amillərindən olub, bir tərəfdən, formalaşmış
pedaqoji qabiliyyətləri düzgün qiymətləndirməyi, digər tərəfdən,
onları daha artıq təkmilləşdirməyi nəzərdə tutur. Pedaqoji fəaliyyət
prosesində müvafiq qabiliyyətlərin
119
inkişafı üçün əlverişli şərait yaranır.
Yüksək intellektual inkişaf, öz psixi vəziyyətini idarə etmək
bacarığı, müsbət iradi keyfiyyətlər, mədəni davranış, pedaqoji
qabiliyyətlər
peşə-ixtisas
özünütəhsilinin
va
şəxsi
özünütəkmilləşdirmənin qüvvətli stimulları olub, müəllimi
müntəzəm özünütərbiyə işinə təhrik edir.
Müəllimin özünütəkmilləşdirmə texnologiyasını sxematik
olaraq belə göstərmək olar.
Özünü-
Məqsədin qoyulması
Motivlərin
dərketmə
-*
(özünütərbiyə məqsə-
-
►
müəyyənləş-
dinin seçilməsi)
dirilməsi
Təlim-tərbiyə və elmi fəaliyyət çərçivəsində fəaliyyət
proqramı
Metodlar (özünütəlqin, özünüinandınna, özünə tələblər vermək,
autogen (yunanca autos özü deməkdir) məşq)
Özünütəkmilləşdirmə proqramının reallaşdırılması
Özünənəzarət
Özünöq iy mət lənd i
rmə
Korreksiya
—
►
Fəaliyyətin nəticələri (fəaliyyətin keyfiyyətinin yaxşılaşması)
Şəxsiyyətdə baş verən dəyişikliklər
(intellektual inkişaf, psixi vəziyyətini idarə
etmək bacarığı, iradi məqsəd ardıcıllığı,
mədəni inkişaf, pedaqoji qabiliyyətlərin
inkişafı)
Sonrakı özünü
təkmilləşdir
məyə tələbat
Təqdim etdiyimiz texnologiyadan məlum olur ki, özünü dərk
etmədən və özünü qiymətləndirmədən müəllim nə şəxsi
keyfiyyətlərinin obyektiv mənzərəsini yarada bilər, nə də özü-
120
niUorbiyə prosesində nəzərə çarpan nəticələr əldə edə bilər. Düzgün
özünüdərketmə və obyektiv özünüqiyməlləndirmə olmadan
özünütərbiyənin adekvat proqramını hazırlamaq, bıı sahədə
müəyyən irəliləyişə nail olmaq mümkün deyil. Digər tərəfdən,
özünütəkmilləşdirmə proqramında məqsəd aydınlığı olmadan
özünütərbiyə işini effektiv surətdə qurmaq olmaz. Çünki bu halda
özünütərbiyənin motivləri aydın olmur. Dərk edilmiş məqsədlərin
qeyri-müəyyənliyi isə real özünütərbiyə prosesinin olmaması
deməkdir.
Özünənəzarət
və
korreksiya
özünütəkmilləşdirmə
texnologiyasının son dərəcə vacib komponentləridir. Çünki
bunlarsız irəliləyişi dərk etmək, əldə edilmiş nəticələri arzu
olunanlarla müqayisə etmək, nöqsanları vaxtında aşkaıiamaq.
fəaliyyətin
sonrakı
proqramında
düzəlişlər
aparmaq,
özünütərbiyənin önəmli və daha səmərəli metodlarını seçmək
mümkün deyil.
Özünütəkmilləşdirmə fəaliyyəti ilə məşğul olan gənc
müəllimlər istifadə etdikləri texnologiyada aşağıdakı ardıcıllığı
gözləməlidir:
• nwqs^Hİin qoyulması (ö:üııüt
i’ərə malik məqsad və vazifahrinm thqiqLujiiifilıihXsi);
• işin planlaşdırılması, əməliyyatların seçilməsi, özünü-
tərbiyə proqramının yaradılması;
• özünütərbiyənin metod və vasitələrinin .seçilməsi;
• özünütəkmilləşdirmənin əməli fəaliyyətdə reaIİcradırıl-
ması;
• özünənəzarət (əldə edilmiş nailiyyətlərin arzu ohtıutıı-
larla, planlaşdırılan nəticələrlə müqayisəsi);
• özünənəzarət və özünüqiymətləndirmənin nəticələrini
nəzərə almaqla özünütəkmilləşdirmə proqramında korreksiya
aparılması.
121
4.6. ALI MƏKTƏB MÜƏLLİMİNİN
ATTESTASİYASI
Pedaqoji fəaliyyət «insan-insan» tipli fəaliyyətdir.
Fəaliyyətin bu tipi insanın bir sıra keyfiyyətləri ilə müəyyən olunur:
insanlarla iş prosesində özünü daim yaxşı hiss etmək, ünsiyyətə
tələbat; Özünü başqalarının yerinə qoya bilmək; başqalarının
əhvalını, düşüncələrini, niyyətlərini dərhal hiss etmək; insanlar
arasındakı münasibətlərdən baş açmaq; insanların şəxsi
keyfiyyətlərinə yaxşı bələd olmaq və bütün məqamları yadda
saxlamaq və s.
«İnsan-insan» tipli fəaliyyətdə iştirak edən hər bir kəs
aşağıdakı bacarıqlara malik olmalıdır;
• tflşkilatçıluj, idarə və rəhbərlik, öyrətmək və tərbiyə
etmək bacarığı;
• insanlara xeyirxahlufla xidmət etmək bacarığı;
• başqalarım dinləməyi və başa düşməyi bacarmaq;
• kommunikativ mədəniyyət;
• geniş eriidisiya;
• insan ağlının, hisslərinin, xarakterinin təzahürlərini
müşahidə edə bilmək, onun daxili aləminin modelini qura bilmək;
ona zorla bu və ya digər mülahizəni qəbul etdirməmək;
• insanı nikbinlik əsasında layihələşdirməlc;
• başqalarının hisslərini başa düşmək;
• müşahidəçilik;
• qeyri-standart situasiyaları həll etməyi bacarmaq;
• özünü yüksək səviyyədə idarə etməyi bacarmaq.
Bu, «insan-insan» tipinə daxil olan pedaqoji fəaliyyətlə
məşğul olan müəllimin - tərbiyəçinin ümumiləşmiş portretidir.
Pedaqoji fəaliyyətin subyekti olan müəllim bütün bunlarla yanaşı,
peşə səriştəliyi və didaktik mədəniyyəti ilə də seçilməlidir.
Pedaqoji prosesin mərkəzi siması olan müəllim üçün aydın
olmayan və ifadəsiz nitq, qapahlıq, dərhal nəzərə çarpan fiziki
qüsur, görkəmindəki səliqəsizlik, astagəllik, biganəlik kimi
nöqsanlar yolverilməzdir.
122
MLiəlIimin zəruri peşə keyfiyyətlərinin sirukuırumı aşağıdakı
xarakteristikaların bloku kimi təqdim elmək olar:
• obyektiv xarakteristikalar (pe-f,-) il/> hağ/ı hi Ük.
bacaruj və v/)r(!i.ybv. peıkıqoji və psixoloji bilikbr j :
• subyektiv xarakteristikalar (psixoloji mövqe. (Iıırtmı
(ııstanovka),
^
VƏ
.
Y
.
V
/
keyJİyy,->tbv).
Müəllimin «insan-insan» tipli fəaliyyətində müvəlTəqiy-
yəlini təmin edən bütün bu xarakteristikaları müəyyən elmək üçün
heç bir ölçü, heç bir kriteriya. yaxud müvafiq krilcriya yoxdur.
Ancaq tərəddüd etmədən hökm vermək olar ki. müəllimin, xüsusən
də ali məktəb müəlliminin yaradıcılıq qabiliyyəti və pedaqoji
ustalığı, bir tərəfdən, onun malik olduğu ümumi və xüsusi
qabiliyyətlərinin, bilik və bacarıqlarının məcmusu ilə ölçülürsə,
digər tərəfdən, həm də ən başlıcası, fəaliyyətinin sonunda yeniliyi,
orijinallığı və unikallığı ilə seçilən məhsul əldə etməsilə
dəyərləndirilir. Ali məktəb müəlliminin əldə etdiyi bu məhsul -
kamil mütəxəssisdir, yeni cəmiyyətin fəal qurucusudur, böyük
hərfiə yazılan İnsandır.
Ali məktəb müəlliminin buna qadir olub-olmadığını necə
müəyyənləşdirməli? Ümumiyyətlə, ali məktəb müəllimini necə
seçməli? Onun spesifik professional keyfiyyətlərini necə
diaqnostlaşdırmalı?
Müəllimin professionallığının, ustalığının, novaiorlugu- nun
qiymətləndirilməsi metodikası müəllimlərin, habelə tədris
müəssisələrinin attestasiyası adlanır.
Müəllimlərin attestasiyası pedaqoji kvalimetriya prosesi ilə
sıx vəhdətdədir. «Kvalimetriya» (lalın sözüdür, kval- keyfıyyət,
metros- ölçmək) termini pedaqoji tədqiqatların istiqamətini bildirir.
Bunun
başlıca
məzmununu
pedaqoji
parametrləri
və
xarakteristikaları ölçmək və qiymətləndirmək təşkil edir.
Kvalifikusiya attestasiyanın həyata keçirilməsi mexanizmini təşkil
edir.
Attestasiyada məqsəd, müəllimin tutduğu vəzifəyə yararlı
olub-olmadığım müəyyənləşdirmək və onun kvalifika- siya
kateqoriyasım müəyyənləşdirməkdir. Kvalifıkasiya konkret
fəalij'yət növünün icrası üçün zəruri olan qabiliyyətlərin
123
inkişaf səviyyəsi deməkdir. Kvalifıkasiya - nəzəri biliklərin,
praktik bacarıqların həcmi və işçinin mühüm sosial-iqtisadi
xarakteristikası ilə müəyyən edilir; kvalifıkasİ
3
'a kateqori-
yaları işçinin professionallığmın, fəaliyyətinin səmərəliliyi və
məhsuldarlığının müvafiq normativ kriteriyalara uyğunluğu
i
1.1
müəyyənləşd i rili r.
Attestasiya ali məktəb müəllimlərinin təhsil-tərbiyə pro-
sesinin nəticələri üçün məsuliyyət hissini artırmaq, pedaqoji
fəaliyj'ətin motivlərini inkişaf etdirmək, fasiləsiz özünütəhsil
və özünütəkmilləşdirməni stimullaşdırmaq, yaradıcılıq
qabiliyyətlərini formalaşdırmaq, fəallığını, ustalığını artırmaq
məqsədilə keçirilir. Attestasiya demokratiklik, sistemlilik,
kollcgiallıq, aşkarlıq prinsiplərinə əsaslanmalıdır. Attestasiya-
nın müəyyənləşdirdiyi maddi və mənəvi rəğbətləndirmə isə
müəllimləri öz ustalığını daha artıq zənginləşdirməyə təhrik
etməlidir.
İnkişaf etmiş ölkələrdə müəllimlərin attestasiyası testlər
vasitəsilə reallaşdırılır və kvalifıkasiya göstəriciləri kimi
professional indeks əsas götürülür. Professional (peşə) indeksi
isə aşağıdakı formula ilə müəyyənləşdirilir:
Y - B .
P: =
_
’ f 2-=9
Öq
Burada
P i
- professional (peşə) indeksi
Yı
-
tədris müddətinin sonunda keçirilən yekun
testləşdirmənin nəticələri;
Bı - tədrisin başlanğıcında keçirilən testləşdirmənin
nəticələri;
Öl, - təhsil alanların öyrənmə qabilliyini ifadə edir.
Formuladan belə bir qanunauyğunluq çıxır: /ər/r/.v müd-
d,'>tinin sonunda keçiribn yekun lestbşdmnmin naticabri ib (Yt)
tadrisin ha^lanğıcında keçiribn testb^dirımmin n:)tk?bri (Bt)
amsındakt fnrq (Y,-Bt) nə qədar çoxdursa, təhsil alanın öyrənmə
qabilliyi bir o qədər yüksəkdir və deməli, müəllimin professional
(peşə) indeksi (Pı) də o nisbətdə yüksəkdir.
12A
lia^qu sözJi), nıihilUnün son n,
7
ticoy,ı töhvosi Y,-
8
, forqi il<^
nmoyyon edilir.
Təhsüalanlann öyrənmə qabilliyyəli onların konkret bilikləri,
bacarıqları,
mənimsəmənin
səviyyələri.
«təlimə
daxili
mCiqaviməti» və digər amillərlə ölçülür. Formuladan məlum olur
ki, təhsil alanların öyrənməyə qabilliyi
( Ö q )
ilə müəllimin
professional indeksi (Pi) tərs mütənasibdir. Yəni öyrənənlərin
öyrənməyə qabilliyi yüksək olduqca, professional indeksin
əhəmiyyəti o qədər azalır. Əksinə, öyrənməyə qabillik a.'jağı
olduqda, müəllimin professional indeksinin əhəmiyyəti bir o qədər
artır. Buradan belə bir qanunauyğunluq təzahür edir: təhsil
alanların öyronmo (oxuma, nwnims^mo) qabilliyi a.şağı olduğu
toqdirdo nıihllimin yiiksok göstoricihr, nəticohr ohh etimsi onun
pedaqoji ustalığının göstəricisidir.
Müəllimlərin attestasiyası zamanı aşağıdakı meyarlar
(kriteriyalar) əsas götürülməlidir.
təHm moşğəhhrinin keyfiyyəti
-
70% (T,=(K 7):
təhsilalanların münasihəti - 5% (7\=0,05);
valideynlərin, ictimaiyyətin münasibəti- 5%> (T;=0,05):
inzibati orqanların verdiyi qiymət - 5%> (T^=0,05):
həmkarların verdiyi qiymət - 5%> (T^-0,05); müəllimin
özünü qiymətləndirməsi -10 %> (T,=o.n.
Kvalifikasiya (K) = 100% (1,0)
Əgər pedaqoji kvalifikasiyanın komponentlərini A (Aı; A:;
A.ı; A
4
; A
5
; A(,) ilə, amillərin proporsiyasmı (nisbətini, təsir
çəkisini) isə T (T
1
;, T
2
; Tı; T
4
; T
5
; Tr>) ilə işarə etsək. onda
kvalifikasiya indeksini aşağıdakı formula ilə hesablamaq olar:
Ki—Tı Aı+T:A2+T3A2+T4A4+T5A5+T6Af>
Nəticələrin etibarlılığını təmin edən daha kamil attestasiya
modelləri vardır. Attestasiya komissiyası mümkün modellərdən
istifadə edərək müəllimlərin kvalifikasiya indeksini müəyyən edir,
müəllimin pedaqoji və elmi fəaliyyətini əks etdirən sənədlərlə tanış
olur, müəllimin tutduğu vəzifəyə ya-
125
rarlığu kateqoriyası, rəğbətləndirmo formaları, fəxri adlai' və sairə
haqqında müəyyən qərar çıxarır.
Bütün sınanmış modellərə, kriteriyalara baxmayaraq,
müəllimin ustalığını, kvalifikasiya indeksini etibarlı surətlə
müəyyənləşdirmək, nəticələrin tam obyektivliyini təmin etmək
olduqca çətin bir işdir.
Müəllimin əməyini qiymətləndirərkən, onu attestasiyadan
keçirərkən, zənnimizcə aşağıdakı suallara cavab axtarmaq lazımdır;
• müəllim kimi öyrədir?
• nə üçün öyrədir? (son məqsədi nədir?)
• nəyi öyrədir?
• necə öyrədir?
Müəllimin
pedaqoji
əməyini
bu
kriteriyalarla
qiymətləndirmək onun didaktikaya hansı səviyyədə bələd olmasını,
pedaqoji fəaliyyətini layihələşdirmək qabiliyyətini və kvalifikasiya
indeksini müəyyənləşdirməyə imkan verər.
ƏSAS MÜDDƏALAR
Pedaqoji fəaliyyət - öyrətmə fəaliyyəti; təlimin metod və
priyomlarının müəyyənləşdirilməsi, metodoloji və metodik
fəaliyyət, proqramlaşdırma fəaliyyəti (fənn proqramlarının tərtibi)
kimi komponentlərin vəhdətindən ibarət mürəkkəb sistemdir.
Təhsil-tərbiyənin bütün pillələrində olduğu kimi, ali
məktəbdə də pedaqoji fəaliyyətin mərkəzində müəllim durur. Ali
məktəb müəlliminin fəaliyyəti biri-biri ilə sıx vəhdətdə olan və
biri-digərini tamamlayan bir sıra funksiyaların (təhsilverici,
tərbiyəedici, təşkiledici, tədqiqatçılıq) yerinə yetirilməsi ilə bağlıdır.
Pedaqoji və təşkilatçılıq fəaliyyəti ali məktəb müəllimi üçün
daha spesifıkdir. Tədqiqatçılıq fəaliyyəti ali məktəb müəlliminin
yaradıcı potensialını inkişaf etdirir, elmi səviyyəsini yüksəldir,
təlim informasiyalarını daha dərindən ümumi- ləşdirməsinə və daha
məntiqi surətdə sistemləşdirməsinə, əsas
126
ideya vo nəticələri qabarıq surətdə ifadə edə bilməsinə kömək edir.
Deməli, ali məktəb müəlliminin pedaqoji fəaliyyətinin son dərəcə
mühüm xarakteristikası onun yaradıcı məzmun daşımasıdır.
Ali məktəb müəllimi ümumi peşə qabiliyyətləri (kı>ns-
iruktiv. didaktik, təşkilati, avtoritar, kommunikativ, qnosiik
qabiliyyətlər) ilə yanaşı, ixtisas, psixoloji, pedaqoji və metodik
bilikləri, pedaqoji prosesin texnologiyalarının uğurla tətbiqi,
davranış adekvatlığı, nitq mədəniyyəti, yüksək erudisiya, yaradıcı
təfəkkür, pedaqoji takt, özünütəhsil və özüniitəkmilləşdirmə kimi
qabiliyyətlərə də malik olmalıdır.
Müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyini təmin edən
mühüm keyfiyyətlərdən biri də pedaqoji ustalıqdır. Pedaqoji ustalıq
- müəllimin müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə şəxsi
keyfiyyətinin sintezidir. Ustalıq - pedaqoji prosesin intensivliyini və
effektivliyini daim yüksəltmək məharətidir.
Öz işini və yetirmələrini sevən, möhkəm əqidəsi, ideyalılığı,
vətəndaşlıq mövqeyi ilə seçilən, fənnini, onun tədrisi metodikasını,
pedaqogika və psixologiyanı dərindən
bilən, pedaqoji
qabiliyyətlərini daim inkişaf etdirən, nüfuz sahibi olan hər bir
müəllim ustaddır.
Ustad müəllim həm də yaxşı tərbiyəçidir. Ali məktəb
müəlliminin tərbiyəçi kimi rolu onun tərbiyə prosesinin və tələbə
kollektivinin ictimai həyatını təşkil etmək və tənzimləmək
funksiyaları ilə bağlıdır.
Müəllimin ustalığının qiymətləndirilməsi metodikası
aıtcsiasiya adlanır. Müəllimin attestasiyası kvalimetriya prosesi ilə
sıx vəhdətdədir. Kvalimetriya pedaqoji parametrlərin və
xarakteristikaların öyrənilməsi və qiymətləndirilməsi, müəllimin
spesifik peşə keyfiyyətlərinin diaqnostlaşdırılması deməkdir. Kvali-
fikasiya - attestasiyanın həyata keçirilməsi mexanizmidir.
Attestasiyadan məqsəd, müəllimin tutduğu vəzifəyə yararlı
olub-olmadığını müəyyənləşdirmək və onun kvalifika- siya
kateqoriyasını müəyyənləşdirməkdir.
127
|