FəSİl adam smiTİN İQTİsadi TƏLİMİ



Yüklə 450 Kb.
səhifə12/20
tarix20.12.2022
ölçüsü450 Kb.
#76523
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
adam-simit

§2. PYER JOZEF PRUDON

40-60-cı illərdə Fransada fabrik sistemi qalib gəldi və sosial-iqtisadi ziddiyyətlərin kəskinləşməsini doğurdu. Bu dövrün qabaqcıl nəzəriyyəçilərindən biri P.J.Prudon sayılırdı. Bir çox iqtisadi və fəlsəfi - sosioloji xarakterli əsərlər onun tərəfindən yazılmışdır. Bu əsərlərdən ən mühümləri - "Mülkiyyət nədir"? (1840) və "İqtisadi ziddiyyətlər sistemi və ya yoxsulluq fəlsəfəsi" (1846), "Vergi nəzəriyyəsi" (1861) və s.-dir. Sismondi kimi o da kapitalizmi yaxşılaşdırmağa səy edərək, tənqid edirdi. Prudonu reformizmin və anarxizmin banisi hesab edirdi. Onun nəzəri irsi ziddiyyətlidir və Prudonun iqtisadi nəzəriyyəsinin təhlili çətindir.


Prudon "Mülkiyyət nədir?" kitabında məşhur "mülkiyyət oğurluqdur" tezisini irəli sürmüşdür. Bu müddəanı o, fransız inqilabının görkəmli xadimi Brissodan iqtibas etmişdir. O hesab edirdi ki, mülkiyyət məhvə məhkumdur, belə ki, təbiətə və şüura ziddir. Onun mövcudluğunu Prudon zorakılıq və yalanla bağlayır və buna görə də mülkiyyəti məhv edib, mülkü saxlamağı təklif edirdi ki, yalnız bu zaman yer üzündə pislik yox olacaqdır.
Prudon hesab edirdi ki, fərdi əməyə əsaslanan mülki mülkiyyətin meydana çıxmasına gətirə bilməz. O, mülkiyyəti faizin və mənfəətin yox edilməsi ilə aradan qaldırmağı təklif edirdi. Bu layihəni həyata keçirməyi hökumətin üzərinə qoyurdu. O, şəxsi mülkiyyəti ehtiyacsız yaşayışın əsası hesab edərək, idealizə edirdi.
Prudona görə kateqoriyalar "mütləq şüurun" hərəkəti nəticəsində meydana çıxır və dialektik hərəkət yaxşının və pisin ayrılması ilə nəticələnir, materiya isə onların mexaniki birləşməsini göstərir. Vəzifə - yaxşı tərəfi saxlayıb, pisi aradan qaldırmaqdır. Prudon belə hesab edirdi ki, əmək bölgüsünün, mülkiyyətin, dəyərin, rəqabətin və s. mənfi tərəflərini aradan qaldırmaqla, kapitalist əmtəə təsərrüfatını yaxşılaşdırmaq olar. Belə ki, əmək bölgüsündə yoxsulluğun, işsizliyin artımına aparan pis tərəfi aradan qaldırmaq, sərvətin artmasına kömək edən yaxşını isə saxlamaq; xüsusi mülkiyyətdə - bərabərsizliyə aparan tərəfi aradan qaldırıb, azadlıq və müstəqilliyi təmin edən yaxşı tərəfi saxlamaq lazımdır. O, rentanın müsbət tərəfini torpağa sahib olmaq və ondan istifadə etməkdə bərabərlik yaratmaq qabiliyyətini, torpağın məhsuldarlığının fərqli olması səbəbindən torpaq sahibinin gəliri mənimsəməsini mənfi hesab edirdi.
Prudonda dəyərin şərhi daha orijinaldır. O, etiraf edirdi ki, sərvətin bütün elementlərini yalnız əmək yaradır, lakin eyni zamanda o, mübadilənin də mühüm rolunu göstərirdi. Bu onun "mübadilə dəyəri"nin təhlilindən və "müəyyən edən dəyər" adlandırılan dəyərdən xüsusilə görünür. Prudon hesab edirdi ki, mübadilə dəyərinin yaranması mübadiləni doğuran bir insan tələbatlarının müxtəlifliyi ilə bağlıdır. O, mübadilə dəyərini az tapılanla; istehlak dəyərini bolluqla eyniləşdirirdi, belə ki, az tapılan və bolluq anlayışları bir-birinə əks münasibətdədir, o bunu iqtisadi kateqoriyalara da aid edirdi. O, insanın azad iradəsini bu antitezanın səbəbi hesab edirdi. Mübadilə və istehlak dəyərləri arasındakı ziddiyyətlərin həlli vasitəsi kimi Prudon "müəyyən edən dəyəri" bilavasitə iş saatlarında ifadə olunmuş proporsional dəyəri adlandırmışdır.
O, mübadilənin rolunu ictimai sərvət elementlərinin məlum proporsiyada vahid bütövə birləşməsində, onların "müəyyən edən dəyərə" çevrilməsində və maddi nemətlərin bir hissəsinin uzaqlaşdırılmasında görürdü. Bu mənada həcmlə yol verilə bilən "müəyyən edən dəyər" proporsional dəyər kimi çıxış edir. Prudon hesab edirdi ki, bütün məhsullar müvafiq "müəyyən edən dəyərlə" satılarsa, onda tələblə təklifin uyğunluğu təmin olunacaq və hər kəs öz alıcısını tapacaqdır.
Prudon "müəyyən edən dəyər" nəzəriyyəsi ilə göstərmək istəmişdir ki, heç də hər bir dəyər bazarda reallaşdırılmır. əsl dəyər olmur və bazarda tutulmur. Buradan o belə bir nəticə əldə edirdi ki, dəyəri qabaqcadan müəyyən etməyə səy etmək lazımdır ki, bu məhsul hökmən realizə olunsun və qabaqcadan məlum olmur ki, o, dövriyyəyə düşəcək və istehlak sferasına keçəcək.
Prudon Sismondinin "üçüncü şəxslər"dən istifadə edilmədən "üstəlik dəyər"i realizə etməyən qeyri-mümkünlüyü haqqında müddəasına şərik idi. Prudon hesab edirdi ki, kapitalistlər xərclərə faiz artırırlar, bunun nəticəsində fəhlələr öz şəxsi məhsullarını buraxa bilmirlər. Prudon faizi istismar gəlirinin əsas forması hesab edərək, həmişə onun əleyhinə çıxış etmişdir.
Prudon kapitalizmi tənqid edərkən, iki sinfin (proletariat və burjuaziya) birləşməsi haqqında ideya irəli sürmüşdür. Onun fikrincə, zəhmətsiz gəlirlərin aradan qaldırılması üçün pulları fəhlə qəbzləri ilə ödəmək zəruridir. Ədalətli mübadilənin təşkilində əsas rol əmtəə istehsalçılarına "fəhlə qəbzlərini" verən xalq bankına ayrılırdı. Buradan onun digər - xırda istehsalçılara və fəhlələrə "müftə" mübadilə ideyası doğurdu. Prudonun arzusu xırda xüsusi mülkiyyətin əbədiləşdirilməsi idi.
Rikardo məktəbinin dağılması mərhələsində onun sonuncu görkəmli nümayəndəsi Con Stüart Mill (1806-1873) hesab edilir.
XIX əsrin 40-cı illərində əmək və kapital arasındakı antaqonizm sənaye inqilabının sona çatması, çartistlərin çıxışları, 1848-ci ilin inqilabi hadisələri ilə daha artıq bərqərar olurdu. Bütün bu hadisələr C.Millin əsərlərində öz əksini tapmışdır. O, londonda anadan olmuşdu, Rikardonun dostu, ingilis iqtisadçısı - rikardoçunun böyük oğlu idi.
C.Milli daha mühüm siyasi - iqtisadi ideyaları 1844-cü ildə çap olunmuş "Siyasi iqtisadın bəzi həll olunmamış problemlərinə aid oçerklər" əsərində öz əksini tapmışdır. 1848-ci ildə o, beş kitabdan ibarət iri həcmli "Siyasi iqtisadın əsasları və onların sosial fəlsəfəyə tətbiqinin bəzi aspektləri" əsərini nəşr etdirir. C.Mill öz dövrü üçün nisbətən qabaqcıl alim və ictimai xadim kimi çıxış etmişdir. 1865-ci ildə o, ümumi ingilis parlamentinin palata üzvü olmuş, əhalinin geniş təbəqələrinin islahatlarını fəal dəstəkləmiş, kişilərin və qadınların hüquq bərabərliyini müdafiə etmiş, mötəbər demokratiyanın genişləndirilməsi uğrunda fikirlərini bildirmişdir. C.Mill Rikardo təliminin tərəfdarı olub, onun təhlilini siyasi iqtisadda yaranmış vəziyyətə tətbiq etməyə çalışmışdır (Maltusun, Seyin və Sektorun təlimi nəzərdə tutulur). Onun başlıca əsəri olan "Siyasi iqtisadın əsasları" 1890-cı ildə - Marşallın "İqtisadiyyaitın prinsipləri" çap olunana qədər siyasi iqtisad elminin mötəbər ifadəsi hesab edilirdi. Kitabda kapitalizmin tənqidindənsə, XX əsr ingilis leyborizminin iqtisadi və sosial ideyalarının əsasına qoyulmuş fikirləri ən mühüm hesab olunur.
"Siyasi iqtisadın əsasları"nın strukturu onun baxışlarının məntiqi haqqında əyani təsəvvür yaradır. İstehsal, bölgü və mübadilə problemləri birinci, ikinci və üçüncü kitabın müvafiq bölmələrində şərh edilir; dördüncü və beşinci kitablarda o, nəzəri bazanı sosial islahatlar proqramına yaxınlaşdırır, bununla o, kapitalizmin gələcək inkişaf perspektivlərini bağlayır. C.Mill tərəfindən nəzərdən keçirilən sosial-iqtisadi problemlərin tədqiqinin metodologiyası klassiklərdən fərqli olaraq, bölgü və istehsal qanunlarının kəskin surətdə bir-birinə qarşı qoyulmasına əsaslanır. Göstərilənləri əsaslandırmaq üçün o, insan cəmiyyəti təkamülünün müxtəlif pillələrində bu münasibətlərin dəyərlərini mülkiyyət formalarının inkişafı ilə bağlayaraq, bölgü münasibətləri inkişafının tarixinə ekskurs edir.
C.Mill kapitalizmin başlıca kateqoriyalarınını təhlili zamanı bir qayda olaraq, A.Smitin və D.Rikardonun ideyalarını iəkrar edir. Lakin C.Mill faktiki olaraq, dəyərin əmək nəzəriyyəsi ilə əlaqəsini kəsir. C.Milldə yalnız mübadilə dəyəri və dəyər problemləri var, o, bunları "Mübadilə" adlanan üçüncü kitabında təhlil edir. C.Mill istehsal xərcləri nəzəriyyəsi mövqelərinə keçir və hesab edir ki, dəyər istehsal xərclərinin dəyərləri ilə müəyyən edilir. İstehsal xərcləri tərkibinə C.Mill mənfəəti də daxil edir.
Onun qiymətin sorğuya olan təsiri haqqında fikirləri məlum maraq doğurur. C.Mill "sorğunun elastikliyi" anlayışını bilmirdi, lakin qiymətin dəyişdiyi zaman sorğunun dəyişməsinin bəzi meyllərini xarakterizə etmişdi. Məhsuldar və qeyri-məhsuldar əmək problemini C.Mill bütövlükdə klassik siyasi iqtisad kimi həll etmişdir. Onun şərhində pul-dəyəri istehsal xərcləri ilə müəyyən edilən əmtəədir.
C.Mill kreditə böyük diqqət yetirmiş və ingilis bankına açıq bazarda əməliyyatları genişləndirməyi, uçot stavkalarının tənzimlənməsi üzrə fəal siyasət yeritməyi tövsiyə etmişdir.
"Siyasi iqtisadın əsasları" adlı beşinci kitabında C.Mill infrastrukturun yaradılmasında, elmin inkişafında dövlətin iqtisadi rolunu təhlil edir, sosial təminatın dövlət sisteminə və vergiqoyma problemlərinə böyük əhəmiyyətini qeyd edir.



Yüklə 450 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin