Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Hotelin idarəçilik səviyyəsinə görə maliyyə və inzibati nəzarət formalarından geniş istifadə olunur



Yüklə 445,59 Kb.
səhifə61/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   57   58   59   60   61   62   63   64   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Hotelin idarəçilik səviyyəsinə görə maliyyə və inzibati nəzarət formalarından geniş istifadə olunur.
Maliyyə nəzarəti, hər bir şöbədən standart formada əsas iqtisadi göstəriciləri əks etdirən maliyyə hesabatı almaqla həyata keçirilir. Hotel biznesində maliyyə nəzarəti əsasən büdcə və gəlirlər barədə hesabatın köməyi ilə yerinə yetirilir. Büdcədə ay və il ərzində satışın həcmi və konkret məbləğ (pulla) göstərilir. Büdcənin tərtibi prosesi özlüyündə menecer üçün bir nəzarətdir. Satış və xərclərin faktiki həcmi ( ay və ya il ərzinzdə) gəlirlər barədə hesabatda göstərilir. Hotel biznesində bu nəzarət üsulu kimi aktiv istifadə olunur, çünki menecer planlaşdırılmış nəticələrə nail olmaq istəyir.
İnzibati (operativ) nəzarət nəzərdə tutulan cari planlaşdırma istehsalat proqramlarının yerinə yetirilməsini sistematik olaraq təmin edir. Məhz buna görə, bunu planlaşdırmanı idarəçiliyin vahid operativ funksiyası ilə birləşdirirlər.
b) Nəzarətin metod və formaları .
Nəzarətin əsas metodu yoxlamadır.
Sənədlərin təhlili və işi yerində öyrənib əlaqələndirməklə yoxlama nəzərdə tutulur. Xarakter etibarı ilə yoxlamalar, kütləvi, kompleks, seçmə və fasiləsiz həmçinin planlı və plansız ola bilər.

  • Kütləvi yoxlamalar təcrübədə geniş tətbiq olunur. Bu yoxlamaların məqsədi işin vəziyyətini aydınlaşdırmaq və çatışmamazlıqları operativ aradan qaldırmaqdır.

  • Kompleks yoxlamalar bir neçə təşkilatın iştirakı ilə (sosial müdafiə fondu, vergi müfəttişliyi, qiymətləndirmə şöbəsi və digərləri) dövlət nəzarətinin işləyib hazırladığı əlaqəli plan üzrə həyata keçirilir. Yoxlamadan sonra hər bir təşkilat yoxlamanın nəticələri barədə akt tərtib edir və dövlət nəzarət orqanına təhvil verir.

  • Seçilən yoxlamalar ayrıca bir sahənin hesabatını yoxlayır ( verginin düzgün ödənilməsi). Bu yoxlama hotelin bütün dövr ərzində fəaliyyətini deyil yalnız ayrıca bir müddəti əhatə edir.

  • Fasiləsiz yoxlamalar adətən kiçik hotellərdə keçirilir. Burada bütün hotel təsərrüfatının fəaliyyəti təhlil olunur.

  • Daha bir nəzarət metodu müşahidədir. Bu metod özünə məxsus kompleks fəaliyyətə yönəlib (məqsədəyönlü). Bu üsul ilə nöqsanlar, gizli ehtiyatlar aşkarlanır.

Nəzarət metoduna qəfil kassa yoxlamalarını (inventarlaşma) yazılmış sənədlərlə faktiki məlumatları tutuşdurmaq, qarşılıqlı yoxlamalar sifariş nəzarətinin tərtibini aid etmək olar.
Menecment təcrübəsində nəzarətin müxtəlif təşkilatı üsulları və formaları istifadə olunur.

  1. Əməkdaşların işinə nəzarət

  2. Sənədlərin təhlili

  3. Dəvət etmək və dinləmək

  4. Yazılı hesabatların sorğusu

  5. İclasın keçirilməsi

  6. Sorğunun keçirilməsi

  7. Test keçirilməsi

  8. Attestasiyanın keçirilməsi

  9. Təftiş etmək

  10. Audit etmək

  11. Məhkəmə nəzarəti

  12. İnventarlaşdırma aparmaq

Bu üsulları daha geniş nəzərdən keçirək. Hotelin yerləşdiyi yerdən və üzərinə götürdüyü maliyyə öhdəliklərinin növündən asılı olmayaraq bütün əmlakı (avadanlıqlar) inventarlaşdırmalıdır. İnventarlaşdırma, hotelin əmlakı onun ərazisində və hər bir maddi məsul şəxs üzrə aparılır.
İnventarlaşdırılan obyekt, müddəti, keçirilmə qaydaları, hotelin meneceri tərəfindən müəyyən olunur.
İnventarlaşdırma aşağıdakı hallarda məcburi ola bilər.

  • Mülkiyyətçi dəyişir.

  • İllik hesabat tərtib olunur.

  • Hotelin rəhbəri dəyişir.

  • Oğurluq faktı aşkar olunur.

  • Nəzarət və məhkəmə orqanlarının qərarı olur.

Nəzarətin geniş yayılmış formalarından biri audit yoxlamadır.
Audit, lisenziyalaşdırılmış, attestasiyadan keçmiş, müstəqil hüquqi və fiziki şəxsin qanuni sahibkarlıq fəaliyyətidir. Audit, maliyyə, mühasibat və vergi hesabatlarının düzgün olmasının təsdiqinə yönəlib.
Auditor fəaliyyəti yalnız yoxlamalar deyil eyni zamanda müxtəlif xidmətlər göstərir. Hesabatların bərpası və aparılması, vergi, məsləhət, təlim və digər məsələlərin həllində müvafiq yardım göstərir. Auditin nəzəriyyə və təcrübəsi sahəsində məşhur Amerika mütəxəssisi C. Robertson qeyd edir ki, audit sahibkarlıq riskini azaltmağa yönəlmiş fəaliyyətdir.

  • Hotel sahəsində geniş yayılmış nəzarət formalarından biri də təftişdir. Təftiş, hotelin maliyyə-təsərrüfat, və sahibkarlıq fəaliyyətini nəzərdə tutan nəzarət üsuludur. Təftiş (yoxlamalar) planlı və plansız ola bilər. Planlı yoxlamadan fərqli olaraq eyni təşkilatda plansız yoxlama vergi hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən aparıla bilər. Nəzarətin səmərəli olması və özünün həqiqi vəzifəsini yerinə yetirmək və hotelin məqsədə çatmasını təmin etmək üçün nəzarət bir sıra mühüm xüsusiyyətlərə malik olmalıdır.

  1. Nəzarətin strateji istiqaməti, yəni hotelin ümumi birinciliyini əks etdirmək və saxlamaqdır.

  2. Nəticələrə istiqamətləndirmək, informasiyanı toplamaq nəzarətin son məqsədi deyil, hotel qarşısında duran vəzifələri həll etmək üçün problemləri aşkar etmək və standartları müəyyənləşdirmək lazımdır.

  3. İşə uyğunluq. Nəzarətin effektiv olması üçün nəzarət olunan fəaliyyət növü uyğun olmalıdır. O, vacib olanı obyektv ölçməli və qiymətləndirməlidir.

  4. Nəzarətin çevikliyi. Nəzarət plan kimi çevik və baş verən ölçülərə uyğun olmalıdır.

  5. Nəzarətin sadələyi, daha çox effektiv nəzarətdir.

  6. Nəzarəti qənaətli, effektiv olmalıdır, çünki, informasiyanın toplanması və təhlili baha başa gəlir.

  7. Nəzarətə personalı cəlb etmək lazımdır çünki ən yaxşı nəzarət özünə nəzarətdir. Hər bir menecer vəzifəsindən asılı olmayaraq öz vəzifə təlimatına uyğun nəzarəti həyata keçirməlidir.

Hotelin bütün əməkdaşlarının öz vəzifə öhdəliklərini yerinə yetirməsi və tabelikdə olanların işinə nəzarət, işin keyfiyyətinə təsir edir. Nəzarət olmayan yerdə xaos, qarışıqlıq olur və kollektivi birləşdirmək çətindir. Beləliklə, nəzarət hotelin ayrılmaz elementidir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin