Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Şəxlərarası ünsiyyətə mane olan amillər



Yüklə 445,59 Kb.
səhifə41/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   37   38   39   40   41   42   43   44   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Şəxlərarası ünsiyyətə mane olan amillər.

Effektiv ünsiyyətə mane olan bir sıra səbəblər mövcuddur. Bu səbəbləri bilmək onların aradan qaldırılmasına kömək edir.


Qıcıqlanma: İş yerində həddən artıq səs-küy psixoloji diskomfort qıcıqlanma yaradır və ünsiyyət qurmağa mane olur. Ünsiyyət qurmaq üçün münasib yer seçmək lazımdır.
Məsələn, hotelin əməkdaşı, menecerlə öz problemləri ilə əlaqədar müraciət edir. Əməkdaş menecerin kabinetində ünsiyyət yaradır və problemlərindən danışır. Bu zaman menecerin kabinetinin qapısı açıqdır və kənar səslər gəlir, telefonun zəngi bir neçə dəfə səslənir, digər bir neçə əməkdaş kabinetə daxil olmaq istəyir, menecer masanın üstündə olan kağızları götür-qoy edir və ya barmaqları ilə masanı döyəcləyir. Bütün bu amillər ünsiyyətə mane olur və əməkdaşı qıcıqlandırır.
Təcrübə fərqi: təcrübə fərqi təhsil, həyat təcrübəsi, danışan və dinləyənin biliyi və savadını özündə göstərir.
Məsələn, hoteldə çalışan qapıçı (bellboy) baş inzibatçı ilə dostluq etməyə çalışır ki, ön büroya inzibatçı kimi qəbul olunsun. Turizm Universitetinin məzunu təcrübəli menecerə idarəetmə metodlarını öyrətməyə çalışır. Danışan öz bilik və səriştəsinə uyğun məlumat verir və ünsiyyət saxlamağa çalışır, lakin dinləyici isə o səviyyədə biliyə malik deyil və məlumatı pis qəbul edir.
Vaxt məhdudluğu: vaxtın düzgün seçilməməsi hər iki tərəfə, danışana və dinləyənə əsas mövzu haqqında danışmağa imkan vermir.
Məsələn, əməkdaş və ya menecer söhbət zamanı, əsəbi olduğu üçün elə söz işlədir ki, sonra bu sözə görə peşman olur. Digər bir misal, dinləyicinin fikri dağınıq olur və ya həvəslə qarşı tərəfi dinləmir.
Ən yaxşı ünsiyyət o zaman yaranır ki, hər iki tərəf, danışan və dinləyən bu dialoqa hazırdır.
Emosiyalar, məlumat göndərən və bu məlumatı alan arasındakı ünsiyyətə mane ola bilər.
Məsələn, menecer, hotelin peşəkar işçisini, öz yanına dəvət edir ki, son günlərdə şöbədə işin pis getdiyi barədə müzakirə aparsın və səbəbini aydınlaşdırsın. İnformasiya almaq məqsədi ilə bu görüş işgüzar şəraitdə keçirilməlidir. Bu görüşdə menecer problemləri aydınlaşdırmaq və tövsiyyələrini vermək istəyir. Menecerin gözlədiyinin əksinə, əməkdaş özünü əsəbi aparır və hirslə cavab verir. Əməkdaşın əsəbiliyi meneceri də özündən çıxarır və ünsiyyət istənilən səviyyədə baş tutmur. Əməkdaş kabineti tərk edir, menecer əsəbləşir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin