Fəsil 2 Kompüter texnikası və şəbəkələr


II nəsil kompyuterlərin istehsalı



Yüklə 1,04 Mb.
səhifə3/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   2   3   4   5   6   7   8   9   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

II nəsil kompyuterlərin istehsalı. Bu mərhələ 1955-1967-ci illəri əhatə edir. İkinci nəsil kompyuterlər element bazası əsasən yarımkeçiricilərdən ibarət kompyuterlərdir. Bu kompyuterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində kompyuterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya və istismar dəyəri ucuz­laşdı. Eyni zamanda məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompyuter ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə, PDP-1 ikinci nəsil kompyuteri artıq məişət soyuducusu həcmində olub 20 min dollara satılırdı.

İkinci nəsil kompyuterlərdə displeylərdən istifadə edilməyə başlandı. Bu informasiyanın etibarlı qorunmasını təmin etməklə, informasiyanın daxil və xaric olunmasını xeyli asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32 kbayt2 oldu.

İkinci nəsil kompyuterlər üçün xüsusi sistem proqram təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri, sonralar əməliyyat sistemləri yaradıldı. Kompyuterin arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik dillərin3 (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması və onlar üçün müvafiq kompilyatorun4 və standart altproqramlar kitabxanasının yaradılması ilə proqram­laşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi genişləndi.

Kompyuterlərin ucuzlaşması və proqram təminatının inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompyuterlər artıq elmi-texniki hesablamalar apar­maqla yanaşı maliyyə-iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və layihələndirmə mərkəzlərində geniş istifadə olundu. Azad kompyuter bazarı formalaşdı, kompyuter istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn, IBM, CDC, DEC və s. kompyuter istehsalına başladı.

Keçmiş SSRİ-də BESM-3,4,6 Ural-11,14,16, Minsk-22, M-222, Mir, Nairi ikinci nəsil kompyuterlər istehsal olunmuş və istifadə edilmişdir. Onların məhsul­darlığı saniyədə 50-100 min əməliyyat olmuşdu.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin