FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar



Yüklə 0,7 Mb.
səhifə11/11
tarix01.01.2017
ölçüsü0,7 Mb.
#4058
1   2   3   4   5   6   7   8   9   10   11

Bu aqreqata tədavüldəki nəğd pullar və banklardakı bütün depozit qalıqları (funt-sterlinqlə) aid edilir. Mz-ün artımının müəyyən olunmuş dəyişmə hüdudları 1976-77-də 9-13%, 1978-də 8-12%, 1979-81-də 7-11% olmuşdur. Ancaq göstərilən illərin çox hissəsində Mz-ün faktiki artımı müəyyən olunmuş hüdudları aşırdı. Məsələn, 1980-ci ilin fevralından 1981-ci ilin aprelinə Mz-yn artımı, 18,5%, 1981-dən, 1982-nin aprelinə müəyyən olunmuş 6-10%-ə qarşı 14,5 olmuşdur. Statistik məlumatlardan belə çıxır ki, Tetçer hökuməti həqiqətdə pul, "sıxması" həyata keçirmir. Lakin Mz-ün "hədəfləmə" siyasəti pul kütləsində dəyişikliklərə səbəb oldu.

80-ci illərin əvvəllərində Mz-ün ixtisarı əhali arasında əmanət qoyuluşları həcminin genişləndirilməsi ilə ödənilirdi. Buna görə də 1980-81-ci illərdə Böyük Britaniyada pul kütləsinin dar aqreqatları M1 (nəğd pul mərkəzi bankda ehtiyyat hesabları) və M2-nin (nəğd pullar cari hesablaşmalarda qalıqlar) "hədəflənməsi" həyata keçirilməyə bahlandı. Bu aqreqatların artımı kəskin azaldıldı ki, bu da pul "sıxma" siyasətinin həyata keçirildiyini sübut edir.

Büdcə siyasətində böyük dəyişikliklər həyata keçirildi. Şəxsi gəlirdən vergi dərəcələri azaldıldı. Eyni zamanda digər vergilər artırıldı ki, ümumi nəticədə vergi yükü artdı. Bu siyasət Milli Gəlirin əhalinin az təminatlı hissəsinin xeyrinə bölünməsini daha da artırmalı idi. Əmtəələrin çox hissəsinə əlavə vergi dəyəri artırılırdı ki, bu da mənfəət normasının azalmasına səbəb oldu. Bununla belə inflyasiya dayandırıldı və inflyasiyanın dayandırılması ölkəyə nəzərə çarpan itkilər bahasına başa gəldi.

ABŞ iqtisadi siyasətində monetarizmə doğru strateji dönüş hakimiyyətdə R.Reyqanın gəlməsi ilə baş verdi. Reyqan indi Qərbdə reyqanomika adlandırılan geniş iqtisadi proqram həyata keçirməyə başladı. Reyqan proqramı xüsusilə, vergilərin azaldılması əhalinin az təminatlı hissəsinin rifahını nəzərdə tuturdu. 1981-82-ci illərdə Konqres korporasiyaların mənfəətinə vergini azaltdı. 1960-cı ildə bu mənbədən gəlir büdcə gəlirinin 23,2%-i idisə, 1980-də 12,5%, 1983-dö 6,6% oldu.

Sosial proqramın təmini üçün vergilər artırıldı. 1960-cı 15,9% (ümumi büdcə gəlirində xüsusi çəkisi) idisə, 1980-ci ildə 30,5%, 1983-cü ildə 35,5% oldu. Hərbi xərclər artırıldı. 1978-ci ildə 104,5 milyard dollardan 1985-ci ildə 252,7 milyard dollara çatdı. Bu büdcə kəsirinin kəskin artmasına səbəb oldu. Amerika iqtisadçıları təklifə yönəlmiş Reyqan iqtisadi siyasətinin aşağıdakı əsas xüsusiyyətlərini qeyd edirlər:

1) İqtisadiyyatın dövlət tənzimi sosial proqramlara xərclərin dondurulması və ixtisarı hesabına məhdudlaşdırıldı. Hərbi xərc­lər artırıldı.

2) Xüsusi sahibkarlıq sektorunun dövlət tənzimlənməsi miq­yas­ları əhəmiyyətli dərəcədə ixtisar edildi.

3) Federal Ehtiyat Sistemi pul kütləsinin artım tempini qeyri-inflyasiyon və iqtisadi artımı kifayət qədər təmin edən səviyyədə saxladı.

4) 1981-ci ildən başlayaraq şəxsi gəlirdən və korporasiya mənfəətindən vergi dərəcələri kəskin ixtisar olundu. 1986-cı ildə vergi elə quruldu ki, vergi ödəyənlərin gəlirlərinə verginin hüdud dərəcəsi 50%-dən 28%-ə endirildi. Reyqan proqramın inflyasiyanın zəiflədilməsinə nail oldu. Qiymətlərin ümumi artımı 1980-cı ildə 13,5%-dən 1981-ci ildə 10,4%-ə və 1983-cü ildə 3,2%-ə endirildi. Sonrakı illərdə inflyasiya səviyyəsi nisbətən aşağı oldu. 1979-80-ci illərdə Federal Ehtiyatlar Sistemi (FES) pul kütləsinin artımını məhdudlaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirir: FES iri bankların ehtiyat öhdəliyinə yeni norma əlavə edir. Kreditin məhdudlaşdırılması həyata keçirilir. Bu tədbirlər pul kütləsinin artımını dayandırır. 1980-ci ilin martında M1-in artımı "hədəfə" çatdırılır.

Beləliklə, monetar siyasətin əsas tələbi pul kütləsi artımının məhdudlaşdırılması ABŞ-da həyata keçirilir. Aparılan kredit siyasəti faiz dərəcələrinin xeyli azalmasına səbəb olur.

Monetarizmə xüsusi diqqətin vacibliyini sübut etmək üçün müasir dövrdə onun nüfuzunu göstərmək kifayətdir. Dünya iqtisadi ədəbiyyatında elə bir əsərə rast gəlmək mümkün deyil ki, orada monetarizm xüsusi diqqət mərkəzində olmasın, onun əsas müddəaları şərh olunmasın. Məsələn, çox populyar olan K.Makkonelli və L.Bryunun "Ekonomiks" kitabında nəzəri baxışlar keynsçi və monetarist mövqelərin müqayisəsi əsasında nəzərdən keçirilir. Monetarizmin müasir şəraitdə necə nüfuza malik olmasını 80-cı illərdə İsveçrənin Sürix universitetində professor B.Freemin başçılığı ilə keçirilmiş beynəlxalq sorğu sübut edir. ABŞ, Almaniya Federativ Respublikası və Avstriyanın 931 nəfər ən görkəmli iqtisadçıları bu sorğuda itirak etmişlər. Göndərilmiş cavabların ümumi nəticələrinin monetarist ideyalara uyğunluğu sübut edilmişdir. "İnflyasiya sırf pul hadisəsidirmi?" Sualına 49% mənfi cavab verir. Fransa 10%, Avstriya 58%, İsveçrə 20% bu tezisi inkar edir. Göründüyü kimi İsveçrə ən çox "monetarist ruhlu" ölkədir.

Monetarist konsepsiyalar müxtəlif ölkələrdə iqtisadi problemlərin həllində resept kimi uğurlu istifadə olunmuşdur. Son illərdə respublikamızda aparılan antiinflyasion pul siyasəti monetarist siyasətin tətbiqinə misaldır. Nəinki respublikamızda, həmçinin digər yeni müstəqillik əldə etmiş dövlətlərdə monetar siyasət öz nəticələrini vermişdir. Göründüyü kimi monetarizm bir elmi nəzəriyyə kimi özünü doğruldur.





1 Бах. Ъ. М. Кейнс "Алфред Маршалл 1842-1924. А. Маршаллын "Принципы экономеческой науки" ясяриндя I М. 1993. сящ. 5-50.

2 Маршаллын эюстярилян ясяри. I ъилд. сящ. 43.

3 Бах. А. Маршалл. Принципы Экономической науки. I. М. 1993 с. 112.

4 А. Маршалл. Эюстярилян ясяри. сящ. 120.

5 А.Маршалл. Эюстярилян ясяри. сящ. 129.


6 Маршалл эюстярилян ясяри. I ъилд. сящ.163.

7 Бах. Маршалл-принсипляр. Ясяри II ъилд сящ. 159-174.

8 Маршалл. Эюстярилян ясяри. II ъилд. сящ. 183.

9 Маршалл. Эюстярилян ясяри. II ъилд. сящ. 223.

10 Бах. Маршалл. Эюстярилян ясяри. II ъилд. сящ. 243.

11 Я.С.Ядигаров, "История экономических учении", М.1996, стр.214

12 Кейнс Дж.М. "Общая теория занятости, процента и денег", М.1993, стр. 432

13 С.А.Бартенев, Экономические теории и школы, М.1996, стр. 175

14 Дж.М.Кейнс, Общая теория занятости, проценты и денег, М.1978 г., стр.157.

15 Ъ.М.Кейнс, Эюстярилян ясяри, сящ.199-211

16 Брагинский С., В.Певзнер Я.А., Политическая экономия, дисскуссионные проблемы пути обновления. М.1991, стр.158

17 М.Блауг, "Экономическая мысль в ретроспективе", М.1994, стр 628

18 Мултипликатор сюзц-вурулан, чохалан, йцксялян мянасыны верир.

19 С.А.Бартенев, Экономические теории и школы. М.1996, стр.184

20 Кейнс Ъ.М., "Эюстярилян ясяри", сящ.182-185.

21 Ъ.М.Кейнс, Эюстярилян ясяри, сящ.370-375.

22 Йеня орада, сящ. 376.

23 Гейд: Ордо алман сюзц олуб базар тясяррцфаты иля тябии гурулуш сюзляринин вящдятиндян йаранмышдыр.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin