Nəzarətin əsas növlərindən başqa prosesə nəzarət və davranışa istiqamətlənmiş nəzarəti qeyd edə bilərik. Bu nəzarət növləri hotel sahəsi üçün mühümdür çünki hoteldəki servisin keyfiyyəti, xidmət göstərən personalın sosial-psixoloji parametrlərindən (durumundan) çox asılıdır.
Davranışa istiqamətlənmiş nəzarət, personalın vəzifə davranışında cəmlənir. Bu məqsədlə menecer “ insan-insan” sistemini qurmalıdır. Bunun əsasında aşağıdakılar durur.
Yüksək əmək məhsuldarlığına görə əməkdaşları motivasiya etmək.
Digər işçilərlə əməkdaşlığa hazır olmaq.
Hotelin məqsədli sisteminə və ona münasibətdə loyal (qanun və qaydaya uyğun olaraq hərəkət etmək) olmaq.
Qonaqlara keyfiyyətli xidmət göstərməyə hazır olmaq.
Davranış nəzarətinə istiqamət işçinin əmək məshuldarlığına təsir göstərir, çünki əmək haqqı sistemində əks olunur (mükafat, əmək haqqına əlavə pul və s). Nəzarət sahəsinə, müştəri tərəfindən ödənilən pulun həcmi, qonaqların hotel və restoranda ödədiyi çay pulu daxildir. Davranış nəzarətinin obyektinə hoteldə qalan qonaqlar da daxildir. Qonaqlara nəzarət personal vasitəsi ilə həyata keçirilir. Bu hotelə (personala, əşya və avadanlıqlara) və ya digər qonaqlara dəyəcək zərərin qarşısını almaq üçün zəruridir.
Prosesə (bir hadisənin gedişi, inkişafı) istiqamətlənmiş nəzarət, formal qaydalara o cümlədən texniki qurğuların düz işləməsini təmin etmək və s. riayət etmək üçün vacibdir. Əməkdaşlar, texnoloji prosesləri ardıcıl və dəqiq yerinə yetirməlidir.
Resepturaya riayət etmək.
Qonaqlara göstərilən xidmətin standartlarını yerinə yetirmək.
Ətraf mühitin qorunmasına kömək göstərmək.
Əməyin texniki təhlükəsizlik qaydalarına əməl etmək.
Sanitar-gigiyenik normaları yerinə yetirmək.
Prosesə istiqamətlənmiş nəzarət hoteli müvafiq tələbatlarının pozulmasına yol verən insanın səhvlərindən qorumalıdır.
Davrnaış nəzarəti, dəqiq sərəncamlardan istifadə etməklə və hərəkətin qaydalarına münasibətdə göstərişlərə əsasən həyata keçirilir.
Hotelin əmək prosesinin səmərəli olmasına yenidən yoxlama kömək edir.
Hotelin planlarının həyata keçirilməsinə nəzarət etmək üçün müxtəlif üsullardan istifadə olunur. Bunlar mühasibatlıq hesabatı, texniki və intizam nəzarəti, operativ məlumatlardan ibarətdir. Hal hazırda nəzarətin təsirli üsulu hesab olunan audit geniş yayılıb. Bu üsul hoteldə işin vəziyyəti haqqında tam və obyektiv qiymət verir.
Dünya təcrübəsində bençmarkinq ( ingilis. benchmark-sistemin effektivliyini müəyyən etmək, etalon üzrə yoxlamaq) nəzarətin yeni metodudur. Xüsusi idarəçilik prosedurasını, yəni ən yaxşı anoloji hotellərin texnologiya, standart və metodlarını təsərrüfat subyektlərinin fəaliyyətində istifadə etməkdir. Bençmarkinq prosesində ən yaxşı səmərə göstərən hotellər seçililir və bu metodlar tətbiq olunur.
Hoteldı nəzarət, xərclərə və bazara istiqamətlənə bilər.
Bazara və xərclərə istiqamətlənmiş nəzarətin mahiyyətini izah etmək olar. Müəyyən edilmiş xərclərin payı çox olduqca planlaşdırılan gəliri qazanmaq çox çətindir.
Hotel və restoranların təsbit olunmuş xərcləri çoxdursa və məhsula tələbatın dəyişikliyi vəziyyətində məsrəfləri nəzarət etmək çətindir. Yalnız bazara istiqamətlənmiş və onun nəbzini tutan menecment, dövriyyənin və qiymətlərin enib qalxmasına baxmayaraq problemləri həll edə bilər.