Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


İdarəçilik ünsiyyəti iki tipdə olur



Yüklə 445,59 Kb.
səhifə40/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   36   37   38   39   40   41   42   43   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

İdarəçilik ünsiyyəti iki tipdə olur.
Şəxslərarası ünsiyyət, iki və daha çox insan arasında yaranır.
Təşkilati ünsiyyətə, müxtəlif formalar daxildir, ayrı-ayrı insanlar, qrup və ya şöbələr, ünsiyyətin sistem və şəbəkəsində birləşir.


4.1. Şəxslərarası ünsiyyətin yaranması
İki və daha çox insanlar arasında olan ünsiyyət, şəxslərarası ünsiyyət hesab olunur. Şəxslərarası ünsiyyət prosesi yeddi elementdən ibarətdir.

  • Ünsiyyətin mənbəyi

  • Məlumat

  • Kodlaşdırma (şifrələmək)

  • Kanal (vasitə, üsul)

  • Dekodlaşma

  • Qəbul etmək (almaq)

  • Əks əlaqə

Ünsiyyətin yaranması üçün, ilk növbədə məlumat olmalıdır, daha sonra bu məlumat göndərilməlidir. Məlumat bir tərəfdən göndərilir, digər tərəfdən alınır. Məlumat konvert formasında verildiyinə görə, onun kodlaşması zəruridir. Bundan sonra xüsusi kanalla (vasitə, məlumat) çatdırılır.
Məlumatın konvert forması dekodlaşdırılır.
Ünsiyyət müvəffəqiyyətlə başa çatandan sonra, məlumatı alan, məlumatı göndərənlə əks əlaqə saxlayır ki, aldığı məlumatı düzgün başa düşüb. Bu prosesin son nəticəsi odur ki, məlumatın mənası bir insandan digərinə çatdırılıb.
Özlüyündə məlumat (yazılı sənəd, şifahi nitq, jest və ya sifətin ifadəsi) təhrif olunmuş halda çatdırıla bilər.
Bütün ünsiyyət prosesində, məlumatın çatdırılmasında kanal (vasitə) mühüm rol oynayır. Məlumatın çatdırılmasında şifahi nitqdən istifadə olunarsa və bu zaman dinləyicinin eşitmə qabiliyyətində problem varsa, məlumat düzgün çatdırılmayacaq.
Məlumat göndərən şəxs, yaddaş kitabçası, telefon zəngi, elektron poçtu, şəkil, jest və ya digər variantları seçən zaman, bilməlidir ki, məlumatı qəbul edən nə dərəcədə bunu başa düşür.
Bəzən, məlumatı verərkən təhrifin qarşısını almaq üçün iki kanaldan (vasitədən) istifadə olunur: Şifahi nitq və yazılı məlumat.




  1. Yüklə 445,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin