Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Qeyri-maddi motivasiya formaları əhəmiyyətlidir



Yüklə 445,59 Kb.
səhifə57/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   53   54   55   56   57   58   59   60   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Qeyri-maddi motivasiya formaları əhəmiyyətlidir.
Menecer tərəfindən ofisianta kollektivin qarşısında təşəkkür elan etməsi, tərifləməsi ofisiant üçün yaxşı mənəvi stimul ola bilər. Əməkdaşların yaradıcılıq təşəbbüskarlığını dəstəkləmək lazımdır. Əməkdaşa göstərilən münasibət çox mühümdür. Menecerin işçilər arasında nüfuzu olmalı və O, əməkdaşlar haqqında tam məlumatlandırılmalıdır. Əməkdaşlara qarşı tələbkar olmaqla yanaşı ədalətli olmalıdır. Menecer, personalın qiymətləndirilməsi meyarlarının qaydalarını dəqiq müəyyən etməlidir. Əməkdaşlar üçün mütəmadi təlimlər keçirilməlidir çünki bu işçiləri motivasiyalandırır.
Çay pulu məsələsinin sistemi və ölçüsü.

Bütün dünyada xidmət sahəsində (restoran, kafe, bar və s ) çay pulu çox geniş yayılıb. Lakin xidmət göstərən işçiyə çay pulunun verilməsi müxtəlif ölkələrdə ənənəyə uyğun yanaşılır. Məsələn Avropa, Kanada, ABŞ-da çay pulu fiks(qəti qiymət) ilə müəyyən olunur. Yəni ümumi məbləğin faizindən çay pulu verilir. Şərq və Asiya ölkələrində çay pulu müştəri tərəfindən müəyyən olunur. Açıq şəkildə çay pulu tələb olunarsa bu ədəbsizlik sayılır. Çay pulu personalı keyfiyyətli xidmət göstərməyə stimullaşdırır çünki narazı qalan müştəri çay pulu vermir. Müxtəlif restoranlarda çay pulu ümumi hesabın 10 faizindən 20 faizinədək ola bilər. ABŞ-da çay pulundan başqa bayram günləri, müştəri ofisianta əlavə pul verə bilər.


Müştəriyə hesabın verilməsinin iki əsas üsulu var:

  1. Çay pulu ümumi hesaba yazılır

  2. Çay pulu ümumi hesaba yazılmır və müştəriyə təqdim olunan hesabın faizindən alınır.

Azərbaycanda əsasən ikinci variant tətbiq olunur çünki bu personalı stimullaşdırır.
Çay pulu üsulunun mənfi tərəfləri var. Ofisiant yalnız özünə işləyir və standartlara əməl etməyə bilər. Bəzən ofisiant çay pulu almaq üçün təkid göstərir bu da restoranın nüfuzuna xələl gətirir. Ofisiant daha çox çay pulu almaq üçün imkanlı və varlı qonaqlara daha çox diqqət verir və digər qonaqlara biganə olur. Müştəriyə verilən hesabda çay pulu, hesaba yazılıbsa qonağın imkanlı və ya imkansız olmasının fərqi yoxdur. Brend restoranlarda çay pulu hesaba daxil edilir çünki, ofisiantlar ümumi standart üzrə xidmət göstərirlər. Lakin bunun da mənfi cəhətləri var. Bu halda personal bütün standartlara dəqiq riayət etməlidir və ofisiantlar üzərində daim nəzarət olmalıdır. Beləliklə motivasiya idarəçilik funksiyası kimi stimullaşdırmaq sistemi həyata keçirilir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin