Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Motivasiyanın 3 əsas nəzəriyyəsi var



Yüklə 445,59 Kb.
səhifə54/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   50   51   52   53   54   55   56   57   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Motivasiyanın 3 əsas nəzəriyyəsi var



  1. Gözləmə nəzəriyyəsi

  2. Ədalət nəzəriyyəsi

  3. Mənəviyyat nəzəriyyəsi

Gözləmə nəzəriyyəsi ən geniş yayılmış və qəbul olunmuş motivasiya nəzəriyyəsidir.
Gözləmə nəzəriyyəsi Viktor Vrum tərəfindən işlənib hazırlanmışdır. Bu nəzəriyyəyə görə insan səy göstərdiyi ekvivalentə uyğun mükafatlandırılmalıdır. İnsan ümid edir ki, işdə səy göstərdiyinə görə mütləq mükafatlandırılacaq. Bu onu motivasiya edir. Motivasiyanın gözləmə nəzəriyyəsi adətən işçilərə bonuslar (mükafat) hesablananda istifadə olunur. Yerinə yetirdiyi işə əməkdaş əmək haqqından əlavə pul ala bilər, halbuki O, yüksək vəzifəyə iddialı idi və ya maraqlı işlə təmin olunacağını nəzərdə tuturdu. Bununla işçi kollektivdə daha çox nüfuz və hörmət qazanmaq istəyirdi. Belə ki, müxtəlif insanlarda mükafata münasibətdə tələbat və təklif fərqlidir və əməyə görə konkret mükafat, insan üçün öz qiymətini almaya bilər.
Gözləmə nəzəriyyəsinin üç əsas asılılığı var.
Birincisi gözləmə və ya səy işin göstəriciləri ilə əlaqələndirilirr. Bunun təsviri odur ki, insan müəyyən səy göstərərsə sonda müəyyən nəticələrə nail ola bilər. İkincisi işin və alınan mükafatın dəyişən münasibətini göstərir. Bu insanda əminlik yaradır ki, gördüyü işin müqabilində istənilən nəticəni alacaq. Üçüncü, mükafatın cəlbedici olmasıdır. İnsan vacib və əhəmiyyətli mükafatı gördüyü işə uyğun ala bilər. Bu halda məqsədin əhəmiyyəti və insanın tələbatı nəzərə alınır.
Ədalət nəzəriyyəsi, mübadilə ilə ayrı-ayrı şəxslərin təşkilatın mükafatına verdiyi töhfədir. Bu nəzəriyyəni Steym Adams işləyib hazırlayıb. Ədalət nəzəriyyəsinə görə insanın motivasiyasının əsasını bir-birini əvəz edən amil durur.

  1. İnsanın fikrinə görə o, zəhmət çəkib.

  2. Əməyinə görə mükafat alır.

  3. Hər bir insanın gördüyü iş digərlərinin gördüyü işlə müqayisə olunur.

Təcrübədə ədalət nəzəriyyəsinin əsas məqsədi odur ki, insanlar ədalətli mükafat aldıqlarını başa düşsünlər, əks təqdirdə əməyin səmərəsi aşağı düşər. İnsanlar adətən aldığı əmək haqqının məbləğini bir-biri ilə müzakirə edirlər və bu informasiya motivasiya amili kimi istifadə olunur.
İnsanın keçmiş işi, əmək haqqı, şəxsi əlaqəsi, hətta ailəyə münasibəti motivasiyada rol oynayır və onun az və ya çox səy göstərməsinə sövq edir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin