FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası



müasir metodları və vasitələrinin vəhdətdə tətbiqi prinsipi

• mütəxəssis  hazırlığının  cəmiyyətin  tələblərinə,  dövlətin 



mənafeyinə,  konkret  fəaliyyət  sahəsinin  ehtiyaclarına  uyğunluğu 

prinsipi. 

150 


ümumiyyətlə,  hər  bir  ali  məktəb  müəllimi  öz  pedaqoji 

fəaliyyətində  belə  bir  ideyam  əsas  götürməlidir  ki,  təlimin 

prinsipləri  bir  tərəfdən  elmin,  xüsusən  də  pedaqogikanın  və 

didaktikanın  inkişafı,  digər  tərəfdən  dövrün,  sivilizasiyanın 

tərəqqisi ilə əlaqədar daim inkişaf edir,, zənginləşir və təkmilləşir. 

ƏSAS MÜDDƏALAR 

Akademik  pedaqogikanın  müstəqil  bir  sahəsini  təşkil  edən 

ali  məktəb  didaktikası  müasir  dövrdə  sürətlə  inkişaf  edən 

nəzəri-normativ və tətbiqi bir elmdir. 

Ali  məktəb  didaktikası  pedaqogikanın  və  digər  elmlərin 

nailiyyətlərinə  istinadən  özünün  nəzəri  və  konstruktiv 

funksiyalarını  müvəffəqiyyətlə  həll  edir:  ali  təhsil  prosesinin 

struktur  və  məzmun  elementlərinin  xarakteristikalarını,  ali  təhsil 

müəssisəsində  pedaqoji  prosesin  qanunauyğunluqlarını,  didaktik 

münasibətləri,  yeni  təlim  texnologiyalarını  öyrənir,  təhsilin 

məzmununu  yeniləşdirmək,  təlim  vasitələri  və  metodlarının 

səmərəliliyini artırmaq istiqamətində dərin elmi tədqiqatlar aparır. 

Ali  məktəb  didaktikası  özünün  təhsil,  öyrətmə  fəaliyyəti, 

öyrənmə fəaliyyəti, təlim, təhsilin məzmunu, didaktik münasibətlər 

kimi  bir sıra spesifik  kateqoriyalara malikdir.  İntensiv  inteqrasiya 

prosesləri  ilə  əlaqədar  olaraq  didaktika  digər  elmlərin  «sistem», 

«element»,  «struktur»,  «funksiya»,  «formalaşdırma»,  «dinamik 

sistem»,- «əks əlaqə» və digər anlayışlardan istifadə edərək özünün 

termmologiya ■ anlayışlar sistemini daim təkmilləşdirir. 

151 


 

 

 



Ali məktəb didaktikastnm tədqiqat obyekti və predmeti nədir? 

Ali məktəb didaktikasının funksiyaları hansılardır? 

^ Ali məktəb didaktikasının terminologiya - anlayışlar sistemi haqqında 

danış. 


Ali  məktəbdə  təlim  prosesinin  mahiyyət  və  hərəkətverici  qüvvələri 

haqqında danış. 



<3> Ali məktəbdə təlimin prinsipləri hansılardır? 

<3> İxtisasınızla bağlı bir neçə mühazirəni diqqətlə izləyin və mühazirəçinin 

hansı didaktik prinsiplərə əməl etdiyini müəyyənləşdirin. 



03 


03 




03 

 

B.: 



Kazımov N. Ali məktəb pedaqogi- 

kası. B., Nicat, 1999. 

Bəşirov B. Ali məktəb didaktikası. 

B., APU, 1992. 

Paşayev Ə., Rüstəmov F. Pedaqo- 

gika. Yeni kurs. B., «Çaşıoğlu», 2002. 

Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri 

Maarif, 1983. 

Talıbov Y., Ağayev Ə., İsayev İ., Eminov A. Pedaqogika. B., 1993. 

Bayramov Ə.S., Əlizadə Ə,Ə. Psixologiya. B.:Çinar-Çap, 2002. 

Rüstəmov F. ADPU-nun ümumi pedaqogika kafedrasında ali məktəb 

pedaqogikası ilə bağlı aparılan tədqiqatlar haqqında. ADPU-nun 

professor-müəllim heyətinin 62-ci elmi konfransının materialları. 111 

buraxılış. B., 2002. 

Rüstəmov F. Azərbaycanda pedaqoji terminologiyanın inkişaf 

tarixindən. B., «Elm», 1997. 

rienarornKa 

K

 ncuxonorajı Bbicuıen 

UIKO

/

IW 



(

OTB


. pea. M.B.BynanoBa- 

TonopKOBa). P

OCTOB

 H/jJ.ıcPeıiHKC, 



2002.

 

Sitarov V.A. Didaktika. M., 2002. 



152 

VI 

FƏSIL


 

TƏHSİLİN MƏZMUNU VƏ ONUN 

TƏKMİLLƏŞDİRİLMƏSİNİN PEDAQOJİ ƏSASLARI 

6.1.  ALİ MƏKTƏBDƏ TƏHSİL 

PROSESİNİN MƏZMUNU 

Tahsil prosesinin məzmunu

 

ihisLy ıı^ıvi öyr.nnt,-)k sualımı 



veribn  konkret  cavabdır.  Ən  ümumi  halda,  lohsilin  məzmunu 

müəyyən tip tədris müəssisəsində öyrənilmək üçün seçilmiş bilik, 

bacarıq və vərdişlər sistemidir. 

Ümumi  təhsil  gəncin  ahəngdar  inkişafını  təmin  edir,  idrak 

maraqlarını,  təfəkkürünü  formalaşdırır,  əməyə  və  sosial  həyata 

hazırlığını  təmin  edir.  Təlim  məqsədlərini  reallaşdırmağa  imkan 

verən təhsilin məzmunu kateqoriyası həm bütövlükdə cəmiyyətin, 

həm  də  ayrı-ayrı  insanların  gündəlik  və  perspektiv  tələbatlarına 

cavab verməlidir. Məhz cəmiyyətin və onun üzvlərinin tələbatları 

müxtəlif  tipli,  müxtəlif  səviyyəli  tədris  müəssisələri  üçün  təhsilin 

məzmununu modernləşdirməyə imkan verir. 

Beləliklə, tahsilin mdzmunu

 

deyilərkən, elə bilik, bacarıq və 



vərdişlər sistemi başa düşülür ki, o, təhsil alanın ümumi inkişafını 

təmin etsin, intellektual, emosional, iradi və etik sferalarını inkişaf 

etdirsin,  elmi  dünyagörüşünü  formakı.şdır-  sın,  müstəqil  həyata, 

istehsal əməyinə hazırlasın. 

Təhsilin  məzmunu  tədris  müəssisəsinin  tipinə  və  onun 

qarşısında  duran  təhsil-tərbiyə  məqsədlərinə  görə  müəyyən  edilir. 

Digər tərəfdən, təhsilin məzmunu müəyyənləşdirilər- kən, konkret 

tarixi dövrün inkişaf səviyyəsi və perspektiv istiqamətləri. dövlətin 

mənafeyi, cəmiyyət üzvlərinin tələb və maraqları nəzərə alınır. 

Təhsilin məzmunu problemi tarix boyu həmişə çox k,əs- kin 

nəzəri, ideya-siyasi diskussiya doğurmuşdur. Biri-biri ilə mübarizə 

aparan qüvvələr öz ideologiyası  ilə məktəbə, bu  yolla bütövlükdə 

cəmiyyətə təsir göstərməyə çalışmışlar, Bu isə təsadüfi deyil. Hər 

ifır xalqın, lıər bir ölkənin mədəni 

133 


inkişaf səviyyəsi, elmin və texnikanın tərəqqisi, gənc nəslin əmək 

həyatına hazırlığı, ölkə təsərrüfatının müxtəlif sahələri üçün kamil 

mütəxəssislərin  yetişdirilməsi  və  həyati  əhəmiyyətli  problemlərin 

həlli təhsilin məzmunu ilə' reallaşdırılır. Bu, təhsilin məzmununun 

son dərəcə mühüm qanunauyğunluğudur. 

Digər  sistemlərdən  törəyən  və  onlardan  asılı  olan  təhsilin 

məzmunu  sisteminin  formalaşdırılması  mürəkkəb  və  ziddiyyətli 

prosesdir  və  onun  müəyyənləşdirilməsinə  təsir  göstərən  digər 

sistemlərin  prioritetlərindən  asılıdır.  Təhsilin  məzmununun 

formalaşmasına  həlledici  surətdə  təsir  göstərən  sistemlər 

aşağıdakılardır: 

•  sosial tələblər sistemi; 

•  şəxsi tələblər sistemi

•  sosial və elmi nailiyyətlər sistemi; 

•  məqsədlər sistemi; 

•  pedaqoji imkanlar sistemi və s. 

Bunu sxematik olaraq belə göstərmək olar; 

 


Təhsilin  məzmununda  iki  aspekt  nəzərə  alınır:  h,r\;>n'  və 

nüHi.  Bu,  təhsilin  məzmunu  modernləşdirilərkən  nəzərə  alınan 

mühüm prioritetdir. 

Təhsilin  məzmununun  müəyyənləşdirilməsinin  ümumi 

əsasları aşağıdakılardır: 

•  humanitarlaşdırma; 

•  diferensiasiya: 

•  inteqrasiya; 

•  yeni informasiya texnologiyaları; 

•  yaradıcı şəxsiyyətin formalaşdırılması. 

Təhsilin məzmunu çox komponentli, mürəkkəb sistem olub, 

bir sıra struktur elementlərindən ibarətdir. Bu struktur elementlərinə 

diqqət yetirək. 

•  Tabht,  c^miyyat,  tafəkkiır,  texnika,  faaliyyat  qaydaları 

haqqında hilikhr. 

Biliksiz  heç  bir  məqsədəuyğun  fəaliyyət  mümkün  deyil. 

Aydındır ki, bəşəriyyətin tarix boyu qazanmış olduğu biliklər çox 

zəngin  və  müxtəlifdir.  Bu  'məzmunu  bütövlükdə  cəmiyyət 

mənimsəyir, hər bir fərd isə yalnız «kiçik bir hissə»ni mənimsəyir. 

Təhsilin  məzmununu  elə  seçmək  lazımdır  ki.  bu  «kiçik  hissə» 

müxtəlif elm sahələrini əhatə etməklə yanaşı, konkret elm sahəsini 

daha  dərindən  öyrənməyə,  ictimai,  sosial,  əmək,  ailə-məişət 

həyatına  fəal  surətdə  qoşulmağa  imkan  versin.  Bununla  əlaqədar 

olaraq, təhsilin məzmunu aşağıdakı biliklər blokunu əhatə etməlidir: 

•  elmləri və ya hər hansı bir konkret elmi; 

•  həyat  və  məişət  hadisələrini  dərk  etmək  imkanı  verən 

terminologiya sistemini, kateqoriya və anlayışları; 

•  elmi faktları və obyektiv aləmin faktlarını (faktlarla tanış 

olmadan elmin qanun və qanunauyğunluqlarını dərk etmək, nəyisə 

əsaslandırmaq,  sübut  etmək  mümkün  deyil.  Bunsuz  əqidənin 

inkişafı da qeyri-mümkündür); 

•  gerçəkliyin müxtəlif cisim və hadisələri arasındakı əlaqə 

və asılılığı əks etdirən qanun və qanunauyğunluqları; 

•  elmi nəzəriyyələri; 

155 


•  şəxsiyyətin  real  aləmə  münasibətlərini,  icieallanm, 

fəaliyyətinin  istiqamətlərini,  psixoloji  durumunu  müəyyən  edən 

elmi və sosial ideyaları; . 

•  elmin tarixini

•  elmi idrakın metodlarım; 

•  aksioloji  bilikləri  (dəyərlər  və  münasibətlər  haqqında 

bilikləri). 

Biliyin  qeyd  olunan  bu  blokları  təhsil  alanlara  müxtəlif 

əlaqələrdə və kompleks şəkildə təqdim olunur, müxtəlif formalar və 

metodlar  vasitəsilə  mənimsədilir.  Müvafiq  nəzəri  biliklərin 

mənimsənilməsi  təhsil  alanların  dünyagörüşünü  for

malaşdırır, 

dünyanı  dialektik-materialist  tərzdə  dərk  etməyə 

imkan  verir, 

intellektual və praktik fəaliyyətə hazırlayır. 

•  Konkret  faaliyypt  növbrinin  isasını  t



3

!}kU  edən 

intellektual

  ı


>,7

 

praktik bacarıq vo vardişbr sistemi 

Hər bir təhsil alan nəzəri bilikləri mənimsəməklə yanaşı, həm 

də onların tətbiqi bacarıqlarına və vərdişlərə yiyələnməlidir. 



Np)z,')ri  və  praktik,  ümumi  və  spesifik  (xüsusi)  hacanq  və 

v.vdiskv ayırd edilir. 

Elə  bilik  və  bacarıqlar  var  ki,  onlar  yalnız  bilikləri  tam 

mənimsədikdən sonra formalaşır. Elə bacarıqlar var ki. onlar nəzəri 

biliklərin 

mənimsənilməsi 

üçün 


yol 

açır 


(məsələn, 

konspektləşdirmə,  icmal,  referat,  annotasiya,  tezis,  rəy  yazmaq, 

mövzunu  planlaşdırmaq,  lüğət  və  məlumat  kitabları  ilə  işləmək, 

ədəbiyyat siyahısı hazırlamaq və s.). 

•  Yaradıcılıq tscriihosi 

Təhsilin məzmununa bəşəriyyətin ictimai-praktik fəaliyyətdə 

tarix  boyu  yaratmış  olduğu  yaradıcılıq  təcrübəsi  və  onun  əsas 

əlamətləri haqqında biliklər daxil edilməli, hər bir təhsil alan şəxsdə 

yeni problemləri həll etmək, ətraf aləmi yaradıcı surətdə dəyişmək 

bacarığı formalaşdırılmalıdır. 

İnsan  əqlini  ancaq  biliklər  sistemi  ilə  zənginləşdirmək, 

bacarıq və vərdişlərlə silahlandırmaqla onda yaradıcılıq qabiliyyəti 

inkişaf  etdirmək  mümkün  deyil.  Təhsilin  məzmunu  elə 

modernləşdirilməlidir ki, o hər bir təhsil alanı müvafiq 

156 


bilik, bacarıq və vərdişlər sistemi ilə silahlandırmaqla yanaşı, oıuı 

(təhsilalanı)  həm  də  yaradıcı  fəaliyyətə  hazırlasın.  Yaradıcı 

fəaliyyətin əlamətləri aşağıdakılardır: 

•  məlum bilikləri və bacarıqları yeni şəraitə «köçürmək»; 

•  tanış situasiyada yeni problemi görə bilmək; 

•  obyektin yeni funksiyasını aşkar etmək: 

•  fəaliyyətin  məlum  qaydalarını  kombinə  etməklə  yeni 

ləaliyyəl növündə istifadə etmək

•  obyektin strukturunu - komponentlərini, mühüm və ikinci 

dərəcəli elementlərini, onların əlaqəsini və s. aşkarlaya bilmək; 

•  alternativ (fransızca alternative: 

latınca alter- 

ikisindən  biri  deməkdir.  Biri-birini  istisna  edən  iki,  ya  daha  çox 

imkandan  birini  seçmək  zərurəti)  düşüncə  tərzi  -  problemin 

müxtəlif həlli yollarını tapmaq, müxtəlif cəhətlərini görmək və s. 

Əlbəttə,  yaradıcı  fəaliyyətin  bütün  əməliyyatlar  sistemini 

qabaqcadan  müəyyənləşdirmək  mümkün  deyil. 

Müvafiq 


əməliyyatlar  yalnız  fəaliyyət  prosesində  yaranır  və  tədricən 

formalaşır. 

•  Miimisihsthr sistemi 

İnsanın  ətraf  aləmlə  münasibətlər  sistemi  onun  intellektual 

sferasının  və  tərbiyəlilik  səviyyəsinin  təzahürüdür.  Ətraf  aləmə 

münasibət  insanın  biliklərindən,  bacarıqlarından  daha  çox,  onun 

həyata,  əməyə  emosional  münasibətindən,  dəyərlərindən  asılıdır. 

İnsanın  gerçəkliyə  münasibəti,  onun  hiss  və  emosiyaları  heç  də 

həmişə  malik  olduğu  bilikləri,  yaxud  bacarıq  və  vərdişləri  ilə 

üst-üstə  düşmür.  Emosional  mədəniyyət  heç  də  həmişə  təfəkkür 

mədəniyyətinə  uyğun  gəlmir.  Emosional  mədəniyyət  biliklərin 

həcmi  və  sistemi  ilə  də  ölçülmür.  Hisslər,  emosiyalar  insanın 

mürəkkəb və müxtəlifçalarlı münasibətlərini daha qabarıq və aydın 

təzahür  etdirir.  Hiss  və  emosiyalar  insan  fəaliyyətinin  son  dərəcə 

qüvvətli stimuludur, davranışının motivlərini müəyyən edən 

157 


həlledici  qüvvədir.  Odur  ki,  təhsilin  məzmununci  hisslərin, 

emosiyaların tərbiyəsi kimi zəruri komponent daxil edilir. 

Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa 

adamlara  və  özünə,  obyekt  və  hadisələrə,  əməyə  və  s.  bəslədiyi 

münasibət  onun  şəxsiyyətini  xarakterizə  edir.  Şəxsiyyətin  mənlik 

şüuru və ləyaqəti də nəticə etibarilə onun münasibətləri ilə müəyyən 

olunur. Deməli, münasibətlər sistemi təhsilin məzmununun mühüm 

komponentlərindən  olub,  təhsil  alanın  emosional  mədəniyyətinin, 

kommunikativ qabiliyyətinin inkişafını təmin edir. 

•  Ş^xsi ıımuı 

Şəxsiyyətin tələb və arzularına uyğun gələn hər bir şey onun 

üçün şəxsi məna kəsb edir. Bu, hər şeydən öncə, şəxsiyyətin hiss və 

emosiyalarında,  maraq  və  meylilərində,  həyat  mövqeyində, 

psixoloji durumunda, sosial istiqamətində aydın ifadə olunur. 

İnsan öz həyatında, ətraf aləmdə baş verən hadisələri bu və 

ya  digər  baxımdan  qiymətləndirir,  ona  öz  münasibətini  bildirir. 



İnsan, sosial qrup və cəmiyyət üçün şəxsi və ictimai əhəmiyyət kəsb 

edən, zəruri olan, tələbat və maraqlarma uyğun yələn, ehtiyaclarım 

ödəyən  hər  şey  dəyərdir.  İnsanın  bir  şəxsiyyət  kimi 

formalaşmasında dəyərlərin rolu çox böyükdür. Buna görə təhsilin 

məzmununa həm də aksioloji biliklər daxil edilməlidir 

•  Mədəniyyət 

Hər  bir  gənc  nəsil  öz  həyatını  əvvəlki  nəsillərin  yaratdığı 

mədəni mühitdən başlayır. Maddi və mənəvi mədəniyyətin müxtəlif 

elementlərini mənimsəyən gənc nəsil onu daha artıq zənginləşdirir 

və inkişaf etdirir. Bəşəriyyətin  yaratmış  olduğu maddi və mənəvi 

nemətlərin  məcmusunu  əks  etdirən  mədəniyyətin  bütün 

elementlərini  mənimsəmək  qeyri-mümkündür.  Lakin  bütün 

dövrlərin mədəniyyətləri üçün ümumi olan elementlər mövcuddur 

və bu elementləri təhsilin məzmununa daxil etməklə iradi,  əxlaqi, 

estetik,  emosional  sferaları  inkişaf  etmiş  mədəni  insan  tərbiyə 

etmək mümkündür. İnsanın mədəni-səviyyəsi onun elmi biliklərə, 

əxlaqi normalara, gerçəkliyin estetik təza 

158 


hürlərinə,  cəmiyyətin  sosial-siyasi  ideallarına  münasibətlərində 

təzahür  edir.  Təhsilin  məzmunu  bilik,  bacarıq  və  vərdisjləri 

mənimsətmək,  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirməklə 

yanaşı,  həm  də  insanın  mədəni  və  tərbiyəlilik  səviyyəsinin 

inkişafını təmin etməlidir. 

•  Motivhrm davamlı sistemi 

Motiv  (latınca-hərəkətə  gətirmək,  itələmək  deməkdir)  - 

insanın tələbatlarının ödənilməsi ilə əlaqədar olaraq onu fəaliyyətə 

təhrik edən amildir. Motiv - insan üçün şəxsi məna kəsb edən və 

fəaliyyətində  müəyyənedici  rol  oynayan  təhrikedici  qüvvədir. 

Motiv  insanı  fəaliyyətə  təhrik  etməklə  yanaşı,  həm  də  onun 

fəaliyyətinin  istiqamətini  müəyyənləşdirir.  Təhriketmə  və 

istiqamətləndirmə  biri-birilə  vəhdət  təşkil  edir  və  motivin  əsas 

funksiyaları  kimi  təzahür  edir.  Motivlər  çoxdur.  Tələbatlar  kimi 

motivlər də ierarxik quruluşa malikdir. Şəxsiyyət üçün şəxsi məna 

kəsb  edən,  onun  həyat  perspektivlərini  ifadə  edən  motivlər  əsas 

motivlər  kimi  meydana  çıxırlar.  Bunu  əsas  götürərək  təhsilin 

məzmununu  elə  modernləşdirmək  lazımdır  ki,  insanın 

dünyagörüşünü, maraqlarını, əqidə və ideallarını formalaşdırmağa 

və 


nəticə 

etibarilə, 

şəxsiyyətin 

psixoloji 

durumunu 

istiqamətləndirməyə imkan versin. 

•  Fml lıpyat mövqeyi 

Məhz  təhsilin  məzmunu  mənimsənildikcə,  şəxsiyyətin 

fəaliyyət  dairəsi  tədricən  genişlənir,  o,  öz  həyat  yolunu  məq- 

sədəuyğyn  surətdə  müəyyən  edir,  lazım  olduqda  həyal  şəraitini 

dəyişdirir, həyatın ən mürəkkəb situasiyalarında daxili inamına və 

əqidəsinə  uyğun  hərəkət  edir.  Şəxsiyyət  inkişaf  etdikcə  ictimai 

münasibətlər sisteminə daha geniş daxil olur, insanlarla və ictimai 

həyatın  müxtəlif  sahələri  ilə  əlaqələri  genişlənir  və  dərinləşir. 

Bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyərək 

öz sərvətinə çevirir. Şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə 

qovuşduqca  daha  çox  müstəqillik  kəsb  edir.  Bunu  nəzərə  alaraq 

təhsilin məzmunu elə müəyyənləşdirilməlidir ki, o, təhsil alanlarda 

fəal həyat mövqeyi formalaşdırsın. 

159 


Təhsilin  məzmununu  təşkil  edən  bütün  struktur 

komponentləri  biri-birilə  dialektik  əlaqədədir.  Bacarıqlar  və 

vərdişlər bu struktura daxil olan biliklər əsasında yaranır. Yaradıcı 

fəaliyyət məlum bilik və bacarıqlara istinad etmədən mümkün deyil. 

Tərbiyəlilik səviyyəsi davranışla bağlı bilik və bacarıqlarda özünü 

göstərir. Motivlərin davamlı sistemi şəxsiyyətin psixoloji durumunu 

istiqamətləndirir,  dəyərlərini  zənginləşdirir.  Bütün  bunlar  məcmu 

halında şəxsiyyətdə fəal həyat mövqeyi formalaşdırır. 

Göründüyü  kimi,  təhsilin  məzmununu,  sadəcə  elmlərin 

əsaslarını  (orta  ümumtəhsil  məktəblərində),  yaxud  konkret  elmi 

bilikləri (ali tədris müəssisəsində) öyrənmək, bacarıq və vərdişlərə 

yiyələnmək  prosesi  kimi  başa  düşmək  doğru  deyil.  Təhsilin 

məzmunu müəyyən edilərkən (istər orta, istərsə də ali məktəblərdə), 

onun  bütün  komponentləri  və  onların  qarşılıqlı  əlaqəsi  nəzərə 

alınmalıdır. 

Olduqca  mürəkkəb  sistem  olan  təhsilin  məzmunu: 

təhsil-tərbiyə  məqsədləri,  iqtisadi,  sosial  və  elmi-texniki 

nailiyyətlər, sosial və şəxsi tələblər, mədəniyyətin inkişaf səviyyəsi 

və digər yarımsistemlərdən yaranır və tədriclə təkmilləşərək təhsilin 

prioritet məqsədlərini reallaşdırmağa imkan verir. 

Ali məktəbdə təhsilin məzmununun ınüəyyənləşdirilmə- sinə 

tədris  materiallarının  tələbələr  tərəfəindən  mənimsənilməsi 

səviyyələri də əsaslı təsir göstərir. 

Pedaqoji  cəhətdən  əsaslandırılmış,  məntiqi  şəkildə 

modernləşdirilmiş  və  təhsil  sənədlərində  əks  etdirilmiş  tədris 

materialları  müəyyənləşdirilərkən  üç  nisbi  müstəqil  komponent 

nəzərə alınmalıdır: 

•  məzmun komponenti; 

•  məntiqi komponent; 

•  psixoloji komponent. 

Bu komponentlərin hər biri özünəməxsus məzmuna malikdir 

və  tədris  fənninin  predmeti,  məntiqi,  mənimsənilməsi  strukturu, 

təhlili,  möhkəmləndirilməsi  və  aktuallaşdınlması  formaları  ilə 

bağlıdır. 

160 


Ali  təhsilin  məzmununda  baş  verən  dəyişikliklər  müasir 

dövrün  təhsil  tendensiyalarının  nəticəsi  kimi  təzahür  edir.  Bu 

tendensiyalar aşağıdakılardır; 

Fundamental  aspekt.

 

Bu  aspekt  öz  ifadəsini  aşağıdakı 



müddəalarda tapır: 

•  aparıcı və universal biliklərin optimal mənimsənilməsinin 

təmin edilməsi



•  qlobal,  obyektiv,  kompleks  tədqiqatların  nəticələrinin 

təqdim edilməsi; 



•  tələbələrdə  abstrakt  (mücərrəd)  və  yaradıcı  təfəkkürün 

formalaşdırılması; 



•  tələbələrin  emosional,  iradi,  mədəni  sferalarının  inkişaf 

etdirilməsi. 

Aəzən  aspekt.  Bu  aspekt  aşağıdakı  müddəalarda  ifadə 

olunur: 


•  tədris 

fənlərinin 

nəzəri-metodoloji 

əsaslarının 

müəyyənləşdirilməsi; 

•  öyrənilən  bilik  sahələrinin  əsas  komponentlərinin 

statusunun müəyyənləşdirilməsi; 



•  ali təhsilin məzmun strukturunun müəyyənləşdirilməsi. 

Humanitar  aspekt.  Bu  aspekt  aşağıdakı  müddəalarda  öz 

ifadəsini tapır; 



•  təhsilin  məzmununun  ümumibəşəri  və  ümumimədəni 

komponentlərinin prioritet inkişafı; 



•  təhsilin tələbənin şəxsi yetkinliyini təmin etməsi; 

•  tələbənin özünü və dünyanı dərk etməsində, dünyanın elmi 

mənzərəsinin  formalaşmasında,  insanın  cəmiyyətlə  qarşılıqlı 

əlaqəsinin  dərk  edilməsində,  bəşəri  və  milli  dəyərlərin 

mənimsənilməsində, 

özünütəhsil 

və 


özünütəkmilləşdirmə 

bacarıqlarının  formalaşmasında  humanitar  fənlərin  rolunun 

gücləndirilməsi. 

Humanist  aspekt.  Bu  aspekt  aşağıdakı  müddəalarda  ifadə 

olunur. 


161 

•  gələcək  mütəxəssisdə  humanist  psixi  emosiya  forma- 

laşdınlması; 



•  həyata,  yaşayış  tərzinə  nikbin  münasibət,  onun mənasını 

düzgün başa düşmək; 



•  tələbənin  imkan  və  qabiliyyətlərinin  maksimum  inkişaf 

etdirilməsi üçün real şəraitin yaradılması; 



•  tələbənin  baxışlarına  hörmət  etmək,  heç  bir  elmi 

nəzəriyyəni, nöqteyi-nəzəri, ideyam məcburi qəbul etdirməmək. 



Aksioloji  aspekt.

 

Bu  aspekt  aşağıdakı  müddəalarda  öz 



ifadəsini tapır: 

•  tələbələrdə bəşəri və milli dəyərlərə düzgün yanaşma tərzi 

formalaşdırmaq; 



•  təlim-idrak fəaliyyətinə şüurlu münasibət yaratmaq

•  seçdiyi peşənin ümumi və xüsusi dəyərlərini anlatmaq; 

Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin