Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə52/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   48   49   50   51   52   53   54   55   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

İlk iki qrup təlabat əsasdır.
Digər üç qrup tələbat ikinci dərəcəlidir. Maslounun nəzəriyyəsinə görə bütün bu tələbatları dəqiq iyerarxiya ardıcıllığı ilə piramida şəklində yerləşdirmək olar.
Piramidanın təməlində birinci dərəcəli tələbatlar, piramidanın zirvəsində ikinci dərəcəli tələbatlar durur.

Şəkil 5.1 Maslounun motivasiya nəzəriyyəsi
Göstərilən iyerarxiya quruluşunun mənası odur ki, aşağı səviyyə, insan tələbatı üçün prioritetdir (əsas, birinci) və bu onun motivasiyasında özünü göstərir.
Bir sözlə insanın davranışında, aşağı səviyyə müəyyən edici tələbatdır, daha sonra bu tələbatlar təmin olunduqca daha yuxarı səviyyəli tələbatlara ehtiyac duyulur.
Ən yüksək tələbat, bir şəxsiyyət kimi insanın özünü ifadə etmək və inkişafıdır. Bu da heç bir vaxt tam təmin olunmur və motivasiya prosesində insanın tələbatı sonsuzdur. Maslounun nəzəriyyəsində insanın işləmə arzusu əsas kimi göstərilir. Müxtəlif dərəcəli menecerlər artıq başa düşürlər ki, insanların motivasiyası onların tələbatlarının geniş spektri ilə müəyyənləşir.
Konkret insanın motivasiyası üçün menecer onun zəruri tələbatlarını təmin etməli və şərait yaratmalıdır və onun hoteldə göstərdiyi fəaliyyətdə, məqsədə çatmasına kömək edir. Maslunun nəzəriyyəsi 1943-cü ildə təqdim olunmasına baxmayaraq, bu gün də bu nəzəriyyə istifadə olunur. Bu nəzəriyyə menecer və əməkdaşların motivasiyasına tam təsir edir. İndi isə Maslou nəzəriyyəsini təcrübədə necə həyata keçirilməsinə nəzər yetirək. Fizioloji tələbatı və təhlükəsizliyi qorunmayan yoxsul bir tələbədən soruşsaq ki, onu nə motivasiya edir? O, cavab verir ki, onun pula və təhlükəsizliyə ehtiyacı var. Buna görə əmək haqqı və təhlükəsizlik tələbəni motivasiya edir və onun aşağı səviyyəli tələbatını təmin etməyə yönəlib. Bu tələbatlar müəyyən səviyyədə təmin olunandan sonra, onlar artıq motivasiya rolunu oynamır və menecer motivasiya üçün yuxarı səviyyəli tələbatı təmin etməlidir. Sosial tələbata uyğun olaraq menecer əməkdaşı kollektiv qarşısında tərifləyir və mükafatlandırır. Menecer qeyri standart üsullardan istifadə etməlidir. Bunun üçün əməkdaşa, konsertə və ya idman yarışına pulsuz bilet təqdim edir. Əməkdaş mənsub olduğu kollektivin bir üzvü olduğunu dərk edir və qürur hissi duyur. Menecer kollektivdə yaxşı mühit yaratmaqla stimullaşdırma üsullarından bacarıqla istifadə edərək, yüksək motivasiyaya malik güclü komanda yarada bilər. Menecer işçinin özünə hörmət etmək tələbatına yardım göstərməli, işdə seçilməsi üçün motivasiya etməlidir. “Bir dəfə Mən, hotelin vestibülündə baş menecerlə gəzişərkən O, marketinq üzrə şöbə müdirini təqdim etdi. Onun yüksək səviyyəli peşəkar olduğunu qeyd edərək dedi: Mən hotel biznesində işlədiyim müddət ərzində, marketinq üzrə belə peşəkar işçiyə rast gəlməmişəm. O, hətda iqtisadi böhran zamanı hotelin nömrələrini doldurmağı bacarır.” Bir neçə dəqiqə ərzində O, şöbə müdirini xeyli təriflədi və şöbə müdirində özünə hörmət hissi yarandı.
Maslou deyirdi ki, insanların son tələbatı yüksək nailiyyətlər qazanmaq və öz işləri ilə bunu sübut etməkdir. İnsan müxtəlif vasitələrlə öz fəaliyyətini həyata keçirir. Məsələn, “Yüksək xidmətə nail olmaq” və ya “Biz xanımlar və cənablar digər xanım və cənablara xidmət göstəririk” və yaxud “Biz həmişə səylə işləyirik” ifadələri bu vasitələrdəndir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin