Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə46/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   42   43   44   45   46   47   48   49   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Şərh (izah etmək): dinləyici bu mərhələdən istifadə etməklə, başa düşmək
istəyir ki, danışan nə üçün ünsiyyət qurur. Mühakimə yürütmək və yanlış fikirlərdən özünüzü saxlayın. Danışanın nə dediyini müəyyən edin və əmin olun ki, danışılan sözlərin mənasını başa düşürsünüz. Bunun üçün, münasib sözlər seçin və baş və bədən hərəkətləri ilə təsdiq edin.
Qiymətləndirmə: Siz, məlumatların faktlara əsaslandığını və ya insanın şəxsi nöqteyi-nəzərinə uyğun olduğunu qiymətləndirirsiniz.
Faktları, fikir və fərziyyələrdən ayırmağı bacarmaq lazımdır. İnformasiyanın düzgün olduğunu müəyyənləşdirin və qiymətləndirin. Dinləyən zaman hansı informasiya ilə razısınız, hansı informasiya ilə razı olmadığınızı müəyyən edin və buna öz qiymətinizi verin.
Reaksiya: çıxış edən insanın məlumatına, dinləyici reaksiya verir. Çıxış edənin nə demək istədiyini bilmək üçün suallar vermək lazımdır. Vaxtınıza və enerjinizə qiymət verin, nə edəcəyinizə qərar verin, necə cavab verəcəyinizi müəyyən edin, daha sonra öz planınızı danışana açıqlayın.
Aktiv dinləyicinin səriştəsi: dinləməyə hazır olduğunuza qərar verin. Bədən və baş hərəkətləri ilə dinləməyə hazır olduğunuzu təsdiq edin.
Sözləri əks etmə (mirroring-təkrar təsdiq etmək) danışanın əsas sözlərini təkrar etmək. Bu danışana, sözlərin necə səsləndiyini göstərir və dinləyicninin necə maraqla qulaq asdığını təsdiq edir. Sözləri əks etmə, dinləyici və danışana hər bir sözün vacib olduğunu müəyyən edir. Siz aktiv dinləyəndə məlumatın tam və ya natamam olduğunu qeyd edirsiniz. Belə olan halda, fikri tam aydınlaşdırmaq üçün açıq və xüsusi suallar vermək olar. Açıq suallar (opended questions), danışana cavabları azad seçmək formasından istifadə etmək imkanı verir. Bu həmçinin danışana sadə “ hə “ və ya “ yox” sözündən başqa daha çox cavab verməyə məcbur edir. Açıq suallar adətən aşağıdakı sözlərdən başlayır:
“ Siz nə düşünürsünüz.......”
“ Siz necə münasibət bəsləyirsiniz.....”
“ Siz deyə bilərsiniz...”
“ Siz təsvir edə bilərsiniz....”
Xüsusi suallar ( specific questions) verməklə, əlavə məlumatlar almaq olar. Xüsusi suallar necə, harada, nə vaxt, nə üçün, nə qədər, kim sözləri ilə başlayır. Məs: Sizin fikrinizcə, qonaqların narazılığına səbəb nədir?
Danışan insana söhbəti davam etdirmək üçün motivasiya üsulundan istifadə edin, həvəsləndirin və tənqidi sözlərdən uzaq olun.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin