Fəsil Korroziya haqqında ümumi məlumat Korroziya – latınca «Corrosio»



Yüklə 0,82 Mb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#39387
  1   2   3   4   5
Kurs işi - korroziya


Fəsil 1. Korroziya haqqında ümumi məlumat
Korroziya – latınca «Corrosio» sözündən götürülüb, mənası yeyilmə, dağılma deməkdir. Metalların korroziyası – onların kimyəvi, elektrokimyəvi, biokimyəvi təsir nəticəsində dağılaraq yararsız hala düşməsidir. Konstruksiyanın sərbəst enerjisinin azalması hesabına metalların termodinamiki davamsızlığ baş verir. Konkret şəkildə korroziya– xarici mühitin təsiri ilə metal və ərintilərinin dağılması deməkdir.

Bəzi metallarda dağılma prosesi təkcə metalın səthində deyil, onun daxilində də baş verir. Bu isə metalın kristal qəfəsinin dağılması ilə nəticələnir və metal özünəməxsus xassələri itirir. Metalın tərkibində qarışıqlar çox olanda onun səthində qalvanik cütlərin yaranması nəticəsində kiçik nöqtələr əmələ gəlir və pittinq korroziyası baş verir, metal dağılmaya məruz qalır.



Ümumiyyətlə, metalın adi və korroziyaya uğramış səthləri kəskin fərqlənir. Lakin elə korroziyalar var ki, onu adi gözlə görmək mümkün olmur. Bu kristalarası korroziya (metalın kövrəkləşməsi) adlanır və metalı təşkil edən kristal qəfəsin pozulması ilə baş verir. Müxtəlif ekoloji şəraitlərdə – suda, atmos-ferda, torpaqda, turşuda, qələvidə metalların korroziyaya uğraması müşahidə olunur. Elektrokimyəvi korroziya prosesi metal – mühitsərhəddində ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi nəticəsində baş verir.

Bəzi hallarda kimyəvi təsir fiziki dağılma ilə müşahidə olunur. Bu korroziya erroziyası və ya frettinq-korroziya adlanır. Dəmir və onun ərintilərinin korroziyası zamanı əmələ gələn oksidlərinin hidratlaşmış korroziya məhsullvarı hesabına paslanma olur. Əlvan metallar korroziyaya uğrayır, lakin paslanmır.

Çeşidli korroziya prosesi dağılmanın xüsusiyyəti və yaranma şəraitinə görə təsnifatlanır. Baş vermə şəraitinin müxtəlifliyinə görə korroziya prossesini aşağıdakı növlərə bölmək olar:

- qaz korroziyası –– metal materialların səthində atmosferdə olan qızmış qazların hesabına gedən korroziya;

- atmosfer korroziyası –– metal və polad materialların səthində atmosferdə olan nəmli qazlardan gedən korroziya;

- maye korroziyası –– şirin və duzlu sularda baş verən korroziya;

- yeraltı korroziya –– torpaqda və qrunt təbəqələrində olan korroziya;

- quruluş korroziyası –– metal materialların qeyri – bircins olması zamanı baş verən korroziya;

- azmış və xarici cərəyan hesabına korroziya;



Korroziya prosesində baş verən dağılmalar xüsusiyyətinə görə iki yerə ayrılır:

  1. Ümumi və ya tam korroziya

  2. Yerli yəni metal səthinin ayrı-ayrı hissələrində baş verən korroziya

Ümumi və ya tam korroziya prosesi 3 yerə ayrılır:

  1. Müntəzəm – korroziya metalın bütün səthi boyunca bərabər sürətlə gedir. Məsələn, karbonlu poladın sulfat turşusunda korroziyası.

  2. Qeyri-müntəzəm – korroziya metalın müxtəlif səthlərində qeyri-bərabər sürətlə gedir. Məsələn, karbonlu poladın dəniz suyunda korroziyası.

  3. Seçmə - xəlitə və ya ərintinin yalnız bir quruluşu korroziya nəticəsində dağılır. Məsələn, çuqunu təşkil edən ferrit quruluşunun dağılması.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin