Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Nəzarət və istiqamətin müəyyənləşməsi, sinonimdir



Yüklə 445,59 Kb.
səhifə62/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   58   59   60   61   62   63   64   65   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Nəzarət və istiqamətin müəyyənləşməsi, sinonimdir.

Nəzarət funksiyası idarəçiliyin elə xarakteristikasıdır ki, hotelin problemlərini aşkar edir və bu problemlərin böhrana çevrilməməsi üçün düzəlişlər edir. Çində yazılan “İ-Çzin” (“Dəyişikliklər kitabı”) adlı müdrik kitabda deyilir. “Ağıllı insan nə üçün uğur qazandığını başa düşürsə o yenidən bunu təkrar edir. Nə zaman öz səhvini başa düşür o bunu təkrar etmir”. Nəzarətin zəruri olmasının əsas səbəblərindən biri odur ki, hotel, səhvləri vaxtında müəyyən edərək, aradan qaldırmalıdır. Hotelin planı nəzərdə tutulan kimi həmişə yerinə yetirilmir. Nəzarətin köməyi ilə qarşıya qoyulan məqsədlərə necə nail ola biləcəyini müəyyənləşdirir.


Hoteldə nəzarət fəaliyyətinin öyrənilməsi və təhlili ilə hotelin idarəçilik nəzarətinin aşağıdakı əsas prinsiplərini göstərmək olar.

  1. Nəzarət fəaliyyətinin strukturu, hotel strukturuna uyğun olmalıdır. Nəzarət idarəçiliyin bir prosesi kimi, bütün səviyyələrdə fəaliyyət göstərir. Hər bir idarəçilik səviyyəsinə öz nəzarət səviyyəsi uyğun olmalıdır.

  2. Nəzarət sistemi hotelin bütün şöbələrində, idarəçilik prosesinin təmin olunmasına kömək etməkdir (mərkəzləşmə prinsipi).

  3. Hotelin personalı, onun səyindən asılı olmayan nəticələrə görə cavabdeh deyil (nəzarət etmək prinsipi).

  4. Hoteldə aparılan nəzarət prosesi yoxlama zamanı alınan nəticələrdən baha başa gəlməməlidir (iqtisadi prinsip).

Göstərilən prinsiplər hotelin nəzarət fəaliyyəti və effektiv nəzarət sisteminin yaranmasına kömək edə bilər. Nəzarət özünün həqiqi vəzifəsini yerinə yetirmək üçün bir neçə vacib xüsusiyyətlərə malik olmalıdır. Bunlar, strateji xarakter, konkret nəticələrə nail olmaq, vaxtında etmək, çeviklik, sadə və qənaət kimi xüsusiyyətlərdir. Müxtəlif ölkələrdə nəzarət sistemi fərqlidir və öz xüsusiyyətləri var.
Şəbəkə sisteminə daxil olan hotellər informasiya texnologiyalarının gücündən fəal istifadə edirlər. Bu da işin nəticələri haqqında hesabatları tez bir zamanda almağa imkan verir. Müasir texnoogiyaların nəzarət mexanizminə təsiri çox mühümdür. Bunu, inkişaf etmiş ölkələri, geridə qalmış ölkələrlə müqayisə edəndə görə bilərik. ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Fransa, Almanya kimi ölkələrdə şəbəkə sisteminə daxil olan hotellərin menecerləri birbaşa nəzarət standartlarına uyğun qaydalara riayət etməklə yanaşı, kompyuter hesabatları və təhlillərindən istifadə edirlər. Texnoloji cəhətdə geridə qalan ölkələrdə, menecerlər, birbaşa nəzarətə və nəzarətlə bağlı mərkəzi qərarlara üstünlük verirlər.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin