Tomas Kuhn elmi fəaliyyətini paradiqma adlandırdığı bir konsepsiya ilə izah
etməyə çalışmışdır. Paradiqma elmi bir cəmiyyət tərəfindən qəbul edilən ümumi
nəzəri fərziyyələri və onların tətbiqi üsullarını və qanunlarını ehtiva edir. Kuhn
normal və inqilabçı elm arasında bir ayrı-seçkilik etmişdir. Normal elmdə, elm
insanı qəbul edilmiş nəzəri məlumata malikdir və təkrarlanan təcrübi prosedurları
təqib edər. Elmi inqilab, normal elm böhrana girdiyi zaman gəlir. Böhran, əlindəki
paradiqmaya görə ziddiyyətli hadisələrin hiss edilməsi ilə özünü göstərir. Kuhn-a
5
görə, normal elmdə bir paradiqma heç vaxt yalnız məntiqi və ya rasional faktlarla
qəbul edilmir. eni bir paradiqma köhnəsinin yeri almasında yəni elmi inqilab
dövründə siyasi və ictimai təsirlər, alimin şəxsiyyət və psixoloji quruluşu da
əhəmiyyətlidir.
Kuhn-a görə fərqli paradiqmalar fərqli izah metodları ilə izah oluna bilməkdədir.
Digər tərəfdən, müxtəlif paradiqmalar bir-birləri ilə müqayisə edilməyəcək qədər
fərqli standartları var. Yəni, fərqli paradiqmalar fərqli fərziyyələrdən hərəkət
etdiklərindən ortaya çıxan nəticələr bir-birləriylə müqayisə olunmamalıdır. Elmi
inqilab nəticəsində ortaya çıxan yeni paradiqma əvvəlkilərlə müqayisə edilə bilməz
və ölçülə bilməz.
Dostları ilə paylaş: