Radiofarmasevtiklərə qarşı allergik reaksiyalar. Bu reaksiyalar məhdudiyyət sayılsa da lakin olduqca nadir hallarda baş verir və yüngül olur. Buna baxmayaraq, pasiyent nüvə tibb işçilərinə özündə ola biləcək hər hansı allergiya və yabaş verə biləcək digər problemlər barədə məlumat verməlidir.
Radiotraserin orqanizmə yeridilməsi. yüngül ağrı və qızartıya səbəb ola bilər ki, bu da tez aradan qalxmalıdır.
Hamilə və südəmər uşaqları olan qadınlar. Qadınlar hamilə olma ehtimalı varsa və ya ana südü ilə qidalanırsa, həmişə öz həkiminə və ya radiologiya texnoloquna məlumat verməlidirlər.
Prosedurun uzun çəkməsi. PET metodunun tətbiqi zamanı orqanizmə yeridilmiş radioizotopun bədənin öyrənilməmiş hissəsində toplanması saatlar və ya günlər çəkə bilər ki, buda müddəti uzadır.
Diabet xəstələrinə tətbiq. Şəkərli diabet xəstələrinin və ya müayinədən bir neçə saat əvvəl yemək yeyən xəstələrin test nəticələri qan şəkəri və ya qan insulin səviyyələrinin dəyişməsi səbəbindən mənfi təsir göstərə bilər.
Metodun baha olması. Bu metod digər diaqnostika metodlarına nisbətən bahadır, çünki burada istifadə olunan radioizotopların qısa məhv olma müddətinə sahibdirlər. Bu səbəbdən radioizotop istehsalı üçün siklotron cihaza yazın yerləşməlidir olmalıdır.
PET görüntüləmə metodunun kliniki tətbiqi sahələri Nüvə təbabətinin inkişafı və bu inkişafa bağlı olaraq Pozitron Emissiya Tomoqrafiya metodunun 1950-ci illərdən başlayan tədqiqatların nəticəsi olaraq metodun effektivliyi aşkar olunmuşdur. PET görüntüləmə üsulunun dəqiqliyi onu tibbin müxtəlif sahələrində istifadə olunmağınaimkan yaratmağa başlamışdır. Klinik tibbdə PET müayinələrinin böyük bir hissəsi (təqribən 80%-i) onkologiya sahəsində aparılır. PET texnologiyası təkcə onkologiyada deyil bir sıra digər sahələrdə də tətbiq olunur. PET-in tətbiq olunduğu əsas sahələr aşağıdakılardır: