FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


§3. MONETARİZMİN HƏYATA KEÇMƏ MEXANİZMİ



Yüklə 0,7 Mb.
səhifə10/11
tarix01.01.2017
ölçüsü0,7 Mb.
#4058
1   2   3   4   5   6   7   8   9   10   11
§3. MONETARİZMİN HƏYATA KEÇMƏ MEXANİZMİ

TƏKAMÜLÜ
Monetarizmin fəaliyyətinin ilk dövrü Yumun kəmiyyət nəzəriyyəsinin yeni variantının işlənməsindən ibarətdir. Monetarist kəmiyyət nəzəriyyəsi ənənəvi variantdan əhəmiyyətli dərəcədə fərqlənirdi. Problemə ümumi yanaşma, metodologiya, alınmış nəticələr xeyli fərqlənir. Yeni monetaritst variantın banisi M.Fridmen nəzəriyyənin təkmilləşdirilməsinə dair onun mikro əsasının möhkəmləndirilməsindən başlayır. O, əvvəlki variantlarda olduğu kimi makroiqtisadi nəticələr əldə etməyə tələsmir.

Tədqiqatın ilk mərhələsində kassa qalıqlarına tələb problemini araşdırır. Ayrı-ayrı təsərrüfat subyektlərinin pula tələbini müəyyənləşdirir, sonra alınmış nəticələri bütün təsərrüfata aqreqatlaşdırma nəticəsində məcmu pul tələbini müəyyən edir. Fridmen öz nəzəriyyəsini pula tələb nəzəriyyəsi adlındırır. Pula tələbin müəyyən edilməsi məsələsi monetaristlər və keynsçilər arasında mübahisənin əsasını qoyur. Keynsdə pula tələb tezdəyişən və proqnozlaşdırıla bilməyən təsərrüfat agentlərindən asılı olan bir amildir. Monetaristlərə görə isə pula tələb ən pis iqtisadi şəraitdə belə sabitdir. Məhz pulun bu cür sabitliyinə təsərrüfat mexanizminin sabitliyinin ən vacib amili kimi baxılır.

Monetarist kəmiyyət nəzəriyyəsi, kəmiyyət nəzəriyyəsinin Kembric variantına yaxındır. Orada pula tələb istehlakçı seçiminin xüsusi halı kimi qiymətləndirilir. Azalan məhsuldarlıq prinsipinə əsaslanan bu variantda resurs ehtiyatlarının aktivlərin alternativ növləri arasında optimal bölgüsü əsaslandırılır. Fridmenin nəzəriyyəsi "potfel modellər" nəzəriyyələri sırasına daxildir.

Pula tələb modeli qurularkən 2 tip təsərrüfat agenti: ev təsərrüfatları və kapitalist firmaları tədqiq edilir. Ev təsərrüfatları üçün pul sərvət yığımının bir forması, kapitalist firmaları üçün isə kapital aktividir. Hər iki halda pul hərəkətdə axın kimi deyil, ehtiyat kimi yığılan və qarşılıqlı dəyişilə bilən aktivlərin portfeli kimi nəzərdən keçirilir. Keynsdən fərqli olaraq onun portfelində hər cür aktiv: səhm, istiqraz, mal ehtiyatları, "insan kapitalı" və s. var. Portfelin əsas elementi puldur. O sahibinə ödənişləri həyata keçirməyə imkan yaradır. Gözlənilməz hadisələrin qarşısının alınmasına təminat verir. Bu növdən gözlənilən daxilolmalar tələb mənliyi ilə ifadə olunur. Burada pulun qiymətliliyi, alıcılıq gücü, qiymətlər səviyyəsi ilə tərs asılılıqdadır.

İkinci agent kapitalistlərdir. Bu dövriyyədə pul keyfiyyətcə başqa rol oynayır. Burada kəmiyyəti nəzərə alınmayan amillərin təsir dairəsi genişləndirilir. Model başqa cərəyanların nümayəndələri tərəfindən kəskin tənqid edilir, reallığa uyğun olmayan model kimi baxılır. Həqiqətən, modelin reallaşma mexanizmini izah edərkən Fridmen abstraksiyaya yol verir. Məsələ ondadır ki, iqtisadi agentin müxtəlif amillərinin dinamikası kassa qalıqlarına tələbə tamamilə müxtəlif təsir edə bilər. Fridmen bu müxtəliflikləri mütləq nəzərə almır. O tələb funksiyasının yayılması ilə əlaqədar mürəkkəblikləri nəzərə almır. Aqreqatlaşdırmanın son nəticəsini bir çox dəyişənlərin təsiri ilə bağlayır. Məsələn, ayrı-ayrı iştirakçıların inflyasiya gözləmələri müxtəlif cürdür. Burada o, yüksək abstraksiyaya əsaslanır. Onun fikrincə bu onu bütün müxtəlifliklərin hesablanmasından azad edir. Monetarist nəzəriyyəyə görə pul emissiyası avtonom, təsərrüfat mexanizmdən kənarda formalaşır. Pul tələbi qeyri-elastikdir. Pul tələbinin qeyri-elastikliyini sübut etməyə çalışaraq monetaristlər özlərinin mühüm bir fikrini faiz normalarının dəyişməsinin pul tələbinə təsir etmədiyini əsaslandırırlar. Əksinə, Keynsin nəzəriyyəsində faiz normasının dəyişməsi pul tələbində və ümumiyyətlə, təsərrüfatda əhəmiyyətli dəyişikliklərə səbəb olan amil kimi qiymətləndirilir.

Keynsə görə işsizliyin mövcud olduğu hər vaxt pul kəmiyyətinin dəyişməsi məşğulluğun və istehsalın səviyyəsinə təsir edir. Fridmen problemin belə qoyuluşunu bəyənir. Ancaq deyir ki, müasir analitik aparat problemi belə həll etməyə imkan vermir. Bundan belə bir formul əldə edir ki, gəlir pul ifadəsində nominal pul kəmiyyətinin dəyişməsini əks etdirir.

Monetarist pul dinamikasının şərhi 1958-ci ildə Fridmenin nəşr etdiyi əsərində əks olunmuşdur. O, 1870-1954-cü illərdə ABŞ-da pulun dövriyyə sürətinin uzunmüddətli və tsiklik dinamikasını şərh edir. Qəribə və çətin izah olunan bir fenomen irəli sürülür. Müəllifə görə, pul sürətinin və Ümumi Milli Məhsulun dəyişməsi konyuktura tsiklinin hüdudları ilə üst-üstə düşür. Pul aktivlər portfelinin ən ətalətli elementidir. Pula tələb adi (ölçülən) nəşr ilə deyil, onun möhkəm hissəsinin sabit nəşr ilə ölçülür.

Monetarizmdə bazar təsərrüfatı, onun strukturu haqda nəzəriyyələr xüsusi yer tutur. A. Xesenin sözləri ilə desək, monetarizmin əsas fikri ondan ibarətdir ki, xüsusi təsərrüfat öz əsasında möhkəmlənir və resursların Paretto ruhunda optimal bölgüsünə uyğun olaraq məhsul həcmi ilə qiymətlər dəsti yaratmağa meyllidir. Baxar qüvvələri daim tələb - təklif tarazlığına doğru çəkir. Monetaristlər bu nöqteyi-nəzərdən çıxış edərək Keynsin məcburi işsizlik nəzəriyyəsinə qarşı çıxırlar. Keynsdən fərqli olaraq monetaristlər iqtisadi artımın hüdudlarını, məşğulluq səviyyəsini tələblə yox, istehsal imkanları ilə əlaqələndirirlər. Onların fikrincə rəqabətin fəaliyyət göstərdiyi bazar mexanizmi resursların optimal istifadəsini təmin etməyə qabildir. Monetaristlərin bu fikri A. Smitin "görünməyən əl" prinsipi ilə uyğunluq təşkil edir. Bazar tarazlığının əsas modellərinin qurulmasında monetaristlər Valras modelindən geniş istifadə edirlər. Fridmen işsizliyin ümumi səviyyəsini müəyyən edərkən Valrasın ümumi tarazlıq sistemindən istifadə edir. Bununla belə Fridmen Valras modelini tənqid edir. Onu ideallaşdırılmış model hesab edir.

Monetaristlərin əsas tədqiqat obyektlərindən biri tsikl və böhranlar problemidir. Tsiklin monetar nəzəriyyəsi hələ əvvəllər Rişer, Şvarts, Brunner və s. iqtisadçılar tərəfindən əsaslandırılmışdır. Lakin onlar tsiklin inkişafını bank kreditləşməsi ilə əlaqələndirirlər. Monetaristlər isə pul kütləsinin və ümumi iqtisadi göstəricilərin dəyişməsi ilə, ümumi iqtisadi statistik korrelyasiya əlaqəsinə diqqət yetirirlər. Bu əlaqə pul və iqtisadi aktivliyin əlaqəsi kimi qiymətləndirilir. Onlar Keyns nəzəriyyəsindəki kimi pulun təkrar istehsalın "real" elementlərinə təsirini qəbul edirlər. Lakin bunu müvəqqəti hesab edirlər Son nəticədə pul neytraldır. Onun son effekti qiymətlərin dəyişməsində əks olunur. Onlar pulu xəyalı bir şey, pərdə kimi qiymətləndirir, onu "real" istehsal üçün qeyri-mövcud hesab edirlər.

Monetaristlərin tsikl nəzəriyyəsi onların 1963-cü ildə nəşr etdirdikləri üç əsərdə öz əksini tapır. Birinci iş M.Fridmen və D.Meyzelman tərəfindən hazırlanır. Onlar avtonom xərclər və pul kütləsinin dəyişməsinin iqtisadiyyata təsirini əks etdirən test hazırlayırlar. Əsərdə 1897-1958-ci illərin böyük həcmli statistik məlumatları verilib. Əsas məqsəd keynsçi və monetarist modelləri müqayisə etmək və monetarist modelin üstünlüyünü sübut etməkdən ibarət idi. Hesablama iki istiqamətdə: istehlak və avtonom xərclərinin münasibəti (keynsçi mövqe), pul kütləsi və istehlak xərcələrinin münasibəti (monetarist mövqe) inkişaf edir.

İkinci iş M.Fridmen və A.Şvartsın nəşr etdirdikləri "Pul və işgüzar tsikl" kitabıdır. Əsər 1867-1960-cı illərdə ABŞ iqtisadiyyatında pul ehtiyatlarının dəyişməsinin tsiklik xarakterinin şərhi ilə başlanır. Əsərin əsas məqsədi monetarist tsikl nəzəriyyəsinin əsas tezisini, pul kütləsinin tərəddüdlərinin uyğun olaraq, iqtisadi tərəddüdlərə səbəb olmasını faktorlarla əsaslandırmaqdan ibarət olub. Müəlliflər 1867-1960-cı illərdə pul kütləsinin dinamikasını həmin dövrün tsiklik dövriyyədə olan pul kütləsinin azalması ilə üst-üstə düşdüyünü əsaslandırırlar. Belə ki, 1873-1879-cu illərdə iqtisadi böhran dövründə pul kütləsinin 4,9% azalması müşahidə olunmuşdur. Tsiklik inkişafda pulun rolu iki istiqamətdə şərh edilir. Birinci funksiya dərin enmələrdə özünü göstərir. Bu zaman pul tam əks rol oynayır. Pul miqdarında tərəddüdlər konyukturaya öz təsirini müəyyən vaxt intervalında göstərirlər. Yüksəliş zamanı bu interval maksimum 18 ay, enmələrdə isə 12 ay olur. Ayrı-ayrı tsikllərdə qabaqlama vaxtı müxtəlif olur. Buna əsaslanaraq monetaristlər dövlətin keynsçi konyuktura siyasətini pisləyirlər. Məsələn: göstərirlər ki, enmənin başlanğıcında tətbiq olunan tədbir öz təsirini tsiklin öz xüsusiyyətləri ilə fərqlənən başqa bir dövrdə göstərə və tam əks-təsir edə bilər.

Üçüncü iş Fridmen və Şvartsın "ABŞ-ın monetar tarixi, 1867-1960" kitabı idi. Müəlliflər göstərilən dövrə aid böyük statistik məlumatların araşdırılması əsasında doqquz bölmədən ibarət nəticə əldə edilir. Hər bölmədə müəyyən göstəricinin (gəlir, qiymət, dövriyyə sürəti və s.) dinamikası, bütün göstəricilərin isə nominal şərhlə münasibəti müəyyən olunur. Müəlliflərin fikrincə heç bir göstərici, pul miqdarını çıxmaqla konyukturaya hiss edilən təsir etməmişdir. Yalnız tədavüldə olan pul miqdarının dəyişməsi iqtisadi aktivliyi müəyyən edən amil olmuşdur.

Monetarizmin əsas iqtisadi cərəyanlarından biri kimi formalaşmağının və indi də mövcud olmasının əsas səbəbi onun keçmə mexanizminin olmasıdır. Monetaristlər yalnız statistik faktlarla əsaslandırılmış nəzəriyyə və modellər irəli sürmür. Həm də onun praktiki tətbiqi mexanizmlərini təklif edirlər. Monetarist tədqiqatının ilkin mərhələsi pul və onun təsərrüfatda rolu haqda nəzəriyyələrin yaranması və inkişaf etdirilməsidirsə, sonrakı mərhələdə pul kütləsindəki diyişikliklər, onların iqtisadiyyata təsiri araşdırılır. Burada əsas məsələ pul kəmiyyətinin dəyişikliklərinin əsas səbəblərinin araşdırılmasından ibarətdir.

"ABŞ-ın monetar tarixi, 1867-1960" əsəri monetaristlərin əsas tezislərindən birini, pulun dövriyyə sürətinin sabit olmasını faktlarla əsaslandırır. Göstərilən 93 ildə pulun dövriyyə sürəti hər il orta hesabla 1% azalıb. Müəlliflər göstərirlər ki, doğrudan da müxtəlif illərdə dövriyyə sürətində müxtəlif sıçrayışlar olub: məsələn: 1880-1915-ci illərdə 4.97-dən 1.9-a enib: sonrakı on ildə 1.1-2.5 intervalında tərəddüd edib. Lakin dəqiq müəyyən edilmiş meylə malik olmayıb 1946-cı ildən artmağa başlayıb və 1960-cı ildə 1.69-a bərabər olub. Alınan nəticələrdən biri də odur ki, pul ölkədə əhali tərəfindən sərvət əşyası kimi yığılır. Onlar müxtəlif dövrlərdə bu pulun miqdarını da hesablamağa cəhd edirlər.

Pul kəmiyyətinin dəyişməsinin iqtisadiyyata təsiretmə mexanizmi monetarizmin ən zəif nöqtəsi hesab edilir. Əsas ideya ondan ibarətdir ki, pul kəmiyyətinin dəyişiklikləri aktivlər portfelinin struktur dəyişməsinə səbəb olur. İqtisadi tsikl aktivlərin ümumi balansının tətbiqinin nəticəsi kimi qiymətləndirilir. Məsələnin belə şərti iqtisadçılar tərəfindən kəskin tənqid edilir. Fridmen 70-ci illərin əvvəlində pul mexanizmini yenidən işləməyə cəhd edir. Yenə də diqqət mərkəzində aktivlər portfeli durur. Fridmen sxemi aşağıdakı kimidir:

Aktiv nisbətlərinin dəyişməsi əvvəlcə sabit qiymətlərlə nominal və real iqtisadi göstəricilərə təsir edir. Keynsçilər də bu fərqlər nəzərə alınmır. Monetaristlərdə isə bu xüsusi vacib əhəmiyyətlidir.

Əsas diqqət təsərrüfat agentlərinin qiymətlərin dəyişməsinə reaksiyası durur. Qiymətlərin tərəddüdü kassa qalıqlarına tələbi dəyişdirir. Hansı ki, pul vahidinin nominal kəmiyyətinə yox, alıcılıq qabiliyyətinin faktiki kəmiyyətinə yönəlir. Tədavül iştirakçıları buna yığmaqla və əksinə, pulu malların və ya maliyyə aktivlərinin alınmasına sərf etməklə cavab verirlər. Bunlar hamısı cari qiymətlərlə nominal gəlirdə əks olunur. Pul impulslarının son effktlərinin bölünməsinə gəldikdə isə Fridmen pul hərəkatının yalnız müxtəlif dövrə intervallarda təsirini hesablayır. Uzunmüddətli dövrdə pul neytraldır, təsərrüfata təsir etmir. Çox qısa müddətə isə pul dəyişikliklərinin təsiri ola bilər, ancaq o tezliklə qiymətlər sisteminin yeni bazar şəraitinə uyğunlaşması ilə öz təsirini itirir. Bu məsələdə Fridmen neoklassiklərlə, xüsusən A.Marşalın "bazar disproporsiyalarının baş verdiyi şəraitdə qiymətlər təsərrüfatının təshihini həyata keçirən əsas əlamətdir" fikri ilə razılaşır. Fridmen göstərir ki, qiymətlərin və nominal gəlirin dəyişməsi həmişə pul təklifinin dəyişməsi ilə əlaqədardır. Pul kütləsinin dəyişməsi bütün portfel balansının yenidənqurulmasına səbəb olur. Əsas effekt özünü qiymətlər dairəsində göstərir. Bununla monetarist nəzəriyyədə bir problemin, inflyasiyanın şərhinə körpü salınmış olur. İnflyasiya problemi monetarist nəzəriyyədə aşağıdakı kimi şərh edilir:

1) İnflyasiyanın vahidi və vacib səbəbi nominal pul kütləsi artımının məhsul kütləsi artımı ilə müqayisədə daha sürətlə getməsi;

2) Uzunmüddətli dövrdə pullar neytraldır. Pul impulslarının (pul kütləsində dəyişikliklər) effekti yalnız qiymətlərin ümumi dinamikasında əks olunur. "Real" dəyişənlərə (istehsal həcmi, investisiya, məşğulluq və s.) təsir etmir. Qısa dövrdə isə pul kütləsinin artım tempinin dəyişməsi istehsala və məşğulluğa təsir edə bilər. Lakin bu effekt uzun sürməyəcək, müəyyən vaxtdan sonra real göstəricilərin artım tempi çıxış səviyyəsinə qayıdacaq.

3) Monetarist inflyasiya modelində inflyasiya gözləmələrinə xüsusi yer ayrılır. Onlar keçmiş qiymət dinamikasına aid proqnozlarda olunmuş səhvləri nəzərə almaqla formalaşdırılır: İnflyasiyaya aid monetarist baxışlar iki mərhələ keçib: birinci mərhələdə inflyasiyanın meydana gəlməsi, inkişaf mexanizminə diqqət yönəldilir. İkinci mərhələyə inflyasiyaya və işsizlik problemlərinin əlaqəsinə dair araşdırmalar aiddir. İnflyasiya probleminin şərhində əsas rolu monetaristlərin qabaqcıl nümayəndələrindən biri F.Keynen oynamışdır. O, 50-ci illərin ortalarında müxtəlif ölkələrdə qiymətlərin dinamikasının xüsusiyyətlərini araşdırır. Araşdırma nəticəsində Birinci və İkinci dünya müharibəsindən sonra güclü inflyasiya olmuş ölkələrdə (Almaniya, Avstriya, Macarıstan və s.) hiper inflyasiya dövrü üçün xarakterik olan kassa qalıqlarına tələblə qiymətlərin gözlənilən artım tempi arasında möhkəm statistik qarşılıqlı əlaqə müəyyən edir. Keynen pul tələb formulu ilə tədqiqat aparır. Məlum olduğu kimi, monetarist pul tələbində qiymət gözləmələri ilə yanaşı digər dəyişmələr, sərvətin real ehtiyatı, cari gəlir və s. aktivlər ifadə olunur. Keynen belə nəticəyə gəlir ki, güclü hiper inflyasiya şəraitində bütün bu amillər, qiymətlərin gözlənilən dəyişmə tipindən başqa, əhəmiyyətli rol oynamır

60-cı illərin sonlarına qədər monetarist inflyasiya nəzəriyyəsi inflyasiyanın iqtisadiyyatın pul sektorunda natamam tarazlıq kimi nəzərdən keçirirdi. 70-ci illərin əvvəlləri əsas makroiqtisadi problemlərə, inflyasiya və işsizliyə hər iki cərəyan, monetarizm və keynsçilik tərəfindən geniş araşdırmalar aparılır. Məhz bu məsələlər bu iki cərəyanın mübahisəsinin xüsusilə kəskinləşməsinə səbəb olur. Əsas mübahisə Fillips əyrisinə dair idi. Məlum olduğu kimi F.Fillips 50-ci illərin sonlarında 1861-1957-ci illərdə İngiltərədə əmək haqqı səviyyəsi ilə işsizlik normasının statistik əlaqəsini aşkar etmiş və qrafik təsvirini vermişdir.Keynsçilər Fillipsin metodologiyasından istifadə edərək işsizlik və inflyasiyanın əlaqəsinin, staqfilyasiyanın təsvirini verirlər. Fridmen "Pul-kredit siyasətinin rolu" məqaləsində Fillips əyrisini və keynsçilərin fikrini kəskin tənqid edir, işsizliklə inflyasiyanın heç bir əlaqəsinin olmadığını elan edir. Fridmen Keynsin effektiv tələbin çatışmasından yaranan "məcburi" işsizlik nəzəriyyəsini inkar edir. Monetarizmə görə işsizlik azad xarakterikdir, adamların azad seçiminin nəticəsidir. Əgər işdən azad olunmuş adamlar öz ixtisaslarını, yaşayış yerlərini dəyişməyə razı olsalar, daha az əmək haqqı ilə qənaətlənsələr işləməyə bilərlər. İşsizliyin şərhində Fridmen əsas diqqəti bazar tarazlığı probleminə yönəldir. O, işsizliyin təbii səviyyəsi anlayışını irəli sürür. Friksion və struktur işsizlik növlərini ayırır. İşsizliyin təbii səviyyəsinin bazarın struktur səviyyəsinin xüsusiyyətləri, müxtəlif bazar deformasiyaları: əmək resurslarına tələbat haqda məlumatın olmaması, boşalmış iş yerlərinin hamıya vaxtında məlum olmaması və s. ilə əlaqədar olduğunu əsaslandırır. Bu səviyyə sabit deyil, o, müxtəlif sosial qrupların fəaliyyətindən, inzibati siyasətdən və s.-dən asılıdır. Dövlətin sosial siyasəti (minimum əmək haqqı səviyyəsi, işsizlərə müavinətlərin verilməsi və s.) həmkarlar itifaqlarının əmək haqqını artırmaq tələbləri işsizlik səviyyəsinin artmasına səbəb olur.

İnflyasiya nəzəriyyəsinin digər əsas həlqəsi inflyasiya gözləmələridir. Keyns modelində təsərrüfat agentləri bir qayda olaraq əmək haqqının nominal səviyyəsinə səmtləşirlər. Daha doğrusu, onlar qiymət artımını nəzərə almır və nominal gəlirin artımı ilə kifayətlənirlər. Monetarist sxemində isə adamlar öz xərclərində yalnız real əmək haqqı dərəcələrini nəzərə alır, daha doğrusu, həmişə pulun qiymətinin dəyişməsi nəticəsində alıcılıq qabiliyyətinin dəyişməsinə əsaslanırlar.

Monetaristlərin Fillips əyrisinin tənqidi bu fərqlərlə bağlıdır. Fridmen yazır: "Fillips öz modelini nominal qiymətlərin səviyyəsinin sabit qalacağının gözlənildiyi bir dünya üçün yazıb". Qiymətlərin sürətlə artdığı şəraitdə təsərrüfat agentlərinin davranışı dəyişir. Gözləmələr mühüm rol oynayır. Monetarist yanaşma qiymət gözləmələrinin adaptiv ifadə olunmasından ibarətdir. Bu zaman keçmiş gözləmələrin faktiki səviyyəsindən fərqlənməsi "səhvlərdən nəticə çıxarma" diqqət mərkəzindədir. Monetaristlərin fikrincə qiymət qalxmaları əvvəlcədən düzgün gözlənilirsə, inflyasiya effekti sıfır olacaq. Pulun təsərrüfata stimullaşdırıcı təsirini bərpa etmək üçün gözlənilməz inflyasiya lazımdır.

Monetarist inflyasiya konsepsiyasında inhisarların qiymətlərə təsiri də araşdırılır. İnhisarların yüksək qiymətlər qoymasının qiymətlərin ümumi strukturuna təsiri müəyyənləşdirilir. Onlar müəyyən etmişlər, qiymətlərin geniş dairəsi bazar tələbinin dəyişməsinə reaksiya vermir. Bunun günahı inhisarçı sahə kompaniyalarında görülür. Onlar belə qiymətləri "inzibati qiymətlər" adlandırır. "İnzibati qiymətlər" məsələsi 70-ci illərdə xüsusilə ciddiləşir. Bu dövr inhisar qiymətlərinin xüsusilə genişlənməsi ilə müşayiət olunurdu. ABŞ konqresi məsələyə diqqət yetirir. Müəyyən edilir ki, poladəritmə kompaniyaları tərəfindən 50-ci illərin sonunda və 60-cı illərin əvvəlində qiymətlərin dəyişməsinə və inflyasiyaya güclü stimul yaratmışdır. Beləliklə, 70-ci illərin əvvəllərindən başlayaraq, monetarizmə diqqət artırdı. Onun problemləri düzgün şərh etməsi və inandırıcı həll mexanizmləri verməsi get-gedə bir cərəyan kimi tanınmasına şərait yaradırdı.

Monetarizm yarandığı dövrdən onun liderləri ödəmə balansı və valyuta kursu məsələlərinə xüsusi diqqət yetirirlər. Fridmen 1953-cü ildə nəşr etdirdiyi "Çevik valyuta kursunun xeyrinə dəlillər" kitabında Beynəlxalq Valyuta Sisteminin köklü islahatlarını əsaslandırır. Bu islahatlar qəti müəyyən edilmiş valyuta kurslarının ləğv edilməsinin və qızılın azad ticarətə keçməsini təmin etməli idi. Bu ABŞ-ın dünya qızıl ticarətində hakim rol oynamasına şərait yaratmışdı. Lakin tezliklə bu siyasət ABŞ iqtisadiyyatında mənfi nəticələrini göstərdi. ABŞ-ın qızıl ehtiyatı tükəndi. Ödəmə balansının vəziyyəti çətinləşdi. Monetaristlər beynəlxalq iqtisadi münasibətlərin mərkəzdən idarə edilməsinə qarşı çıxır. Bunu dövlətin iqtisadiyyata yersiz qarışmasının bir əlaməti kimi qiymətləndirirdilər. Onların çıxışları bu məsələdə ABŞ rəhbərliyinə qarşı güclü müxalifətin yaranmasına səbəb oldu. Fridmen problemi həll etmək üçün iki metod irəli sürür.

1) Avtomatik fəaliyyət göstərən beynəlxalq qızıl standartı.

2) Xüsusi əməliyyatlarla müəyyən olunan dövlət tənzimi olmadan azad üzən valyuta kursları sistemi. Fridmen əsas məsələni ödəmə balansının problemlərinin həll edilməsində elə bir mexanizmdən istifadə edilməsində görürdü ki, həmin mexanizm azad bazar qüvvələrinə dünya ticarətində şəraitin dəyişməsinə cəld, effektiv cavab verməyə imkan yaratsın. Fridmenin islahat modeli aşağıdakı kimi şərh edilir:

·Qəti müəyyən edilmiş qızıl standartının ləğvi;

·ABŞ-da xüsusi şəxslərin qızıla malik olmasını qadağan edən qanunun ləğvi;

·ABŞ-ın daxili dövriyyəsində qızıl təminatının ləğvi;

·ABŞ banklarında bütün qızılın azad bazar qiymətləri ilə satışı;

·Digər valyutalarla ABŞ valyutasının qəti müəyyən olunmuş paritetlərinin ləğvi;

·Digər ölkələrə öz valyutalarını ABŞ valyutasına nisbətdə saxlamağa imkan yaratmaq.

Bunların çoxu ABŞ və Beynəlxalq Valyuta Fondu tərəfindən bir müddətdən sonra qəbul edildi. 1973-cü ildə Bretton- Vuds razılaşmasına son zərbə vuruldu. Üzən valyuta kurslarına keçildi. 1976-cı il Yamayka konfransında ehtiyat valyuta SDR elan edildi. Lakin SDR özünü doğrultmadı. İndi beynəlxalq miqyasda ehtiyat valyuta rolunu əsasən ABŞ dolları oynayır.

Faktiki olaraq, ölkələr monetaristlərin azad üzən valyuta kursları prinsipinə əsaslanmadılar. Bütün ölkələrdə milli valyutanın kursuna ciddi nəzarət edilməyə başladı.

70-ci illərin əvvəllərində monetarizm məktəbi çərçivəsində dəyişikliklər baş verir, məktəb daxilində əmək bölgüsü yarandı. Bu zaman iki qrupa ayrılma baş verir.

I qrup monetarizmin daxili aspektlərinin işlənməsinə, cilalanmasına diqqətini yönəldir (Fridmen, Keysen, Brunner).

II qrup xarici iqtisadi münasibətlər, xarici sektorla daxili təkrar istehsal mexanizminin qarşılıqlı əlaqəsinə diqqətini yönəldir. (Q.Conson, R.Madell, A.Paffer, R.Dornbum, A.Svoboda, M.Mdssa, M.Mayiz). Onların demək olar hamısı Çikaqo Universitetinin tələbələri idi.

"Beynəlxalq monetarizmin" əsas yaradıcıları Q.Conson və R.Madell sayılır. "Beynəlxalq monetarizmin" əsas tezisi ondan ibarətdir ki, dünya valyuta bazarının konyukturasının yaranmasında əsas rolu pul oynayır. Xarici iqtisadi prosesləri izah etmək üçün daxili bazarda pul tələb-təklif əlaqəsindən istifadə etmək lazımdır. Q.Consonun fikrincə ödəmə balansına xüsusi şərh verirlər. Onu xarici əməliyyatların cəmi kimi deyil, xarici hesablaşmalarda bütün ödənişlərin və daxilolmaların saldosu kimi nəzərdən keçirirlər. Saldo ölkə mərkəzi bankının ehtiyatlarının dəyişməsi ilə üst-üstə düşür. Ehtiyatlar pul emissiyasının mənbəyi olduğundan daxili pul tədavülü ilə xarici hesablaşmaların əlaqəsi yaradılır. Bu əsasla da ödəmə balansını "pul hadisəsi" kimi qiymətləndirirlər.

"Beynəlxalq monetarizmin" əsas problemlərindən biri Ümumdünya inflyasiya nəzəriyyəsidir. Bu məsələ ilə məşğul olanlar iqtisadi nəzəriyyəçiləri qlobalistlər adlandırırlar. Qlobalistlər pul tarazlığına ümumdünya çərçivəsində tam şəkildə baxırlar. Consona görə dünyada yalnız bir dünya pulu var. Dünya tarazlıq səviyyəsinə o, tələbin dəyişmə tempi ilə beynəlxalq valyuta ehtiyatları təklifinin dəyişməsinin münasibəti kimi baxır. Dünya inflyasiyası R.Mandell, A.Svoboda tərəfindən inkişaf etdirilmiş və müasir dövrdə də davam edir.


§4. MÜXTƏLİF ÖLKƏLƏRDƏ MONETAR SİYASƏTİN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ
70-ci illərin ortalarında monetarist sxemləri bir çox öl­kə­lərdə praktiki olaraq istifadə edilməyə başlandı. Kapitalist bank­ları monetarist "hədəfləmə" siyasətindən geniş istifadə etməyə baş­­ladılar. "Hədəflər"-qarşıda duran dövrdə göstəricilərin də­yiş­məsinin dəqiq hüdudlarının müəyyən edilməsi və ona əməl edil­mə­sindən ibarət idi. Qərbi Almaniya Bundes bankı 1974-cü ildə bank ehtiyatlarının və nəğd pulların 12 aylıq artım dəqiqələrini müəyyən etdi. Həmin ildə İsveçrədə pul aqreqatı olan M1-in nəğd pullar mərkəzi bankda ehtiyat hesabları artımının yol verilən həddi, İtaliyada yeni kreditlərin ümumi həcmi müəyyən olundu. 1975-ci ildə Kanadada M1-in "hədəflənməsi" həyata keçirildi. 1976-cı ildə Böyük Britaniyada, 1977-ci ildə Fransada pul kütləsinin müxtəlif böyük və kiçik göstəriciləri üçün "hədəflər" müəyyən olundu. Niderland, İspaniya və s. ölkələr də bu siyasətə qoşuldular. Bu siyasətin həyata keçirilməsinin bütün ölkələrdə əsas məqsədi inflyasiyanın qarşısının alınması idi. Onlar iqtisadiyyatda sabitlik yaratmaq üçün monetarist məsləhətlərindən geniş istifadə edirlər. Lakin analiz göstərir ki, ölkələrin heç biri monetar siyasəti "təmiz" şəkildə tətbiq etmirdilər. Dövlət Mərkəzi Bank rəhbərlikləri daim manevr üçün özlərinə fəaliyyət azadlığı saxlayırdılar ki, gözlənilməz hadisələr baş verdikdə qarşısını almaq mümkün olsun. Buna görə hər yerdə "hədəfləmə" siyasəti müəyyən məhdudiyyətlərlə həyata keirilirdi. Belə yanaşma monetarist sxemlərinin məz­mun­suzlaşmasına səbəb olurdu ki, son nəticədə də monetaristlərin özləri dediyi kimi lazımi nəticələr əldə edilmirdi. Monetarist sxemlərinin dövlət siyasəti praktikasında təhriflə istifadəsi monetaristlər tərəfindən məzəmmətli qarşılanırdı. Hadisələrin bu cür inkişafı son nəticədə monetarist dairələr və ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyi arasında kəskin mübahisənin yaranmasına səbəb oldu.

Monetarist siyasət xüsusilə iki ölkədə ABŞ-da və Böyük Britaniyada həyata keçirilmişdir.. Qalan ölkələr qeyd etdiyimiz kimi, monetar siyasətdən dövlət siyasətində antiinfliasion tədbir kimi istifadə etmiş və tezliklə mənfi nəticələr verdiyindən əl çəkmişlər. 1979-cu ildə konservatorların başda, Marqeret Tetçer olmaqla Böyük Britaniyada hakimiyyətə gəlməsi dövləti iqtisadi siyasət strategiyasında kəskin dönüşə səbəb oldu. Ölkə proiritetlər sistemində əmtəə qiymətlərinin sabitləşdirilməsi ön plana çəkildi. Qərb ziyalı dairəsinin sol radikal dairəsi adından çıxış edən Q.Xoçmen "Azad bazarın konservatizmi" kitabında yazır: "1945-ci ildən İngiltərə iqtisadi siyasətində Keynisçi "interlyüdeya" nəzərə çarpırdı. 1979-cu ildə konservatorların hakimiyyətə gəlməsi ilə, harda ki, M.Tetçer baş nazir oldu, vəziyyət kökündən dəyişdi. Keyns öz "taxtından" düşürüldü. İqtisadi siyasətdə sağa doğru nəzərə çarpan dönüş yarandı. Keyns "erası uzaqda qaldı". Monetarizmə gəldikdə isə müəllif yazır: "Monetarizm 1974-1979-cu ilərdə leyborist hökumətində tərəfdarlar tapdıqdan sonra ön plana keçdi: Tetçer ştatının döyüş himninə çevrildi". Konservatorlar tezliklə ölkəni düşdüyü durğunluq vəziyyətindən çıxarmağı, əmək məhsuldarlığının tempini yüksəltməyi, qiymət artımının yavaşıdılmasını vəd edirdilər. Bunun üçün vergilərin azaldılma proqramı hazırlandı, xüsusi firmaların fəaliyyətinin dövlət tənzimlənməsi məhdudlaşdırıldı, kapital qoyuluşunun həvəsləndirilməsi və s. istiqamətlərdə tədbirlər görülməyə başlandı. Hökumətin əsas məqsədi inflyasiyanın dayandırılması idi. 1976-cı ildə Böyük Britaniya leyborist hökuməti Beynəlxalq Valyuta Fonduna 4 milyard funt-sterlinq borc istəməklə müraciət edərkən Beynəlxalq Valyuta Fondu dövlət qarşısında şərtlər qoydu. Bu şərtləri həyata keçirmək üçün dövlət monetar siyasətdən istifadə etməli oldu. Leyborist hökuməti BFV-yə göndərdiyi məktubda vəd edirdi ki, büdcə xərcləri məhdudlaşdırılacaq, istiqraz vasitələrinə dövlət sektorunun tələbləri azaldılacaq. Mz aqreqatının 1976-77-ci illərdə artımı 9-13% hüdudlarında olacaq. Bu artıq pul kütləsi artımının məhdudlaşdırılması monetarist sxeminin əsas elementi idi. Bu siyasət kütləsinin tənzimlənməsi siyasəti əsasən Mz aqreqatının yol verilən tərəddüdlərinin müəyyən olunması, başqa sözlə, "hədəfləmə" siyasəti ilə həyata keçirilirdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin