Korroziyaya davamlı ərintilərin alınması
Mühafizə örtükləri haqqında üçüncü fəsildə daha ətraflı məlumat verilib.
Korroziyaya davamlı ərintilərin alınması üsulunda ərintilərin tərkibinə Ni, Co, Cu və Cr əlavə etdikdə korroziyaya davamlı ərintilər alınır.
Elektrokimyəvi mühafizə üsuluna aşağıdakılar aiddir:
a) protektor mühafizəsi
b) katod mühafizəsi
Katod mühafizə üsulunda -boru kəmərinin səthində mənfi potensial yaradılır və onun səthindən elektrik cərəyanının çıxmasının qarşısı alınır. Bu məqsədlə boru kəməri katoda çevrilir və ona daimi cərəyanın mənfi qütbü, müsbət qütbü isə anoda – yəni boru kəmərindən kənarda torpağa basdırılmış xüsusi elektrod vasitəsilə birləşdirillir. Nəticədə cərəyan xüsusi elektroddan boru kəmərinin korroziyasının qarşısını alır.
Dostları ilə paylaş: |