FəSİl adam smiTİN İQTİsadi TƏLİMİ


FƏSİL 10. KLASSİK SİYASİ İQTİSAD MƏKTƏBİNİN DAVAMI VƏ TƏNQİDİ



Yüklə 450 Kb.
səhifə11/20
tarix20.12.2022
ölçüsü450 Kb.
#76523
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
adam-simit

FƏSİL 10. KLASSİK SİYASİ İQTİSAD MƏKTƏBİNİN DAVAMI VƏ TƏNQİDİ

Kapitalizmin gələcək inkişafı ilə klassik siyasi iqtisad da müəyyən dəyişikliklərə məruz qalmışdır. XIX əsrin 30-50-ci illərinin əvvəllərində iqtisadçılar Smit və Rikardonun davamçıları kimi, onların ideyalarının şərhçiləri kimi çıxış edirdilər. Lakin kapitalizmin inkişafı sinfi mübarizənin - İngiltərədə çartizmin, Lion üsyanının və 1848-ci il inqilabında fransız fəhlələrinin səngər döyüşlərinin və s. kəskin güclənməsi ilə müşayiət olunurdu. Bu şəraitdə kapitalizmin tənqidi, A.Smitin və D.Rikardonun ideyalarının tənqid edilməsi üçün baza yaranırdı.




§1. S.SİSMONDİ

Jan Şarl Leonar Sismond və Sismondi (1773-1842) İsveçrənin Fransız hissəsində protestant keşişinin ailəsində anadan olmuşdur. O, böyük ədəbi irs qoymuşdur. 1801-ci ildə onun "Tockananın kənd təsərrüfatının tənqidi", 1803-cü ildə "Kommersiya sərvəti haqqında və ya ticarət qanunvericiliyinə tətbiqdə siyasi iqtisadın prinsipləri"; 1807-ci ildə iki cilddə "İtalyan respublikalarının tarixi" əsərləri çapdan çıxmış, 1819-cu ildə onun "Siyasi iqtisadın yeni əsasları və ya əhali barəsində olan sərvət haqqında" başlıca əsəri, 1837-ci ildə "Siyasi iqtisad üzrə etüdlər", bir sıra əsaslı işləri nəşr olunmuşdur.


Sismondinin sosial-iqtisadi baxışlarının inkişafına iki dövrü ayırd edirlər. Əvvəlcə Sismondi mömin Smitçi olmuş, A.Smitin ideyalarını vicdanla təbliğ etmiş, rəqabət azadlığı və şəxsi mənafelərin azad oyunu uğrunda çıxış etmişdir. Lakin artıq özünün əsas "Siyasi iqtisadın yeni əsasları" əsərində o, bütün bəlaların kökü olan azad rəqabəti kəskin ittiham edir. Sismondinin tələbi iqtisadi azadlıq deyil, dövlət müdaxiləsi olmuşdur. Təsadüfi deyil ki, onun siyasi iqtisad predmetinin yeni tərifi Smit və Rikardodan fərqli olaraq, - "İnsanların maddi rifahının dövlətdən asılı olduğuna görə siyasi iqtisadın predmetini təşkil edir. Təsərrüfat proseslərini təbii kimi şərh edən ingilis klassiklərindən fərqli olaraq, -Sismondi belə hesab edirdi ki, bu proseslər də dövlət tərəfindən yönəldilməlidir.
Siyasi iqtisadın predmetini başqa cür təyin edən Sismondi ingilis klassiklərinin istehsalın istehlakdan ayırmalarını hesab edərək, Smitin və Rikardonun metodunun əleyhinə çıxış etmişdir. O, təcrid edilmiş insanın - Robinzonun istehsalını və istehlakını tədqiqatın çıxış nöqtəsi götürür.
Sismondi öz nəzəriyyəsinin mərkəzində bazarlar problemini, böhranların reallaşdırılmasını qoymuş və cəmiyyətin sinfi strukturu ilə sıx bağlamışdır. Onun fikrincə, iki sinifli "xalis" kapitalizm cəmiyyəti qəddar böhranlara məhkumdur, o qurtuluşu "üçüncü şəxslər"də - ara siniflərində (kəndlilər, kustarlar, sənətkarlar) görür.
Sismondinin dəyər, kapital və resurs nəzəriyyələri iqtisadi təlimlər tarixində özünəməxsus yer tutur. Smit və Rikardonun ardınca Sismondi əməyin sərvətin yeganə mənbəyi olduğunu elan edərək, əmtəənin dəyərini əməklə müəyyən edir. O, kapitalı istehsal ehtiyatı kimi, sərvətin mənfəət gətirən hissəsi kimi müəyyənləşdirir. Bu tərifdə o, kapitalın istehsal amili kimi nəzərdən keçirən mövqeyində durur. Kapitalın bu cür tərifdən irəli gələrək, Sismondi mənfəətin kapitalın özünün məhsuldarlığının nəticəsi olduğu tərifini verir. Sismondidə mənfəətin başqa şərhləri də - fəhlə əməyinin məhsulundan çıxarılması və ya kapitalistin qənaətkarlığı üçün mükafat kimi kapitalistin gəlirini ifadə edən şərhlər də vardır.
Renta haqqında təlimdə Sismondi özünü fiziokratların tərəfdarı kimi göstərmişdir (renta torpağın sovqatıdır), o, əmtəə təsərrüfatı və kapitalizm kateqoriyalarının əkinçiliyə keçirilməsini qeyri-mümkün hesab edərək, Rikardonun renta tarixini rədd etmişdir.
Kapitalizmdə aşağı əmək haqqını Sismondi kapitalist münasibətlərilə əlaqələndirmişdir. O, zənn edirdi ki, əmək haqqı fəhlə əməyinin məhsulunun bütün dəyərinə bərabər olmalıdır, o, həmçinin əhalinin artımı ilə əmək haqqı arasında birbaşa əlaqəni də görürdü. Sismondi əhalinin artımını gəlirlər çərçivəsi ilə məhdudlaşdırmağı təklif edir və uşaqların doğulması valideynlərin gəlirləri ilə təmin olunmayıbsa, kilsəni fəhlələr arasında nigahları pisləməyə çağırırdı.
Sismondinin təkrar istehsal və böhranlar nəzəriyyəsi onun bütün iqtisadi təlimi əks olunan güzgüdür, müəyyən mənada bu onun keçmişə qayıdış utopik proqramıdır. Təcrid olunmuş insanın tarixinin bütün bəşəriyyətin tarixi olduğunu hesab edərək, o adi əmtəə istehsalçıları və kapitalist cəmiyyətləri arasındakı fərqi yalnız kəmiyyət fərqində görürdü. O, istehlakı kapitalist istehsalının məqsədi hesab edirdi. Sismondinin reallaşdırma və böhranlar haqqındja şərhi belədir. Bu problemlərə o, birlikdə baxmışdır. O, özünü Smitin və Rikardonun istehsal nəzəriyyəsinin əleyhdarı elan etmişdir. İctimai məhsulun dəyərini gəlirlərə gətirərək, Sismondi hesab edirdi ki, bütöv istehsal əmtəəsinin reallaşdırılması üçün istehsalın cəmiyyətin gəlirlərinə bütövlükdə uyğunluğu zəruridir. Sismondi yazırdı: "Beləliklə, milli gəlir və illik istehsal qarşılıqlı surətdə tarazlaşır və bərabər kəmiyyət olurlar". Reallaşdırmanı şəxsi istehlaka müncər edirdi və onun rəyincə, kapitalistlər məhz üstəlik dəyəri reallaşdıra bilməzlər, çünki ictimai məhsulun iki hissəsindən əmək haqqını fəhlələr öz istehlakları ilə reallaşdırırlar. Buradan Sisimondi belə nəticəyə gəlir ki, kapital üçün reallaşdırmanın şərtləri üzrə kapitalizmin inkişafı genişləndiyinə görə, daralan xarici bazar zəruridir. O an gələcək ki, kapitalist ölkələrinin inkişafı üçün xarici bazarlar olmayacaq və o zaman kapitalizmin iflası baş verəcək.
Böhranlar nəzəriyyəsi Sismondinin iqtisadi təlimini tamamlayır. O, isitehsal və istehlakın uyğunsuzluğunu böhranların əsas səbəbi hesab edir və böranları istehlakın kifayət qədər olmaması ilə izah edirdi. O zənn edirdi ki, 100 xırda istehsalçı bir kapitalist və 99 fəhlədən xeyli çox istehsal edirlər.
Sismondi kapitalizm yoluna qədəm qoymuş ölkələrin hökumətlərinə kapitalist inkişafını dayandırmaq xahişi ilə müraciət edirdi, oun fikrincə, ümumi rifahı və bollüğü yalnız hökumət təmin edə bilər.



Yüklə 450 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin